Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə5/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   2   3   4   5   6   7   8   9   ...   113

 
14 
 
Novruz  ta  qədimlərdən  əski  türklərlə  iranlılar  tərəfindən  “il 
başı”  kimi  qəbul  edilən  günün  adıdır.  Novruz  farsca  “yeni  gün” 
anlamını  verir.  Bu  gün  Günəşin  “qoç  bürcün”ə  girdiyi  gün  olub 
miladi 22 marta, rumi 9 marta təsadüf edir. Ərəblərə iranlılardan 
keçən  bu  adət,  başda  On  iki  Heyvanlı  Türk  Təqvimində  olduğu 
kimi,  türklərdə  də  çox  qədimlərdən  qeyd  olunmaqdadır  (3,  5). 
Xatırladaq ki, bu təqvim hələ e.ə. 220-ci ildən Asiya Hunlarının 
vaxtından etibarən tətbiq edilməkdədir.  
Bir sıra mənbələr, o cümlədən  «etnoqrafik məlumatlar, ayrı-
ayrı memuarlar, xatirələr, bədii ədəbiyyat materialları göstərir ki, 
qədim  Azərbaycanda  bahar  mövsümü  ərəfəsində,  ümumiyyətlə, 
heyvandarlıqla məşğul olan əhalinin həyatında, məişətində böyük 
canlanma  baş  verir»  (4,  16)  və  baharın  gəlişi  müxtəlif  ayinlərlə 
anılırdı. 
Novruz bayramının mənşəyi ilə bağlı bir sıra xalqlarda müx-
təlif məzmunlu rəvayətlər mövcuddur. Məsələn, iranlılara aid bu 
rəvayətlərdən biri əfsanəvi İran hökmdarı Cəmşidin Azərbaycana 
gəldiyi  günlə bağlıdır. Rəvayətə  görə, Cəmşid Azərbaycana  gəl-
diyi gün bura onun çox xoşuna gəlib, o, böyük bir taxt qurduraraq 
yaraşıqlı bir libas geyib taxta oturmuş, bu vaxt doğan günəş taxta 
və başındakı taca düşərək ətrafı işığa qərq etmişdir. Bu şöləni gö-
rən xalq həmin günü bayram etmişdir (5, 342). Bu haqda Firdovsi 
özünün “Şahnamə”sində də qeyd edir: 
 
Edib Cəmşidə Gövhər nisar
Belə bir günə Novruz adı qoydular ” 
Təzə il başı Hürmüzi fərvərdin, 
Başa çatdırıb yerdəki zəhmətin 
Belə şanlı bayram neçə əsr var
Qalıbdır o şahdan bizə yadigar (6, 50). 
 
Digər bir İran rəvayəti də odun Cəmşid tərəfindən kəşf edil-
məsi ilə bağlıdır (3, 6-7). Maraqlı budur ki, orta əsr müəlliflərinin 
bəziləri  də  Novruz  bayramını  Pişdadilər  sülaləsinin  hökmdarla-
rından biri olan Cəmşidin adı ilə bağlayırlar. Məsələn, İbn Miskə-
veyh,  Təbəri  və  İbn  əl-Bəlxi  kimi  orta  əsr  müəllifləri  Novruzu 


 
15 
 
Cəmşidin yaratdığını söyləyirlər (7, 99). Nizami və Xaqani kimi 
böyük şairlərimiz də öz yaradıcılıqlarında bu fikrə şərik çıxırlar. 
Bu xüsusda dahi şair Nizami Gəncəvinin təsviri də maraq doğu-
rur:  «Firudin  bayramında,  Cəmşid  novruzunda  şadlıq  cahandan 
qəmin adını silib apardı. Firudin bayramı «Mehrikan»dır. Novruz 
Cəmşidin  adı  ilə  əlaqələndirildiyi  kimi,  «Mehrikan»  da  Firudin 
adı ilə bağlı idi» (8, 126).  
Maraqlıdır  ki,  bayramın  Cəmşidlə  bağlı  olduğunu  göstərən 
maddi  dəlilin  olduğunu  da  söyləyənlər  vardır.  Belə  ki,  «Həxa-
mənilərin (əhəmənilər – Ə.Ə.) adı ilə bağlı olan «Təxte-Cəmşid» 
(Cəmşidin  taxtı,  yəni  Cəmşidin  səltənət  etdiyi  saray)  eramızdan 
əvvəl  505-ci  ildə  tikilib.  Bir  sıra  müəlliflər  yazırlar  ki,  binanın 
şərq tərəfində «Apadana» adlanan qəbul talarına qalxan pillələrin 
məhəccərindəki naxışlarda tabe xalqların nümayəndələrinin Nov-
ruz  bayramı  münasibətilə  saraya  gətirdikləri  hədiyyələr  təsvir 
edilmişdir. Apadana haqqında bəhs edən müəlliflər bu taların yal-
nız  Novruz  bayramı  mərasimi  zamanı  istifadə  olunduğunu  qeyd 
edirlər» (9, 16).  
Qədim  türklərdə  Novruzla  bağlı  rəvayətlərin  başında  bu  gü-
nün bir qurtuluş günü kimi qiymətləndirilməsi durur. Ona görə də 
bir  çox  türk  xalqları  bu  bayramı  “Ergenekon”  və  ya  “Bozqurd” 
bayramı kimi qəbul edirlər. Bununla bağlı Əbülqazi Bahadır xana 
aid “Ergenekon” dastanında  deyilir ki, göytürklər düşmənləri ilə 
savaşda  məğlub  olub  hamısı  qırılır.  Lakin  Göytürk  xaqanı  Elxa-
nın Kayan adlı oğlu və xanın qohumu Tükiz sağ qalır. Onlar ar-
vadlarını  və  düşməndən  qaçan  dörd  heyvanı  (dəvə,  at,  öküz,  qo-
yun) götürərək gəldikləri yoldan başqa yolu olmayan və çox çətin 
keçilən  bir  yerə  gəlib  çıxırlar.  Onlar  bu  yerə  Ergenekon  adını 
verirlər. Dörd yüz il burda qaldıqdan sonra özləri və sürüləri o qə-
dər  çoxalır  ki,  onlar  daha  buralara  sığmırlar,  oturub  məsləhətlə-
şirlər. Belə deyirlər ki, atalarımızdan eşitdik ki, Ergenekondan qı-
raqda da gözəl yerlər, gözəl yurdlar var və əskidən o yerlər bizim 
imiş.  Qərarlaşırlar ki,  dağların  arasından  yol  axtarıb  tapsınlar və 
əski yurdlarına dönsünlər. Lakin yolu tapa bilmirlər. O zaman bir 
dəmirçi gəlib deyir ki, burada bir dəmir mədəni var, onun dəmiri-


 
16 
 
ni əritsək onda bir yol tapa bilərik. Hamısı bu sözü bəyənib dağın 
geniş  yerinə  bir  qat  odun,  bir  qat  kömür  düzərək  yetmiş  dəridən 
yetmiş yerdə körük düzəldib sonra dağı atəşə verərək körükləyir-
lər. Tanrının gücü ilə od qızdıqdan sonra  dəmir dağ əriyib axır və 
yüklü dəvə çıxacaq qədər yol açılır. Ergenekon əhli o günü, o ayı, 
o saatı müəyyənləşdirib bayıra çıxırlar. O gündən  bəri göytürk-
lərdə yeni ilin başlandığı gecənin bayram edilməsi bir adətə çev-
rilir, bir parça dəmiri atəşə salıb qızdırırlar. Əvvəlcə xaqan bunu 
maşa  ilə  tutub  zindanın  üzərinə  qoyur  və  çəkiclə  döyür,  ondan 
sonra  isə  bəylər  də  bunu  təkrar  edirlər.  Beləliklə  də  bu  günü 
müqəddəs bilib, beləcə Tanrıya şükür etmiş olurlar (11, 64).   
Dəmirdöymə adəti indiyə kimi bəzi türk toplumlarında yaşa-
mağa davam edir və bu adəti türklərdə dəmirçiliyin milli sənət ol-
ması,  eləcə  də  dəmir  kultu  ilə  də  bağlamaq  olar  (12,  542-544). 
Başqa bir türk əfsanəsinə əsasən çox qədim vaxtlarda Türk qövm-
lərindən biri olan hunların əcdadları məğlub olub, düşmənləri tə-
rəfindən məhv edilir. Lakin bunların içərisində təkqollu bir körpə 
sağ qalır, bu körpəni bir boz qurd Altay dağlarına götürərək əmiz-
dirib  baxır,  onu  böyüdür.  Sonradan  onun  on  uşağı  olur.  Bu 
uşaqların  nəsli  törəyib  artır  və  bir  Novruz  günü  dağdan  enərək 
dünyaya yayılırlar. 
Maraqlıdır ki, bu gün də Novruz günü Orta Asiya türklərində, 
xüsusilə, uyğur, Kazan, Ufa türklərində Ərgənəkon dastanı xatır-
lanmaqdadır: 
 
Ərgənəkon! Ərgənəkon! 
Davarlar yox oldu, 
Kişilər qocaldı, 
Yenidən balalar doğdu, 
Bizim yolumuz hələ bitmədi 
Əcəba dənizə daha çoxmu var? 
Ağaclar yaşıllaşdı, quzular doğdu
Çiçəklər açdı, indi yaz gəldi. 
Bu gün bizim bayramdır 
Ərgənəkona dönmək istəyirəm (6, 54). 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə