The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə56/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

 
137 
Ş.Əliyev 
 
bitişik zonalarının mühafizəsi haqqında 1981-ci il Konvensiyası; Şimal dənizinin neftlə və 
digər zərərli maddələrlə çirkləndirilməsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında 1983-cü il 
Sazişi; Baltik dənizi rayonunun dəniz mühitinin mühafizəsi haqqında 1992-ci il 
Konvensiyası; Qara dənizin çirklənmədən qorunması haqqında 1992-ci il Konvensiyası; 
Şimali Atlantikanın dəniz mühitinin mühafizəsi haqqında 1992-ci il Konvensiyası və s.  
Mənbələrin ikinci kateqoriyasına gəldikdə, qeyd etmək lazımdır ki, Insanı əhatə edən 
mühit üzrə Stokholom Bəyannaməsi (1972), Ümumdünya Təbiəti Mühafizə Strategiyası 
(1980), Ətraf mühitin mühafizəsi və inkişaf üzrə Rio-de-Janeyro Bəyannaməsi, beynəlxalq 
təşkilat və konfransların bir çox qətnamələri bu kateqoriyanın tipik nümunələri ola bilər. 
Bu sənədlər beynəlxalq ictimaiyyət üzvlərinin davranışının birbaşa tənzimlənməsi üçün 
nəzərdə tutulmamışdır, lakin onlar böyük nüfuza malik olmaqla bərabər mənəvi atmosfer 
yaradır, dünya əhalisinin geniş kütləsinin formalaşmış iradəsinin indikatoru kimi çıxış edir, 
ciddi təşkilati nəticələrə səbəb olur, dövlətləri və beynəlxalq təşkitlatları aktiv fəaliyyətə və 
əməkdaşlığa sövq edir, həmçinin beynəlxalq ətraf mühit hüququnun gələcək inkişafı üçün 
bir növ normativ ehtiyat rolunu oynayır. 
Tövsiyə xarakteri daşıyan beynəlxalq ekologiya hüququnun aktları arasında 
ictimaiyyət və qeyri-hökumət təşkilatları nümayəndələrinin konfranslarının, 
simpoziumlarının, form və müşavirələrinin qərar və  qətnamələri xüsusi çəkiyə malikdir. 
Bu aktlar beynəlxalq ekoloji hüquqyaradıcılığa və hüquqtətbiqi praktikaya böyük təsir 
göstərir. Bu aktlar arasında: Kokoy Bəyannaməsi (1974) ilk dəfə olaraq ekoloji cəhətdən 
balanslaşdırılmış istehsal və istehlakın zəruriliyini elan etmişdir; Təbiətin və  təbii 
ehtiyatların beynəlxalq mühafizə Ittifaqı  çərçivəsində hazırlanmış  və dünya ölkələrinin 
sabit inkişafı üçün zəruri olan və ekoloji cəhətdən istiqamətlənmiqş uzunmüddətli 
fəaliyyətlər sistemini nəzərdə tutan Ümumdünya Təbiəti Mühafizə Strategiyası (1980) 
1991-ci ildə «Yerin qayğısı» adı altında təzələnmiş  şəkildə  nəşr olunmuşdur; Banqkok 
(Tailand)  şəhərində ictimai simpoziumda qəbul edilmiş Univesal ekoloji etik davranış 
Məcəlləsi (1990) insan həyatı  və  bəşəriyyətin mövcudluğu  məqsədlərinin yenidən 
baxılmasına yönəlmişdir. 
Yuxarıda sadalanan çoxsaylı müqavilələrdən kompleks ekoloji məzmun əlamətlərinə 
malik sənədlərdən bəzilərini göstərmək və onların ümumi müddəalarını açıqlamaq 
lazımdır: 
- Ətraf mühitə təsir vasitələrinin hərbi və ya istənilən digər düşmənçilik məqsədi ilə 
istifadəsinin qadağan olunması haqqında 1977-ci il Konvensiyası. Bu Konvensiya ətraf 
mühitə hərbi və ya düşmənçilik məqsədləri ilə birbaşa təsirinin yolverilməzliyinə yönəlmiş 
ilk beynəlxalq aktdır. 1-ci maddədə deyilir ki, hər bir iştirakçı-dövlət istənilən digər 
iştirakçı-dövlətə  təbii mühitə  təsir vasitələrinin dağıdıcı, itkivermə  və ya zərərvurma 
üsulları qismində  hərbi və ya digər düşmənçilik məqsədi ilə istifadəsinə  əl atmamaq 
öhdəliyi götürür. Bu Konvensiyanın hər bir iştirakçı-dövləti bu kimi fəaliyyətin həyata 
keçirilməsində istənilən digər iştirakçı-dövlətə, dövlətlər qrupuna və ya beynəlxalq 
təşkilata kömək etməmək, onları buna təşviq və  təhrik etməmək öhdəliyi götürür. 
Konvensiyanın 2-ci maddəsi, yerin biosferi, litosferi, hidrosferi və atmosferi də daxil 
olmaqla, onun və ya kosmik fəzanın – təbii proseslərin müəyyən məqsədlə idarə olunması 
yolu ilə – dinamikasının, tərkib və quruluşunun dəyişdirilməsi üçün istənilən vasitələri 
«təbii mühitə təsir vasitələri» kimi müəyyənləşdirir. 
Bir sıra regional xarakterli aktlarda əlverişli ətraf mühit hüququnun müxtəlif təsnifatı 
verilir. Məsələn  insan və xalqların hüquqlarının Afrika xartiyası (1986) xalqların 
inkişafına xidmət edən ətraf mühitin qənaətbəxş vəziyyəti hüququnu (maddə 24) təsbit edir 
(21). Amerika insan hüquqları Konvensiyasına  əlavə olunan San-Salvador Protokolunda 
(1989) layiqli ətraf mühit hüququ barədə müddəa (maddə 11) vardır (22). 
 


 
138 
Ş.Əliyev 
 
Hazırda dünyanın bütün ölkələrində  ərzaq, içməli su, zülal aclığı problemi, iqlim 
dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər artmaqdadır, ekoloji tarazlığın 
pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır 
müalicə olunan keçici xəstəliklər əmələ gəlib (13). Məsələn, ÜST-nın məlumatına əsasən 
bütün dünyada xərcəng xəstəliyinə tutulanların dörddə üçünün səbəbi  ətraf mühitin 
çirklənməsidir. Ətraf mühitin çirklənməsi şəhərlərdə günəşli günlərin sayını azaldır, bitki 
aləmini, tikinti materiallarını  və abidələri məhv edir. Ətraf mühitin çirklənməsinin  ən 
təhlükəli nəticəsi insan orqanizmində  mənfi mutasiyalara səbəb olmasıdır. Bu səbəbdən 
fiziki və zehni çatışmamazlıqları olan uşaqlar dünyaya gəlir, sonsuzluq halları müşahidə 
edilir, irsi ağır xəstəliklər adi hal alır (16). ÜST-ün digər hesablamalarına görə havanın 
çirklənməsi hər il 7 milyon ölüm hallarına səbəb olur. Hər il dünyada təqribən 4,3 milyon 
adam elementar biokütlə  və kömürlə  işləyən mətbəx plitələrinin istifadəsi nəticəsində 
havanın çirklənməsi səbəbindən həlak olur. Hazırda dünyada 3 milyard adam üçün yemək 
hazırlığı, istitmə və işıqlandırma üçün zəruri olan təmiz yanacaq növü və texnologiyaların 
əldə olunması qeyri-mümkündür. Bunun nəticəsində iflic, işemik ürək xəstəliyi, ağciyər 
xərçəngi və  uşaqlarda pnevmoniya xəstəlikləri yaranır. 5 yaşa qədər uşaqlar arasında 
sətəlcəmdən ölüm hallarının 50%-i məişət havasının çirklənməsi səbəbindən baş verir. 
Qeyd edilən xəstəliklərin yaranma səbəbi kimi odun, kömür, heyvan peyini, məhsul 
qalıqları kimi bərk yanacan növlərinin yandırılması zamanı ayrılan bərk hissəciklərin və 
dəm qazının yüksək səviyyəsidir (17). Ona görə də insanlar təbiəti qoruyub saxlamaq üçün 
qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə məsuldurlar. 
1972-ci il iyunun 5-də Stokholmda BMT-nin “Ətraf mühitin mühafizəsi 
problemlərinə dair” konfrans keçirildi və burada BMT-nin “Ətraf mühit haqqında 
Proqramı” qəbul edildi (2, 5). Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 
15 dekabr tarixli qərarına əsasən, hər il iyunun 5-i “Ümumdünya Ətraf Mühitin Mühafizəsi 
Günü” kimi qeyd olunur. 
Azərbaycanda  ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində 
həyata keçirilən tədbirlər AR-nin müstəqillik  əldə edilməsindən etibarən daha intensiv 
xarakter almışdır. Bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul 
edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma 
tədbirləri aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında təbii ehtiyatlardan 
səmərəli istifadə, hər kəsin sağlam  ətraf mühitdə yaşamaq və  ətraf mühiti qorumaq 
hüquqları öz əksini tapmışdır. Belə ki, 1995-ci ilin noyabr ayının 12-də  qəbul olunmuş 
Azərbaycan Respublikası Konstitusiyasında ilk dəfə olaraq “Hər kəsin sağlam  ətraf 
mühitdə yaşamaq hüququ vardır” (39-cu maddə) maddəsi öz əksini tapdı.
 Konstitusiyanın 
78-ci maddəsinə görə  ətraf mühitin qorunması  hər bir şəxsin borcudur.
 Bu maddələrin 
icrası üçün Azərbaycan Respublikasının Milli Məclisi  ətraf mühitin mühafizəsi, təbii 
sərvətlərdən istifadə olunması ilə bağlı çoxsaylı qanunlar qəbul etdi. Məsələn, “Ekoloji 
təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, "Əhalinin ekoloji təhsili və 
maarifləndirilməsi haqqında", “Xüsusi mühafizə olunan təbiət  əraziləri və obyektləri 
haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin 
saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 
Həmçinin “Əhalinin 
sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü 
maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri 
ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir (14). 
2001-ci ildə 
ölkəmizdə ekoloji siyasəti həyata keçirən vahid dövlət idarəetmə strukturunun – Ekologiya 
və Təbii Sərvətlər Nazirliyinin yaradılması bu sahəyə göstərilən dövlət qayğısının daha bir 
ifadəsinə çevrilmişdir. 
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması  və  təbii 
sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi hal-hazırda daim ölkə  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə