Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə23/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

 
72 
 
digərinə keçməkdə və daim daha gözəl məqama doğru tələsmək-
dədirlər.  Halları  beləcə  dəyişkən  olan  və  daim  tərəqqi  edən 
şəxslərin, bu halların yalnız biri ilə adlandırılması düzgün olmaz. 
Mən  də  onları  sadəcə  bir  hal  və  məqamla  məhdudlaşdırmamaq 
üçün  bu  halların  biri  ilə  adlandırmaqdan  çəkindim.  Çünki  əgər 
onları  malik  olduqları  hal,  məqam,  elm  və  əxlaqa  uyğun  olaraq 
adlandırsaydım,  hər  dəfə  başqa-başqa  adlarla  adlandırmalı  idim. 
Buna  görə  də  onların  zahirini  adlarının  meyarı  kimi  qəbul  edib, 
«sufi» adlandırdım. Ona görə ki, onlar yun paltar geyinirlər; yun 
geyinmək  isə  Peyğəmbərin,  siddiqlərin  (dürüstlərin),  həvarilərin 
və zahidlərin dəbidir» (19, 150).  
Sufilik  öz  xarakterik  xüsusiyyətlərinə  görə  dövrünün  digər 
təlimlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənirdi.  
Bu fərqlər birinci növbədə sufilərin islama münasibətdə ənə-
nəvi  baxışlar  və  yanaşmalar  sistemindən  imtina  etməsi  ilə  bağlı 
idi. Onların fərqli yanaşmalar sistemi özündə ağıl, düşüncə, yeni-
likçilik,  dəyişkənlik,  çərçivələrə  sığmamaq,  ehkamları  dağıtmaq 
və  s.  kimi  keyfiyyətləri  ehtiva  edirdi.  Çünki  mövcud  dini  real-
lıqlar və dini-siyasi doqmalar sistemi onların başlıca ideyasının - 
insanın  kamilləşərək  Allaha  qovuşması  ideyasını  qəbul  etmir-
dilər.  Sufilər  hesab  edirdilər  ki,  tək  şəriət  prinsiplərinə  əməl  et-
məklə  bu  ideyanı  gerçəkləşdirmək  mümkün  deyildir.  Belək  ki, 
şəriət  tanrı  haqqında  bilgi  əldə  etməyin  tək  yolu  kimi  “Quran”ı, 
“Sünnəni”  tanıyır,  o,  dini  özgürlüyə  sərt  yasaqlar  qoyur,  digər 
tərəfdən  isə  şəriətin  mahiyyətindəki  donuqluq,  mühafizəkarlıq, 
ənənələrin  qorunması  və  dəyişilməzliyi  prinsipi  onları  qane  edə 
bilməzdi.  Təsəvvüf  üçün  isə  axtarışlar,  sərbəstlik,  düşüncədə  və 
əməldə  yenilikçilik  xarakterik  idi.  Ona  görə  də  bəzi  təriqətlər 
namaz  qılmaq,  oruc  tutmaq,  həccə  getmək  və  s.  kimi    bir  sıra 
şəriət  normalarından  imtina  edirdilər.  Görkəmli  sufi  araşdırıcısı 
Əbdülbaki  Gölpnarlı  bildirir  ki,  “Sufilərdə  təfsir  sərbəstliyi  var, 
hətta  yalançı  hədislərdən  də  istifadə  etməyi  özlərinə  icazə 
verirdilər”  (20,  14).  Onlar  həmçinin  Allaha  həm  şəriət  yolu  ilə, 
həm də qəlblə yaxınlaşmağın mümkünlüyünə inanırdılar.  


 
73 
 
Ikincisi, İlahi həqiqətin qavranılmasında mövcud hakim fikri 
təmsil  edən  doqmatik-kəlamçı  düşüncəyə  qarşı  çıxması,  bu 
problemə  fərqli  yanaşmaları  ilə  bağlı  idi.  Sufilər  sələflərinin 
“nəql-rəvayət”, kəlamçıların “nəql-ağıl” metodlarına qarşı özləri-
nin  “kəşf  və  ilham”  metodlarını  ortaya  qoydular.  Bu  metodun 
mahiyyəti  insan  nəfsinin  (ruhunun)  kənar  duyğuların  təsirindən 
qurtularaq özünə gerçək mahiyyətini qazandırdığı zaman, sağlam 
şəkil  almasından,  şübhələrdən  təmizlənmiş  biliyin  kəşf  yoluyla 
əldə  edilməsindən  ibarətdir  (21,  122).  Məşşailərdən,  mütəkəllim 
və  doqmaçılardan  fərqli  olaraq  sufilər,  Allaha  dair  biliyi  “bilik” 
(rassional olaraq bilinən, qavranılan) olaraq deyil, “mərifət” və ya 
“irfan”  (bilinən,  bilmə,  tanıma  yoluyla  aşkar  olan)  olaraq 
adlandırır,  bunu  əldə  etmənin  yalnız  ruhun  tərbiyə  və  qəlbin 
təmizlənməsi ilə mümkün ola biləcəyinə inanırdılar. Onlara görə 
insan  fitri  olaraq  qavrama  qabiliyyətinə  malikdir.  Ancaq  fiziki 
əngəllər və “örtülər” ruhun biliyi qazanmasına mane olmaqdadır. 
İnsan bu əngəlləri dəf edərsə, onda Allaha aid biliyi ilk qaynağın-
dan  birbaşa  əldə  edə  bilər  (22,  82).  Təsəvvüfçülərə  görə,  ariflər 
və  dinin  mahiyyətini  açmaq  qabiliyyəti  olanlar  üçün  isə  dinin 
gizli, daxili (batini) mənaları vardır və ancaq onların bilikləri və 
yozumları  ilə  dinin  həqiqi  mahiyyəti  izah  oluna  bilər.  XIV 
yüzilliyin  məşhur  sufi  intellektuallarından  biri  Şeyx  Bədrəddin 
özünün məşhur „Varidat“ əsərində bu məsələni  belə şərh edirdi: 
“İbadət,  içimizin  təmizlənməsi  üçündür.  Həqiqi  təsəvvüfçü,  hər 
kəsin  başa  düşə  bilməyəcəyi  şeyləri  bildiyi  halda,  bunları  xalqa 
söyləməz. Bildiklərini aşkar edərsə onu öldürərlər. Bunu ikiüzlü-
lük  də  adlandıra  bilərik.  Hər  inanış  öz  yerində  dəyərləndirilmə-
lidir.  Gerçək  xalqa  işin  başlanğıcında  və  aşkar  deyilərsə  ya 
yollarını azarlar, ya da o gerçəyi söyləyəni günahlandırarlar. Xalq 
və gerçək ayrı-ayrı göstərilərək, ortalama bir yolla, xalqı gerçəyə 
yavaş-yavaş alışdırmaq lazımdır“ (23). Bu barədə Əbu Hamid əl-
Qəzalinin  fikri  də  maraqlıdır:  «Ət  körpə  üçün  zərərli,  böyüklər 
üçün  faydalıdır.  Qəvvas  dənizə  cumanda  inci  çıxarır,  təcrübəsiz 
adamsa boğula bilər. Ariflər üçün çox faydalı olan ilahi sirlər və 
yüksək mərifətlər avam xalq üçün zərərlidir» (24). 


 
74 
 
Üçüncüsü, sufizm həm də həyata keçirdiyi ritual və mərasim-
lərin  xarakterinə,  rəngarəngliyinə  görə  də  dövrünün  digər 
təlimlərindən əhəmiyyətli dərəcədə fərqlənirdi. Bu rituallar üçün 
ciddi bir sistemlilik və ardıcıllıq xarakterik idi.  
Dördüncü,  sufilərin  yaşam  tərzlərində  və  zahiri  cəhətlərində 
də ciddi fərqlər var idi. Onlar zahiri cəhətləri və geyim elementlə-
ri ilə də digərlərindən fərqlənmək istəyirdilər. Xüsusilə də təriqət-
ləşmə dövründə hər təriqətin bir-birindən fərqlənən özünəməxsus 
zahiri tipi və geyim formaları var idi. Sufilərdə tac qoyma, təraş, 
xirqə geyinmə, xanəgahda yaşama və s. kimi müxtəlif xarakterli 
həyat tərzi elementləri geniş yayılmış və mühüm əhəmiyyət kəsb 
etmişdir. Klassik sufi mənbələrindən olan «Misbahül-hidayə» ki-
tabında bu yeniliklər barədə qeyd edilirdi ki, ”İstihsan – müəyyən 
işlərin  bəyənilməsi  və  müəyyən  dəblərin  seçilməsidir.  Sufilər 
bunları, ardıcıllarının vəziyyətinin yaxşı olması məqsədilə öz icti-
hadları (səy göstərmək) əsasında icad etmişlər. Bu adətlər nə aş-
kar  bir  dəlilə,  nə  də  sünnədən  hər  hansı  sübuta  əsaslanır.  Xirqə 
geyinmək,  xanəgah  tikmək,  sima  üçün  toplaşmaq,  çilləyə  otur-
maq və s. adətlər bura daxildir...» (25).  
Qeyd edək ki, sufilik dini-fəlsəfi bir təlim kimi elitar bir təlim 
olsa da,  təəsəvvüf və təriqət dönəmlərində xeyli populayarlıq qa-
zandı və müasirlərinin bir çoxu tərəfindən sevilməyə başladı. Bu 
populyarlığı  xarakterizə  edən  bir  neçə  cəhət  özünü  daha  qabarıq 
büruzə verir. Bunlardan birincisi, dövrünün intellektual və düşü-
nərlərinin  böyük  əksəriyyətinin  sufiliyə  rəğbət  bəsləməsi,  ona 
meyllənməsi,  bu  təlimin  üzvü  olması  və  ya  ondan  faydalanması 
ilə ələqadar idi. Bu baxımdan Əl Farabi, İbn Rüşd, Əl Qazzalı, Əl 
Ərəbi,  Cüneydi,  Bistamı,  Şəbüstəri,  Sənai,  Sədi,  Ömər  Sührə-
berdi, Şibahəddin Sührəverdi, Cəlaləddin Rumi, Firəddin Əttar və 
s.  kimi  islam  mədəniyyətinin  zənginləşməsində  əhəmiyyətli  rol 
oynayan  yüzlərlə, minlərlə intellektual və düşünər sufi təliminin 
üzvü və bu təlimin ideyalarının daşıyıcıları olması heç də təsadüfi 
deyildi. Dövrünün ağıl və düşüncə sahibi kimi hörmət qazanmış 
və  tanınmış  bu  şəxsiyyətlərinin  sufiliklə  bağlı  olması  təbii  ki, 
sufilik təliminin nüfuz qazanmasına təsir göstərirdi.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə