Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə16/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   12   13   14   15   16   17   18   19   ...   113

 
49 
 
səninlə güləşək. Məni bassan, onu da basmış olursan” (11, 205). 
Türk  araşdırıcısı  Əhməd  Cəfəroğlu  Türk  dövlətçiliyinin  ən 
əhəmiyyətli  ünsürlərindən  biri  olan  ovçuluğu  "milli  dövlət 
idmanı" kimi xarakterizə edir (26, 171). 
Mənbələrdə orta əsrlərdə Azərbaycanda hakim elitanın, saray 
əhlinin  tez-tez  ov  əyləncələri  təşkil  etməsi  haqqında  məlumatlar 
vardır. Azərbaycanda hökmdarların  saraylarında  və dövlət təşki-
latlarında ovçuluqla bağlı qurumlar (Səfəvilərdə mirşikarlıq və ya 
ovçubaşılıq) olmuşdur. Hökmdarların təşkil etdikləri ov səfərləri, 
cəlb olunan resurslara və öz möhtəşəmliyinə görə seçilirdi. Qazan 
xanın və Olcaytu xanın divan başçısı (vəziri) olmuş F. Rəşidəddin  
Qazan  xanın  Qarabağda  və  Şirvan  dağlarında  ovla  məşğul  oldu-
ğundan bəhs etmişdir (27, 188). Xandəmir Əmir Teymurun Azər-
baycanda  böyük  ov  mərasimləri  təşkil  etməsi  haqqında  yazır: 
«Cəmşid  qüvvəli  padşah  ov  əyləncəsi  düzəltmək  barəsində  əmr 
verdi. Ceyran, dağkeçisi kimi  o qədər heyvan cərgədə  cəm  oldu 
ki,  o  qədər  çox  olan  qoşun  ox  atmaq  və  qılınc  vurmaqdan  fariq 
olduqdan sonra, ov heyvanlarının bellərini yoxladılar, hansı kök-
dür  onu  öldürür,  hansı  arıqdır  onu  boşlayırdılar»  (28,  47).  Şəra-
fəddin  Yezdi  də  Teymurun  Muğanda  ovla  məşğul  olduğundan 
bəhs etmişdir (29, 18). Tarixi mənbələrdə Şah İsmayılın böyük ov 
səfərləri təşkil etməsi haqqında məlumatlar vardır. Orta əsr müəl-
lifi  Xandəmir  özünün  “Habibüs-siyer”  adlı  əsərində    bu  barədə 
geniş məlumat vermişdir. Onun 1504-cü ildə Şah İsmayılın  İsfa-
han yaxınlığındakı "Kunər Otlağı" deyilən yerdə ov şənliklərinin 
təşkili ilə bağlı təsviri ov səfərlərinin miqyası və cəlb olunan re-
sursların miqdarını öyrənmək baxımından əhəmiyyətlidir. Şah İs-
mayıl  tərəfindən  Novruz  şənliklərindən  sonra  "Kunər  Otlağı" 
deyilən  yerdə  bir  ov  şənliyinin  təşkil  edilməsindən  bəhs  edən 
müəllif yazırdı ki, “Bu məqsədlə bütün valilərə, əsgərlərə, İraq və 
farsın  irəli  gələnlərinə  xəbər  göndərilərək,  ova  qatılmaları 
istənmişdir.  On-on  beş  gün  ərzində  Qumdan  Şiraza  qədər  olan 
bölgədə  mövcud  olan  yabanı  heyvanlar  ürküdülərək  "Kunər 
Otlağı"  deyilən  yerə  toplanmış  və  burada  bir  "halqa  ovu"  təşkil 
edilmişdi.  Bütün    hazırlıqlar  tamamlandıqdan  sonra,  Şahın 


 
50 
 
maiyəti  İsfahandan  çıxıb,  ov  halqasının  tamamlandığı  düzənliyə 
gəlmişdi.  "Kunər  Otlağı  Ovu"na  Şah  İsmayılla  birlikdə  qəbilə 
rəisləri və dövlətin irəli gələnləri də gəlmişdi. Bu şənliyə Səfəvi 
ordusu da qatılmışdı. Bütün hazırlıqlar tamamlanıb halqa meyda-
na gəldikdən sonra silahını qurşanıb, atına minən Şah İsmayıl tək 
başına ov meydanına girmiş və ovlamağa başlamışdı. Şah İsmayıl 
ovlanmasını  bitirdikdən  sonra  əmirlər  və  dövlətin  digər  irəli  gə-
lənləri  də ov ovlamışlar. Ən sonunda silah daşıyan bütün  əsgər-
lərə ovlamaq icazəsi verilmişdi. Ov bitdikdən sonra ovlanan hey-
vanlar əmrlər, dövlətin irəli gələnləri və ordu mənsubları arasında 
paylaşılmışdı”(24, 60). Bu təsvirdən həm də hökmdarların təşkil 
etdiyi  ovda  iştirakın  sosial  statusa  və  iyerarxik  prinsiplərə 
əsaslandığı aydın olur. 
Azərbaycanın  mədəniyyət  tarixində  ovçuluqla  bağlı  bir  sıra 
inanclar vardır ki, bu inanclar çox qədim dövrlərlə bağlı olub və 
bir çox hallarda türk xalqları ilə ortaq xarakter daşıyır. Türk alimi 
Abdülkadir İnan mənbələrə əsaslanaraq Türk xalqları arasında da 
ovçunun ova çıxacağı  gecə  cinsi əlaqədən qaçması,  ova ketməsi 
barədə  bir  kimsəylə  danışmaması,  gedəcəyi  yerlər  haqqında  heç 
kimə  məlumat  verməməsi,  ov  əşyalarına  qadınları  və  uşaqları 
toxundurmaması,  digərlərinin  isə  ovçulara  köməkçi  olması  üçün 
meşə və dağ ruhlarına dualar etməsi ilə bağlı inancların olduğunu 
qeyd edir (30, 63).  
Qeyd  edək  ki,  bu  inancların  bir  çoxu  öz  mühafizəkarlığını 
saxlamış və günümüzdə də qorunmaqdadır. Buna ov zamanı qa-
dağan olunmuş heyvanın öldürülməsinin gətirəcəyi fəlakətlə bağlı 
inancı misal gətirə bilərik. Özbəklərdə bu ovçuların öldürdükləri 
qurdun  fəlakətə  səbəb  olmaması  üçün  qırx  gün  ov  əti  yeməməsi 
və  ova  getməməsi  ilə  nəticələnən  inanc  ilə  bağlı  idisə,  azərbay-
canlılarda  da  qurd  vuran  ovçunun  tüfənginin  çiləyə  düşəcəyi 
inancı vardı (31, 4) 
Orta əsrlərdə kişilərin  ilk dəfə ova çıxması xüsusi  törənlərlə 
qeyd  edilirdi.  Dədə  Qorqud  dastanının  “Dirsə  xan  oğlu  Buğac 
xan” boyunda Dirsə xanın arvadının oğlu Buğac xanın ilk ovunun 
şərəfinə  təşkil  etdiyi  ziyafətdən  bəhs  edilir:  “Dirsə  xanın  arvadı 


 
51 
 
“oğlancığımın  ilk  ovudur”  deyə  atdan  ayğır,  dəvədən  buğra, 
qoyundan  qoç  qırdırmışdı.  “Ovu  qanlı  oğuz  bəylərini  yedirim-
içirim,  sevindirim”  dedi”  (11,  181).  Tarixi  qaynaqlarda  Çingiz 
xanın nəvələri Kubilay və Hülakinin ilk ovlarından sonra Çingiz 
xan  “yağlamışı”  olaraq  adlandırılan  bir  mərasim  təşkil  etmişdir. 
Bu mərasimə  görə ilk ovun ətindən və  yağından ovu edən  gənc-
lərin  barmaqlarına  sürtülərdi  (32,  183)  Araşdırıcı  Füzuli  Bayat 
türklərdə məşhur olan ilk ov mərasimlərinin üç gün davam etdiyi-
ni  söyləyir:  “İnanc  paradiqmasında  ilk  ov,  ilk  qan  tökmə,  ilk 
öldürmə olduğundan yeni həyat üçün təhlükəlidir. O səbəbdən ilk 
ovun təzə aya düşməsinə diqqət göstərilər, bəzən də ovlanan ilk 
ovlar əcdadlara tərk edilərdi. İlk ov mərasimlərində hər kəsin bir-
birinə  sağlamlıq,  uzun  ömür  diləməsi,  axıdılan  ilk  canlının  qanı 
əvəzi gələ biləcək hər cür bəlanı önləmək və heçə endirmək məq-
sədi  daşıyırdı.  Edilən  bütün  ikramlar  və  bunun  müqabilindəki 
diləklər əcdadların və ov sahiblərinin könülünü qazanmaq üçün-
dür. Bütün bu faktlar ilk ov şənliklərinin paradiqmasını meydana 
gətirir” (31, 5). 
Dədə Qorqud dastanına əsasən deyə bilərik ki, oğuzlarda ilk 
ova  çıxma  ancaq  valideynin  icazəsi  ilə  olurdu.  Bu  qaydanın 
pozulması  ataya  xəyanət  kimi  dəyərləndirilirdi.  Dastanın  “Dirsə 
xan  oğlu  Buğac  xan”  boyunda  bu  barədə  deyilir:  “Dirsə  xan, 
sənin oğlun qalxıb yerindən durdu, köksü gözəl böyük dağa ova 
çıxdı. Sən var ikən ov ovladı, quş vurdu. Anasının yanına götürüb 
gəldi. Al şərabın tündünü aldı, içdi. Anası ilə dilbir olub, atasına 
qəsd etmək istəyir. Sənin oğlun nankor çıxdı” (11, 180).  
Orta  əsrlərə  dair  mənbələrdə  Azərbaycandakı  ov  yerləri  və 
ovlanacaq  heyvanlar  barəsində  də  geniş  məlumatlar  mövcuddur. 
Azərbaycanın  əlverişli  təbii  şəraiti  burada  ov  üçün  lazım  olan 
heyvanların  çoxluğunu təmin  etmişdi. XII  yüzillikdə Azərbayca-
na səyahət etmiş ərəb coğrafiyaşünas səyyahı Əbu Həmid əl - Ən-
dəlusi  əl  Qərnati  Abşeron  yarımadasında  belə  çoxlu  vəhşi  hey-
vanlar yaşadığını, buranın ceyran ovlağı olduğunu qeyd edir (33, 
228). Rəşidəddinə istinadən Qazan xanın Qarabağ ellərində, Şir-
van  dağlarında  ovda  olması  haqqında  yuxarıda  məlumat  ver-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə