Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə15/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

 
46 
 
Güləşlə  bağlı  təsvirlər  ilk  orta  əsrlər  abidəsi  sayılan  “Dədə 
Qorqud” dastanında da yer almışdır: “Qız deyir: “Ay igid, heç ki-
min atı mənim atımı, kimsənin oxu mənim oxumu keçməyib. İndi 
gəl səninlə qurşaq tutaq!”. Beyrək dərhal atdan endi. Güləşməyə 
başladılar;  iki  pəhləvan  kimi  bir-birinə  sarmaşdılar.  Gah  Beyrək 
qızı,  gah  da  qız  Beyrəyi  yerə  vurmaq  istəyir.  Beyrək  sarsıldı, 
fikirləşdi:  “Bu  qıza  basılsam,  Qalın  Oğuz  içində  başıma  qaxınc, 
üzümə  rişxənd  olacaq”.  Qeyrətə  gəldi.  Qarmalayıb  qızın  sinə-
bağını ələ keçirdi. Döşündən tutdu. Qız qurcandı. Bu dəfə Beyrək 
qızın  incə  belindən  yapışdı,  fırladıb  arxası  üstə  yerə  vurdu.  Qız 
dedi: “İgid, Baybicanın qızı Banıçiçək mənəm!”( 11, 205-206). 
XII əsrdə Azərbaycan Atabəylər dövlətinin hökmdarlarından 
biri  olmuş  Məhəmməd  Cahan  Pəhləvanın  böyük  pəhləvanlığı 
haqqında  məlumatlar  vardır.  Gənc  yaşlarından  Məhəmmədin 
“Cahan  Pəhləvan”,  yəni  dünyanın  pəhləvanı  adlandırılması  heç 
də təsadüfi deyildir. Bu günə qədər də xalq arasında onun Novruz 
bayramları şənliklərində keçirdiyi güləş yarışlarında həmişə qalib 
çıxması  barədə  əfsanələr  dolaşmaqdadır.  Onun  oğlu  Nüsrət  əd-
Din Əbu-Bəkr də qeyri-adi gücə-qüvvəyə və çevikliyə malik ol-
muşdur. O da atası kimi cəngavər turnirlərində qalib çıxırdı. Rə-
vayətə görə, Təbrizdə keçirilən yarışda Qara Məlik adlı bir kasıb 
adam  ona  qalib  gəlir.  Bu  hadisə  tamaşaçıları  o  qədər  heyrətlən-
dirir  ki,  Qara  Məliyin  adı  Təbrizdəki  məhəllələrin  birinə  verilir, 
bu  kasıb  pəhləvanın  özü  isə  nağıl  personajına  çevrilir  (20,  112-
113). 
Sədi  Şirazi  “Bustan”  əsərində  güləşi  “bərkdən-boşdan”  çıx-
mağın  məşqi,  döyüşlərdə  hünər  göstərməyin  əsası  hesab  edir  və 
qüdrətli Ərdəbil pəhləvanlarından bəhs edirdi. 
 
Bərkdən-boşdan çıxıb güləşən ərlər
Döyüşdə göstərər böyük hünərlər. 
Naz-nemət içində bəslənən insan
Qorxar hərb zamanı görəndə meydan (21, 55) 
 


 
47 
 
Güləşin orta əsrlərdə populyar olmasını Qazi Bürhanəddin də 
təsdiq edir: 
 
Gözüm məşki-saqa dökər, nola, ey pəhləvani-hüsn
Bu meydanı məlahətdə bizə sərpayı gösdərsən  
(15, 261). 
 
Nizami yaradıcılığında da güləşlə bağlı ifadələrə rast gəlirik: 
 
Turunc yarpağından da göy olan göy 
O zaman əlində narınc (meydana) gəldi 
Fələk orada bayraq qaldırarkən, 
Köylük onunla güləşmək istədi (10, 66-67). 
 
 Təbii ki,  şair burada güləş  idman növünü təsvir etmir və bu 
ifadədən başqa bir fikri  izah etmək üçün bənzətmə vasitəsi kimi 
istifadə edir. 
XII-XV əsrlərdə Azərbaycanda əyləncə vasitələrindən biri ol-
maq etibarilə ovçuluq geniş yayılmışdı. Nizami Gəncəvi yazırdı: 
 
Bura  ovçuların yurdudur. 
Şikarçılar və şikar vuranların yeridir (22, 172). 
 
Ov orta əsrlərdə öz iqtisadi mahiyyətini  getdikcə itirərək bir 
əyləncə,  mənəvi  tələbatların  ödənilməsi  vasitəsinə  çevrilmişdi. 
Ov  mərasimləri  zamanı  ov  prosesindən  ləzzət  alınması,  ziya-
fətlərin  təşkili,  şənliklərin  keçirilməsi,  günün  “xoş  keçirilməsi” 
üçün  bir  vasitə  olması  və  s.  onu  əyləncəyə  çevirmişdi.  Kitabi- 
Dədə  Qorqud  dastanının  “Salur  Qazanın  evinin  yağmalandığı” 
boyunda Oğuz bəylərinin boş vaxtlarını doldurmaq, günlərini xoş 
keçirmək üçün ova getdikləri söylənilir: “Ulaş oğlu Salur Qazan 
... qaba dizləri üstünə çökdü, dedi: “Sözümü dinləyin, səsimə səs 
verin,  bəylər!  Yata-yata  yanımız  ağrıdı.  Dura-dura  belimiz 
qurudu.  Duraq  gedək,  a  bəylər!  Ov  ovlayaq,  quş  vuraq,  sığın-
keyik yıxaq, qayıdıb otağımıza düşək: yeyib-içək, günümüzü xoş 


 
48 
 
keçirək!”  (11,  188).  Ancaq  orta  əsrlərdə  ovçuluğun  “bəslənmə, 
təlim  və  qəhrəmanlıq  göstərmə”(23,  18)  kimi  məqsədləri  də 
olmuşdur.  Belə  ki,  ov  cəmiyyətdə  özünün  iqtisadi  əhəmiyyətini 
itirsə  də,  ov  məhsulları  həmişə  süfrələrin  kalorili  nemətlərindən 
sayılmış,  dadına  və  keyfiyyətinə  görə  fərqlənmişdir.  Ov  eyni 
zamanda hərbi işin populyar olduğu orta əsrlərdə ox atmaq, qılınc 
oynatmaq,  kəmənd  atmaq,  çətinliyə  qarşı  dözümlü  olmaq  və  s. 
kimi  keyfiyyətlərə  yiyələnməyin  bir  məşqi,  bir  vasitəsi  idi. 
İnsanlar  həmçinin  “ad  alma,  şan-şöhrət  sahibi  olma  və  qəhrə-
manlıq  göstərmə” kimi  keyfiyyətlərə  yiyələnmək məqsədi  ilə də 
ova  gedirdilər  (23,  17).  Ovçuluqdakı  məharəti  və  peşəkarlığı  ilə 
fərqlənən  şəxslər  həmişə  cəmiyyətdə  sayılan-seçilən  şəxslərdən 
sayılmışlar,  üstün  güc  və  “məharəti  ifadə  edən  müxtəlif  ünvan-
larla  xatırlanmışlar”  (24,  57).  Tarixdə    Şah  İsmayılın  aslan  ov-
çusu adıyla xatırlanması bunun bariz nümunəsidir. Ov mərasim-
ləri igidlik göstəriləcək bir məkan, onu təsdiqləyəcək bir akt idi.  
Məsələn,  Sarıqaya  yaylasında  təşkil  edilən  ov  mərasimi  zamanı 
iki  oxla  yerli  əhalini  təşvişə  salan  ayını  öldürən  gənc  Səfəvi 
şahzadəsi öz tərəfdarlarına yetkinlik çağına çatdığını və bir ayını 
ovlaya  biləcək  qədər  güc  sahibi  olduğunu  göstərmək  istəmişdi 
(24, 67). Kitabi-Dədə Qorqud dastanında göstərilir ki, igidlər ad-
san  almaq  üçün  ova  çıxardılar:  “O  zamanlar  bir  oğlan  baş 
kəsməsə, qan tökməsəydi, ona ad qoyulmazdı. Baybörə bəyin də 
oğlu atlandı, ova çıxdı” (11, 203). 
Ovçuluq  həm  də  bir  oyun  növü  hesab  edilir.  M.Dadaşzadə 
qeyd  edir  ki,  «Orta  əsrlərdə  ovçuluq  və  eləcə  də  əl  quşu  ilə  ov 
etmək  bir  idman  növü  kimi  geniş  yayılmış  və  inkişaf  etmişdi» 
(25,  194).  Ov  bir  güc  göstəricisi,  eyni  zamanda  yarış  xarakteli 
mahiyyətə  malik  olmuşdur.  Tarixdən  ov  zamanı  ovla  bərabər  at 
yarışdırmaq, ox atmaq,  qurşaq tutub  güləşmək və s. kimi  idman 
yarışlarının  keçirildiyi  məlumdur.  Dədə  Qorqud  dastanının 
“Baybörənin oğlu Bamsı Beyrək” boyunda bəhs etdiyimiz məsələ 
öz təsdiqini tapır: “...mən Banıçiçəyin dayəsiyəm. Gəl indi sənin-
lə  ova  çıxaq.  Əgər  sənin  atın  mənim  atımı  keçsə,  onun  atını  da 
keçər. Həm də ox ataq. Məni keçsən, onu da keçərsən; həmçinin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə