Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə19/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

 
60 
 
hadisələrinə,  ailə  və  məişət  münasibətlərinə  toxunmaqla  incə 
mizah  hissinin  olması  əyləncələri  daha  da  fərqləndirir.  Təsadüfi 
deyildir ki, «Sirlər xəzinəsi»ndə «Nizami «Pərdə arxasında şəbə-
də oynadan bu pərdəni sənin başına əyləncə üçün bağlamayıb»  - 
deməklə göstərmək istəmişdir ki, hər bir tamaşanın məqsədi küt-
lələri  təkcə  əyləndirmək  deyil,  eyni  zamanda  onları  tərbiyələn-
dirməkdir, pisə gülərək yaxşını qiymətləndirməyə sövq etməkdir, 
həyatda baş verən bu və ya digər hadisədən onları agah etməkdir. 
Bu  xüsusiyyət  oyunların  böyük  əxlaqi-tərbiyəvi  əhəmiyyətini 
söyləmək  üçün  əsas  verir»  (44,  131).  Bu  baxımdan  bir  ünsiyyət 
vasitəsi  kimi  oyun  və  əyləncələr  xalqın  mənafeyinin  ifadəsinə 
çevrilir.  
M.Allahverdiyev  göstərir ki,  Nizaminin  əsərlərində adı  çəki-
lən  «Hoqeyi-kavus»,  «Mehrikan»,  «Arayişi-Xurşidi»,  «Şəbdiz», 
«Kini-Səyavuş»,  «Kini-İyrəc»,  «Baği-Şirin»  və  i.a.  adicə  nəğmə 
deyil,  lirik,  ibrətamiz  xarakterli  tamaşalardır.  Onların  hamısı  da 
musiqi və rəqslə müşayiət olunurmuş» (45, 45). Nizaminin yara-
dıcılığında  şəbədə,  mücəssəmə,  məsxərə,  gözbağlıca,  kilimarası 
kimi əyləncə xarakterli tamaşaların nümayişindən bəhs edilir (44, 
129-130). Bundan əlavə «Xəmsə»də kəndirbazlıq, güləş, gəlincik, 
üzük-üzük,  xəyal  oyunu  kimi  oyunlardan    da  söhbət  açılır  (44, 
135-136). Bunların əksəriyyəti meydan oyunları  kimi məlumdur. 
Tarixdən  də  bəllidir  ki,  «qədim  türk  tayfalarının  şifahi  repertua-
rında meydan tamaşaları xüsusi yer tuturdu» (46, 82). 
Orta  əsrlərdə  müasir  kukla  teatrını  andıran  löbət  (lübət)  oy-
nadanlar olurdu. Müəyyən mətnə uyğun olaraq löbət oynadanlar, 
yəni  müasir  dillə  desək,  aktyorlar  onları  idarə  edərək  pərdə 
arxasında oyun nümayiş etdirirdilər. Belə löbətlər müxtəlif həcm 
və  quruluşa  malik  ola  bilərdilər.  Ənənəvi  süjet  xətti  əsasında 
qoyulan belə tamaşalarda özünəməxsus ifa tərzi, orta əsrlərə xas 
qəhrəmanların  təqdim  olunması  əsas  şərt  idi.  Tamaşaçılardan 
kənar, lakin onların görə biləcəyi yerdə səhnə qurulurdu.  
Orta  əsrlərin  məhz  XIV  əsrində  yaranan  Qazyallı  adlı  oyun 
haqqında  məlumatda  deyilir:  «XIV  yüzildə  yaşayan  tarixi  şəxs 
Qazı  xanın  adı  ilə  bağlı  olan  bu  oyunda  20-30  ifaçı  düzənliyə 


 
61 
 
çıxır,  əl-ələ  verib  dairə  şəklində  dururdu.  Bir  əlinə  qamçı  və  ya 
çubuq  almış  yallıbaşı  oyun  zamanı  cibindən  növbə  ilə  dəsmal, 
zər, daraq, corab, bıçaq, kəmər və s. əşyalar çıxarır. O biri iştirak-
çılar  isə,  bu  vaxt  onu  yamsılamalı  idilər.  Kim  bunu  etməsəydi, 
cəzalanırdı.  Uşaqların  ifa  etdiyi  həmin  məzmunlu  oyuna  «yallı 
oyunu» deyilirdi» (47, 46). 
Oyuncaqlar  uşaqların  inkişafında  mühüm  rola  malikdir.  Bu-
rada  qeyd  etmək  yerinə  düşür  ki,  islam  dininin  yayılması  ilə 
dünənki etiqad mənbəyi olan bütlər də bir oyuncağa çevrilir (48, 
128).  Qadınların  məharətli  əlləri  ilə  hazırlanan  fiqurlar,  gəlin-
ciklər  orta  əsrlərdə  istifadə  olunan  oyuncaqlar  olmuşdur.  Bu 
oyuncaqlar  vasitəsilə  uşaqlar  məişəti  daha  yaxşı  qavraya  bil-
mişlər. Körpə uşaqların təbiətində oyuncağa qarşı bir maraq var-
dır.  Yeni  bir  əşya  görüncə  uşaqlar  onu  öyrənməyə,  diqqətlə 
süzərək  rəng  və  həcmini  yadda  saxlamağa  çalışırlar.  Bəzən  isə 
onların  ən  çox  sevdiyi  bir  oyuncağı  olur  ki,  ondan  ayrı  dayana 
bilməzlər.  Ümumiyyətlə,  oyuncaqların  hazırlanmasında  əsasən 
gil,  sümük,  ağac,  dəri,  müxtəlif  parçalar,  metal  və  kağız  kimi 
materiallardan  istifadə  edilmişdir.  Arxeoloji  qazıntılar  zamanı 
aşkar  olunan  uşaq  oyuncaqları  da  deyilənlərə  maddi  sübutlardır. 
Mingəçevirdən  tapılan  «oyuncaqlar  başlıca  olaraq  şaxşaxlardan, 
kiçicik  qab-qacaqlardan  və  heyvan  fiqurlarından  ibarətdir»  (42, 
49).  Hətta  «orta  əsr  misgərləri  uşaq  oyuncaqları  da  istehsal 
edirdilər. XIV əsrə aid mis şax-şax bunu təsdiqləyən tapıntıdır. O 
bikonik  formalı  olub  iki  konusvari  hissənin  qarşı-qarşıya 
qoyularaq lehimlənməsi ilə hazırlanmışdır» (49, 137).  
Orta əsrlərdə uşaqlar arasında geniş yayılmış oyunlardan biri 
də “aşıq-aşıq” adlanan oyun növü idi. Araşdırıcıların bir çoxu bu 
oyunun Orta Asiya mənşəli olduğunu irəli sürürlər. Ancaq “aşıq-
aşıq”  oyununun  Azərbaycanda  ilk  orta  əsrlərdən  mövcudluğu 
mənbələrlə təsdiqlənir. Bunu təsdiqləyən faktlardan biri kimi orta 
əsr  Şəmkir  şəhər  yerində  arxeoloji  qazıntılar  zamanı  V  qazıntı 
sahəsindən,  qala  divarlarının  yaxınlığından  qoyun  və  ya  quzu 
aşıqlarının 29-nun topa halında tapılması və onlardan bəzilərində 
sürtünmə  izləri  qalmasıdır  (50).  Digər  bir  fakt  “Kitabi-Dədə 


 
62 
 
Qorqud”  dastanında  bu  oyunun  adının  çəkilməsidir.  Dastanın 
“Dirsə xan oğlu Buğac xan” boyunda deyilir: “...Dirsə xanın oğlu 
üç  uşaqla  meydanda  “aşıq-aşıq”  oynayırdı”  (11,  178).  Mahmud 
Kaşğarinin  “Divanü  Lügat-it  Türk”  lüğətində  də  bu  oyunun 
adının çəkilməsi bu oyunun orta əsrlərdə yayılmasını təsdiqləyən 
faktlardandır. 
Bu  oyunda  istifadə  olunan  və  aşıq  adlandırılan  oyun  ləvəzi-
matı  qoyun  və  keçi  kimi  heyvanların  arxa  dizlərinin  oynaq  sü-
müyündən  düzəldilirdi  və  dörd  səthə  malik  idi.  Aşıqlar  atılanda 
“alçı” düşsün deyə onu yaxşıca cilalayır və ağır gəlsin deyə bəzən 
içini deşib qurğuşun da tökürdülər.  
Oyunlar  və  əyləncələr  hər  bir  cəmiyyətin  aynası  olub, 
mifopoetik düşüncənin ifadəsidir. Onlar insanlar arasında gərəkli 
ünsiyyət vasitəsidir. Mövcud vəziyyəti düzgün qiymətləndirmək, 
bacarıq,  əqli  tərbiyə  kimi  keyfiyyətləri  aşılayan  oyun  və  əylən-
cələr  insanların  dünyagörüşünün  inkişafında  da  faydalıdır.  Bu 
anlamda da onların mütərəqqi rolu ortaya çıxır. Kollektiv və fərdi 
məharət  oyunların  əsas  göstəricisi  olmuşdur.  Onlar  “şərti  vəziy-
yətlərdə  gözlənməz  vəziyyətlərdən  çıxmağın  məşqi,  dünyanı 
mənimsəmək sənəti” (9, 21) idilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə