Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə18/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

 
55 
 
 
                
Sultan Məhəmməd. Ov səhnəsi 
 
Ov itləri ilə bağlı Nizaminin təsviri də maraqlıdır: 
 
Əcəb iti görən mahir bir ovçu vardı, 
O biyabanları başdan - başa gəzər, yaxşı ov yerləri  
seçərdi. 


 
56 
 
Onun şir kimi bir iti vardı. O qaçmağa başlayanda 
Günəşin kölgəsi olan nura nöqsan tutardı.  
Kərkədan onun kürəyindən saqınırdı. 
Gur isə onun ceyran yıxan dişlərindən. 
Ovçunun səfərlərində  o it onun munisi və yoldaşı idi, 
Neçə gecə və gündüz onunla çalışırdı. 
O öz məhəbbət saçan ürəyini ona bağışlamışdı, 
Gecələr onu qoruyar, gündüzlər ona ruzi yedirərdi  
(39, 110). 
 
Təsvirdən  aydın  olur  ki,  ov  iti  ov  səfərləri  zamanı  ovçunun 
yaxın köməkçisi, yoldaşıdır.  
Orta  əsrlərdə  ovçuluqda  öyrədilmiş  öv  quşlarından  istifadə 
ənənəsi  də  geniş  yayılmışdı.  M.  Dadaşzadə  mənbələrə  əsasən 
qeyd  edir  ki,  orta  əsrlərdə  əl  quşu  (tərlan,  tiqun,  qızılquş,  başə, 
qırğı, piru, balaban, buf, şahin, qaraquş, şonqar, çərxi, humay və 
s.)  ilə  ov  etmək  xalq  arasında  geniş  yayılmışdı.  Dədə  Qorqud 
dastanında oğuz bəylərinin ovla bağlı söləntilərində də tez-tez ov 
quşu  kimi  şahinin  adı  çəkilir.  Dastanın  “Duxa  Qoca  oğlu  Dəli 
Domrul”  boyunda  şahinlə  göyərçin  ovundan  da  bəhs  edilir: 
“Mənim əlimdən göyərçin kimi bir quş olub uçdu. Ay hay, mən 
onu qızılquşa aldırmayınca qoyarammı canını qurtarsın?!” Durdu, 
atına  mindi.  Şahini  əlinə  alıb,  ardınca  düşdü.  Bir-iki  göyərçin 
öldürdü  (11,  242).  Nizami  də  öz  yaradıcılığında  ov  quşları  haq-
qında məlumat vermişdir. O yazır :     
 
Laçın təbilciyi çalınan kimi 
Ovçu quş pərvaza gəldi. 
İti qanadlı laçın havaya qalxdı. 
Dünya kəklik və göyərçindən boşaldı. 
O dağda səhrada bir həftə 
Qaranquşlarda cəngindən can qurtara bilmədilər  
(10, 232). 
Nizami  Gəncəvi  də  Laçın  (Tərlan)  adlı  əl  quşu  vasitəsi  ilə 
göyərçin və kəkliyin ovlandığını bildirir. 


 
57 
 
Xaqani yaradıcılığında da ov quşu ilə bağlı məlumatlara rast 
gəlinir:  
 
Bayquş başdan böyüksə də, o, quşların ən pisidir, 
Kiçik başlı əl qususa hər bir quşdan baş sayılır  
(12, 77). 
 
Nəsimi də ov quşu haqqında belə yazır :  
 
Canə dilək verən kişi, ərş üzə ol şikar edər, 
Anda şikar edən quşa qüvvəti-balü pər nədir?  
(13, 459).  
 
Ov  quşlarına  xüsusi  əhəmiyyət  verən  və  bundan  xoşlanan 
hakim  elita  haqqında  I  Təhmasibin  sarayında  olmuş  Mikele 
Membre  də  məlumat  verir.  (Venesiyalılar  şah  I  Təhmasibin 
sarayında (40, 45). 
XII-XV  əsrlərdə  Azərbaycanda  masaüstü  oyunlar  da  geniş 
yayılmışdı.  Masaüstü  oyunların  ən  geniş  yayılmışlarından  biri 
şahmat  idi.  Vətəni  Hindistan  hesab  edilən  şahmat  orta  əsrlərdə 
Azərbaycanda da icra olunurdu. Xaqani şahmatdan bəhs etmişdir 
(12, 240). Hətta şahmatdakı gediş barədə o, belə qeyd edir: 
 
Piyada keçdimi yeddi xanəni 
Udmaq çətin olar, çox güman səni (12, 55). 
 
Burada şair yeddi xana keçəndə piyadanın vəzir olduğundan 
danışır.  XIV  əsr  şairi  Əssar  Təbrizi  də  şahmatdan  bəhs  etmişdir 
(17, 99). Qazi Bürhanəddin də şahmata işarə edərək yazır : 
 
Fili piyadə qıldı, atın aldı ruxları, 
Fərzinlənüz ol işi ki, bu şəhsuvar edər (15, 73).  
 
Başa bir şeirində şair yazır: 
 


 
58 
 
Şah ruhuna tərh edübən atını, 
Könülüm olmuş piyadə, şah mat (15, 132). 
 
Göründüyü kimi, Qazi Bürhanəddin burada şahmatda iştirak 
edən  fiqurların  bir  neçəsinin  (piyada,  at,  şah)  adlarını  çəkmişdir 
və mat vəziyyətinin olduğunu qeyd etmişdir. Yeri gəlmişkən şah-
mat oyunu həm də sətrənc kimi də adlanır ki, şair onun da adını 
xatırladır:  «Yar ilə sətrənc oynadı, könül uş oldı mat» (15, 177). 
Şahmat  fiquru  piyadanın  orta  əsrlərdə  işlənən  adı  yayaq 
olmuşdur.  
                    
Yayağ oldı könülüm, oynadı at, 
Ruxlarun deyəli bana şah mat (15, 29). 
 
Marağalı Əhvədi  nərdlə  şahmatın  adını çəkmişdir (15, 233). 
Nəsimi şahmatdakı gedişə işarə edərək belə söyləmişdir: 
 
Oynamaz şətrənci – eşqin atını     
Bilməyən bu zövqi –eşq  şahmatını (13, 611 ). 
 
Məhsəti  Gəncəvi  rübailərinin  birində  şahmatın  bütün  fiqur-
larını bir-bir sadalayır və oyunçunun ustalığından yazır: 
 
Atı şadlıq meydanında çapdıqca, 
Lətif təbindən sehrlər yaradır yaradırsan. 
Vəzir, şah, piyada, fil, top və atla
Yaxşı, aydın, qəribə və gözəl oynayırsan (41, 425). 
 
Masaüstü oyun növü kimi nərd daha geniş yayılmışdır. Bunu 
arxeoloji  qazıntılar  da  təsdiqləyir.  Hələ  Mingəçevirdə  IV-VIII 
əsrlərə  aid  təbəqədən  gildən  düzəldilmiş  zərlər  tapılmışdır.  Bil-
diyimiz nərd zərləri kimi üzərilərində altı ədəd həkk olunmuşdur. 
Tapılan zərlərdən biri isə fərqlidir. Bu xüsusda R.Vahidov yazır: 
«Bu  zərin  bir  üzü  tamamı  ilə  hamardır.  Digər  üzlərində  isə  bir, 
iki,  üç,  dörd  və  on  bir  xal  həkk  olunmuşdur.  Buna  baxmayaraq 


 
59 
 
zərlərin hamısının bizə məlum olmayan müəyyən oyunla əlaqədar 
olduğu heç bir şübhə oyatmır» (42, 49). 
Xaqani  «Könlüm  nərd  oyununda  düşmüşdür  şeşxanaya»-
deyir  (12,  131).  Nizaminin  də  əsərlərində  tez-tez  nərdin  adı  çə-
kilir. Göründüyü kimi, şahmat və nərd kimi zehni inkişafa səbəb 
olan  oyunlar  orta  əsrlərdə  geniş  yayılmışdı.  Qazi  Bürhanəddin 
nərd haqqında yazır: «Tutam ki, gələ şeşlər, çarə nə bu nərdümə» 
(15,  48).  Burada  nərd  oyunundakı  vəziyyət  təsvir  edilmişdir. 
Oyunda  bəzən  elə  vəziyyət  yaranır  ki,  heç  altı  qoşa  versə  də, 
oyunun gedişinə kömək edə bilmir. 
Hoqqabazlıq  (hoqqalara  oyun  çıxarmaq)  qədim  dövrlərdən 
məlum  olan  oyundur.  Bu  oyun    tipi  sehirbazlıq,  gözbağlayıcılıq 
xarakteri  daşıyırdı.  Mücirəddin  Beyləqani  hoqqabazlığı  məcazi 
olaraq fələyə şamil etmişdir: 
 
Fələk həm oğru və həm hoqqabaz, oyunbazdır, 
Çıxar o yüz oyun ilə bir anda mərəkədən (43, 314).   
 
Xaqani  də  öz  əsərlərində  hoqqabazlıqdan  söz  açmışdır  (12, 
66). 
Nəsimi «Kəbəteyni gör ki, atar hoqqabazın tasinə» - deyərkən 
hoqqabazların oyun nümayiş etdirərkən tasdan istifadə etdiklərinə 
işarə etmişdir (13, 53).  
Qazi Bürhanəddin əsərlərində kəndirbazlıqla bağlı “rəsən” və 
“canbaz” kəlmələrini işlətmişdir:  
 
Şol zülfi-rəsənbaza ki, çənbərdən asılur, 
Qol eyləyübən əqlümi canbaz edisərəm (15, 134). 
 
Burada işlənən rəsən kəlməsi ip, kəndir deməkdir. Canbaz isə 
kəndirbazlıq  edən  şəxsdir.  Deməli,  bu  bizə  orta  əsrlərdə  kəndir-
bazlıq oyununun olduğunu söyləməyə əsas verir. Müəllif həmçi-
nin  bilü  adlı  şar  ilə  uşaq  oyununun  olduğunu  da  qeyd  etmişdir 
(15, 639). 
Oyunlara və əyləncələrə yumor, zarafat, gülüş və xoş əhval-
ruhiyyə xasdır. Zamanın gərdişinə, dünyanın və təbiətin müxtəlif 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə