The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə61/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

157 
 
A.Məmmədov, Z.Həsənov, N.Mahmudova 
 
Corc Uoker Buş Doktrinası 
Corc U. Buş hökumətinin 11 sentyabr 2001-ci il hadisələrindən sonra terrorizmlə 
mübarizə strategiyasını ortaya qoyan, Buş doktrinası adlandırılan strategiyanın  ən çox 
mübahisə doğuran tərəflərindən biri “qabaqlayıcı hücum” anlayışı olmuşdur. Bu 
strategiyanın irəli sürülməsi  İraqa qarşı müharibə hazırlıqlarının başladığı bir dövrə 
təsadüf edir. “Qabaqlayıcı hücum” strategiyasının  İraqa müdaxilənin haqlılığını siyasi 
çərçivə  əsasında sübut etməyə xidmət etdiyini irəli sürənlər də olmuşdur. Doktrinanın 
terroristlərə, narahatlıq yaradan dövlətlərə (Rogue States) və kütləvi qırğın silahlarının 
yayılmasına qarşı  zəruri cavab addımı olduğu fikrini irəli sürənlərlə yanaşı, 
müttəfiqlərinin ABŞ-a qarşı etibarsızlığını yüksəldəcəyini, dünyada ABŞ-ın nüfuzuna 
zərbə vura biləcəyini, bəzi dövlətlərin özlərinin qabaqlayıcı hücum etməklə bağlı 
cəsarətlənəcəyini düşünənlər də olmuşdur. Corc U. Buş doktrinasında ilk dəfə olaraq 
narahatlıq yaradan dövlət (Rogue States) anlayışının tərifi öz əksini tapmışdır. Klinton 
administrasiyası ilk dəfə “narahatlıq yaradan dövlət” (Rogue States) terminindən 
istifadə etməyinə baxmayaraq, heç bir zaman onun xüsusiyyətlərini açıqlamamışdır. 
Milli Təhlükəsizlik Strategiyasında “narahatlıq yaradan dövlət” (Rogue States) terminin 
ətraflı izahı verilmişdir. Bu dövlətlər “öz xalqları ilə  mərhəmətsiz davranan”, 
beynəlxalq hüquqa hörmət etməyən, qonşularını  təhdid edən və  tərəfdar olduğu 
beynəlxalq razılaşmalara kobud şəkildə  məhəl qoymayan, kütləvi qırğın silahları  əldə 
etməyə çalışan, dünya səviyyəsində terrorizmi dəstəkləyən və  əsas insan dəyərlərini 
rəddedən və ABŞ-dan nifrət edən dövlətlər kimi qeyd edilmişdir. (7, s. 212-213) 
11 sentyabr hadisəsi Vaşinqtonun xarici siyasətində daha çox hücum xarakterli bir 
dövrün başlanğıcı olmuşdur. Təcavüzkar xarakterli bəyanatlara baxmayaraq, bu müddət 
ərzində idealist arqumentlər də inkar edilməmişdir. C. U. Buşun 2002-ci ilin sentyabr 
ayında elan etdiyi ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası adlanan bəyanatında ABŞ-ın 
azadlığı prioritet hesab edən  ədalətli sülh uğrunda mübarizə apardığını bildirməklə 
yanaşı, sülhü qoruyub saxlamaq üçün böyük güclərlə  əməkdaşlıq edəcəyini də qeyd 
edirdi. 2002-ci il 1 iyul tarixində ABŞ prezidenti C.U. Buş qabaqlayıcı  hərbi 
strategiyasını elan etməklə ABŞ-a qarşı yarana biləcək təhditləri  əvvəlcədən məhv 
etməyi nəzərdə tuturdu və 11 sentyabrdan sonra ABŞ-ın xarici siyasətində bu strategiya 
açıq şəkildə ön plana çıxarılmağa başlandı. (5, s. 13). 
 
Hillari Klinton Doktrinası 
ABŞ-ın xarici siyasətinin formalaşmasında dövlət katibi Hilari Klintonun 
oynadığı  əhəmiyyətli rolu qeyd etmək lazımdır. 2008-ci ildə keçirilən prezident 
seçkilərində partiyadaxili mübarizədə Obamanın əsas rəqibi olan Klinton dövlət katibi 
təyin olunandan sonra həm xalq dilomatiyası, həm də, hərbi qüvvə  tətbiqi ilə bağlı 
əhəmiyyətli məsələlərdə söz sahibi olmağa başladı. Amerikan maraqlarının irəliyə 
doğru aparılmasında fəallıq nümayiş etdirdiyini göstərən fakt ondan ibarətdir ki, dövlət 
katibi kimi o, dünyanın 96 ölkəsinə səfər etmiş və hər zaman xarici siyasət kimi strateji 
qərarların qəbul edilməsində  əhəmiyyətli rol oynamışdır. Hətta vəziyyət o həddə 
çatmışdır ki, H.Klintonun adı ilə əlaqələndirilən və “ağıllı güc” adlandırılan artikulyar 
xarici siyasət doktrinasından danışmaq mümkündür. Doktrinanın əsasında 7 əsas prinsip 
dayanırdı: 
-ümumi dəyərləri və maraqları paylaşan müttəfiqlərlə  əlaqələri gücləndirmək; - 
inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq; - Hindistan, Çin, Rusiya kimi yaranmaqda 
olan güc mərkəzlərini amerikan maraqları dairəsinə  cəlb etmək; - Avroatlantik və 
Asiya-Sakit okean regionu dövlətlərinin regional və dövlət təhlükəsizliyinin təminatçısı 
rolunu qoruyub saxlamaq; - beynəlxalq institutlarının (BMT, NATO, ATƏT və s.)  


158 
 
A.Məmmədov, Z.Həsənov, N.Mahmudova 
 
struktur fəaliyyətinə yenidən baxılması: - BMT-nin nizamnaməsində və İnsan Hüquqları 
Bəyannaməsində əks olunmuş universal dəyərlərlə hesablaşmaq və onların qorunması; -  
ictimai güclərlə dövlətdən yan keçən birbaşa  əlaqələrin qurulmasında xalq 
diplomatiyasının və strateji kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi. Bununla 
belə, reallıqda H.Klinton tərəfindən yürüdülən siyasət onun çıxışlarından, hətta Obama 
tərəfindən verilən bəyanatlardan fərqli olaraq daha sərt olmuşdur.  Bütün məsələlərdə 
İsrailin dəstəklənməsinin qatı  tərəfdarı olan Klinton Yaxın  Şərq problemləri ilə bağlı 
bütün məsələlərdə  sərt xətt tərəfdarlarının mühüm vəzifələrə  təyin edilməsində  də 
böyük rol oynamışdır. Belə ki, 2011-ci ildə ABŞ Dövlət Departamentinin mətbuat katibi 
vəzifəsinə 2003-2005-ci illərdə - neomühafizəkarların nüfuzlu olduğu bir dövrdə vitse-
prezident R.Çeyninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş V.Nuland təyin 
edilmişdir. Həmin dövrdə  İranın nüvə proramı üzrə xüsusi müşavir postuna 
neomühafizəkarlar və israilyönümlü lobbi ilə  sıx  əlaqələrə malik olan D.Ross, 
Əfqanıstan və Pakistan üzər xüsusi səlahiyyətli səfir postuna isə müvafiq olaraq 
R.Holburk və C.Mitçell gətirildi. (4, s. 31-32) 
Tam  əminliklə deyə bilərik ki, Əfqanıstana 2009-cu ilin mart ayından etibarən 
əlavə 20 000 və həmin ilin sonunadək isə, 30 000 nəfərlik amerikan hərbi qüvvələrinin 
göndərilməsi ilə bağlı qərar, bu məsələ ilə əlaqədar vitse-prezident C.Baydenlə birbaşa 
polemikaya girən H.Klintonun səyləri nəticəsində  qəbul olunmuşdur. H.Klinton və 
S.Rays təkcə Liviyada fəal hərbi  əməliyyatların aparılması  tərəfdarı olmamış, eyni 
zamanda, Fransa və Böyük Britaniyanın dəstəyi ilə Qəddafi rejiminin devrilməsinə nail 
olaraq, BMT-nin mandatının “genişləndirilməsində” də  əhəmiyyətli rol oynamışdılar. 
Bundan  əlavə, Klinton dövründə  də olduğu kimi, hərbi müdaxiləni dərin amerikan 
maraqları ilə  əsaslandıran fikrin bazasında humanitar müdaxilə tezisi qoyulurdu 
(üsyançılarının mərkəzi – Benqazinin Qəddafi qüvvələri tərəfindən işğalından müdafiəsi 
və  qırğının qarşısının alınması üçün). Suriyaya münasibətdə isə, H.Klinton ilk vaxtlar 
problemin sülh yolu ilə  həlli yollarını axtaran BMT-nin keçmiş baş katibi K.Annanın 
sülhyaratma cəhdlərini müsbət qarşılamış, lakin sonradan suriya üsyançılarını, o 
cümlədən, demokratiya prinsiplərinin reallaşmasından uzaq olan Səudiyyə Ərəbistanı və 
Qətəri açıq  şəkildə  dəstəkləmişdir. Söz azadlığı  və  vətəndaş hüquqlarının təmin 
edilməsinin vacibliyi arqumentlərini  əsas gətirərək, Çin və Rusiyaya münasibətdə  də 
sərt siyasət xətti yürüdülməsinə meyllilik hiss olunmuşdur (4, s. 32-33)   
 
Obama Doktrinası 
“Obama doktrinası”nın  əsas səciyyəvi xüsusiyyəti Corc U. Buşun təktərəfli 
fəaliyyət (unilateralist) siyasətindən imtina etməsində idi. Bu doktrinanın əsasında daha 
praqmatik yanaşma dayanır – bir işi birlikdə görmək imkanı varsa, orada təklikdə güc 
sərf etməyə  dəyməz. Bu mövqe ilk dəfə 2009-cu ilin aprel ayında Strasburqda 
səslənmişdir, B.Obama qeyd etmişdi ki, Birləşmiş Ştatlar qarşısına qoyduğu məqsədlərə 
müttəfiqləri ilə sıx qarşılıqlı fəaliyyət göstərmədən nail ola bilməz. Məhz bu bəyanatına 
görə, Obama tez-tez daha radikal respublikaçılar tərəfindən “yüngüllük göstərmə”, 
amerikan maraqlarını  sərt  şəkildə bildirə bilməmək, hətta “dünyada özünün 
məşhurlaşmağı naminə Amerikanı alçaltması” kimi ittihamlara məruz qalırdı.  
B.Obamanın idealizmlə  əlaqələndirilməsinə baxmayaraq, Corc Uoker Buşun 
hakimiyyətinin ilk illərinin “terrorizmlə mübarizə” şüarı altında keçməyi, bundan əlavə, 
birinci dönəmdə komandasının formalaşdırılması zamanı güzəştə getməyə  məcbur 
qaldığını  nəzərə alsaq, 2009-2012-ci illər  ərzində ABŞ-ın xarici siyasətinin daha çox 
praqmatik və realist yönümlü olduğunu deyə bilərik. Amerikan qoşunları Obamanın 
dövründə İraqdan çıxdı və Əfqanıstandan çıxarılması nəzərdə tutuldu. Buna  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə