Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə11/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

 
33 
 
Xəstə bu qəlb ilə mümkünmü tutam mən də oruc
Çün oruc batil edər gözdən axan qanım mənim. 
Ağzıma iftar vəqti isti göz yaşım axar, 
Yoxdur ondan başqa bir iftarə imkanım mənim  
(28, 122). 
 
Qazi Bürhanəddin «qurban edərüz canı ki, eydi-rəməzan uş» 
- deməklə orucluq barədə məlumat verir (41, 641). 
Orucun islam aləmində qəti qərarlaşmış bir məzmunu vardır. 
Oruc tutmaq müəyyən olunmuş vaxt  kəsiyində özünü dünya ne-
mətlərindən  uzaqlaşdırmaqla  bərabər,  ilk  növbədə  Allaha  ibadət 
etməkdir. Çünki orucluq zamanı  görülən işlər Allah yolunda gö-
rülən savablardır. İslam dünyasında o ən pak, saf və təmiz ay he-
sab olunur. İlk növbədə Allaha yaxın olmaq üçün niyyət tutulur. 
Bu bayram zamanı insanlarla münasibətdə gülərüz olmaq vacib-
dir.  Şərab  əsla  içilməz,  yalan  danışılmaz,  böhtan  atılmaz  və  pis 
işlər  görülməz.  İnsanlara  qarşı  münasibətlərdə  hörmətcil  olmaq, 
qəlb  qırmamaq  və  mərhəmət  göstərmək  tövsiyə  olunur.  Bu 
bayramda görülən bütün işlər zamanı ona haram qatılmamalıdır.  
Oruc vaxtı evə qonaq dəvət edib süfrə açmaq savabdır. Oruc-
luq vaxtı başqaları ilə kobud rəftar etmək, onlara zəhmət vermək 
düzgün sayılmır. Orucu bilə-bilə pozmağa başqasını təhrik etmək 
günahdır. Nəzərə almaq  lazımdır ki, bu, könüllü olan məsələdir. 
Əgər könüllüdürsə, o zaman günahkar axtarmaq olmaz, aclığa tab 
gətirməyib  bunun  səbəbini  ətrafdakıların  üzərinə  atmaq  çox 
yanlışdır. Çünki Allah yolunda tutulan iş səbr işidir. Bəzi hallarda 
orucu  müəyyən  günlər  tuta  bilməyənlər  sonra  onun  qəzasını 
tuturlar. Oruc tutmaq nəfsi saxlaya bilmənin vicdani imtahanıdır.   
Oruc  tutmağın  niyyət  olunması  yalnız  Allah  qarşısında  borc 
sayılır. Başqa məqsədlə edilən niyyət günahdır. Orucluq bayramı 
zamanı  asilik  olmaz.  Bu  məqamların  nəzərə  alınması  və  riayət 
olunması  ilə  oruc  baş  tuta  bilər.  Bunun  üçün  səbrli  olmaq  tələb 
olunur. Bu insan və onun nəfsinə hakim ola bilməsinin yoxlanıl-
masıdır.  Daha  doğrusu,  insan  iradəsinin  təcəssümü,  təntənəsi  və 
təsdiqi, nəfs üzərində zəfəridir.  Qeyd olunduğu  kimi,  «Ramazan 


 
34 
 
«yanmaq»  deməkdir.  Bu  ayda  oruc  tutanların  günahları  yanır» 
(46,  87).  Deməli,  oruc  tutmaq  həm  də  günahlardan  müəyyən 
qədər qurtulmaqdır. 
Qətran Təbrizi şeirlərinin birində iftar ziyarətinə işarə edərək 
yazır:  
 
Orucluq ayı getdi fitr bayramı gəldi  
Görüm ki, sənin qapın həmişə açıq olsun (25, 405) 
  
Nizami Gəncəvi isə yazırdı: 
 
Bayram axşamı üçün elə bir hilal (təzə ay) çıxır 
Ki, qaranlığın örtüyündə 
İncəliyindən heç kəs onu görə bilməsin (47, 24).  
 
Bayram dedikdə, burada müəllif orucluğu nəzərdə tutur. Belə 
ki,  «orucluq  bayramının  axşamı  bir  gecəlik  Ay  (hilal)  üçün 
baxarlar,  əgər  Ay  görünsə,  sabahı  bayram  edərlər.  Çox  vaxt  bir 
gecəlik Ay o qədər nazik olur ki, onu çətinliklə görmək olur» (47, 
352). Şair Nizami Gəncəvi başqa bir bənzətməsində qeyd edir : 
 
Qaşının hər birinin əyrisi (kamanvariliyi) bir xəyaldır, 
Hər birisi bir bayram axşamının hilalıdır (48, 141). 
 
Belə bir bənzətmə Xaqani yaradıcılığında da var. O, yazır : 
 
Xidmət üçün hüzurunda dayanmışıq hər bir zaman
Sən bir bayram axşamısan, biz oxşarıq hilalına  
(28, 365). 
 
Məlumdur ki,  «Orucluqda imkansızlar, xəstələr  yada salınır. 
Müxtəlif yollarla onlara yardım edilir, iftarlar verilir. İnsanlar ara-
sında  qarşılıqlı münasibətlər güclənir. Hər kəs aclığın nə olduğu-
nu  gözəl  anlayır.  Zənginlər  bir  ay  müddətində  Allahın  əmrinə 
uyub  oruc  tutduqları  vaxt  imkansızların  vəziyyətindən  hali 


 
35 
 
olurlar.  Yəqin  ki,  qəlblərində  bir  yumşaqlıq,  insaf,  Allahın  riza-
sını qazanmaq arzusu yaranır» (49, 66).  
Nizami həmin məsələyə toxunaraq yazır : 
 
Hər gün yoldan ötən bir müsafir 
Onun yanında dayanardı. 
Lazım olan yeməklər gətirərdi ki, 
Bəlkə o nəzirlə orucunu açsın (48, 158). 
 
Bununla da Nizami istər-istəməz Ramazan bayramında möv-
cud olan paylaşma adətinə işarə etmişdir.  
Mahmud  Şəbüstərinin  də  orucluq  barədə  yazdıqları  maraq 
doğurur: 
 
Oruc çəkinməkdir yeməkdən, sudan, 
Özündən keçməkdir mənası, inan. 
Nadanlar çörəkdən, sudan keçərlər. 
Müdriklər şan-şərəf yolu seçərlər (50, 214). 
 
Burada orucluğun xüsusiyyətləri qismən də olsa, sadalanır. 
Orta əsrlərdə müsəlman əhali tərəfindən orucluğa riayət olun-
ması faktı tarixi mənbələrdə də yer almışdır. Rəşidəddin yazır ki, 
dini  icmaları  olan  bütün  xalq  və  tayfalar  içərisində  Menqu  xan 
(Münke nəzərdə tutulur) ən çox müsəlmanlara hörmət və ehtiram 
göstərir,  onlara  sədəqə  və  bəxşişlər  verir.  Bunu  bu  hadisə  sübut 
edir:  1252-ci  ilin  dekabrında  Ramazan  bayramının  sonunda  mü-
səlmanlar qərargahın yanına yığışdılar. Münke xaqan bayram şə-
rəfinə  camaata  gümüş  və  qızıl  balış  (pul  vahidi)  və  bahalı  pal-
tarlar  dolu  arabalar  verilməsi  barədə  fərman  verdi.  Camaatın 
əksəriyyəti  bundan  öz  payını  aldı  (51,  142).  Sonra  Rəşidəddin 
qeyd  edir  ki,  Arqun  xan  Təbrizə  gələndə  Ramazan  bayramı  ya-
xınlaşırdı. O, Təbrizdə 4 minbər qoyulması barədə sərəncam ver-
di. İmamlar, qazilər və bütün müsəlmanlar gəldilər və bütün qay-
dalara  uyğun  dəqiqliklə  bayram  namazı  qıldılar.  Qazilər  və  xə-
tiblər şan-şöhrətlə geri döndülər. Arqun xan  40 gün Ramazanda 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə