326
Xaqan Balayev
Dekabrın 16-da Moskvada işə başlayan xarici işlər nazirlərinin
müşavirəsində SSRİ İran tərəfdən Bakının neft mədənləri üçün təhlükə
gözlənildiyini bəhanə edib, martın 2-dək qoşunlarını İrandan çıxarmayacağını
bildirdi. ABŞ isə qoşunlarını 1946-cı il yanvarın 1- dək İrandan çıxarmış,
İngiltərə həmin tarixdən qoşunlarını çıxarmağa başlamışdı.
1946-cı ilin yanvar ayında Azərbaycan məsələsi beynəlxalq müzakirəyə
çıxarıldı. Yanvarın 10 - da Londonda BMT Baş Məclisinin birinci sessiyası
açıldı. Yanvarın 19-da İran SSRİ-nin İranın daxili işlərinə qarışması faktını
təhqiq etmək tələbi ilə Baş katibə məktubla müraciət etdi. SSRİ isə məsələnin
həllini ikitərəfli münasibətlər məcrasına yönəltməyə səy edirdi. Təhlükəsizlik
Şurası 28 və 30 yanvar tarixli iclaslarında Sovet İttifaqı və İranın bəyanatlarını
dinləyərək, hər iki tərəfin yaxın vaxtda danışıqlara başlamaq arzusunu nəzərə
alaraq, danışıqlar barədə hesabat tələb etmək hüququnu özündə saxlamaqla
müzakirəni yekunlaşdırdı.
1946-cı ilin fevral - mart aylarında Moskvada Qəvam ilə sovet rəhbərləri
arasında aparılan danışıqlar zamanı Stalin demişdi ki, “SSRİ-nin qoşunlarımızın
İranda qalmasını tələb edən başqa maraqları da vardır”. Stalin ilə Molotov
bildirmişdilər ki, “ABŞ-ın və Britaniyanın nə düşündüyü bizi maraqlandırmır,
biz onlardan qorxmuruq” (14, 255-256). Molotov Sovet İttifaqının martın 2-
dən etibarən İranın bəzi rayonlarından qoşunlarını çıxarmağa başlamaq
niyyətində olduğunu söyləyərək əlavə etmişdi ki, sovet qoşunları İrandan o
zaman tamamilə çıxarılacaqdır ki, İran hökuməti Sovet İttifaqı ilə münasibətdə
düşmənçilikdən və ayrı-seçkilikdən tamamilə əl çəksin, Şimali İranda vəziyyəti
tənzimləsin və Sovet İttifaqına münasibətdə dostluq siyasətini bərpa etsin .
İran tərəfinə aydın idi ki, Molotov Cənubi Azərbaycana muxtariyyət, SSRİ-
yə neft konsessiyasının verilməsini nəzərdə tutur. Qəvam Cənubi Azərbaycana
muxtariyyət verilməsinin qeyri-mümkünlüyünü irəli sürdüyünə və neft
konsessiyası məsələsini isə hər vasitə ilə ləngitdiyinə görə sovet qoşunlarının da
İrandan çıxarılmayacağı bəlli olurdu. İran ilə danışıqların heç bir səmərə
vermədiyi məlum olanda, Qəvam hələ Moskvada ikən martın 4-də 15 sovet
zirehli briqadası İranın şimal-qərbindən Azərbaycan əyalətinə daxil olub, İran-
Türkiyə sərhədindən mərkəzə doğru hərəkətə başladı. Daha bir ordu
Bolqarıstandan Türkiyənin Avropa sərhədlərinə doğru irəlilədi. 450 sovet ağır
texnikası Təbrizdən Tehran istiqamətində hərəkətə başladı.
ABŞ prezienti Trumen bunun müqabilində piyada, dəniz və hərbi hava
qüvvələrinin komandanlarına ordunu tam hərbi hazırlığa gətirməyi əmr etdi və
martın 6-da ABŞ-ın Sovet İttifaqına verdiyi notada göstərilirdi ki, Sovet İttifaqı
martın 2-dən sonra da qoşunlarını İranda saxladığına görə Amerika hökuməti bu
məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsinə razılıq vermişdir və bu
barədə SSRİ-ni xəbərdar edir. Martın 8-də verilmiş notada ABŞ məsələni daha
kəskin qoyaraq, SSRİ-dən İrana əlavə qoşun göndərməsi barədə izahat tələb
edirdi.
Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti...
327
Martın 18-də, İran hökuməti tərəddüd göstərsə də, ABŞ-ın təzyiqi ilə İranın
BMT-dəki nümayəndəsi Hüseyn Əla İranın müraciətini BMT-nin Baş katibi
Tryuqve Liyə təqdim etdi. Müraciətdə İran hökuməti SSRİ-nin İranın daxili
işlərinə qarışması məsələsinin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə
çıxarılmasını xahiş edirdi.
Martın 24-də SSRİ qəfildən qoşunlarını İrandan çıxarmaq haqqında qərarını
elan etdi. Təhlükəsizlik Şurasının aprelin 4-də qəbul edilmiş qətnaməsində
göstərilirdi ki, qoşunların çıxarılmasının ləngidildiyi təqdirdə Təhlükəsizlik
Şurası SSRİ-dən izahat tələb edə bilər.
SSRİ-nin öz qoşunlarını İrandan çıxarmaq haqqında qəfil və gözlənilməz
qərarının səbəbləri bu günədək araşdırma və müzakirə obyekti olaraq qalır.
İrana əlavə qoşun hissələri və hərbi texnika yeridilərək irimiqyaslı hərbi
əməliyyatlar keçirilməsi planlaşdırıldığı bir vaxtda sovet qoşunlarının İrandan
çıxarılması daha çox ABŞ-ın martın 21-də, yaxud 23-də SSRİ-yə verdiyi
ultimatumla əlaqələndirilir. Ultimatum məsələsinin ABŞ-ın hərbi qüdrətini
şişirtmək məqsədilə ortaya atıldığını, qoşunların çıxarılmasının SSRİ-nin
sülhpərvər siyasətinin nəticəsi olduğunu, yaxud İrandan neft konsessiyası almaq
ümidi ilə əlaqədar olduğunu iddia edənlər də var. Problemi dərindən tədqiq
etmiş C. Həsənli bu nəticəyə gəlmişdir: “Güman etmək olar ki, bu təcili qərar
Vaşinqtonun şifahi və ya yazılı təzyiqi nəticəsində qəbul edilmişdi” (14, 299).
Səfir İ. Sadçikovun Pişəvəri ilə söhbəti haqqında 1946-cı il mayın 4-də SSRİ
Xarici İşlər Nazirliyinə və Bağırova göndərdiyi məktub da buna dəlalət edir.
Səfir yazırdı ki, “Mən uzun-uzadı və təkidlə ona izah etməli oldum ki,
azərbaycanlıları müdafiə etmək vasitələrimizin hamısı tükənib; yalnız bir vasitə
qalıb – müharibə, bizsə müharibə edə bilmərik”(14, 353).
ABŞ-ın SSRİ üzərindəki bu üstünlüyünü atom silahına əsaslanan
fövqəldövlətçilik iddiasının gerçəkləşməsinin başlanğıc tarixi kimi qəbul etmək
olar. ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan az sonra Trumen bəyan
etmişdi ki, “İkinci dünya müharibəsində qazanılmış qələbə Amerika xalqının
üzərinə dünyaya daimi rəhbərlik etmək məsuliyyətini qoymuşdur” (25, 549).
Amerika siyasətinin bu xəttinin formalaşmasında həmin dövrdə ABŞ-ın
yeganə dövlət olaraq atom silahına malik olması əsas rol oynamışdı. ABŞ
ordusunun keçmiş qərargah rəisi general Maksuell Teylor sonralar həmin
dövrdə Amerika xarici siyasətinin mahiyyətini belə şərh etmişdi: “Atom
bombasının müdhiş dağıdıcı gücü belə fikir yaratmışdı ki, bizim hərbi-hava
qüvvələrimiz indi mühüm həlledici silaha malikdir və bu, Birləşmiş Ştatlara
dünya üzərində polis nəzarəti bərqərar etmək və dünyaya bir növ Pax
Americana-nı (Amerikasayağı sülhü) qəbul etdirmək imkanı verir” (16, 23).
İran hökumətinin Cənubi Azərbaycana qoşun yeridib, milli azadlıq
hərəkatını darmadağın etməsi də, yuxarıda göstərildiyi kimi, ABŞ-ın hərbi və
siyasi yardımı və BMT-nin dəstəyi ilə gerçəkləşdirilmişdi. Məhz ABŞ hökumət
qoşununun Şimali İrana yeridilməsinin münasib vaxtını məsləhət görmüş və
onu hərbi texnika ilə - 40 tank, 150 təyyarə və digər sursatla təmin etmişdi.
328
Xaqan Balayev
Aərbaycana hücumda 1943-cü ilin oktyabrından ABŞ polkovniki Norman
Şvartskopfun başçılıq etdiyi İran jandarmeriyası da fəal iştirak edərək,
demokratlara divan tutmaqda nümunə göstərmişdi. Buna görə əməliyyatlardan
sonra ona general-mayor rütbəsi verilmişdi. (19, 57-58).
1946-cı ilin payızında ABŞ-ın dövlət departamentində Yaxın Şərqdə siyasət
məsələsi müzakirə olunarkən bu nəticəyə gəlinmişdi ki, İranın sovet
dominionuna çevrilməsi təhlükəsi mövcuddur və bu, Amerikanın regiondakı
maraqları ilə tamamilə ziddiyyət təşkil edir. Hadisələrin gedişini Amerikanın
xeyrinə dəyişdirə biləcək tövsiyələr hazırlanmışdı və onların əsas qayəsi Cənubi
Azərbaycanda öz hakimiyyət səlahiyyətlərini bərpa etməkdə İrana yardım
göstərməkdən ibarət idi.
Azərbaycana qoşun yeritməyə hazırlaşan Qəvam 1946-cı il noyabrın 24-də
BMT-yə müraciət hazırlamış və ABŞ-ın İrandakı səfiri C. Allendən hökuməti-
nin buna dəstək verməsini xahiş etmişdi. Noyabrın sonunda dövlət departamen-
tindən Qəvamın bu niyyətinin bəyənildiyi və müdafiə ediləcəyi bildirilmişdi.
Noyabrın 27-də ABŞ-ın İrandakı səfiri C. Allen “Ettelaat” qəzetinin
Azərbaycana qoşun yeridilməsi ilə əlaqədar sualına belə cavab vermişdi: “İran
hökumətinin İranın bütün hissələrinə (nəzarət edilməyən məntəqələr də daxil
olmaqla) nəzarət qüvvələri göndərməsi haqqında elan olunmuş niyyəti qəti,
normal və münasib bir qərardır” (4, 143). Səfir “nəzarət edilməyən məntəqələr”
deyəndə, Azərbaycanı və Kürdüstanı nəzərdə tuturdu və əlavə etmişdi ki,
İranın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılması yalnız
üçtərəfli müqavilənin prinsiplərindən biri deyil, həm də ABŞ-ın siyasətinin
məqsədidir.
Noyabrın 29-da ABŞ-da İranın yeni səfiri təyin olunmuş Hüseyn Əla
etimadnaməsini prezident Trumenə təqdim edərkən, “sovet təhlükəsi” haqqında
uzun şikayətini belə bitirmişdi: “Cənab prezident, bu böhranlı vəziyyətdə İranın
hüququnun qorunmasını davam etdirməyinizi açıqcasına xahiş edirəm. Yalnız
sizin ölkəniz bizi xilas edə bilər, ona görə ki, siz həmişə əxlaqi idealları və
prinsipləri müdafiə etmisiniz və sizin əlləriniz təmizdir” (17, 31).
Dekabrın 4-də ABŞ səfiri Tehranda yeni bəyanatla çıxış etdi. Bildirdi ki,
Azərbaycan İranın tərkib hissəsidir və İranın öz ordusunu ölkənin bir
hissəsindən digər hissəsinə aparmasının Rusiyanı narahat etməsini başa düşə
bilmir.
Dekabrın 5-də Hüseyn Əla “Azərbaycan əyalətində cari vəziyyət haqqında”
əvvəlcədən hazırlanmış raportu BMT Təhlükəsizlik Şurasının sədri X. V.
Consona təqdim etdi.
Dekabrın 6-da dövlət katibinin müavini Din Açeson Rusiyaya xəbərdarlıq
etdi ki, İrana qarşı heç bir hərəkətə yol verməsin. Trumenin tapşırığı ilə dövlət
departamenti də Moskvaya bildirdi ki, ABŞ hökuməti Sovet İttifaqının
Azərbaycan işlərinə hər hansı bir şəkildə qarışmasını cavabsız qoymayacaq.
İranın hökumət qoşunları Azərbaycanın zəbtini başa çatdırandan sonra
ABŞ-ın SSRİ-dəki səfiri Smit dekabrın 27-də dövlət katibinə göndərdiyi
Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti...
329
analitik məktubda yazırdı: “Əgər məsələ yalnız SSRİ ilə İran arasında həll
olunsaydı, sovet qoşunları çoxdan Zəncanda olardı. Məhz Qəvamın BMT-yə
müraciəti nəticəsində SSRİ BMT ilə və bu məsələ ilə fəal məşğul olan ABŞ ilə
qarşıdurmadan çəkindi” (14, 452).
İran şahının fikrincə də Azərbaycan hərəkatının darmadağın edilməsinin ən
başlıca səbəbi bu münaqişəyə cəlb edilmiş bütün tərəflərin (Sovet İttifaqı, İran
və Azərbaycan) ABŞ-ın İranın suverenliyinə ciddi yardım göstərəcəyinə
inanmaları idi (24, 132). Azərbaycan üzərində qələbəni bayram edən mürtəce
dairələrdə ən çox səslənən bu idi ki, “Amerika Azərbaycanı İrana qaytardı”.
Beləliklə, aparılan araşdırmalardan belə nəticəyə gəlmək olar ki, SSRİ-nin
Cənubi Azərbaycanda həyata keçirmək istədiyi sonadək düşünülməmiş və
avantüra mahiyyətli siyasəti (Bağırovun səmimi qəbul etdiyi və öz əlavə
proqramı ilə yeritdiyi, Pişəvərinin daha çox inanmaq istədiyi, qismən şübhə
etdiyi siyasət – “mən sizə əvvəldən inanmırdım”) məhz ABŞ-ın qətiyyəti və
təzyiqi ilə iflasa uğradı. Sovet İttifaqının itirdiyi müəyyən ərazi (Şərqi
Avropada on dəfələrlə çox əraziyə yiyələnmişdi) və müəyyən barel neft oldu.
Cənubi Azərbaycan əhalisi isə milli faciəyə məruz qaldı və ən əsası, uzun illər
ərzində istiqlal inamını itirdi. Sovet tərəfindən Cənubi Azərbaycanda
demokratik hərəkatın rəhbərlərindən biri olmuş M. İbrahimov yazırdı ki,
“...Azərbaycan xalqı yarım əsrin ərzində üç böyük çıxış ilə əsarət altında
yaşamaq istəmədiyini, öz cəlladlarına nifrət etdiyini göstərdi. Hərgah xarici
qüvvələr və tarixi şərait onun zülm zəncirlərinin əbədi olaraq qırılmasına imkan
verməmişsə, burada nə onu, nə də onun başçılarını ittiham etmək olmaz” (7,
90).
Bununla belə, İranda Cənubi Azərbaycan xalqının istiqlal ideyası müqəddəs
ideyadır və tarixin hansısa dönəmində gerçəkləşəcəyinə şübhə yoxdur. Tarixin
hansısa dönəmində Cənubi Azərbaycanın müstəqil Azərbaycan dövləti ilə
birləşəcəyi də şübhə doğurmamalıdır. İmperiyaların məhvini şərtləndirən tarix
buna da qadir olacaq. Lakin Cənubi Azərbaycan əhalisi bir daha özünün böyük
dövlətlərin məkrli oyunlarının qurbanına çevrilməsinə imkan verməməlidir.
ƏDƏBİYYAT
1.
ARPİİDSPİHA: f.1, siy. 89, iş 197, v. 117
2.
ARPİİDSPİHA: F 1, siy. 89, iş 187, vv. 10-17; 23-40
3.
ARPİİDSPİHA: F 1, siy. 89, iş 197, v. 112
4.
Çeşmazər M. M. Azərbaycan Demokrat Partiysının yaranması və fəaliyyəti. Bakı: Elm, 1986
5.
Haçimi Ə. Ə. Mübarizələrdə keçən ömür. Bakı: Maarif, 2002, 136 s.
6.
Xalqa müraciət. “Azərbaycan” qəz., Təbriz, 1945, 23 noyabr
7.
İbrahimov M. Ə. Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında // İnqilab və
mədəniyyət, 1947, № 4, s. 77-104
330
Xaqan Balayev
8.
Pişəvəri M. C. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1984, 430 s.
9.
Pişəvəri S. C. Xatirələr (1941-1945). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri, 2005, 394
s.
10.
Алиев С. М. История Ирана: XX век. М.: ИБ РАН-Крафт+, 2004, 648 с.
11.
Атлантическая хартия / Дипломатический словарь / Гл. Ред.: А. А. Громыко, И. Н.
Земсков, В. М. Хвостов. В 3-х т. Т. 1, М.: Политиздат, 1971, 612 с.
12.
Внешняя политика Советского Союза в период Отечественной войны. Документы и
материалы. 22 июня 1941 г.-31 декабря 1943 г. В 3-х т. Т. 1, М.: Политиздат, 1944, 700
с.
13.
Всеобщая Декларация Прав Человека. Издание Департамента общественной
информации ООН, 20 с.
14.
Гасанлы Дж. П. “СССР-Иран: Азербайджанский кризис и начало холодной войны.
1941-1946”. М.: Герои отечества, 2006, 560 с.
15.
Гасанов Г. М. Иранский дневник (1944-1946 гг.). Баку: Элм, 2007, 576 с.
16.
История внешней ролитики СССР: в 2-х т. Т 2, М.: Наука, 1981, 780 с.
17.
Лавренов С. Я., Попов И. М. Советский Союз в локальных войнах и конфликтах. М.:
АСТ, 2003, 608 с.
18.
Люлечник В. И. Забытые страницы Второй Мировой войны: как Советский Союз и
Великобритания в 1941 году оккупировали Иран. Газ. «Русская Америка», 2005, № 337
19.
Орлов Е. А. Внещняя политика Ирана после Второй Мировой войны. М.: Наука, 218 с.
20.
Парвизпур Б. С. Советско-Иранские отношения в годы Второй Мировой войны (1939-
1945). Тбилиси: Мецниереба, 1978, 108 с.
21.
Советский Союз на международных конференциях периода Великой Отечественной
войны 1941-1945 гг. В 6-ти т. Т. 2 (Тегеранская конференция руководителей трех
союзных держав – СССР, США и Великобритании (28 ноября – 1 декабря 1943 г.), M.:
Политиздат, 1984, 176 с.
22.
Советский Союз на международных конференциях периода Великой Отечественной
войны 1941-1945 гг. В 6-ти т. Т. VI (Берлинская (Потсдамская) конференция
руководителей трех союзных держав – СССР, США и Великобритании (17 июля – 2
августа 1945 г.), M.: Политиздат, 1980, 552 с.
23.
Churchill Winston S. The second world war. The third vol. New York: Bantam Book, 1962,
654 p.
24.
Pahlavi, M. Reza Shah. Mission for my Country. London: Hutchinson, 1961, 620 p.
25.
Public Papers of the Presidents of the United States. Washington: 1961, 648 p.
یدورهلا یلعریما
.
اه هظحلام و اه هدنام دای
.
وکاب
:
,،نلارون
7002
،
257
. حص
72
Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti...
331
Summary
THE ASPIRANT OF THE INSTITUTE OF SCIENTIFIC RESEARCH
OF AZERBAIJAN ACADEMY OF NATIONAL SCIENCES
Khagan BALAYEV
(Azerbaijan National Academy of Sciences)
The defeat of the national-liberation movement in South Azerbaijan (in 1941 – 1946):
political and geopolitical reasons.
In the report, political and geopolitical reasons for the defeat of the movement of national
liberation in South Azerbaijan launched and lead by the USSR and resulted with the declaration
of Azerbaijan autonomy are researched and defined. The Author comes to the conclusion that in
spite of the fact that political reasons negatively influenced the movement, they were not the
main reason. Geopolitical reasons – The clash of interests of The USSR, The USA and Great
Britain (to get Iran oil and to attain the sphere of influence there) – were the main reason of the
defeat of the movement. The USA, depending on its military power, with diplomatic and military
help to Iran made the USSR take a step back, and achieved the abolition of Azerbaijan National
Autonomy.
Key words: South Azerbaijan, the movement of national – liberation, Stalin, Pishavari,
political reasons, geopolitical reasons.
Dostları ilə paylaş: |