Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə12/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

 
36 
 
orucluğa riayət etdi (51, 125-126). Bu deyilənlər onu göstərir ki, 
hökmdarlar tərəfindən bayrama diqqət ayrılmışdır. 
Mənbələrdə  leylət  əl-qədr  haqqında  da  xatırlatmalar  vardır, 
«xüsusən  «müqəddəs»  gecə  ramazan  ayının  27-si  gecəsi  hesab 
olunur.  «Leylət  əl-qədr»  (tale  gecəsi)  dindarlara  görə  Quran 
allahın taxtının altından məlaikələr tərəfindən götürülmüş və yerə 
yaxınlaşdırılmışdır.  Sonra  isə  22  il  müddətində  Quranın  bütün 
məzmunu  hissə-hissə Məhəmmədə verilmişdir. Həmin  gün  allah 
insanların  taleyi  ilə  daha  çox  maraqlanır,  ona  görə  də  dindarlar 
həmin  gecə  allaha  müraciət  edirlər»  (52,  21).  Bu  barədə  Məsud 
ibn Nəmdar yazır: 
 
«Leylətül–qədr»i tanrı özü seçib, bəyənib, 
Haman gecə işləmir şeytanın əməlləri. 
Əgər bilmək istəsən nədir bu «Leylətül–qədr» 
Gərək ki, açıq gözlə sən açasan səhəri (53, 30). 
 
Burada  Qədr  gecəsi  səhərədək  yatmamaq  lazım  gəldiyindən 
söz açılır. Nəsimi də «Hər gecəsi, hər günü qədr ilə bayram olur» 
– (31, 105) deyərkən Qədr gecəsindən bəhs edir. Ayrıca leylətül–
qədr  kəlməsini  də  işlədir  (31,  225).  Şair  Arif  Ərdəbili  Qədr 
gecəsinə işarə edərək  «Çünki  ay qədir  gecəsində parlaq olur.»  – 
demişdir  (30,  113).  Qurani-  Kərimdə  bu  günün  şərafətidən  bəhs 
edilərək  yazılır:  “Həqiqətən,  Biz  Quranı  Qədr  gecəsi  (Lövhi-
məhfuzdan  dünya  səmasına)  nazil  etdik!  (Ya  Peyğəmbər)  Qədr 
gecəsinin nə olduğunu bilirsənmi?! Qədr gecəsi (savab cəhətdən) 
min  aydan  daha  xeyirlidir  (O  Ramazan  ayının  on  doqquzuna, 
iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, əksər rəvayətə görə isə 
iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrayıl) 
Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri 
sökülənə  kimi  salamatlıq,  əmin-amanlıqdır!”  (38,  597-598) 
(Qurani-  Kərim,  əl-  Qədr,  97/1-5).  İslam  inancına  görə,  Qədr 
gecəsi mübarək gecədir, çünki Allah bu gecə xeyir, bərəkət, nazil 
edir.  Bəzi  təfsirlərə  görə,  Qədr  gecəsi  şərəf-şan  gecəsidir,  ona 
görə Qədr gecəsi adlanır ki, Allah yanında qədri vardır. Bəzən də 


 
37 
 
deyirlər ki,  kim bu gecəni  oyaq qalsa və ibadətlə keçirsə, qədri-
qiyməti  olar.  Bir  qrup  müfəssirlər  isə  gecənin  Qədr  gecəsi 
adlandırılmasını  Allahın  qədirli  kitabı  Qurani-  Kərimin  bu  gecə 
nazil  olması  ilə  əlaqələndirirlər  (54,  137).  Qədr  gecəsinin  məhz 
hansı gündə olması ilə bağlı   islamda dəqiq fikir yoxdur. Ancaq 
“Peyğəmbərin mötəbər səhabələri, Quran biliciləri, hədisşünaslar 
Peyğəmbərin  müxtəlif  hədislərinə  istinadən  bu  gecələrin 
Ramazan  ayının  on  doqquzuncu,  iyirmi  birinci,  iyirmi  üçüncü, 
iyirmi  beşinci  və  ya  iyirmi  yeddinci  gecəsi  olduğunu  deyirlər. 
Lakin  fikirlər  müxtəlifdir.  Yalnız  Qədr  gecəsinin  ramazanın  son 
on gecəsindən biri və ayın tək gününün (vitr) gecəsi olduğu haqda 
yekdil  rəy  vardır.  Ona  görə  də  müsəlmanlar  ramazanın  Qədr 
gecəsi  hesab  etdikləri  bütün  gecələrini  (19,  21,  23,  25,  27-ci 
gecələrini) “ihya gecələri” kimi qalıb ibadətdə keçirir, oyaq qalıb 
Quran  oxuyur,  Allaha  dua  edirlər  ki,  onları  Öz  əməlisaleh 
bəndələrindən etsin, hidayət yoluna çıxarsın, onların ruzilərini bol 
etsin”  (54, 138-139).  
Şiələr  Qədr  gecəsini  həm  də  başqa  bir  hadisə  ilə  əlaqələn-
dirirlər. Onlar bu gecəni hicrətin 10-cu ili Allahın rəsulunun “vida 
həcci”ndən  qayıdarkən  yolda,  Qədr-xumm  adlı  bir  yerdə  imam 
Əli bin Əbi Taliblə qardaş olduğunu bildirdiyi günlə bağlayırlar. 
Bu  gün  şiələr  arasında  352/963-cü  ildən  etibarən  bayram  günü 
kimi qeyd edilir (44, 218). Müsəlmanlarda Ramazanın 27 günün-
də hər bir insanın taleyinin həll olunduğuna dair inam mövcuddur 
və  yəhudilərdə iom-kipur gününə analoji  olaraq ibadətlər edirlər 
(55, 140). 
Ramazan  ayı  “Eydül-fitr”  deyilən  orucluq  bayramı  ilə  başa 
çatır.  “Fitr”  sözü  orucu  tərk  edib  iftar  etmək  mənasındadır.  Fitr 
bayramına Eydül-Əsgər (kiçik bayram) da deyilir, çünki Qurban 
bayramı islamda Eydül-Əkbər (Böyük bayram) sayılır (54, 158). 
Fitr  bayramı  orucluq  qurtaran  günü  təzə  ayın  şəvval  ayının 
girməsi ilə başlayır. Bu zaman ilk növbədə mömin şəxslər, oruc 
tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görü-
şür  “oruc  namazın  qəbul  olunsun”  -  deyirlər.  Həmin  axşam  hər 
kəsin imkanına görə bayram süfrəsi açılır (56, 79). Bu bayramın 


 
38 
 
özəlliklərindən biri də bayram günü ixtiyarı öz əlində olan, azad 
olan  hər  bir  müsəlmanın  kasıbların  xeyrinə  fitrə  çıxarması  (ver-
məsi)  adətidir.  Bayramdan  sonraya  qalan  fitrə  qəbul  sayılmır. 
İslamda  fitrənin  minimum  norması  müəyyənləşdirilmişdir.  Bu 
qaydaya əsasən fitrədən yoxsula verilən pay təqribən 3 kq buğda 
qiyməti  və  ya  buna  uyğun  başqa  məhsulun  qiymətindən  az 
olmamaq şərti ilə verilir. Bu normadan artıq verilən fitrəyə hədd 
qoyulmur.  Hər  kəs  özü  üçün  və  himayəsində  olan  hər  bir  şəxs  
üçün fitrə çıxarmalıdır. Fitrə birinci növbədə yoxsullara, ehtiyacı 
olanlara  verilə  bilər.  Üzrlü  səbəbə  görə  oruc  tuta  bilməyən 
şəxslər, tuta bilmədiyi oruclar üçün fitrə verməsi lazımdır. Buna 
“fidyə” deyirlər (57, 232). 
Dini bayramlar cəmiyyəti bütövləşdirir. Bayram günləri top-
lum  üzvləri  bir-birilə  qaynayıb-qarışır,  bir  anlığa  olsa  da  sıxıntı 
və qayğılarını unudurlar. 
Dini bayramlar sosial həmrəylik və barış düşüncəsinin parlaq 
təzahürü  idi.  Küsülülərin  barışmasını,  aralarında  kin-nifrət  olan 
qəbilə,  ailə  və  şəxslərin  düşmənçilik  və  qisas  duyğularının  sev-
giyə çevrilməsini, kiçiklərin böyüklərə sevgi, böyüklərin kiçiklərə 
qayğı  göstərməsini,  xəstələrin  ziyarət  edilməsini,  yaxınların  və 
qohumların bir daha  yenidən bütünləşməsini mümkün edirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə