Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə17/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

 
52 
 
mişdik. Nizaməddin Şami Əmir Teymurun əshabələri ilə birlikdə 
Qarabağ çöllərində ovla məşğul olduqlarından danışır və «o geniş 
çölü hər cür ov heyvanlarından təmizlədilər» - deyir (34, 22). Ən 
Nəsəvi Muğanın ov üçün müxtəlif növ ov quşları ilə bol olduğu 
haqqında da yazmışdır (35, 274). Şah İsmayılın 1518-ci ildə Nax-
çıvan bölgəsindəki yaylaqlarda bir ay boyunca ov etməsi (24, 62), 
eləcə də onun ölümünə bir neçə həftə qalmış Şəki ətrafında böyük 
bir  ov  şənliyini  təşkil  etdiyi  məlumdur  (36,  225).  Dədə  Qorqud 
dastanında  ən  çox  ovlanan  heyvanlar  sırasında  sığının  -  keyikin 
adı çəkilir: 
 
Arqubeldə, Ala dağda ov ovlardım. 
O yerlərdə sığın-keyik qovardım (11, 259). 
 
XII-XV  əsrlərdə  Azərbaycan  ovçuları  çox  müxtəlif  üsul  və 
metodlardan, eləcə də ov alət və vasitələrindən istifadə etmişlər. 
Orta  əsrlərdə  Azərbaycanda  ən  geniş  yayılmış  ov  üsullarından 
biri  “halqa  ovu”  və  ya  “çəmbər  ovu”  adlanırdı.  Xüsusilə  də 
Səfəvilər  dövründə  ovçuluqda  geniş  tətbiq  olunan  bu  ov  üsulu 
aşağıdakı  kimi  həyata  keçirilirdi.  Əvvəlcə  ovlanma  yeri  kimi 
təyin  olunmuş bölgədəki vəhşi  heyvanlar on-on  beş  gün ərzində 
ürküdülərək  müəyyən  bir  sahəyə  toplanır  və  bu  sahə  geniş  bir 
dairə  şəklini  alırdı.  Sonra  sahə  getdikcə  daraldılır  və  ovçular 
haradasa  çiyin-çiyinə,  yan-yana  gəlirdilər.  Bu  sıxılmış  mühitdə 
dovşan,  tülkü,  ceyran,  maral,  dağ  keçisi,  yabanı  uzunqulaq, 
yabanı  öküz,  aslan  və  s.  kimi  heyvanlar  yan-yana  gəlir,  ümumi 
qarışıqlıq  və  qorxudan  bir-birlərinə  toxunmayıb,  öz  aqibətlərini 
gözləyərdilər.  “Halqa  ovu”nun  bütün  hazırlıqları  başa  çatdıqdan 
sonra  ov  silahlarıyla  silahlanmış  hökmdar  öz  atı  üzərində  tək 
başına  ov  sahəsinə  girərək,  ovlamağa  başlar,  sonra  isə  digərləri 
ov prosesinə qoşulardı (24, 64-65). Ov prosesinin özü çox ciddi 
xarakter daşıyırdı ov zamanı dairənin pozulmasın səbəb olan  və 
ovun  qaçmasına  icazə  verən  adam  cəzalandırılırdı.  “Halqa 
ovu”nun  miqyası  bəzən  o  qədər  böyük  olurdu  ki,  bura  yerli 
əhalidən  olanlar  və  əsgərlər  də  cəlb  edilirdi.  “Halqa  ovu” 


 
53 
 
prosesində yaralı, xəstə heyvanları öldürməzdilər və onların ot və 
su  ilə  zəngin  yerlərə  qaçmalarına  şərait  yaradılardı.  Cüveyni  və 
Rəşidəddinin  Hülaki  xanlarının  ov  səfərləri  bağlı  verdikləri 
məlumatlarda da bu məsələlər öz əksini tapmışdır: "Ov çevrəsinin 
içində  bir  neçə  yaralı  və  arxadan  gələn  yorğun  heyvan  qıraqda 
qalan hər hansı bir ov heyvanı qalmadığı zaman, ağ saqqallı yaşlı 
kişilər böyük bir hörmət  ilə Xanın  yanına  yaxınlaşıb  xoşbəxtliyi 
üçün dualar edərək qalan heyvanlar üçün şəfaət diləyərlərdilər və 
onların  ot  və  su  cəhətdən  zəngin  yerlərə  qaçmalarına  icazə 
verilməsi üçün xahiş edərdilər (32, 181). M. Dadaşzadə Rəşidəd-
dinə  əsaslanaraq  qeyd  edir  ki,  Qazan  xanın  zamanında  iki  dağ 
arasında hazırlanan ov mərasimləri olurdu. Bu mərasimlər zamanı 
iki  dağ  arasındakı  ərazi  ağac  və  qamışdan  çəkilmiş  divarlarla 
əhatə  olunurdu.  Burada  ağıla  oxşar  bir  yer  hazırlanırdı,  ətrafdan 
qovulan  ovlar  bu  ağıla  salınır,  dar  çərçivədə  olsa  da,  əylənmək 
xatirinə ova başlanılırdı (25, 195).   
Orta  əsrlərdə  Azərbaycan  ovçuluğunda  kəmənd  atmaq,  tələ 
qurmaq, atla ovu  yorub əldən salma, çala qazma kimi metodlar-
dan  da  geniş  istifadə  olunmuşdur.  Nizami  “Yeddi  Gözəl” 
əsərində tələ qurmaq, pusqu qurmaq üsulu ilə ovdan bəhs edir: 
 
Su ilə doldurduqları bu küpü 
Şikar tutmaq üçün tələ düzəldiblər. 
Ki, dağ qoçu, maral, ahu və gur 
Biyabanda şor yem yeyib 
Susuzlayanda və su içmək istəyəndə  
Bu nohura (suvata) tələssinlər. 
Ovçu isə yolu kəsərək 
Kamanla pusquda oturur. 
O, heyvanı su içən zaman vurub
O yaralı ovdan kabab bişirir (22, 172). 
 
Sədi  Şirazi  “Bustan”  əsərində  ərdəbilli  pəhləvandan  bəhs 
edərkən onun kəmənd atmaq məharətindən bəhs edir : 
 


 
54 
 
Bir dəmir pəncəli gənc Ərdəbildə 
Hədəfi deşməklə məşhurdu eldə. 
Bəhrami-Gur kimi kəmənd atardı, 
Bir dağ keçisini dərhal tutardı (21,104). 
 
Qeyd  edək  ki,  ov  üsul  və  vasitələri  uzun  müddət  dəyişikliyə 
uğramadan  xalq  məişətində  qorunub  saxlanmış,  hətta  XIX-XX 
əsrlərin  əvvəllərində  mövcud  olmuş  bu  üsul  və  vasitələr  orta 
əsrlərin  ov  üsul  və  vasitələri  ilə  demək  olar  ki,  eynilik  təşkil 
etmişdir  (37,  127-128).  Etnoqraf  Ş.  Quliyev  ovçuluqda  çəpər, 
xəndək,  quyu,  çala,  tələ,  tor,  ox,  yay,  qırmaq  və  s.  kimi  vasitə-
lərdən  XIX-XX  əsrlərin  əvvəllərində  geniş  istifadə  olunduğunu 
qeyd etmişdir (38, 313).  
Ovçuluqda geniş yayılmış üsullardan biri də ov iti (tula, tazı) 
və quşlarından geniş istifadə olunması idi. Ov itləri və quşları ov 
prosesində  ovçunun  yaxın  köməkçiləri  idilər.  Ov  prosesində  ov 
heyvanlarını hürkütmək, uzağa qaçmasını ləngitmək və onu qova-
raq  ovçunun  müəyyən  etdiyi  yerə  doğru  yaxınlaşdırmaq  məqsə-
dilə  ov  üçün  öyrədilmiş  itlərdən  istifadə  hələ  qədimlərdən  mə-
lumdur (37, 128). Öyrədilmiş ov itlərinin  iybilmə qabiliyyətinin 
yüksək  olması  ovçuların  işinə  yarayırdı.  Ov  itlərinin  bu  qabiliy-
yətləri sayəsində ovçular ovun yerinin müəyyənləşməsinə və onu 
izləməyə nail olur, eləcə də ovu ləngidə bilirdilər.  
Dədə Qorqud dastanında təsvirlərdən aydın  olur ki, hələ qə-
dim zamanlardan oğuz bəyləri ov zamanı ov itlərindən istifadə et-
mişdilər: 
 
Oğlanın iki ov iti vardı,  
Qarğa-quzğunu qovurdu, qonmağa qoymurdu  
(11, 181). 
 
Dastandakı bu təsvirdən aydın olur ki, öyrədilmiş ov itləri vu-
rulmuş  ova  qarğa-quzğunun  yaxın  gəlməsinə,  ov  ətini  xarab 
etməsinə imkan vermirdi. 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə