Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə6/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   2   3   4   5   6   7   8   9   ...   113

 
17 
 
Zərdüştlərdə  Novruz  bayramı  xüsusi  əhəmiyyət  kəsb  edirdi 
(13,  52).  «Yaz  bayramını  zərdüştlərin  daha  geniş  və  təntənə  ilə 
qarşılaması dini etiqada görə, Ahuraməzdanın Əhriman üzərində 
qələbə əldə etməsi ilə izah edilirdi» (7, 98). Məsudi, İbn Haldun, 
İbnül-Əsir  və  s.  kimi  Ərəb  tarixçiləri  də  Novruzun    məcusilərin 
(zərdüştlərin) bayramı olduğunu söyləmişlər.   
Novruz  bayramını  dinlə  bağlayan  rəvayətlərə  görə,  Allah 
dünyanı gecə ilə gündüzün bərabər olduğu Novruzda yaratmışdır. 
Novruz  Adəmin  palçıqdan  yoğurulduğu,  Adəmlə  Həvvanın  gö-
rüşdüyü, Yusif peyğəmbərin quyudan qurtarıldığı, Musa peyğəm-
bərin  əsası  ilə  Qırmızı  dənizi  yararaq  tərəfdarlarını  qurtardığı 
gündür və s. islamiyyətə görə, Novruz Həzrəti Məhəmmədin Pey-
ğəmbər olduğu gündür. Şiə türklərinə görə, Novruz Həzrət Əlinin 
peyğəmbər  tərəfindən  xəlifə  olaraq  elan  edildiyi  gündür  (3,  11-
13).  Ələvi-Bəktaşilərə  görə,  Həzrət  Əli  Novruz  günündə  doğul-
muş  və  Hz.  Fatma  ilə  bu  gündə  evlənmişdir.  Hz.  Həsən  və  Hz. 
Hüseynin  doğulduğu  və  Kərbala  müsibətinin  olduğu  gündə 
Novruz hesab edilir (37, 152-155). 
Azərbaycanda  isə  tədqiqatçılar  arasında  Novruz  bayramının 
genezisi ilə bağlı iki fikir dominantlıq  təşkil edir. Bunlardan biri 
bu  bayramın  yazın  gəlişini  simvolizə  edən  mövsümi,  digəri  isə 
zərdüştlüklə  bağlı  bir  bayram  kimi  şərh  edilməsi  ilə  bağlıdır. 
Lakin son dövrlər bayramın köklərinin əski mifoloji təsəvvürlərlə 
bağlılığı  haqqında  fikirlər  də  səslənir.  Bu  fikri  irəli  sürənlərdən 
biri  görkəmli  folklorşünas  alim  N.  İsmayılov  bildirir  ki,  Novruz 
bayramının  sadəcə  yazın  gəlişi  ilə  əlaqəli  olması  fikri  ağlabatan 
deyildir.  Onun  fikrincə,  Novruzun  yalnız  bahar  bayramı  kimi  
qeyd olunması elmi cəhətdən özünü doğrultmur. Yəni insanlar tə-
biətin oyanmasını,  yazın gəlişini, hər il təkrarlanan mövsümi bir 
prosesi heç vaxt əbədiyaşar bayrama çevirməzdi. Alim bu bayra-
mın köklərini əski mifoloji təsəvvürlərdə öz əksini tapmış insanın 
dörd ünsür vasitəsilə yaradılması ritualı ilə əlaqələndirir (14). Di-
gər bir tədqiqatçı N. Quliyev hesab edir ki, Novruz mərasimlərinə 
daxil olan su, od, yel və torpaq çərşənbələrinin bayram edilməsi 
ənənəsi  isə  ritual-mifoloji  semantikasına  görə  birbaşa  yaradılışı 


 
18 
 
simvolizə  etməkdədir  (15,  104).  Onun  fikrincə,  lap  qədimlərdən 
insanların  bu elementlərlə sıx təmasda olması, həyatın bilavasitə 
onlardan  asılı  olması  fikri  həmin  elementlərin  kultlaşdırılması 
barədə  təsəvvürlərin  yaranmasına  gətirib  çıxarmış  və  bunun 
nəticəsində də onların yaradılışda ilkin substansiya kimi iştirakına 
inam formalaşmışdır (15, 104).  
Novruzla bağlı adətləri araşdırarkən onun daha çox mövsüm, 
bir  təbiət  bayramı  olması  fikri  üstünlük  təşkil  edir.  Belə  ki, 
“Avesta”da 6 mövsüm bayramından biri kimi dəyərləndirilən yaz 
bayramı  gecə  ilə  gündüzün  bərabərləşdiyi  gün  yeddi  aylıq  yay 
fəslinin  başlanması  münasibətilə  qeyd  olunurdu  (7,  98).  Digər 
tərəfdən,  ta  əski  türklərdən  indiyə  kimi  bir  sıra  türk  xalqları,  o 
cümlədən azərbaycanlılar günümüzədək yeni il, il başı, yeni gün 
kimi  adlandırılan    bu  bayramı  təbiətin  oyanışı,  baharın  gəlməsi 
kimi  dəyərləndirərək  bahar  bayramı  kimi  qeyd  etmişlər.  Bütün 
türklərin  ensiklopediyası  hesab  edilən  Mahmud  Kaşğarinin 
“Divanü  Lüğat-it-Türk”  əsərində  əski  türklərin  on  iki  heyvanlı 
təqvimi  ilə  bağlı  izahında  Novruzla  yazın  gəlməsinə  işarə 
edilərək yazılmışdır: “... türklər ili dörd fəslə bölərək ad verirlər. 
Hər üç ayın bir adı var, ilin keçməsi bununla bilinir. Novruzdan 
sonra yaza “oğlak ay”, sonra “uluğ oğlak ay” deyilir” (16, 356). 
Lüğətin başqa  bir yerində baharın gəlişi ilə təbiətin oyanmasına 
işarə edilərək deyilir: “... qar, buz tamam əridi, dağlardan su axdı, 
səmada  mavi  bulud  göründü,  qayığın  su  üzərində  yırğalanması 
kimi, bulud da havada yırğalanır” (16, 235). 
XI əsrdə yaşamış türk dünyasının tanınmış şəxsiyyətlərindən 
biri Yusif Balasaqunlunun “Qutadğu bilig” (“Xoşbəxtliyə aparan 
elm”)  əsərində  baharı  vəsf  edən    çoxlu  şeir  parçalarına  rast 
gəlmək mümkündür. Məsələn: 
 
Gündoğandan  əsib gəldi bahar yeli
Dünyanı bəzəyərək cənnət yolunu açdı.  
 
Yaxud, 
 


 
19 
 
Bu zaman dünya özünə bir nəzər qıldı, 
Güvənib-sevinib əyninə baxdı (17, 42). 
 
Çoxsaylı  Çin  mənbələrində  də  əski  türk  xalqlarının  yeni  ili 
baharda,  martın  21-də  bayram  etməsi  ilə  bağlı  faktlar  vardır  (3, 
60-61).  Ergenekonla  bağlı  əfsanələrdə  də  “ergenekondan  qurtu-
luş”  bahara  –  Novruza  təsadüf  edir.  M.Seyidov  da  yaz  mərasi-
minin xalq təqvimi ilə əlaqəli olduğunu göstərmişdir (18, 95).  
Strabon  özünün  “Coğrafiya”  adlı  əsərində    Midiyadan  bəhs 
etdiyi zaman bahar bayramının qeyd olunmasına toxunaraq qeyd 
edir ki, nikahlar baharda gecə ilə gündüzün bərabər olduğu vaxt-
da kəsilir, adaxlı dəvə beyni və alma yedikdən sonra nikaha daxil 
olur (19, 681). 
Tarixin keşməkeşlərindən inamla adlayaraq və az dəyişmələr-
lə günümüzə qədər gəlib çatan bu bayram həm də özündə tarixin 
ənənələrini  yaşatmaqdadır.  Qadamerin  sözü  ilə  desək:  «Harada 
ənənə  hökmranlıq  edirsə,  orada  keçmiş  və  indi  canlı  vahidlikdə 
birləşir» (20, 382). Bu baxımdan Novruz bayramı keçmişlə indini 
birləşdirən  bir  bayramdır  desək,  yanılmarıq.  Bu  bayramın  bir 
özəlliyi də ondan ibarətdir ki, o, geniş xalq kütlələrinin qatıldığı 
xalq-gülüş,  karnaval  bayramı  olub,  xüsusilə  də,  orta  əsrlərdə  və 
yeni  dövrdə  rəsmi  mahiyyət  daşımayıb.  Çünki  “rəsmi  bayram-
larda iyerarxiya bir daha təsdiqlənir. Bu bayramlar bərabərsizliyi 
işıqlandırırdı.  Karnavalda  isə  bütün  iyerarxik  əlaqələr  aradan 
götürülür” (21, 13).  
Təsadüfi deyildir ki,  xalqımız təbiət,  məişət  və təsərrüfat  iş-
ləri  barədə  düşüncələrini  folklor  nümunələrində  də  yaşadaraq 
nəsildən-nəslə  ötürmüşdür.  Ona  görə  də  deyə  bilərik  ki,  «Xıdır 
Nəbi və Novruz bayramı haqqında, təbiət hadisələri, fəsillər, aran, 
yaylaq, toy və mərasimlər haqqında şeirlər, əfsanələr, rəvayətlər, 
xüsusilə  əmək  həyatı,  təsərrüfat  qayğıları,  çoban  məişəti,  səpin, 
biçin,  döyüm  barədə  duyğu  və  düşüncələrdən  doğan  nəğmələr, 
poetik  mükalimələr  qədim  azərbaycanlıların  ömür  kitabından 
səhifələrdir» (22, XI).  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə