Xəbər bülleteni №17


Hesablama Palatası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini yoxlayıb (Nəticələr)



Yüklə 426,33 Kb.
səhifə12/21
tarix04.02.2018
ölçüsü426,33 Kb.
#23642
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Hesablama Palatası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini yoxlayıb (Nəticələr)


16.12.2015

hesablama_palatasi 1Hesablama Palatasının kollegiya iclasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrinə baxılıb. Transparency.az bildirir ki, dekabrın 15-də yayılan rəsmi məlumata görə, yoxlama qrupunun rəhbərinin məruzəsindən sonra fəaliyyət istiqaməti üzrə auditor müəyyən edilmiş nəticələr və təqdim edilmiş tövsiyələrlə bağlı məlumatı diqqətə çatdırıb. O bildirib ki, “Azərenerji” ASC dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib etməyib: “Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi təmin olunmayıb, tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizadan keçirilməsi təmin edilməyib, müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyib”.

Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını, layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini, işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən birbaşa müqavilələrin bağlandığını bildirib. O, bir neçə obyektin başa çatdırılmasına baxmayaraq dövlət qəbul komissiyasında istismara qəbul olunmadığını, amma həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyini vurğulayıb.

Rəydə nöqsanları aradan qaldırmaq üçün tövsiyələr yer alır. Qeyd olunur ki, ASC obyektlərin layihə-smeta sənədlərini podratçı təşkilatların hazırlaması, eləcə də işlər yerinə yetirilmədən uzun müddətə podratçı təşkilatlarda büdcə vəsaitlərini debitor borc kimi saxlamaqla həmin təşkilat üçün əlavə dövriyyə vəsaitinin yaradılması hallarına yol verilməməsi sahəsində nəzarəti gücləndirməlidir.

Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarı səsə qoyularaq qəbul edilib.


Milli Kitabxanada audit nələri üzə çıxarıb?


16.12.2015

milli kitabxana 1Transparency.az Sai.gov.az portalına istinadla xəbər verir ki, Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə olunub. Auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən kitabxananın növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətini düzgün qiymətləndirmədiyini, zəruri hesablamalar aparmadığını, bunun nəticəsində bir çox xərc maddələri üzrə icra faizinin aşağı olduğunu diqqətə çatdıran auditor həmin nöqsanlar səbəbindən əhatə olunmuş dövrdə cəmi vəsaitin 3,3%-nin ilin sonunda büdcəyə qaytarıldığını, vəsaitin Vahid Büdcə Təsnifatında müəyyən olunmuş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, Milli Kitabxana Fonduna daxil olan resurslardan istifadənin uçotu əhatəli aparılmayıb, 2014-cü ildə əvvəlki illə müqayisədə kitab verilişlərinin sayı 16,2% faiz azalıb, elektron resurs kimi rəqəmsallaşdırılmış nüsxələrin ümumi kitab fondunda xüsusi çəkisi aşağıdır, kitabların rəqəmsallaşdırılması işi zəif aparılır, kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında Milli Kitabxananın göstərdiyi pullu xidmətlər üzrə tariflər tənzimlənmir, kitabxana fondlarının statistik uçotunun aparılması barədə müvafiq icra statistik hesabatlar hazırlanmayıb, Milli Kitabxanada olan fiber-optik internet xətləri və server avadanlıqlarının imkanlarını nəzərə alaraq kitabxanaya məxsus saytların həmin serverlərdə yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün mövcud imkanlardan tam istifadə olunmur, “Kitabxana işi haqqında” qanunun tələblərinə əməl olunmaması səbəbindən kitabxananın fonduna, habelə kitab mübadiləsi üçün zəruri sayda kitabların, qəzet və jurnalların alınması müxtəlif kitab evlərindən və müəssisələrdən büdcə vəsaiti hesabına həyata keçirilir.

Auditor əməyin və ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyini, həmçinin əsas vəsaitlərin 10 rayon mədəniyyət və turizm şöbəsinə verilməsi zamanı zəruri razılığın alınmadığını bildirib, tədbirlərin keçirilməsi zamanı müvafiq normalara əməl edilməməsi səbəbindən artıq vəsait sərf edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, malların (işlərin və xidmətlərin) satın alınması zamanı inventar və avadanlıqların baha alınması, eləcə də bir neçə halda təmin olunmamış inventar və avadanlıqlara görə vəsaitin ödənilməsi hallarına yol verilib, satınalma proseduru keçirilmədən vəsait xərc edilib.

Nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul olunub.


Vəkil Elton Quliyev vəfat edib


16.12.2015

sony dsc
Tanınmış vəkil Elton Quliyev vəfat edib. O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mərhum vəkil dekabrın 16-sı Bakıda, Yasamal qəbiristanlığında dəfn olunacaq. Hüzr mərasimi Təzə Pir məscidində keçiriləcək. Xəbəri Musavat.com yayıb.

Elton Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində anadan olub. 1977-ci ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1991-ci ilədək Bakı Şəhər Daxili İşlər İdarəsində və Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, istintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1996-cı ildən Vəkillər Kollegiyasının üzvü idi.

Allah rəhmət eləsin!



Yüklə 426,33 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə