The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə57/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   53   54   55   56   57   58   59   60   ...   102

 
139 
Ş.Əliyev 
 
başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
tərəfindən imzalanmış 28 sentyabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında ekoloji 
vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı” 
haqqında Fərman bu sahədə olan problemlərin həllinə yönəldilən sənədlərdən biridir. 
Ölkəmizdə ekoloji vəziyyətin tənzimlənməsində mühüm əhəmiyyət daşıyan bu sənəd, eyni 
zamanda ekoloji təbliğat və ekoloji maarifləndirməni, bu sahədə görüləcək işlərin geniş 
əhali kütləsinə çatdırılmasını tələb edir (2, 7). 
Ölkəmizlə bir sıra beynəlxalq təşkilatlar arasında ekoloji problemlərin həllinə dair 
mühüm sazişlər imzalanmış və faydalı əməkdaşlıq qurulmuşdur. Belə ki, planetin mövcud 
təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan 
səmərəli istifadə edilməsi, qorunması, bərpası  məqsədilə  əməkdaşlığın qurulması  və 
dövlətlərarası birgə  fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan BMT-nin “İqlim 
dəyişmələri üzrə çərçivə Konvensiyası”na, “Kökünün kəsilmək təhlükəsi olan vəhşi fauna 
və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”ya, “Sərhəddən keçən 
su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya, “Bioloji 
müxtəliflik haqqında Konvensiya”ya, ümumilikdə isə 25-dən çox ekoloji konvensiyaya 
qoşulmuşdur. 
Ölkə Prezidenti cənab  İlham  Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərir. 
Dövlət başçısının sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi, 
həmin ildən başlayaraq beynəlxalq ekologiya sərgilərinin keçirilməsi ekoloji problemlərin 
həllinə göstərilən diqqətin daha bir ifadəsidir (13). 
Hazırda dünyanın heç bir ölkəsi ətraf mühitin mühafizəsi problemlərini təklikdə həll 
etmək iqtidarında deyil. Bu məqsədlə ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahəsində 
digər ölkələr və  təşkilatlarla razılaşma və sazişlərin imzalanması, beynəlxalq 
konvensiyalara qoşulması olduqca vacibdir. Bununla əlaqədar son illər  ərzində  «Ətraf 
mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası 
Hökuməti arasında Razılaşma», «Azərbaycan Respublikası Ekologiya və  Təbii Sərvətlər 
Nazirliyi və  İran  İslam Respublikasının  Ətraf Mühit Departamenti arasında Anlaşma 
Memorandumu», «Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikası  və 
Gürcüstan Respublikası arasında Qarşılıqlı  Əməkdaşlıq», «BMT-nin İqlim Dəyişmələri 
üzrə  Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində 
əməkdaşlıq haqqında Azərbaycan Respublikası Höküməti və Danimarka Krallığı 
Höküməti arasında Anlaşma Memorandumu», «Azərbaycan Respublikasının Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) arasında 
Azərbaycan Respublikası  ərazisində  təbiəti mühafizə sahəsində  Əməkdaşlıq haqqında 
Anlaşma Memorandumu», « Azərbaycan Respublikasının Ekologiya və  Təbii Sərvətlər 
Nazirliyi və Kanadanın Dövlət  İdarəçilik  İnstitutu arasında Xəzər hövzəsində istilikxana 
qazı tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramının həyata 
keçirilməsinin  şərtləri haqqında Anlaşma Memorandumu», «Avropada Təhlükəsizlik və 
Əməkdaşlıq Təşkilatının Bakı Nümayəndəliyi və Azərbaycan Respublikası Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi arasında Bakı  şəhərində  Ətraf Mühitə dair İctimai Məlumat 
Mərkəzinin Yaradılması haqqında  Əməkdaşlıq Sazişi» imzalanmış  və eyni zamanda 
Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası, Yaponiya, 
Ukrayna, Misir, Çexiya Hökumətləri arasında  ətraf mühitin mühafizəsi sahəsində 
əməkdaşlığa dair Saziş layihələri hazırlanaraq imzalanması üçün dövlətdaxili prosedurlar 
həyata keçirilir.  
Azərbaycan Respublikası beynəlxalq  əməkdaşlıq sahəsində BMT-nin Inkişaf 
proqramı; BMT-nin Ətraf Mühit Proqramı (YUNEP); Ümumdünya Meteorologiya 
Təşkilatı; BMT-nin Ərzaq Təhlükəsizliyi Proqramı; Beynəlxalq Enerji Agentliyi; 
Beynəlxalq Atom Enerjisi Agentliyi; YUNESKO; Dünya Bankı; Qlobal Ekologiya Fondu;  


 
140 
Ş.Əliyev 
 
Avropa Birliyinin Tasis Proqramı; NATO; Kanadanın Beynəlxalq Inkişaf Agentliyi; Qara 
dəniz Iqtisadi əməkdaşlıq Təşkilatı; Ümumdünya Vəhşi Təbiət Fondu; BMT-nin Sənaye 
Inkişaf Təşkilatı; Iqtisadi Inkişaf və  Əməkdaşlıq Təşkilatı  və  s.  qurumlarla  sıx qarşılıqlı 
fəaliyyət göstərir.
 
Hazırda respublikamızın üzləşdiyi  ən ağır
 
problemlərdən biri ermənilərlə müharibə 
nəticəsində  təbii
 
sərvətlərimizin amansızlıqla qarət və talan edilməsi və bunun
 
nəticəsi 
kimi  ətraf mühitə vurulan sağalmaz yaralar,
 
Ermənistan rəhbərliyinin işğal olunmuş 
ərazilərdə törətdiyi ağır
 
cinayətlərdir. Məlum olduğu kimi zəbt edilmiş torpaqlarımızda
 
ölkəmizin zəngin faydalı qazıntı yataqları qalmışdır. Həmin
 
ərazilərdə 155 növ yeraltı və 
yerüstü sərvət, o cümlədən 15
 
qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşları yatağı və 
s.
 
yerləşir ki, bu da ölkəmizin iqtisadi potensialında mühüm
 
əhəmiyyət kəsb edirdi. 
Hazırda Ermənistan həmin yataqlardan
 
soyğunçuluqla yararlanmaqdadır. Ermənistanın 
təcavüzü
 
nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız
 
divan tutulmuşdur. 
Dağlıq Qarabağ  və onun ətrafında gedən
 
hərbi  əməliyyatlar nəticəsində 250.928 hektar 
meşə sahəsi, o
 
cümlədən Zəngilan rayonundakı  Bəsitçay və Laçın
 
rayonundakı Qarabağ 
dövlət qoruqları, həmçinin dörd təbiət
 
yasaqlığı, digər çoxsaylı  təbiət abidələri 
amansızlıqla məhv
 
edilməkdədir. Son zamanlar ermənilər Azərbaycana qarşı
 
ekoloji terror 
tədbirlərini daha da aktivləşdiriblər. 2006-cı ilin
 
yaz və yay aylarında törətdikləri yanğınlar 
onların Azərbaycan
 
təbiətinə, flora və faunasına vurduğu ağır zərbələrin izini
 
itirmək 
cəhdləridir. Meşələrin məhvi isə təkcə flora və faunanın
 
məhvi demək deyil, eyni zamanda 
regionun iqliminə neqativ
 
təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin
 
dünya üçün ciddi sınaq və  təhlükəyə çevrildiyi bir zamanda
 
Ermənistanın işğal edilmiş 
ərazilərdə meşələrə divan tutması
 
bütövlükdə  Cənubi Qafqaz regionunda bioloji 
müxtəlifliyin
 
məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd
 
zolağında törədilən 
geniş miqyaslı yanğın, işğal olunmuş
 
ərazilərdə ağacların kütləvi qırılması və digər hallar 
buna
 
misaldır. Yanğın nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı
 
ilkin rəqəm 4,5 
milyon ABŞ dollarıdır (2, 9-10). 
Beləliklə, sağlam  ətraf mühitdə yaşamaq hüququ sosial insan hüququ olmaqla 
xalqların təhlükəsiz birgəyaşayış qaydalarını, o cümlədən bəşəriyyətin bütün növ ekoloji 
təhlükəsizliyini təmin edən və  hər bir şəxsin fiziki və psixi sağlamlığının  ən yüksək 
səviyyəsini nəzərdə tutan, müdafiəsinə beynəlxalq və milli hüquqla təminat verilən prinsip 
və normaların məcmusudur.
 
 
Ədəbiyyat 
 
1.
 
Babayev A.H., Babayev V.A. Ekoloji kənd təsərrüfatının əsasları: Dərslik – 
Bakı “Qanun” nəşriyyatı, 2011. 
2.
 
Ekologiya və kitabxanaların qarşısında duran vəzifələr /ixtisas red.və 
bur.məsul K.Tahirov; tərt. ed. N.Alışova; red. G. Səfərəliyeva; M.F. Axundov adına 
Azərbaycan Milli Kitabxanası.- B., 2009. 
3.
 
Анисимов  А.  П.  Право  человека  и  гражданина  на  благоприятную 
окружающую  природную  среду : Конституционно-правовые  аспекты : 
Автореферат  диссертации  на  соискание  ученой  степени  кандидата 
юридических наук.
 Волгоград ,1997

4.
 
Бринчук М.М. Экологическое право (право окружающей среды)
.
 М.: 
Юристъ, 1998. 
5.
 
Бринчук М. М. Теоретические основы экологических прав человека. // 
Государство и право. 2004. №5. 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə