Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə10/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

 
30 
 
O, Qurban bayramını eydi-əzha adlandırmışdır (41, 641). Şair 
bayram zamanı verilən qurbanın əsasən qoç olduğunu söyləyir: 
 
Bayramda gözəl qoçlar qurban bolur,   
Aslanlar qayda bolsa, ğərran bolur (41, 621). 
 
Qeyd edək ki, Nizami yaradıcılığında da Qurban bayramının 
adı çəkilir. Fəqət «təəssüf ki, Nizami bu bayram haqqında ətraflı 
heç nə deməmişdir. Şair «Özün bil, bu bayram, bu da ki, qurban» 
-  deməklə  kifayətlənmişdir.  Bu  ifadə  ilə  o,  Qurban  bayramının 
yalnız  mövcudluğunu  təsdiq  etmişdir»  (8,  127).  Nəsimi  «Çünki 
bayram olduvü həcci–ziyarətdir bu gün» deyir (31, 178). Bununla 
da şair həcc ziyarəti vaxtı müsəlmanların verdiyi qurban haqqında 
söz açmışdır. Yeri gəlmişkən qeyd edək ki, «Qurban bayramının 
hər il icrasının əxlaqi tərəfini xüsusi qeyd etmək lazımdır. Həmin 
bayramı  qeyd  edən  adamda  belə  bir  ideya  yaranır  ki,  o,  Allaha 
daha  da  yaxınlaşır.  İslam  din  xadimləri  xalqa  həmişə  belə  bir 
ideyanı  təlqin  etməyə  çalışırlar  ki,  «Allaha  nə  qan,  nə  ət  lazım 
deyil, qurban kəsənin xeyirxahlığı lazımdır» (42, 95-96). Bundan 
əlavə, «Zəvvar qurban kəsərkən bilməlidir ki, bu qurbanlıq onun 
həcc ibadəti sayəsində şeytana və öz nəfsinə qalib gələrək onları 
öldürdüyünə  və  cəhənnəm  əzabından  xilas  olduğuna  işarədir.  O 
bilməlidir ki, hər cür günah əməllərdən tövbə etmişdir və tövbə-
sində səy etməlidir. Peyğəmbər (s) buyurmuşdur ki, hər kəs həcc 
ibadətini tamam etdikdən sonra özünü günahkar bilsə, küfr etmiş 
olur» (43, 159).  
Qurban  kəsilən  müqəddəs  yerlərə  qurbangah  deyilir.  Belə 
yerlər  əsasən  müqəddəs  sayılan  qəbirlər,  ocaqlar,  pirlər,  məscid-
lərdir.  Azərbaycanda  Qurban  bayramı  ilə  bağlı  yer  adı  da  möv-
cuddur. Məsələn, Şamaxı ərazisində Qurbançı adlı kənd vardır. 
Qurban bayramının bir özəlliyi də ondan ibarətdir ki, bayram  
və  qurbanlıq  paylanan  zamanı  din,  məzhəb  ayrı-seçkiliyinə  yol 
verilmir. Bu bayramda istənilən dindən olan  yetimin, kimsəsizin 
və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi 
günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. 


 
31 
 
Ümumiyyətlə,  orta  əsrlərdəki  bütün  dinlərə,  o  cümlədən  də 
islama xas  mühafizəkarlıq  elementlərinin  və şəriətdən irəli gələn 
qadağalar  və  normalar  sisteminin  olması,  eləcə  də  o  dövr  müəl-
liflərinin  Qurban  bayramı  ilə  bağlı  fikirləri  və  verdiyi  işarətlərə 
istinadən deyə bilərik ki, Qurban bayramının keçirilməsi qaydası 
müasir dövrdə də XII-XV əsrlərdəkinə çox bənzəyirdi. 
Beləliklə, hələ islamdan əvvəl də mövcud olan Qurban bayra-
mı islamda daha mükəmməlləşmiş, müsəlmanların həyatında va-
cib bir adətə çevrilərək əsrlərin sınaqlarından keçib yaşamaq hü-
ququ  qazanmışdır.  Humanist  və  xeyirxah  məqsədlərin  daşıyıcısı 
olan  bu  bayram  islamın  qəbul  edilməsindən  bu  yana,  həmişə 
xalqımızın  həyat  tərzinin  bir  parçası  olmuş  və  azərbaycanlılar 
tərəfindən bu gün də geniş şəkildə qeyd edilməkdədir.  
RAMAZAN   BAYRAMI 
Əsrlərdən bəri bütün müsəlmanlar tərəfindən qeyd olunan iki 
böyük dini bayramlardan biri də Ramazan bayramıdır. Ramazan 
bayramı bir ay boyunca Allah üçün tutulan orucdan sonra verilən 
bir  “iftar  ziyafəti”  hökmündədir  və  ona  “iftar  (fitr)  bayramı”  da 
deyirlər.  Buna  görə  də  Ramazan  bayramının  ilk  günü  bir  aylıq 
Ramazan orucunun iftarı sayılmaqdadır. 
Bayramın “Ramazan” adlandırılması islamda müqəddəs sayı-
lan bu ayın adı ilə bağlıdır. Müsəlmanlara görə Allah Qurani-Kə-
rimi  Ramazan  ayında  nazil  etmişdir.  Ona  görə  də  onlar  hər  bir 
müsəlman üçün vacib və xeyirli iş sayılan orucu bu ayda tuturlar. 
Qurani-Kərimin  əl-Bəqara  surəsinin  185-ci  ayəsində  bu  barədə 
deyilir:  “İnsanlara  doğru  yolu  göstərən,  bu  yolu  açıq  dəlilləri  ilə 
aydınlaşdıran  və  haqqı  batildən  ayıran  Quran  Ramazan  ayında 
nazil  edilmişdir.  Ramazan  ayına  yetişən  şəxslər  bu  ayı  oruc 
tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin 
sayı qədər başqa günlərdə tutsunlar” (38, 27). 
İslamda oruc Allaha ibadətin bir forması olub, insan nəfsinin 
paklaşdırılması,  ruhun  saflaşdırılması,  pislik  və  eybəcərliklərdən 


 
32 
 
xilas  olması,  insanlar  arasında  düşmənçiliyin  aradan  qaldırması, 
iradəliliyin,  mətinliyin  artırılması  və  s.  kimi  əxlaqi  keyfiyyətləri 
özündə ehtiva edir.
 
 
Ümumiyyətlə, oruc tutmaq islama qədərki  monoteist dinlər-
də də (iudaizm və xristianlıq) yer almışdır. Maraqlıdır ki, Nizami 
Gəncəvinin yaradıcılığında «Məryəm orucu» kəlməsi işlənir (26, 
173). Düzdür, burada şair həmən kəlmədən susqunluq, danışma-
maq rəmzi kimi istifadə etmişdir. Bununla belə o, orucluğun daha 
qədim  olduğunu  bir  növ  təsdiqləmişdir.  Bu  barədə  Qurani  Kəri-
min  əl  Bəqərə  surəsinin  183-cü  ayəsində  də  qeyd  edilir:  «Oruc 
tutmaq  sizdən  əvvəlki  ümmətlərə  vacib  olduğu  kimi,  sizə də va-
cib edildi. Bəlkə bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz!» 
(38, 27). 
Orucluq  mərasimi  624-cü  ildən  etibarən  həyata  keçirilməyə 
başlamışdır və «o vaxta qədər müsəlmanlar özlərindən qabaq olan 
kəslər kimi hər ay üç gün oruc tuturdular. Quran Allaha ibadətin 
bu şəklini  inkişaf etdirərək orucu ay təqviminin  doqquzuncu ayı 
olan  ramazan  ayının  son  on  gecəsindən  birində  Vəhyin  nazil 
edilməsinin başlanması ilə əlaqələndirmiş və müsəlmanları  «sayı 
bəlli olan günləri» oruc tutmağa çağırmışdır» (44, 216). Belə ki, 
«islam  din  xadimlərinin  fikrincə,  Quran  hicri  tarixinin  ramazan 
ayında  nazil  olmuşdur,  buna  görə  də  müsəlmanlar  bu  ayda 
Allahın  şərəfinə  oruc  tutmalı  və  ona  həsr  olunmuş  xüsusi 
ibadətlər keçirmək yolu ilə Onu mədh etməlidirlər.» (45, 99).  
Bir sıra türkdilli xalqlarda bu bayrama uraza da deyirlər. Mü-
səlmanlığın  5  rüknündən  (vacib  buyurulan  əsas  şərtləri)  biri 
sayılan  oruc  tutmaq  özünün  ən  mükəmməl  səviyyəsini  islamda 
tapıb. Mahiyyət etibarilə ramazan ayında bir ay müddətində oruc 
saxlanılır  və  səhər  tezdən  sübh  vaxtı  günəş  çıxanadək  sahura 
qalxıb  yemək  yeyilir,  bundan  sonra  oruc  başlayır,  bir  də  axşam 
gün  batandan  sonra  iftar  açılır.  Yəni,  günəş  göründüyü  vaxtlar 
oruc  zamanıdır.  Lakin  oruc  tutmaq  hamı  üçün  məcburi  deyildir. 
Orucu xəstələr, hamilə qadınlar, uşaqlar, səfərdə olanlar tutmaya 
da bilər. Əfzələddin Xaqani  bu barədə yazır : 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə