Xəbər bülleteni №17


Rövnəq Abdullayev xərcləri qayçılayan əmr imzalayıb



Yüklə 426,33 Kb.
səhifə11/21
tarix04.02.2018
ölçüsü426,33 Kb.
#23642
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

Rövnəq Abdullayev xərcləri qayçılayan əmr imzalayıb


15.12.2015

rovneq abdullayevDövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb. Transparency.az xəbər verir ki, əmr şirkətdə sərt qənaət tədbirlərini nəzərdə tutur. SOCAR-ın strukturuna daxil olan qurumların gəlir və xərclər smetasının, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulur. Struktur bölmələrinə SOCAR-ın irimiqyaslı investisiya layihələri üzrə risklər siyahısının tərtib edilməsi, eləcə də sığortalanması məqsədəuyğun sayılan təhlükəli istehsalat obyektlərinin siyahısının hazırlanması göstərişi verilib.

Əmrdə həmçinin sosial layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması tədbirləri öz əksini tapıb. Sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılıb, xarici ölkələrə ezamiyyətlərin müddətinə və ezam olunanların tərkibinə nəzarət gücləndirilib.

Şirkətin struktur bölmələrinə həmçinin neftin, qazın hasilatı, nəqli, emalı sahələri üzrə texnoloji proseslərin fasiləsizliyini təmin edən mal, iş və xidmətlərin satın alınmasına nəzarətin gücləndirilməsi tapşırılıb.

1 yanvar 2016-cı ildən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər nəzərdə tutulub. Bu sahədə mövcud xərcləri sıfıra endirmək məqsədi ilə nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsi təmin ediləcək. Sənəddə təchizatçı müəssisələrdən satın alınan mal və xidmətlər üzrə xərclərin, habelə istehsalat itkilərinin azaldılması üçün müvafiq tədbirlərin görülməsi, satınalma əməliyyatlarının səmərəliliyini yüksəltmək məqsədilə müvafiq prosedurların təkmilləşdirilməsi tədbirləri də yer alıb.


Rəsmi Bakı ABŞ-a nota verdi


15.12.2015

xinDekabrın 15-də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub. Rəsmi məlumata görə, notada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci ildə Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə işçi qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın yaratdığı qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə kəskin etiraz bildirilir.

Notada qeyd edilir ki, birbaşa Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan bu səpkidən olan tədbirlərdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk qrupunun həmsədrlik institutunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Bu kimi addımın kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə zidd olduğu da diqqətə çatdırılır.

Notada ABŞ ərazisində qondarma rejimin “təmsilçi”lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılmasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin irəlilədilməsinə yardım etmədiyi, onsuz da mürəkkəb olan prosesin daha da gərginləşdirilməsinə xidmət etdiyinin dəfələrlə ABŞ Dövlət Departamentinin diqqətinə çatdırıldığı vurğulanır.

Sənəddə həmçinin Ermənistan tərəfinin təxribat xarakterli addımlarına adekvat reaksiyanın göstərilməməsinin onun cəzasızlıq hissini daha da artırmasına, qanunsuz rejimin “təmsilçi”lərinə hər hansı bir vəzifədə və ya məqsədlə ABŞ-a daxil olmasına icazə verilməsinin isə Ermənistanın qeyri-konstruktiv mövqeyində qalmasına və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə rəvac verdiyi vurğulanır.


11 aylıq makroiqtisadi göstəricilər


15.12.2015

komiteDövlət Statistika Komitəsi 11 aylıq makroiqtisadi göstəriciləri açıqlayıb (Göstəricilər). Transparency.az rəsmi məlumata əsaslanıb bildirir ki, 2015-ci ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər 50,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edib.

Əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 18,7 faizi isə digər sahələrdə istehsal olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olub.

Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il noyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib, onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il noyabr ayının 1-i ilə müqayisədə 4,1 faiz artıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 2015-ci il noyabr ayının 1-nə 7,2 milyard manat olub.

İlin əvvəlindən əhalinin sayı 94,3 min nəfər və ya 1 faiz artaraq 2015-ci il noyabr ayının 1-nə 9687,3 min nəfərə çatıb.



Yüklə 426,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə