Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə14/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   10   11   12   13   14   15   16   17   ...   359
Xarici siyasət 
fəaliyyəti 
10 
sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü 
təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda 
necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq 
gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq. 
Prezident Əliyev, mən Sizə dostluğa, Serbiyaya səmimi münasibətinizə görə olduqca minnətdaram. Arzu 
edirəm və ümidvaram ki, Siz tezliklə yenidən Serbiya Respublikasına səfər edəcəksiniz və hər hansı Avropa 
ölkəsinə səfəriniz zamanı daim Serbiyada dayanacaqsınız və o, Sizin həmişə məmnunluqla baş çəkəcəyiniz ikinci 
eviniz olacaq. Mən həmişə Bakıya gələndə həqiqətən də çox xoşbəxt oluram. Ümidvaram ki, Sizin baxışınız, 
bizim və xalqınızın səyləri sayəsində əməkdaşlığımız üçün yeni pəncərə açacağıq. 
Mən bu səfərdən həqiqətən də çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də çox 
xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq 
ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən 
artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə 
tərifləmirəm. 
Prezident Əliyev, müstəsna qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən Serbiya Respublikasına 
münasibətdə dostluğa görə Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Biz gələcəkdə güclü 
əlaqələrimizi və güclü dostluğumuzu necə quracağımızı bilirik. Mən inanıram ki, biz bunu ən yaxşı şəkildə 
xalqlarımızın maraqları naminə edəcəyik. Bir daha təşəkkür edirəm, Prezident Əliyev. 
 
AZƏRTAC 
2022, 21 dekabr 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə