The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə37/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

91 
 
V.A.Muradov 
 
şəhərində əhalinin sayı iki dəfə artaraq 1590-cı ildəki 1500 nəfərdən 1727-ci ildə 3000 
nəfərə çatmışdı. Bu məsələdə, heç şübhəsiz ki, Səfəvi hökmdarı I Şah Abbasın vəziri 
olmuş    Hətəm bəy Ordubadinin şəhərə himayədarlıq etməsi, eləcə  də Böyük İpək 
yolunun öz əhəmiyyətini hələ də müyyən qədər saxlaması mühüm rol oynamışdı. 
İkinci mərhələ XVIII əsrin  əvvəllərindən başlayıb XX əsrin  əvvəllərinə  qədər 
davam edir. Bu mərhələnin birinci yüz ilini Ordubad şəhərinin inkişafı üçün  heç də 
əlverişli hesab etmək olmaz. Bir tərəfdən Böyük İpək yolunun əhəmiyyətini tamamilə 
itirməsi ilə  şəhərin iqtisadi həyatına ağır zərbə vurulması, digər tərəfdən isə  Səfəvi-
Osmanlı müharibələri, xanlıqlar arasında gedən daxili çəkişmələr və nəhayət, XIX əsrin 
əvvəllərində baş vermiş Rusiya-İran müharibələri Ordubad şəhərində  əhalinin sayının 
artım sürətini xeyli aşağı salmışdı. Heç də  təsadüfi deyil ki, 1727-ci ildən 1828-ci ilə 
qədər keçən bu yüz il ərzində Ordubad şəhərinin əhalisi cəmi 444 nəfər artmışdı. 
1828-ci ildə Naxçıvan diyarının Rusiya imperiyasının tərkibinə qatılması ilə 
bölgədə siyasi sabitlik bərqərar oldu. Bölgədə yerləşən şəhərlərin, o cümlədən Ordubad 
şəhərinin inkişafı  və  əhalisinin sayının artması üçün əlverişli  şərait yarandı. Bununla 
belə, rus müstəmləkəçiliyi dövründə  də Ordubad şəhərində  əhalinin sayının sürətlə 
artmasından danışmaq mümkün deyil. Yuxarıda verilmiş statistik məlumatlardan aydın 
olur ki, Ordubadda 1830-cu ildə 3444 nəfər, 1867-ci ildə 4763 nəfər, 1917-ci ildə isə 
5717 nəfər əhali yaşamışdı. Göründüyü kimi, Ordubadın əhalisi 1830-cu ildən 1917-ci 
ilə qədər, daha doğrusu, 87 il ərazində cəmisi 2273 nəfər artmışdı. Göstərilən bu rəqəm 
şəhərdə  əhalinin artım sürətinin çox aşağı olduğunu göstərir. Bəzi illərdə isə  şəhər 
əhalisinin sayında nəinki artım baş verməmiş,  əksinə azalma müşahidə olunmuşdu. 
Yenə də yuxarıda verilmiş statistik məlumatlar göstərir ki, 1850-ci ildə Ordubadda 4302 
nəfər  əhali qeydə alınmışdısa, 1852-ci ildə onun sayı 262 nəfər azalaraq 4040 nəfərə 
düşmüşdü. Oxşar vəziyyət sonrakı illərdə də baş vermişdi. Belə ki, 1873-cü ildə şəhərdə 
4489 nəfər, 1886-cı ildə isə 4199 nəfər qeydə alınmışdı. Daha doğrusu, 13 il ərzində 
şəhərdə əhalinin sayı nəinki artmamış, əksinə 290 nəfər azalmışdı. 
         Göründüyü kimi, rus müstəmləkəçiliyi dövründə Ordubad şəhərində əhalinin artım 
sürəti xeyli aşağı idi. Əslində Ordubad şəhərində əhalinin artımı üzrə olan göstəricilər 
nəinki bütün Azərbaycan üzrə, hətta onun daxil olduğu  İrəvan quberniyası üzrə olan 
göstəricilərdən xeyli aşağı idi. Belə ki, İrəvan quberniyasında bütövlükdə hər min nəfərə 
ildə 40 nəfər doğum düşdüyü halda, Ordubad şəhərində bu göstərici hər min nəfərə 
cəmisi 20 nəfər təşkil edirdi[11,s.26] . Bəzi hesablamalara görə, XIX əsrin sonuncu 
rübündə Ordubadda əhalinin orta illik artımı cəmisi 1,66% təşkil edirdi[2,s.223]. 
         Bəzi tədqiqatçılar Ordubad şəhərində  əhali artımının belə  aşağı olmasının 
səbəbini, hər şeydən əvvəl əhalinin ağır maddi durumu, həyat səviyyəsinin aşağı olması 
ilə  əlaqələndirirlər. Təkcə onu göstəmək kifayətdir ki, 1915-ci ilə  qədər Ordubadda, 
hərbiçilər xidmət edən kiçik lazaret və aptek nəzərə alınmazsa, heç bir tibb müəssisəsi 
yox idi. Dövlət tərəfindən əhaliyə heç bir tibbi yardımın göstərilməməsi burada müxtəlif 
epidemiyaların və xəstəliklərin yayılmasına səbəb olurdu[4,s.41]. 
         Əlbəttə, yuxarıda göstərilən səbəblərin Ordubad şəhərində  əhali artımının aşağı 
səviyyədə olmasına ciddi təsir göstərdiyini inkar etmək olmaz. Lakin müsəlman 
ölkələrində, hətta ağır maddi durum şəraitində belə  əhali artımının həmişə yüksək 
olması halını da nəzərə almaq lazımdır. Bu ölkələrdə  əhali artımı yalnız uzun sürən 
müharibələr , yoluxucu xəstəliklərin və  təbii fəlakətlərin kütləvi hal olduğu dövrlərdə 
kəskin  şəkildə  aşağı düşə bilərdi. Haqqında bəhs etdiyimiz 1828-1917-ci illərdə 
Ordubad şəhərinin də daxil olduğu Naxçıvan bölgəsində bu hallardan heç birinin baş  


92 
 
V.A.Muradov 
 
vermədiyi bir şəraitdə  əhalinin orta illik artımının hədsiz dərəcədə  aşağı olması bir 
qədər qəribə görünür və sual doğurur. Həm də  nəzərə almaq lazımdır ki, Ordubad 
şəhərində yaşayan  əhali arasında ölüm halları bütün İrəvan quberniyası üzrə olan orta 
göstəricidən ən azı iki dəfə aşağı idi. Əgər Ordubad şəhərində hər il 100 nəfərə 12 ölüm 
halı düşürdüsə, bütün quberniya üzrə bu göstərici 25 nəfər təşkil edirdi[4,s43]. 
          Ordubad  şəhərində  əhali artımının tədqiq edilən dövrdə xeyli aşağı olmasının 
daha  əsaslandırılmış izahına “Qafqaz haqqında statistik məlumatlat məcmuəsi”nin 
1869-cu il nəşrinin birinci cildində rast gəlmək mümkündür.Yeri gəlmişkən, qeyd edək 
ki, tədqiqatçılardan heç kim indiyə  qədər  bu mənbədə verilmiş  həmin izaha diqqət 
verməmişdir. Mənbədə göstərilir ki, iş yerlərinin azlığı və əmək haqqının aşağı olması 
əmək qabiliyyətli ordubadlıları xeyli hissəsini öz doğma  şəhərlərini tərk edərək başqa 
yerlərə getməyə məcbur edirdi: “Şəhərdən başqa yerlərə qazanc dalınca gedən şəxslərin 
sayı Naxçıvanla müqayisədə kifayət qədər çoxdur; məsələn, 1863-cü ildə imperiyanın 
müxtəlif yerlərinə, həmçinin xaricə (çox güman ki, İran və Türkiyəyə -V.M.) getmək 
üçün 220 pasport verilmişdir. Əslində isə qazanc üçün şəhəri tərk edənlərin sayı hər il 
600 nəfərə çatır”[13,s.54]. Əgər qazanc üçün şəhəri tərk edənlərin həddi buluğa çatmış 
gənclərdən və ailəli kişilərdən ibarət olduğunu nəzərə alsaq, onda Ordubad şəhərində 
əhali artımının belə aşağı olmasının səbəbi tam aydınlaşır. 
         Rus müstəmləkə dövrünün başlanmasına qədər Naxçıvan diyarının şəhərlərində, o 
cümlədən Ordubadda yaşayan əhalinin sosial tərkibini müəyyənləşdirmək xeyli çətindir. 
Mənbələrdə bu məsələni özündə  əks etdirən faktiki materialın azlığı  əhalinin sosial 
tərkibinin bütöv mənzərəsini yaratmağa imkan vermir. Bununla belə, xanlıqlar 
dövrünün sonu, rus müstəmləkə dövrünün başlanğıcında tərtib edilmiş  mənbələr 
əsasında bu məsələ haqqında müəyyən fikir söyləmək mümkündür. Bu mənbələrdən 
birində göstərilirdi ki, xanlıqlar dövründə burada “xalq hüquq və vəzifələrinə görə iki 
təbəqəyə bölünürdü: 1) azad adamlara  və 2) vergi ödəyənlərə”[6,s.192]. Xanlar, bəylər, 
ağalar, məliklər, din xadimləri, xan nökərləri, mirzələr və başqaları birinci təbəqəyə aid 
olub vergi immunitetinə malik idilər. Vergi ödəyənlər təbəqəsinə  sənətkarlar, tacirlər, 
şəhərdə yaşayan əkinçi kəndlilər, şəhər yoxsulları və digərləri aid idi. Onu da göstərmək 
lazımdır ki, Azərbaycanın digər  şəhərlərində olduğu kimi, Ordubad şəhərində  də 
əhalinin ümumi sayında imtiyazlı  təbəqənin payı xeyli az idi. İ.Şopenin verdiyi 
məlumata görə, Rusiya işğalının başlanğıcında Ordubadda 15 bəy, 58 ruhani ailəsi 
yaşayırdı ki, bu da əhalinin ümumi sayının cəmi 8-10%-ni təşkil edirdi[16,s.484]. 
         Rusiya  müstəmləkə dövrünün başlanmasından sonrakı ilk onilliklərdə Ordubad 
şəhərində yaşayan  əhalinin sosial tərkibində  hər hansı bir ciddi dəyişiklik baş 
verməmişdi. Azərbaycanın  əksər  şəhərlərində olduğu kimi, Ordubadda da feodal 
münasibətlərinin hələ də qalması əhalinin sosial tərkibinin dəyişməsinin qarşısını alırdı. 
XIX  əsrin 30-60-cı illərində  şəhər  əhalisinin ümumi sayının qismən artması fonunda 
ancaq ayrı-ayrı sosial təbəqələrə  məxsus olan ailələrin sayının artmasından danışmaq 
olar. 1850-ci ilə aid olan məlumata görə, Ordubadda yaşayan 4302 nəfər  əhalinin 52 
nəfərini bəylər, 136 nəfərini ruhanilər, çox böyük hissəsini isə yenə  də tacir və 
sənətkarlar (təxminən 1196 nəfər), habelə kəndlilər təşkil etmişdi[5,s.17].  
         XIX  əsrin son rübündən başlayaraq kapitalist münasibətlərinin, ləng də olsa 
inkişafı  nəticəsində Ordubad şəhərində yaşayan  əhalinin sosial tərkibində müəyyən 
dəyişikliklər müşahidə olunur. Məhz bu dövrdən başlayaraq  şəhər  əhalisi içərisində 
sənayeçilər, muzdlu fəhlələr, rabitə  və  nəqliyyat işçiləri kimi yeni sosial təbəqələr 
yaranıb formalaşır. Azərbaycan şəhərlərinin XIX əsrin ikinci yarısındakı vəziyyətini  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə