The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə54/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

 
133 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2016 - № 45 
 
SAĞLAM ƏTRAF MÜHITDƏ YAŞAMAQ HÜQUQU  
SOSİAL HÜQUQLARIN MÜHÜM TƏRKİB HİSSƏSİ KİMİ 
 
Ş.Əliyev 
Bakı Dövlət Universiteti  
Bakı,  Z.Xəlilov küç. 23 
e-mail: aliyev_bdu@mail.ru 
 
Açar sözlər:  sosial hüquqlar, əlverişli  ətraf mühit hüququ, fundamental normalar, beynəlxalq 
əməkdaşlıq, milli qanunvericilik. 
Keywords:  social rights, the right to a healthy environment, basic norms, international cooperation, 
national legislation. 
Ключевые  слова:  социальные  права,  право  на  благоприятную  окружающую  среду, 
основополагающие нормы, международное сотрудничество, национальное законодательство. 
 
Təbiət və onun ehtiyatları bəşəriyyətin milli neməti, dövlətlərin stabil sosial-iqtisadi 
inkişafının  və  vətəndaşların rifahının  əsasını  təşkil edir. Hər bir şəxsin yaşamaq üçün 
əlverişli təbii mühit və ekoloji təhlükəsizlik hüququ və eləcə  də  hər bir dövlətin torpaq, 
onun nüvəsi, meşələri, suları, bitkilər və heyvanlar aləmi və digər təbii ehtiyatlarından 
istifadə qaydasını müəyyən etmək hüququ ümümtanınmış normadır. Insan hüquqları üzrə 
Komissiya 6 mart 1990-cı il tarixində  qəbul etdiyi 1990/41 «Insan hüquqları  və  ətraf 
mühit» Qətnaməsində  ətraf mühitin mühafizəsi və insan hüquqlarının müdafiəsi arasında 
qarşılıqlı  əlaqənin mövcudluğunu qeyd etmişdir. Hər kəs sağlam  ətraf mühitdə yaşamaq 
hüququna malikdir. Bu hüquq şəxsiyyətin normal və sağlam inkişafının mühüm 
faktorudur, onun əsasları Insan hüquqları haqqında Ümumi Bəyannamədə  və Iqtisadi, 
sosial və  mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-12-ci maddələrində  təsbit 
edilmişdir.  Ətraf mühitin lazımi keyfiyyətinin saxlanılması  məsələləri kompleks xarakter 
daşıyır və  həm insanın istehsal fəaliyyəti mühitini, həm də  təbii və ya insanın özü 
tərəfindən yaradılmış,  əlverişli həyat  şəraitini təmin edən bütün yaşayış mühitini özünə 
birləşdirir. 1992-ci ilin iyununda qəbul edilmiş BMT-in «Ətraf mühit və inkişaf üzrə 
Bəyannamə»sində birbaşa göstərilir ki, insanlar məhsuldar həyat və təbiətlə harmoniyada 
yaşamaq hüququna malikdirlər. 
Professor M.M Brinçuka görə, ətraf mühit o vaxt əlverişli olacaq ki, onun vəziyyəti 
ətraf mühit barədə qanunvericiliklə müəyyən edilmiş  ətraf mühitin təmizliyi 
(çirklənməmiş), resursadavamlılığı (tükənməz), növ müxtəlifliyin ekoloji davamlığı    və 
estetik sərvətə dair meyarlara, normalara və qaydalara müvafiqdir (4, 143). 
Y.S.Şemşuçenko hesab edir ki, əlverişli ətraf mühit - nəinki sağlam (çirklənməmiş), həm 
də resursadavamlı və ekoloji cəhətdən sabit, estetik cəhətdən zəngin və rəngarəng yaşayış 
mühitidir (12, 22). 
M.İ.Vasilyevanın fikrincə, sağlam  ətraf təbii mühit hüququ – qeyri-şəxsi, 
konkret, subyektə  məxsus, davamlı  həyata keçirilən, qanunda təsbit olunmuş, dövlət tərəfindən 
təmin edilən və qorunan  əhalinin sağlamlığı üçün təhlükəsiz təbii nemətlərlərin istifadə edilməsi 
imkanları, eləcə də dövlətdən, bütün digər vətəndaşlardan və hüquqi şəxslərdən təbii ehtiyatların və 
digər ekoloji əhəmiyyətli tədbirlərin həyata keçirilməsi zamanı  əhalinin sağlamlığının qorunması 
üzrə  vəzifələrinin yerinə yetirilməsini tələb etmək imkanlarıdır (6, 54).
 Haqlı olaraq V.A 
Suçkova qeyd edir ki, "birbaşa  ətraf mühit ilə bağlı olmayan insan hüquqları sahəsində 
standartlar, onların geniş hüquqi şərh edilməsi üçün müvafiq ilkin şərtlər yarada bilər (9, 
150). Məsələn, sosial və iqtisadi hüquqların həyata keçirilməsi ekoloji amilləri nəzərə 
almaqla insana layiqli həyat səviyyəsinin həyata keçirilməsi imkanı yaradır: 
- ekoloji təhlükəsiz şəraitdə əmək hüququ; 
 


 
134 
Ş.Əliyev 
 
- zərərli ətraf mühitin çirklənməsi təsirlərindən sağlamlığının qorunması; 
- ekoloji təhsil hüququ (5, 11). 
Hüquqi tənzimlənmə  səviyyəsindən asılı olaraq insanın  əlverişli mühitdə yaşamaq 
hüququnun  əsas inkişaf meyillərini - beynəlxalq, dövlət, regional və  fərdi inkişaf yolu 
təşkil edir. Bu zaman ətraf mühitin mühafizəsi kimi kompleks problemin həlli bu gün 
yalnız bütün dünya birliyi, bütün dünya dövlətlərinin birgə qüvvələrinin səfərbərliyi 
sayəsində mümkündür, həmçinin  ətraf mühitin mühafizəsi və insanın  əlverişli  ətraf 
mühitdə yaşamaq hüququ sahəsində toplanan müsbət təcrübənin mənimsənilməsi zəruridir. 
Məsələn, ABŞ-da prezidentin illik ekoloji hesabatı; İsveçrədə federal hökumət tərəfindən 
təbiətin qorunması üzrə maliyyə  tədbirlərinin Konstitusiyada təsbiti; Yaponiyada xüsusi 
qanunvericiliyin (çaylar haqqında, ovçuluq haqqında, quş  və heyvanların qorunması 
haqqında) qəbul edilməsi; Qazaxıstanda  ətraf mühitin mühafizəsi sahəsində qanunverici 
fəaliyyət və s. (7, 15-16) buna bariz nümunədir. 
Vətəndaşların sağlam  ətraf mühitdə yaşamaq hüquqlarının tanınması beynəlxalq və 
milli qanunvericiliklərin inkişafında  əsas amillərdən biridir, lakin insanın, cəmiyyətin və 
dövlətin ekoloji maraqları mühüm əhəmiyyət kəsb etdiyi üçün hazırda bu hüquqların 
həyata keçirilməsi və müdafiəsinin hüquqi vasitələri bəzi uyğunlaşdırılma tələb edir. 
Ümumi ekoloji doktrinaya görə, təbiətin qorunması  və  ətraf mühitin keyfiyyətinin 
yaxşılaşdırılması  cəmiyyətin və dövlətin prioritet istiqamətlərindən biridir. Əhalinin 
sağlamlığı, ekoloji və sosial rifahı bir-biri ilə qırılmaz əlaqədədir (23). 
Beynəlxalq hüquqda əlverişli  ətraf mühitdə yaşamaq hüququ onilliklər  ərzində 
formalaşmışdır. A.F.Fokin dörd mərhələni ayırd edir (10, 12-13): 
Birinci mərhələdə (1948-1972-ci illər) BMT Nizamnaməsi (1945), Ümumdünya 
insan hüquqları  Bəyannaməsi (1948), İnsan hüquqları haqqında Beynəlxalq paktlarda 
(1966) və s. "əlverişli  ətraf mühit hüququ"nun adı  çəkilmir, lakin "həyat  şəraitinin" 
keyfiyyəti ilə  ətraf mühitin keyfiyyəti arasında  əlaqə qeyd olunur, habelə belə "həyat 
səviyyəsinin" insanın layiqli yaşaması üçün zəruri olması göstərilir. Bu dövrlərdə digər 
beynəlxalq sənədlərdə əsas diqqət subyektlərin ayrı-ayrı kateqoriyalarının zərərli təsirlərin 
bəzi növlərindən müdafiəsinə yetirilmişdir. 
Sonrakı illərdə  məhsuldar qüvvələrin səviyyəsi artdıqca və  bəşəriyyətin təbii 
proseslərə müdaxiləsi gücləndikcə cəmiyyət və təbiət arasında münaqişə dərinləşir ki, bu 
da insan həyatı  və sağlamlığı üçün ətraf təbii mühitin əlverişsiz təsirinin güclənməsinə 
gətirib çıxarır və  tələb edir ki, artıq dünya birliyi ətraf təbii mühitin vəziyyəti ilə sosial 
tərəqqi və inkişafın səviyyəsi arasındakı asılılığı dərk etsin (3, 13). 
İkinci mərhələ (1972-1992-ci illər) Stokholmda 1972-ci ilin iyun ayında keçirilən 
Ətraf mühit üzrə BMT Konfransının qərarları ilə bağlıdır. Konfransda Ətraf mühit üzrə 
Bəyannamə, Prinsiplər Bəyannaməsi və  Tədbirlər Planı  qəbul olunmuş  və bir sənəddə 
birləşərək "Stokholm Bəyannaməsi" adlandırılmışdır. Bu Bəyannamədə beynəlxalq 
hüquqda ilk dəfə olaraq insanın  əlverişli  ətraf mühit hüququnun anlayışı formalaşmışdır 
(12, 12). 
1972-ci il Stokholm konfransından sonra beynəlxalq hüquqda insanın əlverişli ətraf 
mühit hüququnun tədricən ekologiyalaşması prosesi başlayır (8, 504). Belə ki, ətraf 
mühitin qorunmasının zəruriliyi özünü hətta insan hüquqları sahəsində dar 
ixtisaslaşdırılmış  sənədlərdə  də özünü göstərir. Məsələn, Aclığın və doyunca 
yeməməzliyin aradan qaldırılması haqqında Ümumi Bəyannamənin (1974-ci il dekabrın 
16-də qəbul edilib) 9-cu bəndində göstərilir ki, ərzaq istehsalı üçün istifadə olunan və ya 
istifadə edilə biləcək təbii ehtiyatların müvafiq qorunmasını  təmin etmək üçün bütün 
ölkələr dəniz  ətraf mühiti də daxil olmaqla ətraf mühitin mühafizəsini yüngülləşdirmək 
üçün əməkdaşlıq etməlidirlər. 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə