Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə48/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   44   45   46   47   48   49   50   51   ...   148

________________Milli Kitabxana________________

Yar olmazsa ümid ilə yenə,

Qəlbə munislik nişanı seçmişəm.

Qəlb ümidsizlik yarası aldısa,

Məlhəmim qəmdir, dəvanı seçmişəm.

Dünyada bir güşəni xalqdan uzaq,

Tərk edib gənci-rəvanı, seçmişəm.

Bu yosun basmış olan Ruyindeji,

Tutmağa mən həftxanı seçmişəm*.

Süfrəsi boşdur görüncə bu evin,

Mən qənaətdən qidanı seçmişəm.

Pusqudur, gördüm, bolaya bu qala,

Mən bəsirət pasibanı seçmişəm.

Həm hava yoxdur bu yerdə, həm vəfa,

Çatdırım şəhrə bu canı, seçmişəm.

Yox ələfdən başqa burda özgə şey,

Mən ələfdənsə zəkanı seçmişəm.

Lal cavanmərdlər yerin tapsam əgər,

Dil açıb xoş bir bəyanı seçmişəm.

Düşsə qıfılçı dükanından yolum,

Onda, bil, qıflı-dəhanı seçmişəm.

Hər nə gəlmiş başıma - dildən gəlib,

Susmağın yoxdur ziyanı, seçmişəm.

İtsə də nitqin kilidi, mədh üçün,

Təkcə Bilqeysi-zamanı seçmişəm*.

Mən təmənnasız, xanımlar şahını,

Könlümün tək mehribanı seçmişəm.



________________Milli Kitabxana________________

İsmətəddin şahda Məryəm hökmü var,

Kandarın cənnət nişanı seçmişəm.

O, Firidun mülkünün tək gövhəri,

Mən o dərgahda məkanı seçmişəm.

Barigahı Kəbədir bir ölkəyə,

Qibləgah mən də oranı seçmişəm.

Yüksək ulduzdur, səmalar - pərdəsi,

Mənziliçin Fərqədanı seçmişəm*.

Adətin Sara, köməkçin Asiyə,

Xidmətinə insü canı seçmişəm.

Rabiə, həm də Zübeydədir, onun,

Bargahında amanı seçmişəm.

Var inamım çün edə hörmət mənə,

Gövhərin bu əsl kanı, seçmişəm...

Qullarının gəzdiyi torpağı mən,

Börkümə zinət nişanı seçmişəm.

Parlaq ulduzlar alır ondan ziya,

Mən də o parlaq ziyanı seçmişəm.

Bir-iki söz söyləsəm, gövhər verər,

Mənsə gənci-şayeqanı seçmişəm.

Xidmətində az görünsəm, əfv elə,

Çünki Simürğ aşiyam seçmişəm.

Başçılıq zəhmətsə, xidmətdir cəfa,

Mənsə bunlardan asanı seçmişəm.

İllər ilə çəkmişəm xeyli əzab,

Ayrılıqdan mən hamanı seçmişəm.



________________Milli Kitabxana________________

Fil görən dəmdə yuxumda, diksinib,

Söhbətə Hindustanı seçmişəm.

Yatmış idim, qaldırıbdır hümmətim,

Bu əzabi-cavidanı seçmişəm.

Mədhini töksəm qızıldan büt kimi,

Səcdəyə tək bir xudanı seçmişəm.

Kafər olsam da, sənin məddahınam,

Gözlərəm fayda, ziyanı seçmişəm.

Hər səhər əl qaldırıb dərgahına,

Canına həqdən duanı seçmişəm.

19. ŞİRVANŞAH MƏNUÇÖHRÜN TƏRİFİ

Şahın ədaləti beş növbə təblini çaldı,

Təzadı boşladı dörd təb, birləşib qaldı*.

Çatıb o vaxt ki, aman qasidi hüzurundan,

Verə cahana xəbər ki, nə xoş olub dövran.

Yəqin Xütəndəki yebruh bitkisi dil açar,

Yaxın zamanda o, Vəqvaq ağacı tək danışar*.

Deyər ki, şükr, bu dünyada var böyük bir şah,

Edib vəkil özünə ruzi çatdıran Allah.

Fələk calallı Mənuçöhr Müştərixislət,

O, dinə fəxrdir, ondan calal tapar millət.

Nəsimi insafının çöllərə əsib, ondan,

Zəhər olub ilan ağzında - dərdlərə dərman.

Ədalətilə onun birləşib zamanla aman,

Qəza riza ilə dostlaşmağa verib fərman.



________________Milli Kitabxana________________

Axıtdı qanını qıpçaqların bu meydanda,

Boyandı Çin ipəyi tək-qılıncı al qanda.

Təəccüb etmə, o torpaqda ki, bitir otlar,

Bitərsə başları qıpçaqların olanda bahar.

Nə xoş ki, aləmi-mütləqdə həq çatıb dadına,

Bəqa beratını katib yazıb sənin adına.

Əlinlə tapmasa nuru fələk şamı, əlbət,

Məsihə kəbr canı tək olardı, bil, zülmət.

Sehər qılıncı çəkib sübh tək dilavərlər,

Vuruşmaq əzmi ilə döş-döşə durar ləşkər.

Görüncə səndəki Pərvin qıran oxu, hətmən,

Bənat-nəş alar, qorxaraq, təlaq göydən*.

Sənin qılıncım oynar görəndə, qından uzaq,

Yerin ödü yarılar, lərzəyə gələr afaq.

Bulud tək əldə o şimşək qılınc, dönərsən oda,

Mələk kimi oturarsan Büraq tək bir ata.

Qidağ oxu uçar ikən sənin kamanından,

Qidağa əks-sədası çatar dağ üstə haman*.

Qılınc əlinlə sənin birləşəndə meydanda,

Can ayrılar bədənindən pisin haman anda.

Tükəndi xəlq, yer altındakı bu ruhlardan,

Güman ki, xəlq edəcəkdir yeni bəşər yaradan.

Başında çətri tutub "Caə Nəsrüllah"ı zəfər*,

Əcəlsə düşməninə içdirər əlilə zəhər.

Ədalətin səbəbindən şahım fələkdə belə,

Günəş Aya çata bilməz ki, endirə sillə.



________________Milli Kitabxana________________

Qəsəm o xaliqə ki, paklar əzəl dəmdə,

Olublar aşiqi, valeh qalıblar aləmdə.

Nə Şərq, nə Qərbdə vardır sənin kimi Hatəm,

Nə də mənim kimi məddah İraqda, Şamda həm.

Məni yaratdı səni mədh üçün özü yaradan,

Sən isə bəslə məni, layiqəm buna, sən inan!

Mənəm o şəxs ki, hər şerimi yazarkən mən –

Yarar fələk ola dəftər, mələk varaq çevirən.

O nüktələr ki, düşər nəzmimə dəqiq, parlaq,

Yəqin ki, sirrini bilməz "Əbu Əli Dəqqaq"*.

Zəmanə şahları şəfqət bağında meyvə üzər,

Mənim də halıma sal şəfqətin gözüylə nəzər!

Usandı könlüm o göy günbezin cəfasından,

Necə ki, sısqalını sarsıdar müzür dərman.

Cahan məhəbbətin ilə dolub, riza vermə,

Mənim kimi birinə zülm ola, rəva görmə!

Səxavətinlə nayiblər əlindən al məni sən,

Ki, xəlqə ruzi verən nayibi bu gün sənsən.

Bacardığımca sənə mədhlər nisar etdim.

Niyə əzizlər içindən məni kənar etdin?

Cahan mülkü sənin, sən bu mədhə layiqsən,

Yemək ilə Yalağı tərif eyləyim necə mən?*

Hanı o kəs ki, sənin verdiyin bol ənamdan.

Çatıb da sərvətə, tikdirməmiş saray, eyvan?

Fəqət-mənəm ki, mənə taleyim olubdur yad,

Nə razı qaldım özümdən, nə oldu könlüm şad.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə