The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə48/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

 
 
116
Ş.N.Şahbazlı 
 
keyfiyyəti və quruluşu, optimal uzlaşdırılması  və istehsala cəlb edilməsi imkanları 
əhəmiyyətli şəkildə iqtisadi artımın dinamikasını müəyyən edir. 

 
Maddi resurslar  - insanın yaratdığı, yəni istehsalın nəticəsi olan istehsal 
vasitələridir.  

 
Əmək resursları  –  Əmək resursları üç parametrə: sosial -  demoqrafik, peşə - 
ixtisas və mədəni - təhsil əlamətlərinə görə qiymətləndirilir.  

 
Maliyyə resursları - istehsalın təşkili üçün cəmiyyətin ayıra biləcəyi pul 
vəsaitləridir. 
Sənaye sahəsində resurslardan istifadənin iqtisadi səmərəliliyi dedikdə  təsərrüfat 
fəaliyyətinin nəticəsinin sərf edilən resurslarla müqayisəsi başa düşülür.  İqtisadi 
səmərəlilik özünə səmərəliliyin texniki – iqtisadi və sosial – iqtisadi aspektlərini daxil 
edir. Resurslardan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi iqtisadi artım 
imkanlarının genişləndirilməsinə  və  əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına 
zəruri şərait yaradır. 
İctimai formasiyalar daxilində istehsalın inkişafı  və genişlənməsi ilə  əlaqədar 
insanların təbiətə olan təsiri artmışdır ki, bu da müxtəlif təbii resursların təsərrüfat 
mübadiləsinə verilməsini genişləndirmişdir. Təbii resursların istifadəsində  və bununla 
əlaqədar istehsalın, xüsusilə yeraltı  sərvətlərə  əsaslanan sənayenin inkişafı  və 
yerləşməsində, istərsə də təbiətdə bioloji aləmin inkişafının və təkrar istehsalın nizama 
salınmasında insanların iştirakı, onların antropogen təsiri nəzərə alınmalıdır. 
Əmək resurslarından istifadənin iqtisadi səmərəliliyi müxtəlif göstəricilər 
vasitəsilə müəyyən edilir [2, s.26]: 
1.
 
Əmək məhsuldarlığı göstəriciləri: 
-
 
hər nəfər işçiyə və ad/saata görə ümumi məhsul, man; 
-
 
hər nəfər işçiyə  və  hər ad/saata görə ayrı-ayrı sahələr üzrə  məhsul istehsalı 
(natural və müqayisəli dəyər ifadəsində); 
-
 
ayrı - ayrı sahələr üzrə 1 sen. məhsul istehsalına əmək sərfi, ad/saat. 
2.
 
Əmək resurslarından istifadə səviyyəsi: 
-
 
məşğulluq səviyyəsi (işləyənlərin iş qüvvəsinə faizlə nisbəti); 
-
 
iş vaxtından istifadə əmsalı (faktiki iş vaxtının mümkün olan iş vaxtına nisbəti). 
3.
 
Kənd təsərrüfatının işçi qüvvəsi ilə təmin olunma səviyyəsi: 
-
 
hər hektar torpaq sahəsinə düşən işçilərin sayı, nəfər; 
-
 
hər nəfər işçiyə düşən torpaq sahəsi; 
-
 
il ərzində hər nəfər işçiyə görə əmək sərfi; 
-
 
faktiki əmək resursları ilə onlara olan tələbat arasındakı fərq. 
4.
 
Mövsümlük səviyyəsi aşağıdakı kimi müəyyən olunur: 
-
 
əməkdən istifadənin mövsümlük əmsalı (ay ərzində əmək sərfinin təhlil olunan 
ayın porta aylıq əmək sərfinə nisbəti); 
-
 
mövsümlük miqyası (maksimum əmək sərfi ilə minimum əmək sərfi arasındakı 
nisbət). 
5.
 
İşçi qüvvəsinin sayı və hərəkəti: 
-
 
işçilərin orta illik sayı (365 gün üçün nəzərdə tutulur); 
-
 
işçi qüvvəsinin işə  qəbul olunma dövriyyəsi  əmsalı (il ərzində  işə  cəlb 
olunanların işçilərin orta illik sayına nisbəti); 
-
 
işdən getmə dövriyyəsi  əmsalı (il ərzində  işdən çıxanların işçilərin orta illik 
sayına nisbəti). 
Əmək resurslarından istifadə  səmərəliliyinin yüksəldilməsinin mühüm istiqaməti 
ixtisaslı kadrlar hazırlığı sistemini təkmilləşdirməkdən ibarətdir.  İstehsalın və  əməyin 
təşkilində aparıcı mövqe tutacaq həmin kadrlar müasir iş üsullarını  dərindən 
mənimsəməli, intensiv texnologiyaların tətbiqində, dərk edilən risk və qeyri-standart  


 
 
117
Ş.N.Şahbazlı 
 
situasiyalar şəraitində əsaslandırılmış qərarlar qəbul etməli, eyni zamanda çevik manevr 
etmək qabiliyyətinə malik olmalıdır [3, s.139]. 
Maliyyə resursları – müəssisələrin, təşkilatların və dövlətin sərəncamında olan, 
maliyyə-kredit sistemi qarşısında öhdəliklərin yerinə yetirilməsi, işçilərin maddi 
stimullaşdırılması, geniş  təkrar istehsal xərclərinin həyata keçirilməsi üçün nəzərdə 
tutulmuş pul gəlirləri və  yığımlarıdır.Maliyyə resurslarının təşkilinin  əsas prinsipləri 
aşağıdakılardır: 

 
Maliyyə resurslarının tərkibi və strukturası;  

 
Maliyyə resurslarının yaradılması mənbələrinin təşkili;  

 
Müəssisənin maliyyə resurslarına tələbatının müəyyənləşdirilməsi; 

 
Maliyyə resurslarının onların təyinatına uyğun olaraq məqsədli istifadəsi;  

 
Maliyyə resurslarının qorunması. 
Professor D.S.Molyakovun fikrincə dövriyyə  vəsaitlərinə investisiyalaşdırılan 
maliyyə resurslarının istifadə olunmasının səmərəlilik dərəcəsi aşağıdakı göstəricilərin 
köməyi ilə qiymətləndirilə bilər [7]:  
1.
 
Gün olaraq dövriyyə sürəti və dövriyyə sürəti əmsalı;  
2.
 
Dövriyyə vəsaitlərinə qoyulan hər bir manata düşən buraxılan ümumi və 
ya əmtəəlik mal (yükləmə əmsalı); 
3.
 
Rentabellik;  
4.
 
Xüsusi vəsaitlərin mühafizəsi (mühafizə əmsalı). 
Sənaye sahəsində resurslardan istifadənin iqtisadi səmərəliliyi dedikdə  təsərrüfat 
fəaliyyətinin nəticəsinin sərf edilən resurslarla müqayisəsi başa düşülür.  İqtisadi 
səmərəlilik özünə səmərəliliyin texniki – iqtisadi və sosial – iqtisadi aspektlərini daxil 
edir. Resurslardan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi iqtisadi artım 
imkanlarının genişləndirilməsinə  və  əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına 
zəruri şərait yaradır [8]. 
Resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsində, sivil sənaye resurs 
bazarının təşəkkülündə həlledici istiqamətlərdən biri, bəlkə də birincisi innovasiyaların 
stimullaşdırılması, innovasiyalı inkişaf potensialının reallaşdırılmasıdır. Resurslardan 
səmərəli istifadənin innovasiyalı istiqaməti intensiv texnologiyaların, mütərəqqi 
təsərrüfatçılıq formalarının, resursqoruyucu üsulların geniş  tətbiqini nəzərdə tutur. 
Resursqoruma müasir sənaye sahəsinin magistral inkişaf xətti olmaqla sənaye 
məhsulunun istehsaldan son istehlakçıya qədərki yürüşünün bütün mərhələlərində 
innovasiyalı yanaşma sayəsində mümkündür. 
Müəssisələr bir – birindən nə  qədər fərqlənsələr də onların istehsal resurslarının 
aşkar edilməsi üsulları eyni ola bilir. İstehsal resurslarının aşkar edilməsində mütərəqqi 
orta səviyyə üsulundan geniş istifadə olunur [4, s.32]. Bu üsulun köməyi ilə istehsal 
həcminin artırılması, xammal və material xərclərinin azaldılması, yanacaq və enerji 
xərclərinin azaldılması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə olan resursların 
aşkar edilməsi mümkündür. Bu ondan irəli gəlir ki, müəssisənin varlığının və 
fəaliyyətinin əsasını onun təsərrüfat hesablı gəliri təşkil edir.  
İstehsal resurslarından səmərəli istifadə etmək və onların aşkar edilməsi üsullarını 
bilmək hazırki bazar iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət kəsb edir. Bu üsullardan 
biri də funksional dəyər təhlili üsuludur. Bu üsul xüsusilə maddi resurslardan istifadənin 
qənaətcilliyini təcrübi surətdə həyata keçirilməsinin təmin edilməsi üçün daha yararlıdır.  
Funksional dəyər təhlili üsulu hər bir əmək məhsulunun iqtisadiyyatını öyrənməyə 
və  həmin məhsulun hazırlanması üçün lazım olan ictimai zəruri xərclərin və istehlak 
dəyərinə təsir edən amillərin öyrənilməsinə xidmət edir.  
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə