Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə25/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

 
78 
 
ləri  bir  arada  görən  Mövlana  isə  deyirdi:  “...kafirsən,  müsəl-
mansan, bütpərəstsən, hətta din  düşmənisənsə, bizim ümid qapı-
mız  sənin  üzünə  açıqdır,  gəl”  (35),  “...ayrılıq  gediş  tərzindədir, 
yolun  həqiqətində  deyil” (32, 193). Hətta  İstanbul  civarından bir 
nəfər  keşiş  onun  müridi  olmuşdu  (32,  192).  Şəms  Təbrizli  isə 
bildirirdi:  “Mən  kafirəm,  sən  müsəlmansan.  Müsəlman  kafirin 
içində  amma.  Aləmdə  kafir  hanı?  Göstər,  səcdə  edim  ona.  Sən 
mənə  kafirəm  de  öpüm  səni”  (32,  58).  Bütün  dinləri  eyni  dərə-
cədə dəyərləndirən Şəbüstəri isə deyirdi ki: 
 
Bu məqamda büt eşqin və vəhdətin (birliyin) rəmzidir
Zünnar bağlamaq isə xidmətə bağlanmaqdır. 
 
Küfr də, din də varlıqla bağlı olduğu üçün 
Vəhdət (birlik) elə bütpərəstliyin özüdür. 
 
Bütün əşyalar, varlığın rəmzidir, 
O cümlədən biri də elə bütdür. 
 
Ey ağıllı insan yaxşıca düşün, 
Büt varlıq baxımından batil deyil. 
 
Bil ki, bütü yaradan da ulu Tanrıdır,  
Yaxşının yaratdığı hər şey yaxşıdır (14, 148). 
 
Altıncısı, sufilər islam düşüncəsində əsgi elmlərdən bəhrələn-
məklə dövrünün elm və biliklərini xeyli inkişaf etdirərək zəngin-
ləşdirdilər. Bilik, mərifət, elm və düşüncədən hasil olan yetkinlik 
və ariflik kimi izah olunan İrfan qavramıda daha çox sufilərə aid 
edilirdi.  Digər  tərəfdən,  islamda  olan    intellektual  boşluğunu  və 
dini  professional  çatışmazlığını  sufizm  xeyli  dərəcədə  aradan 
qaldırdı.  İbn  Rüşd,  Əl  Qazzalı,  Əl  Farabi,  Əl  Ərəbi,  Cüneydi, 
Bistamı, Şəbüstəri, Ömər Sührəverdi, Cəlaləddin Rumi, Firəddin 
Əttar  və  yüzlərlə  digər  nəhəng  dini  intellektuallar  və  dini 
professionallar  yetişdi.  Təsadüfi  deyil  ki,  dövrünün  bu  intelek-


 
79 
 
tuallarının  bir  çoxu  müctəhid,  üləma  kimi  islam  aləminin  dəyər 
verdiyi  səviyyələrə  yüksəlmişdi.  Qeyd  edək  ki,  bütövlükdə  
islamın  inkişaf  edərək  yüksəliş  dövrü  keçirdiyi  XII  -XV  yüz-
illiklər həm də sufiliyin çiçəkləndiyi bir dövr idi. Təbii ki, bu üst-
üstə düşmələr təsadüfi deyildi. Çünki elm və mədəniyyətdə, dini 
şərhlərdə və s. də onların gətirdikləri yeniliklər bütövlükdə, islam 
mədəniyyətinin  çiçəklənməsimə,  inkişafına  ciddi  təkan  vermiş 
oldu.  Elm  və  mədəniyyətdəki  bu  yeniliklər  və  inkişaf  dünyada 
islamın  nüfuzunun  artmasına,  eləcə  də  bu  nailiyyətlərdən  bütün 
dünya  bəhrələnməyə  başladı.  Görkəmli  ingilis  tədqiqatçısı  Uott 
Montqomeri təsdiq edirdi ki, „1100-cü ildən demək olarki 1350-
ci  ilə  qədər  olan  dövrdə  avropalılar  intellektual  və  mədəni 
cəhətdən ərəblərə uduzurdular“ (36, 17).   
Yeddincisi,  toplum  sufiləri  əxlaqi-mənəvi  cəhətdən  aşınmış 
mövcud  dini-siyasi  elitaya  qarşı  alternativ  olaraq  görürdü.  Din 
adına  idarə  edənlərin  dünya  malına  aşırı  meyllənmələri,  dini  və 
əxlaqi məsələlərdə baş verən əyintilərin, sosial-iqtisadi həyatdakı 
köklü dəyişikliklər və ağır mənəvi - psixoloji və sosial - iqtisadi 
durum,  tez-tez  baş  verən  müharibələr,  köçlər  və  s.  dindarları 
mövcud islama və onun təmsilçiləri olan dini-siyasi elitaya qarşı 
passiv etirazçıya çevirmişdi. Onlar müxalif saydıqları sufiləri dü-
şüncə və etiqad fərqliliyinə baxmayaraq qəbul edirdilər və sevir-
dilər. Digər tərəfdən, sufilər dövrünün digər dini təlimlərinə rəğ-
mən  bütövlükdə  aləm  haqqındakı  düşüncələr  və  etiqad    fərqlili-
yini  daha  saf,  daha  təmiz  din  uğrunda  mübarizə  apardıqlarını 
bildirirdilər. Onlar “rəsmi teoloqlarla aralarındakı fikir ayrılığında 
xalqın intuitiv inancıynan müdafiə olunurdular ona görə ki, onlar 
dini  inkar  yox  əksinə  həqiqi  din  uğurunda  mübarizə  aparmaları 
haqqında xalqda fikir yarada bilmişdilər” (37, 92). 
Səkkizinci,  sufiliyin  orta  çağlarda  populyarlıq  qazanmasının 
başlıca səbəblərindən biri də bu ideyaların daşıyıcılarının cəmiy-
yətin  kifayət  qədər  düşunən,  dövrünün  hadisə  və  proseslərində 
fəal  iştirak  edən  hissəsindən  ibarət  olması  ilə  bağlı  idi.  Belə  ki, 
sufiliyin əsas sosial bazasını əsasən şəhər əhalisi - sənətkarlar, şə-
hər  yoxsulları,  xırda  və  orta  tacirlər  təşkil  edirdi.  Bu  ideyaların 


 
80 
 
mərkəzi  kimi  şəhərlər  mühüm  əhəmiyyətə  malik  idi.  Orta  əsr 
islam  şəhərlərində  müxtəlif  xarakterli  informasiyaların  alınması 
və ötürülməsi işinin asan olması, o cümlədən cəlbedici ideyaların, 
onların tələbatlarını ödəyən və maraqlarına cavab  verən ideyala-
rın yayılması işini asanlaşdırırdı. Bir çox tədqiqatçılar islamın ge-
niş yayılması və möhkəmlənməsini şərtləndirən amillər sırasında 
şəhərlərin  rolunu  xüsusi  qeyd  edirlər.  M.Ə.Sinasirin  fikrincə, 
"İslam ...  yaradıcıların, şəhərsalanların sivilizasiyasıdır. Əgər qə-
dim Yunanıstanda, məsələn, şəhərlərarası münasibətlərdə rəqabət 
müşahidə  edilirdisə,  müsəlman  şəhərində  ümumi  mədəniyyət  və 
ümumi  həyat  tərzi  olan  vahid  şəhər  cəmiyyətində  məcruhluq 
hökm  sürürdü"  (38,  49).  Fransız  islamşünası  Uilyam  Marsel  isə 
deyirdi ki, "Ümumiyyətlə, islamın yayılması öz ifadəsini… şəhə-
rin inkişafında tapdı“ (38, 49). İslamın yayıldığı arealda ilahiyyat 
təhsili  olan  adamların,  islam  intellektuallarının  az  olması  şəhər 
əhalisini - sənətkarlar və xırda tacirləri islam ideologiyasının pri-
mitiv formada olsa da yayıcılarına çevirdi.   
Sufilik öz inkişafında  üç önəmli mərhələdən keçir.  
Birinci  mərhələ  zahidlik    (“zühd”,  “abid”)  mərhələsi  adlanır 
ki, bu mərhələ islamın yayılmasının ilk yüzilliklərinə təsadüf edir. 
“Bü  çağlarda  “ət-Təsavvüf”,  “sufi”  anlayışları  geniş  yayılma-
mışdı,, asketlər - “zühd” və ya “zahid”, yaxud buna yaxın “abid” 
sözləri ilə adlanırdı” (39, 133). Bu dövrdə sufilik hələ bir sistem 
kimi  formalaşmamış  ayrı-ayrı  sufilərin    asketik  –  tərkidünyalığı 
ilə  bağlı  idi.  Onlar    nəfsi  cilovlamağı,  dünya  nemətlərindən 
imtina etməyi,  insan həyatına biganəliyi  təbliğ  edirdilər.  İlk  sufi 
mürşidləri  əsas  diqqəti  dini  vacibata  “zahiri”,  formal  əməl 
edilməsinə deyil, vəhy həqiqətlərinin dərindən dərk edilməsinə və 
duyulmasına, daxili imana verirdilər (5, 116).  
Məhz  bu  dövrlərdə  bir-birinə  zidd  sufi  təlimləri  yaranmağa 
başladı.  Məsələn,  məlamətilər  (məlamət  danlaq  deməkdir)  daxi-
lən düzgün əməllərlə məşğul olsalar da, zahirən özlərini günahkar 
göstərir, danlağa məruz qoyurdular. Onlar kənar şəxslərin tənəsi-
nə  məruz  qalmaq  və  qürrələnməyin  qarşısını  almaq  üçün  şərab 
içirdilər. İslamda qürrələnmək günah sayılır, əsil mömin odur ki, 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə