Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə49/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   45   46   47   48   49   50   51   52   ...   148

________________Milli Kitabxana________________

Canım yaxıldı oda, təb pas tutubdur, əgər,

Bir ah çəksəm, odunda dəmir belə əriyər.

Fəzilətin dadıma çatmasa, budur qorxum,

Rəqiblə üz-üzə gəldikdə mən — xəcalət olum.

Sözün məzacına mədhinlə qatmışam şəkkər,

Ümidimi qıraraq, kamıma axıtma zəhər.

Kərəm qılıb da, mənə qıyma, ehtiyacımdan,

Min odlu ah ciyərdən çəkib, yanam hər an!

Ölüm odu gəzirəm ehtiyac üzündən mən,

Necə həyat suyu axtarar həyatı sevən.

Çörək dalınca canım ayna tək zəifləmiş,

Daraq kimi təpədən dırnağadək olub diş-diş.

Sənin o mərhəmətin dərdimə edər dərman,

Əlac gözləmirəm çünki İbn-İshaqdan*.

Həyat, ölüm nə qədər var ,qapın açıq olacaq,

Cahan əhlinə qəsrin ümid evi qalacaq.

Qapın fələklər üçün qiblədir, cahan əhli.

Dil açdı mədhinə ,sevdi səni bəyan əhli.

Sənə həmişə dua eyləyir bu Xaqani,

Qəbul eyləyə tarın bu əhdü peymanı.

20. MÜZƏFFƏRƏDDİN ELDƏGİZ

QIZIL ARSLANIN TƏRİFİ

Ey Məğribin tacdan, fələklərin şahı bu gün,

Məşriqdən üz göstərəndə səndən ziya alar bütün.



________________Milli Kitabxana________________

Pak adamlar qibləsidir sənin qapın hər bir zaman,

Səndən başqa bir qibləgah tanımıram, ey hökmran!

Bu doğrudur ki, vacibdir səcdə etmək bir Kəbəyə,

Gözüm səndən ayrılmaz mən baxım bir özgə qibləyə.

Bacarmadım Kəbəyə mən ziyarətə gedim əgər,

Yaxın Kəbəm olan yerdə nə lazımdır uzaq səfər.

Əgər sənin qənşərində fövtə getsə bir namazım,

Canım qurban olsa belə, yoxdur buna etirazım.

Xidmətinə çatan dəmdə yaraşaram Məsihayə,

Buraxsın öz donuzunu bu gün məscidi-Əqsayə?*

Qoy bədənim olmasın heç, qulluğunda qurbansa can,

Könül möhrə tapmış isə, nəyə gərək olsun ilan?!

Doğrudur ki, müşki ancaq sarımsaqla yoxlayarlar,

Kişi müşkü əldə etsə, sarımsağa hacətmi var?

Çinin müşkü nəğd olanda, nəyə lazım Çin ceyranı?

Qoy otlasın Çin ceyranı çəmənlikdə gül-reyhanı.

İki töhfə göndərirəm - biri candır, biri əsər,

Qaibanə alqışlayar töhfələri uca göylər.

Əşarımın bu divanı inci səpər məclisinə,

Hər bir beytim hüzurunda layiq olar, bil, təhsinə.

Səma sənin torpağını öpən dəmdə, ey hökmran,

Gözlərinə bir tutiya edər onu hər bir zaman.

Xızır qədər ömrün olsun zirvələri aşa-aşa,

Hər günün qoy min il olsun, bu hesabla yüz il yaşa!



________________Milli Kitabxana________________

21. İRAQIN BAŞ VƏZİRİ

ZEYNƏDDİNİN TƏRİFİ

Sübh qılıb Şərqdən bayrağını aşikar,

Şöləsi o bayrağın şimşəyi xatrrladar.

Mavi səmada Günəş qırmızı kükürd ikən,

Yer misinə rəng verib, saf qızıla oxşadar.

Çin şahı Çin güzgüsü qıldı üfüqdə əyan,

Zənci pası göydəki güzgüdən oldu kənar.

Zərli qılıncla Günəş Ay sipərinə vurub,

Tikdi dağın çiyninə ağ əli ilə ciyar*.

Oldu Səmak tutduğu nizə əliylə qələm,

Oldu bu əllə İrəm çeşməli bir laləzar*.

Kölgə sənubər kimi Məğribə düşdü, budur,

Şərqdən etdi Günəş zərli şüşə aşikar.

Günbatana üz qoyub uçdu yerin qarğası,

Etməyə taki onu göy çalağanı şikar.

Oldu Günəş od, gecə yandı qara müşk tək,

Yaydı səba ətrini, ud ilə doldu diyar.

Atdı qızıl örtünü sübh, fələk eylədi,

Pul kimi ulduzları göy gəlininə nisar.

Göy bu qara torpağa saçdı Günəş nurunu,

Parladı fikrin sənin, bəhrələnir şəhriyar.

Asəf ikən, ver əlin Hatəm edibdir səni,

Əhnəf ikən, sözlərin Söhbanı xatırladar*.

Bəxşişi Xalid kimi hədsiz olan Yəhyasan,

Cəfər ikən, olmusan rəydə Harunşüar*.

* * *


Gəldi səhər məst ikən, girdi qapımdan nigar,

Sübhə gül ətri saçır, gözləri olmuş xumar.

Gordü cavanlıq bağım sanki xəzana düşüb,

Dil açıb üzr istədi nazla o siminüzar.

Durdu salam eylədi, aldı sürahi elə,

Söylədi ki, çarədir mey, kim olarsa xumar.

Cam o çiçək ləblərin şövqi ilə güldüsə,



________________Milli Kitabxana________________

Gəldi sürahi dilə, ağladı hey zar-zar.

İçdi iki-üç qədəh, açdı gözəl ağzını,

Saçdı şəkər ləbləri, güldü gözəl növbahar.

Nitqinin o bülbülü açdı çiçək ləbləri,

Oldu şərabdan üzü lalə kimi aşikar.

Söylədi ki, qəm yemə, meyl elə, gəl, badəni,

Qəm nə gərək var ikən, mən kimi bir qəmgüsar.

Mən kimi iç badəni, ey sözü şirin, bu dəm,

Qəm evini etginən şadlıq ilə tarmar.

Gör necə şölə saçır nurlu Günəş aləmə,

Oldu bərabər gecə gündüzə, gəldi bahar.

Əldə piyala tutub, nuş elə mey şövq ilə,

Nəğmə desin neylə çəng, qoy oxusun sazla tar.

Üç dolu peymanə iç sən vəziri mədh elə,

Söylədi: Xaqaniyə, söylə görək bir nə var?

Bil ki, vəzirdir şaha, ölkəyə tədbir tökən,

Gör ki, onunla edir din ilə mülk iftixar.

* * *

Gəldi xəzan mövsümü, köçdü bu yerdən bahar,



Meynə küləkdən əcəb ağladı hey zar-zar.

Sünbülənin çərxdə yandı fərəh xırmanı,

Köçdü Günəş Mizana, tapdı o yerdə qərar*.

Göylərin zər parçası çatdı Tərazuyə çün,

Gecəylə gündüz bu dəm ölçüdə bir oldular*.

Gümüş zirehli halqa çıxdı yenə aşkara,

Səpdi onun üstə zər, oldu budaqlarda bar.

Sıxdı xəzan almanın çahi-zənəxdanını,

Açdı çəmənlərdə gül, oldu gözəl ruzgar.

Dırnağını meynənin fındığa tutdu payız,

Çəkdi bəzəklə xına əllərinə tez çinar.

Doldu gümüşlə bu an sandığı narıncların,

Qarnına doldurdu o inci, düri-şahvar.

Söylə, neçün məhv edir böylə xəzan yelləri?

Nakəs adamlar kimi edir varı tarmar.

Bax, necə kinlə tökür meynələrin qanını,

Buludları qaldırır asimana dəryalar...



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə