Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə43/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   39   40   41   42   43   44   45   46   ...   148

________________Milli Kitabxana________________

O iki şəxs ilə görüşdüm mən,

Xəyal asudə oldu şərlərdən.

Göyə bənzər biri lətafətdə,

Biri yer hakimi - xilafətdə.

Biri ruha dayaqdı, hikməti var,

Özü dörd ünsürə olan meyar.

O biri əqlə yol açan varlıq,

Üsuli-dinə etdi memarlıq.

Xoyda xadim isə bu Rüknəddin,

Reydə alim olub o Rüknəddin.

Bu Xoya, o Reyə edib xidmət,

Hər iki şəhrə verdilər zinət.

Bu Günəş qərq edib Reyi nura,

O, Xoy əhlinə oldu Ahura*.

Xoyda bu Şafei əqidə ikən,

Hənəfi oldu Reydə o qəlbən*.

Bu iki din rüknunə öyünüb,

Xoy olub Kufə, Reysə Misrə dönüb.

Xoy Rüknəddini suya bənzər,

Hara getsə, inan, o yer sevinər.

Rüknəddin zəkası vermiş pay,

Rey olub bolluğunda Misr ilə tay.

Bu, Nəbinin hədisin etdi şüar,

O, Əlinin kəlamını təkrar*.

O iki şəxsin olduğu məclis,

Kəbül-Əhbar, Kəbədir, şəksiz*.



________________Milli Kitabxana________________

Onlar olmuşdu sirlərin açan,

Elmlər sərdan, xəzinədan.

Çünki, saqidir, həm də pak onlar,

Həm Əli, həm də Cəfəri-Təyyar.

Söz açam mən üçüncü Cəfərdən,

Toxunar Bərməkilərə hökmən.

Hər ikisi döyüşdə qüvvətli,

Gül kimi incə, həm səxavətli.

Elmdə bürc, dözümdəsə Keyvan,

Günəşə bənzəyir vüqarda, inan.

Bu iki qütbdən alır köməyi,

Dolanır dini-islamın fələyi.

Onlar olmuş şeriətə məhvər,

Bu iki qütbdə o dövr eləyər.

Elmdə dağ deyim, ya da ümman,

Hər sözü dürr olan iki insan.

Çox görübsən dənizdə dağlar əgər,

İndi dağda dənizə eylə nəzər.

Bu iki şəxs tərk edib həvəsi,

Əli tək pakdır onların nəfəsi.

Allahın əmri ilə fıkr elə sən,

Əlidir aynada iki görünən.

O Ömərlər kimi dini qoruyan,

Onlar olmuş mənə dayaq hər an.

Biri Təbrizdə Xızr tək məşhur,

Öz həyat çeşməsilə etdi zühur.



________________Milli Kitabxana________________

O biri Reydədir, Məsihi-zaman,

Cismimə, ruhuna olub dərman.

Biri etmiş mənə həmişə kömək,

O birisi mənimlə həmməslək.

Gör ki, İskəndəri, Bürəhmən üçün,

Mağaraya özü gəlibdi bu gün.

Reydə Mərvin qoca şahı önünə,

Getdi Alp Arslan, faydası nə?

Səncərə dost imiş iki kəffaş,

Çəkər imiş hər həftə onlara baş.

Gün gedib, Şir ilə olar həmdəm,

Ruh ilə çün bədən olur bahəm.

Zərrənin Gün yanında qiyməti yox,

O edər zərrəni nəvaziş çox.

Rey ilə Xoydakı bu bir cüt imam,

Mədh üçün şerimə verər ilham.

Donuz hər asqıranda, burnundan,

Çıxar allahın hökmü ilə siçan.

Onlar asqırsa, şübhə yoxdu, gərək,

Dilə "Əlhəmd" kəlməsi gətirək.

Birdi, Xaqani, qiblə, bəllidi bu,

Sanıram qiblə həm də Reylə Xoyu.

Şerimin onda biri oldu bəyan,

Sözümün şəkkərilə doldu cahan.

Reydə o hörmət etdiyim insan,

Dünyanın fəxridir, bilir dövran.



________________Milli Kitabxana________________

Sədri-Tacəddin, indi əhli-kübar,

Tacidar söyləyir ona aşkar.

Demə sən əşrafın səxavətini,

Söyləmə möminin ibadətini.

Təxtü tacın əsiridir onlar,

Bunları qul edib əlində dinar.

Dilinin xəncərin çəkir qından,

Heyrət ilə baxır ona dövran.

O, Əmin Salehin əziz xələfi,

Adını fəxr ilə çəkir sələfi.

O kərəm cövhəri, sözə ustad,

Yaradan möcüzə edib icad.

Qəlbimə salmış o məhəbbətini,

Duyuram zülfünün təravətini.

Mehrinə eylə etmişəm adət,

Tələbə sanki öyrənir ayət.

Çün Əmin Yəhya, Cəfəri-Təyyar,

Oldular dinə tac, zamana vüqar.

Said ilə Əmini-Ali, inan,

Dinə başdır, kitaba da ünvan.

Bunun əqli, onunsa pak nəfəsi,

Tərifə layiq oldu hər birisi.

Tacda üçdür, Əmində dörd hərf var,

Bismdə və ilahda da bu qərar*.

...Odur İsa, mənəm ona bəndə,

Tapdım hökmüylə çün həyat mən də.



________________Milli Kitabxana________________

İsaya bəndəlik edər hər kəs,

Gecə-gündüz nədir, inan, bilməz.

İsa olmaq deyil belə asan,

Dara getməz onun tək hər insan.

Elmdə yox bərabərim, ancaq,

Fələk etmiş məni qəmə dustaq.

Sala bilməz kəlamımı gözdən,

Boşboğaz, div sifətli nəzm deyən.

Su itində məgər o qiymət var,

Ona qəndab verə neçin bolğar?

İki fəzlə mənəm bu gün rəhbər,

Gələcək nəslə də çatar bu xəbər.

Şahə qalxarsa mən minəndə kəhər,

Paxıl hər an buna paxıllıq edər.

Yox sözüm meydana təzə gələnə,

Edə bilməz paxıllıq heç də mənə.

Etmərəm mən sələflə bəhs əsla,

Tək çıxıb köhlənim mənim bu yola.

Göz dikiblər mənim sənət varıma,

Oğrunu qarğımaq gəlir arıma.

Oğruda olmasa əgər həya, ar,

Səsini doğrudan betər çıxarar.

Oğru dinsə, başın bəlaya salar,

Yol kəsən öskürərsə, peşman olar.

Paxılı xatirimdə saxlamıram,

Ancaq olmur xəyalım heç aram.



________________Milli Kitabxana________________

Yesə yüz il ilan əgər torpaq,

Torpaq axırda, bil, onu udacaq.

Bu qəsidəm də yeddiliklə gedir,

Ən gözəl səkkizinci şerimdir*.

Assalar Kəbənin önündən əgər,

Bil ki, bu şeri Kəbə örtük edər.

İmrul-Qeysin qəsidəsin yada sal,

Bu qəsidəm ona yetirdi zaval*.

Bu məsəldir, o kəs ki, çox deyinər,

Gecə vaxtı odun yığana dönər,

Arının zəhməti axır bal olur,

Şerimin tacı da bu minval olur.

Bu tumar arx kimi behiştə axar,

Dörd gözəl arxıdır onun bu tumar.

Verdim "İnsanlıq" ad, ürəklə buna,

Çün onunla yetişdi məna sona.

Üzrümü dinləsən, "Quran"da da var,

"Xalq" sözü sonda, eyləmə inkar!*

Hamin olsun iki cahanda sənin,

Sənə ruh bəxş edib, ömür verənin...

14. QAZİLƏR QAZİSİ SƏDRƏDDİN

ƏHMŞADI MƏDH

Göylər sənin camalını bəzərkən,

Eşqin ilə çiçəkləndi dağ, çəmən.

Ağıl sənin qarşında bir qul oldu,

Dodağından can aləmi doğuldu.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə