Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə51/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   47   48   49   50   51   52   53   54   ...   148

________________Milli Kitabxana________________

Bəxşişinə olmayıb heç də bərabər dəniz,

Tişəsi cəngəllərin xəncəri-bürranıdır...

Daxma yaranmış ona çərx bu dəsgah ilə,

Bu fələyin tağı da fəxr ilə eyvanıdır.

Yonsa əgər Mərrixi, rəndəsi küt olsa da,

Sovlamağa o Zühəl əldəki suhanıdır".

Olmayıb əsla iki üzlü mişarlar kimi,

Kim deyəcək bu onun eybi, ya nöqsanıdır?

Heyran olur hər görən elminə, ürfanına,

Sərvər edən aləmə elm ilə ürfanıdır.

Oldu Tuğanşah mənə, Altun anamdır mənim,

Mən də onun sonquru, canım onun canıdır*.

Eyləsə şagird məni, baş qoyaram əmrinə,

Əmri mənim könlümün hakimi, fərmanıdır.

Eylə mübarək bulud böylə sədəf bəsləyib,

Mən kimi övlad onun qətreyi-neysanıdır.

Ruhumu pak bəslədi böylə müqəddəs mənim,

Duz-çörəyi canımın mayəsi, bünyanıdır.

Körpə kimi hey əmər barmağımı əql-huş,

Barmağıma dad verən duzlu nəməkdanıdır.

Ruzuma zamin odur, minnəti yox kimsəyə,

Böylə məni bəsləyən var dolu Şirvanıdır.

Taclara baş əymərəm, qane olub, bilmərəm

Kim haranın əfsəri, kim hara xaqanıdır.

Olsa onunla biri düşmən əgər, qəm yeməm,

Şeytan Adəm nəslinin daimi düşmanıdır.

Qırmızıgöz yağılar öylə qulağı sarı,

Onları ifşa edən Öz işi, tüğyanıdır...

Öz atamın mədhinə həsr elədim şerimi,

Çünki bütün varlığım töhfəsi, ehsanıdu-.

Əql - qoca bir ağac, müntəzir olmuş haçan,

Taxt edəcəkdir onu, ya kuyu çovkanıdır?

Eyləyirəm mən dua, tanrı qəbul eyləsin!

Xeyir verən bizlərə pak, təmiz imanıdır.

Beş dəfə hər gün mənə etdi namazla dua,

Paklar onun canının böylə duaxanıdır.

Getdi qəzadan Ömər, ömrü vəfa qılmadı,

Çox yaşasın Osmanı, yurda nigəhbanıdır.



________________Milli Kitabxana________________

23. PEYĞƏMBƏRİN NƏTİ, MOİZƏ VƏ

ƏBU-İSHAQ NƏSİRƏDDİN İBRAHİMİN MƏDHİ

(tərkibbənd)

Könül, "can, can" dedin, bəsdir, daha müştaqi-canan ol!

Odur can mülkünə sultan, sən o sultana dərban ol!

Həvəs layiq deyil mərdə, onu hümmətlə başdan at,

Çalış, aldanma, ağlın qarşısında bəndəfərman ol!

Sənə küfr ilə iman örtü olmuş, varsa dərrakən,

Qabaqca küfrdən əl çək, çalış sən, əhli-iman ol!

Əgər arzun igidlərlə at oynatmaqdır aləmdə,

Bu divlərdən uzaqlaş sən, otur təxtə, Süleyman ol!

Onun qəsri qabağında at oynatmaq dilərsənsə,

Uşaqlıq nənnisindən dur, çalış, sən mərdi-meydan ol!

Qara at çapmış olsa o, sən o meydanda ol torpaq,

Ələ çovkan alarsa, top kimi meydanda qəltan ol!

Onun bir ox yarasıyla səni, bil, tərk edər qəflət,

Oxun pişvazına get, sinəni aç, kamil insan ol!

Onun tək olmağa səy et, onunla bir olan yerdə,

Bu yerdən köç edib getsə, nə yaxşı görsən, ondan ol!

Qulaq vermə ki, bayquşlar fəqət viranə istərlər.

Könül mülkün abaddırsa, xaraba içrə pünhan ol!

Sənə bənd oldu Xaqani, hərəmdən xaricə düşdün,

Unut Xaqanini sən də, nədimi-xasi-xaqan ol!

Aman axtarsan aləmdə o dünyanın əzabından,

Ümidin xaliqə bağla, əgər şairsən, Həssan ol!

Odur xalqa şəfaətçi, odur dünyaya peyğəmbər,

Bəni-haşim əlindəndir, olub insanlığa məzhər.

* * *

Diyari-eşqə əql ilə deyil əsla rəva getmək,



Gəlirsə eşq dərdi, şərtdir pişvazına getmək.

Diyari-eşqdə eşqi fəqət rəhbər bilər aşiq,

Şahın əmrilə lazımdır şahın dərbarına getmək.

Həvayə yol da versən, vermə qəlbindən keçən yoldan

Ki, aşiqlər sanarlar küfr, qəlbində həva getmək.



________________Milli Kitabxana________________

Əsil Türkistana get, orda mənalı adam axtar,

Kimə lazım Çinə adəmgiyah axtarmağa getmək?

Ürək can qeydinə qalsa, yarın vəsli deyil mümkün,

Ətək altında büt, olmaz xuda dərgahına getmək!

Birinci şərtidir aşiqliyin nəfsindən əl çəkmək,

Fəna ardınca yoxluq tərkinə bağlı, fəda getmək.

Ya dilbər məclisində od tutub, qəlbən alışmaqdır,

O ərbabi-səfalarla ya çəkməkçin səfa getmək.

Ürəkdən dərdlisən, zəng tək nədəndir nalə etməzsən?

Yükün ağırsa karvanda, çəkib neyçin cəfa getmək.

Hələ səhradasan, canın xətərdə, bir yolun vardır,

Fəna Kərxin tərk etmək, bəqa Bağdadına getmək*.

Çalış, öz arzuna çat sən, ya bir gün, ya yüz il olsun,

Yarı olmuşsa yol artıq, dayanmaq yox, daha getmək.

Deyilsən canına düşmən, nə lazımdır sənə onda,

İçində can çəkişmək, zahirən əyri yola getmək?

Bu mənzildə pənah axtar, başında keçmə,

Xaqani, Tutubdur yolları cadu, gərək əldə əsa getmək!*

Könül eşqə veribsən, nəfsini öldür, yaraşmaz ki,

Təriqi Müstəfanı Buləhəblə qol-qola getmək.

Bu dünya mülkünə məhvər, bəşər övladına rəhbər,

Cahana nur saçan məşəl, Məhəmməddir o peyğəmbər.

* * *


Həqiqi yol ararsansa, buyur, bu yol həqiqətdir,

Burax ulduzları, yol göstərən tək Ay kifayətdir.

İtir öz varlığın eşqin yolunda əvvəl-əvvəl, get,

Gələr bir səs ki: - Ey azmış, bu yol rahi-məhəbbətdir.

Başından kim keçə bilsə, görər ancaq o dərgahı,

Əgər varsa belə arzun, bu yolla get, səadətdir.

Nədir bir baş? Onun vəslinə çatmaqçın, başından keç,

Onun vəslinə yüz baş, hər başa yüz tac qiymətdar.

Vüsali-eşqə çün çatdın, iki aləm tələb eylər,

Nə arzun var, olar hasil, vüsalı xoş əlamətdir.

Onun eşqilə bağlandın, çəkinmə əsla zəhmətdən,

Məhəbbət meydanı çünki ya qovğadır, ya zəhmətdir.

Qalıb heyrət quyusunda - xilaskar axtarırsan sən,



________________Milli Kitabxana________________

Əlində ip, durubdur o, yada salsan, kifayətdir*.

Çapıb hümmət atın, artıq bu dünyadan uzaqlaş sən,

Görərsən bir axur onda, içində bollu nemətdir.

Bir ah çək odlu qəlbindən, dodağında alışsın ah,

Desinlər halədir göydə, ya ulduzdur, ya tələtdir.

Atıb sən ayrılıq daşın, gəlib birlik səfındə dur,

Önündə bir qoşun var ki, sayı yox, binəhayətdir.

Xəta etmişsə Xaqani, onu əfv eyləsinlər qoy,

Xətaya əvf kim istərsə bu insandan cəsarətdir.

Yerə sahib, göyə məhrəm, o peyğəmbər Məhəmməddir,

İki dünyada xaqanlar ona quldur, rəiyyətdir.

* * *

O bir şahdır, onun üçün enib göydən şəriət də,



Ayağına qoyub başın fələklər də, təbiət də.

Əbədiyyət sarayında qalar almaz kimi nitqi,

Vəzir idi əcəl, daim dayanmışdı itaətdə.

Mələklər dəstəbədəstə yığıldı bayrağı altda,

Rikabında neçə-neçə gəlib durmuşdu millət də.

Onun bayrağı üstündə yazılmışdı "Rəsuləllah",

O qurdu "Lailahə" qəsrinə "illa"nı, əlbəttə*.

"Təbarək" xütbəsi "sübhanə" oldu beş səhər təbli,

"Ləimrək" təxti-"qabə qovseyn"dir nübüvvətdə.

Göyərçin pərdəyə döndü, bulud saldı ona kölgə,

Bu bir olmuş həqiqətdir, verib baş vəqti-hicrətdə*.

Göhər saçmış o əllərdə qələm heç tutmayıb əsla,

Əbədi qaldı hər nitqi, göhər oldu həqiqətdə.

O axşam ki, ilahiylə gedib razi-niyaz etdi,

Gözündə zərrəyə döndü bütün dünya o halətdə.

O, dörd ünsürlə kəşf etdi cəmiyyətdə olan fərqi,

Onun ümman xəyalından yaranmışdır bu nemət də.

Ona dörd canişin olmuş, xilafət taxtına çıxmış,

Yeri vardır, Nəsirəddin otursun o xilafətdə*.

O xalqa başçı olmuşdur, həqiqətdə ulu rəhbər,

Onun səyilə dərk etmiş şəriəti cəmiyyət də.

Şəriətdə, təriqətdə Nəsirəddin imam oldu,

Salındı bayrağı küfrün, daha ömrü tamam oldu



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə