Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə22/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

 
69 
 
Azərbaycan  dünyada,  o  cümlədən  də  islam  mədəniyyət  tari-
xində  sufi  sührəverdilik,  hürufilik,  zahidilik,  səfəvilik,  xəlvətilik 
və  xəlvətiliyin  qolları  hesab  edilən  rövşənilik  və  gülşənilik 
təriqətlərinin vətəni kimi tanınmışdır.   
Araşdırdığımız XII-XV yüzilliklərdə islam dünyası daxilində 
çox ciddi və müxtəlif xarakterli dini-siyasi  proseslər cərəyan et-
mişdir.  Orta  əsrlərdə  islam  dininin  yayıldığı  arealda  insanlar  is-
lamda vəd  olunan bir sıra prinsiplərin  (bərabərlik, ədalət, doğru-
çuluq  və  s.)  tətbiqini  real,  praktiki  həyatlarında  görə  bilmədilər. 
Xüsusilə  də  əməvilərin  hakimiyyəti  dövründə  həyata  keçirilən 
“ərəb millətçiliyi” siyasəti, yəni hakimlərin və məmurların böyük 
əksəriyyətinin  ərəblər  içərisindən  təyin  edilməsi,  eləcə  də  sadə 
dindarlara  münasibətdə  tətbiq  olunan  ədalətsizlik,  imtiyazlıların 
haqlı-haqsız  müdafiə  olunması,  din  adına  danışanların  da  bir 
çoxunun bu proseslərdə iştirakı, mənsəbpərəstliyi və əxlaqsızlığı, 
digər tərəfdən isə islamın əsaslarından - Quran və Sünnədən ayrı 
düşmə  halları,  sadə  dindarlarda  narazılıqların  və  məyusluğun 
əmələ gəlməsinə səbəb oldu. Bu prosesə bir sıra xarici amillər də 
(səlib  yürüşləri  və  monqol-tatar  basqınları)  öz  təsirini  göstərdi. 
Nəticədə  islamın  tərəfdarları  arasında  islama  qarşı  protestlər  və 
mövcud islamın islah olunması ilə bağlı axtarışlar edilməyə baş-
landı. Bu prosesi islamın olduqca geniş və müxtəlif ərazilərdə ya-
şayan  ardıclılarının  mənəvi  həyatlarında,  şəxsi  keyfiyyətlərindən 
qaynaqlanan  davranış  və  təfəkkür  tərzlərində,  mədəni  ənənələ-
rində və s. olan fərqliliklər də xeyli sürətləndirdi.  
İslamda  „təmiz  din”  axtarışları  və  protestlər,  eləcə  də  islam 
dini  təliminin  əsas  müddəalarının,  dinin  köklərinin  (üsul  əd-din) 
müəyyənləşdirilməsi  üstündə baş verən mübahisələr, fikir ayrılı-
lıqları  əslində  bir  çox  yeni  dini  məzhəblərin,  cərəyanların,  tə-
limlərin  yaranmasına  və  onların  ideoloji  əsaslarının  formalaş-
masına gətirib çıxarırdı. Vəziyyəti çətinləşdirən amillərdən biri də 
onunla bağlı idi ki, hər məzhəb “təmiz din” axtarışları adı altında 
dinin  əsaslarını  və  ümumiyyətlə  hadisə  və  prosesləri  öz  maraq-
larına  uyğun  təfsir  etməyə  cəhd  edirdilər.  “Müxtəlif  əqidə  məz-
həblərinin nümayəndələri eyni əməli, eyni fikri gah “ bidətçilik” 


 
70 
 
kimi,  gah  da  Quran  və  hədislərin  nüfuzu  ilə  müqəddəsləşdirilən 
“düzgün din” kimi səciyyələndirirdilər” (5, 81). Yaradıcılığı XIII 
əsrə  təsadüf  edən  Görkəmli  Azərbaycan  mütəfəkkiri  Mahmud 
Şəbüstəri  “Gülşəni  raz”  əsərində  islam  dinindəki  fikir  ayrılılıq-
larına və parcalamanlara işarə edərək yazırdı: 
 
Biri birlik dənizində “ənəlhəqq”dedi, 
Bur başqası qayığın yaxınlarda və uzaqlarda üzməsindən  
        danışdı. 
  
Biri zahiri elmi qazandı,  
Sahilin quruluğunu nişan verdi. 
 
O biri (dənizdən) gövhər çıxardı,  
Bir başqası onu (gövhəri) qoyub sədəfdən söz açdı. 
 
Biri yenə də cüzdən və kulldən bəhs etdi,  
O birisi isə qədimdən və hədisdən (yeni xəbərlərdən)  
danışmağa başladı. 
 
Biri “zülf” (saç), “xal”, “xət”dən (üzdəki incə tükdən) söz  
   açdı, 
“Şərab”ı, “şam”ı və “şahid”i (gözəli) anlatdı. 
 
Başqa biri yalnız öz varlığı vı gümanından danışdı, 
Biri isə “büt” və “zünnar”a dalaraq öz varlığını unutdu. 
 
Bu sözlər söyləyənlərin səviyyəsinə uyğun olduğu üçün  
İnsanlar onları anlamaqda çətinliyə düşdülər (14, 76). 
 
Bu  parçalanmaların,  fikir  müxtəlifliklərinin  bir  çox  mənfi 
nəticələri olsa da, bunun bir xeyli müsbət tərəfləri də var idi. Belə 
ki, bu nəticə etibarilə müxtəlif cərəyanların, məzhəb və təlimlərin 
meydana gəlməsinə, onlar arasında  islamın fundamental məsələ-
ləri  ilə  bağlı  mübahisə  və  diskussiyaların  genişlənməsinə  səbəb 


 
71 
 
olaraq  islamda  vahid  ideologiyanın  yaranmasına  gətirib  çıxardı. 
Bütün  orta  əsrlər  boyu  islam  dünyasının  tarixi  “düzgün  din”  və 
ona müxalif görüşlərin iddiaçıları arasında mübarizə tarixidir. İs-
lam dini tarixində daha çox düşüncə, fikir cərəyanı olmaq etiba-
rilə  sufizmin  və  onun  müxtəlif  təriqətlərinin  bu  mübahisələrdə 
müsbət  rolu  danılmazdır.  Sufizm  bir  təlim  kimi  islam  mədəniy-
yətinin  zənginləşməsində  və  gəlişməsində  əhəmiyyətli  rol  oyna-
mışdır. Qeyd edək ki, bir çox araşdırıcılar sufizmin də məhz döv-
rünün  yeni  yaranmış  təlimlərindən  biri  kimi,  „təmiz  din“  axta-
rışları  iddiasıyla  „həmin  dünyapərəstliyə,  mənfəətgirliyə,  sərvət-
pərəstliyə,  haqqı  atıb  dünyanı  tutmağa  qarşı  dinc  etiraz  forması 
kimi təzahür edib intişar tapdı”dığını söyləyirlər (15, 12). 
Sufizm öz mahiyyəti etibarı ilə dini-mistik təlim olub, bir çox 
izahları  vardır.  Bu  tanımlardan  birinə  görə,  sufizm,  insanın  ağıl 
yoluyla dərk edə bilmədiyi ilahi həqiqətləri və qeyb aləminə aid 
həqiqətləri  müşahidə  ilə  arama  yoludur,  yəni  sufizm  islam 
inancına  görə,  insanlığı  pis  xasiyyətlərdən  təmizləyib  ruhu  pak 
edip,  kamil  olma  (kamala  çatma)  yoludur  (16).  Ömər  Sührəver-
diyə görə, sufilik edən şəxs özünəhesabat (əl-mühasəbə), özünə-
nəzarət (əl-müraqəbə) və daxili müşahidə (əl-müşahədə) yolu ilə 
daxili  rəzilliklərdən  çəkinib  nəfsini  paklaşdırmalı,  özünü  ka-
milləşdirməlidir  (17,  27).  Məşhur  sufi  intellektualı  Cüneyd  əl-
Bağdadi  isə  deyirdi:  “Sufi  torpaq  kimidir,  yaxşı  və  pisi  öz 
üzərində  daşıyır.  Bulud  kimidir,  hamını  kölgələndirir.  Yağış 
kimidir, hamı ondan istifadə edir” (33, 71). 
Əbu Nəsr Sirac Tusi «Əl-Lumə fi't-təsəvvuf» əsərində sufilik 
və  sufilik  adının  necə  yaranması  haqqında  yazır:  «Şeyx  deyir:  - 
Biri soruşsa  ki, hədis sahiblərini hədisə, fəqihləri fiqhə aid etdin, 
bəs  nə  üçün  sufiləri  elmə  yox,  (hər  hansı  bir)  hala  aid  edirsən? 
Niyə  zahidlər  zahidliyə,  mütəvəkkillər  təvəkkülə,  sabrilər  səbrə 
aid edildiyi kimi, sufilərdə bu hala aid edilmir?  
Onun  cavabı  budur:  -  sufilər  yalnız  bir  elmin  sahibi,  yalnız 
bir hal  və məqamın maliki  deyillər.  Əksinə, onlar bütün  mənəvi 
elmlərin  qaynağı,  halların  məcmusu,  keçmişdəkilərin  gözəl  əx-
laqının  məzhəridirlər.  Onlar  ilahi  mahiyyət  sayəsində  bir  haldan 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə