www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
11
Onun ilk yaradıcılığı haqqmda Səməd Vurğun, Mehdi
Hüseyn, Mirzə İbrahimov, Məmməd Arif, Süleyman
Rəhimov, Əli Vəliyev, Əbülhəsən Ələkbərzadə, Kamal
Talıbzadə, İmran Qasımov, Əkbər Ağayev, Hüseyn Şərif,
Mehdi Məmmədov və başqaları kimi tanınmış ədəbiyyat,
elm və sənət xadimləri dəyərli fikirlər söyləmiş, ədibin
irsini xarakterizə edən diqqətəlayiq məqalələr yazmışlar.
Ömrünün sonuncu ilinə (1996) qədər ardıcıl şəkildə
yaradıcılıqla məşğul olan İlyas Əfəndiyevin ədəbi-bədii
fəaliyyəti milli-mədəni proseslər məcrasında həmişə
araşdırılmış, onun bədii-estetik düşüncə orjinallığı, fərdi
dil-üslub xüsusiyyəti, dramaturgiya axtarışları ədəbi tənqid
tərəfindən geniş bir şəkildə, müxtəlif problemlərə uyğun bir
tərzdə şərh olunmuş və olunmaqdadır...
Azərbaycan tənqidçilərindən və ədiblərindən Cəfər
Cəfərov və Məmməd Cəfər, Əli Vəliyev və Osman
Sarıvəlli, Cəfər Xəndan və Əli Sultanlı, Mehdi Məmmədov
və Əkbər Ağayev, Firudin Hüseynov və Əzizə Cəfərzadə,
Abbas Zamanov və Orucəli Həsənov, bir çox başqaları kimi
tamamilə müxtəlif, bir-birindən fərqli qələm sahibləri,
sonrakı ədəbi nəsillərin Bəxtiyar Vahabzadə və İsmayıl
Şıxlı, Bayram Bayramov və Bəkir Nəbiyev, Məsud Əlioğlu
və Qulu Xəlilov, Cəlal Məmmədov və Əhəd Hüseynov
kimi və bir çox başqa nüımayəndələri, daha sonralar Xəlil
Rza Ulutürk və Yaşar Qarayev, Seyfulla Əsədullayev və
Təhsin Mütəllimov, Şamil Salmanov və Arif Səfiyev,
Gülrux Əlibəyli və İnqilab Kərimov, Çingiz Hüseynov və
İslam İbrahimov, Arif Hacıyev və Abbas Hacıyev, daha
sonralar Aydın Məmmədov, Qəzənfər Kazımov və Vilayət
Quliyev, Kamil Vəliyev və İlham Rəhimli, Nizaməddin
Şəmsizadə və Məryəm Əlizadə, Akif Hüseynov, Şirindil
Alışanov və Vaqif Yusifli, уеnə də bir çox başqaları
dəfələrlə İlyas Əfəndiyev yaradıcılığına müraciət etmiş və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
12
bu yaradıcılıq Azərbaycan xalqınm XX əsrdəki tarixi və
taleyi kontekstində yüksək qiymətləndirilmişdir.
İlyas Əfəndiyevin sağlığında Yəhya Seyidov, Yaqub
İsmayılov, Aida Salahova, Yaşar Qarayev, Əmin Əfəndiyev
və başqaları onun haqqında elmi monograliyalar yazıb nəşr
etdirmiş, XX əsr Azərbaycan nəsri və dramaturgiyasının,
Azərbaycan ədəbi dilinin, Azərbaycan teatr sənətinin
inkişafında İlyas Əfəndiyev yaradıcılığının rolunu və bədii-
estetik xüsusiyyətlərini təhlil və tədqiq etmişlər.
Həmçinin, İlyas Əfəndiyevin yaradıcılığı haqqında
müxtəlif mövzularda maraqlı və dəyərli dissertasiyalar
müdafiə olunmuşdur.
Tədqiqat işində mümkün qədər bu tənqidçi və ədə-
biyyatşünasların məqalələri, tədqiqatları, əsərləri mərhələlər
üzrə,
xronoloji
ardıcıllıqla
öyrənilmiş,
müəyyən
problematika üzrə şərh edilmiş, ümumiləşdirilmiş, xalq
yazıçsi İlyas Əfəndiyev yaradıcılığının ədəbi tənqidimizdə
ədəbi-estetik dərkinin mahiyyəti açılmış, bu zəngin
yaradıcılığın ədəbi tənqiddə əks olunmasının ümumi
mənzərəsi yaradılmışdır.
Lakin, xalq yazıçısı İlyas Əfəndiyevin şəxsiyyətini və
yardıcılığını ulu öndər Heydər Əliyev qədər dəqiqliklə,
dəyərincə, özü də dəfələrlə, müxtəlif məqamlarda
qiymətləndirən ikinci bir şəxsiyyət olmamışdır. İlk dəfədir
ki, ―İlyas Əfəndiyev şəxsiyyəti və yaradıcılığı Heydər
Əliyevin görüşlərində və nəzərində‖ mövzusunun
tədqiqatda
ayrıca
bölmədə
öyrənilməsi
olduqca
təqdirəlayiqdir.
İlyas Əfəndiyev irsinin bədii-estetik dərkində ədəbi
tənqidimizin çox mühüm rolu olmuş və hazırkı tədqiqat
ədəbiyyatşünaslığımızda bu problemə həsr olunmuş ilk
nümunədir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
13
Həmçinin, biz gördük ki, müəlliflər – Qurban Bayramov
və Jalə Qurbanqızı təkcə bununla kifayətlənməmiş, faktik
materiallara – elmi konfrans, müşavirə, sessiyaların
materiallarına, rəsmi məlumatlara, müsahibələrə də
müraciət etmiş, yerinə düşən mətnlərdən də şərhsiz-flansız
istifadə etmişlər (çünki bu mətnlər özləri özlərini şərh edir).
Məsələn, ulu öndər Heydər Əliyevin İlyas Əfəndiyev
yaradıcılığına verdiyi dəyəri əks etdirən mətnlərin, fikir və
mülahizələrin ayrıca təqdim olunması bu sıradandır və
olduqca qiymətli faktlardandır...
Tədqiqatda zəngin materal var. Kitabiyyatdan, işin
məzmunundan da görünür ki, müəlliflər böyük zəhmət
çəkmiş, mümkün qədər heç kimdən sərf-nəzər etməmiş,
xoşagələn, lazımlı bir tədqiqat işini müvəffəqiyyətlə
tamamlayaraq İlyas Əfəndiyevin 100 illik yubileyində
oxuculara və elmi-ədəbi ictimaiyyətə təqdim etmişlər.
Tahirə Məmmədova,
filologiya elmlər doktoru, professor
22. 05. 2014.
Dostları ilə paylaş: |