Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə30/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

 
93 
 
və  sünnənin  təqdim  elədiyi  qavram  fərqlidir  və  tamam  başqa 
məna daşıyır. 
„Fəna“  halı  insanın  xarici  aləmdən  ayrılması,  şəxsi  keyfiy-
yətlərini,  hissiyyatını  itirməsi  və  özünü  dərk  etməkdən  məhrum 
olmaq  prosesi  kimi  başa  düşülür.  „Fəna“nın  zirvəsini  fəna  duy-
ğusunun  itirilməsi  təşkil  edir.  „Fəna“  zəruri  olaraq  „Bəqa“ya 
aparır (gedir), yəni allahı müşahidə etməyə, özünü Ona yaxın, ən 
ümumi  vəhdətin  hissəsi  kimi  hiss  etməyə  doğru  aparır.  Əməli 
olaraq  əksər  sufilərə  görə  „fəna“  və  „bəqa“  insanın  keçirdiyi 
psixoloji  hal  olub  insanın  Allahla    real  substansional  birləşməsi 
deyildir  (39,  149).  Orta  çağlarda  müsəlman  ilahiyyatçılarının 
böyük əksəriyyəti sufilərin fəna və bəqa ilə bağlı bu cür izahlarını 
küfr  hesab  edib  onları  kəskin  tənqid  edirdilər.  Bu  ittihamlardan 
çəkinmək  üçün  bir  çox  sufi  mütəfəkkirləri  fəna  və  bəqanı  etik-
əxlaqi  dəyər  kimi  qiymətləndirərək  fənanı  mənfi  keyfiyyətlərin 
yox edilməsi, bəqanı isə yaxşı insani keyfiyyətlərin əldə edilməsi 
kimi dəyərləndirirdilər (39, 149). Bu baxımdan Əbu Nəfs Sührə-
verdinin  fəna  və  bəqaya  verdiyi  izahlar  maraq  doğurur.  O, 
„Avarifül    Məarif“  (Gerçək  Təsəvvüf)  əsərində  sufi  böyüklərin-
dən birinin bu barədəki fikrini misal gətirərək deyir: „Fəna qulun 
bütün  nəfsini  müvəqqəti,  keçici  (fani)  məmnunluqdan  əl  çəkib 
nəfsi  üçün  hər  hansı  bir  şeydən  zövq  alınmasıdır.  Əksinə  qul 
özündə  fani  olan  məsələlərlə  məşğul  olduğu  üçün  digər  bütün 
şeylərdən fani olmuşdur” (33, 672). Bəqa isə onun dediyinə görə, 
sufinin  şəxsən  özünə  aid  bütün  şeylərdən,  başqa  sözlə,  nəfsin 
meyl  göstərdiyi  aldadıcı  və  cəlbedici  maddi  dünyadan  tamamilə 
əl çəkib Allahın iradəsinə tabe olmaq, bu dünyadakı fani həyatını 
Ona sərf etməkdir. Yalnız bu yolla insan cismani ölümdən sonra 
əbədi həyat qazanır (52, 126-127). O, fənanı iki yerə bölür: zahiri 
və batini. „Zahiri fəna Allahın təsiri altında təzahür edərək qulun 
ixtiyar  və  iradəsinin  tamamilə  alınmasıdır.  Bu  durumda  qul  nə 
özü, nə də başqası üçün heç bir iş  görmür. Bütün işlərin əslində 
Cənabi  Haqq  ilə  birgə  olduğunu  görür  və  sonra  Allah  Təala  ilə 
olan  münasibətində  buna  uyğun  olaraq  hərəkət  edir”  (33, 674). 
Söhbət  burda  insanın  davranış  və  başqaları  ilə  münasibətlərinin 


 
94 
 
Allaha uyğun şəkildə əks etdirilməsindən gedir.  „Batini  fəna isə 
bəzən  allahın  təzahürlərini  kəşf  etmək,  bəzən  Onun  əzəmətinin 
məhsulunu müşahidə etmək formasında olur. Beləcə, insanın da-
xilini Haqqın əməli (və eşqi) örtər. Belə ki, onda nə öz düşüncəsi, 
nə də hər hansı bir şübhə (və narahatlıq) qalır“ (33, 674).  Sonra 
Sührəverdi zahiri və batini fəna arasındakı oxşar və fərqli cəhət-
ləri  şərh  edərək  göstərir:  „Zahiri  fəna  qəlb  və  hal  sahiblərinə 
məxsusdur.  Batini  fəna  isə  halların  bağından  qurtarıb,  hallarla 
deyil  Allah-Təala  ilə  olan  və  qəlbin  təsirindən  çıxıb,  onu  idarə 
edən  Rəbbi ilə Birgə kimsəyə aiddir” (33, 675).   
Sufiliyi  fərqləndirən  cəhətlərdən  biri  də  sufilikdə  yüksək 
dərəcəyə - şeyxlik, pirlik, mürşidlik dərəcəsinə yüksəlməklə bağ-
lıdır. Sufilikdə şeyxlik mərtəbəsinə yüksəlmə ancaq seyri sülükün 
(təriqətə qəbul edilən kişinin, müridin ta əvvəldən sona - vüsalat 
məqamına yetişməsinə aparan mənəvi yolçuluq) təriqət şeyxindən 
öyrənməklə  və  əziyyətlərlə  dolu  müridlik,  vəlililik  mərhələsini 
keçməklə mümkündür. Seyri sülükünü başa vuraraq vüsalata ça-
tan hər kəs vəli adlanır. Şeyx və ya mürşid olmaq üçün tək vəlilik 
yetərli  deyildir. Sufiliyə görə mürşid və  ya şeyx Allahın görəv-
ləndirdiyi  vəlidir.  Nəsimi  “Könlümdə  mənim  eşqi  camalın  əzə-
lidir”  rədifli  qəzəlində  vəliliyi  nəfsini  qoruyan  allahını  bilən, 
həqqə tapınan bir məqam kimi dəyərləndirir: 
 
Nəfsini biləndir ki,  yəqin rəbbini bildi,  
Həqdən bu məqamata irən bil ki, vəlidir (43, 219). 
 
Şeyx bir yol göstərici, hər cür problemlərin həlli üçün müra-
ciət edilə biləcək bir insan olub və tərbiyəedici funksiyaya malik 
mənəvi  şəxsdir.  Ömər  Sührəverdi  bu  barədə  yazırdı:  “...  Mürşid 
(şeyx) həqiqətən Allahı qullarına, qulları da Allaha sevdirir. Mür-
şidlik  (şeyxlik)  rütbəsi  sufilik  yolunda  rütbənin  ən  yüksəyi  və 
Allah yolunda  dəvətdə Peyğəmbər vəkilliyidi” (33, 102). O, mür-
şid mürid münasibətlərinə, müridlərin tərbiyə olunması məsələlə-
rinə diqqət çəkərək söyləyirdi: “Mürşid müridi mənəvi pislik (və 
çirkabdan)  təzkiyə  (təmizlik)  yoluna    sövq  edərək    tərbiyə  edər. 


 
95 
 
Nəfs,  pis  sifət  və  xasiyyətlərdən  təmizlənəndə  qəlb  güzgüsü 
parlayır, içində ilahi  əzəmət nuru işıq saçır və tövhidin (Allahın 
bir  olmasının)  gözəlliyi  ortaya  çıxır.  Bəsirət    gözü  cəlal  nurunu 
gözləməyə və əzəli kamalı seyr etməyə cəzb edilir, ona can atılır. 
Bu durumda qul Rəbbini sevir. Bu nəfsi təzkiyə və tərbiyənin bir 
nəticəsidi”  (33,  103).  Şeyx  Şəbüstəri  isə  müridliyi  din  elminin 
öyrənilməsinin bir vasitəsi hesab edərək yazırdı: 
 
Müridlik din elmini öyrənmək  və 
Könül  çırağını işıqlandırmaqdır (14, 152). 
 
Şeyx Səfiəddin  isə deyirdi: “Mürid gərək kim mücahidət ilə 
riyazətdə üç qatla başından ayağınadək dərisi tökülə, ta onun adı 
mücahidə çəkilmiş xəlvətlü deyə bilələr” (53, 707). 
Nizami Gəncəvi özünün “Sirlər xəzinəsi” əsərinin “Mürşid və 
müridin  hekayəsi”  adlı  bəhsində  mürşid  mürid  münasibətlərinə 
toxunaraq,  müridin  öz  pirinə  sədaqətli  olmasına  işarə  edərək 
yazırdı: 
 
Pir ona dedi: “Nə fikirləşdin ki, 
Onlar hamısı getdi, sən isə yerində qaldın? ” 
Mürid cavab verdi: “Ey məqamı mənim ürəyimdə  
olan 
Ey ayağının torpağı mənim başımın tacı olan, 
Mən əvvəlinci nəfəs (dəfə) bura yel ilə gəlməmişdim –  
Ki, Haman yol ilə də geri qayıdım. 
Alacaq gözləyən alacağını alandan sonra gedər
Yel ilə gələn yel ilə də gedər” (44, 167). 
 
Sufi  təliminin özünəməxsusluğunun və  fərqliliyinin göstəril-
məsində, eyni zamanda sufi ritual və ayinlərinin icrasında ibadət, 
dua, zikr, tac qoyma, təraş, xirqə, xanəgah, çillə, riyazət, səyahət 
və s. kimi sufiliyə aid elementlərin də mühüm əhəmiyyəti vardır. 
Hər  bir  sufinin  başlıca  məqsəd  və  məşğuliyyətlərindən  biri 
dua  etməkdir.  Sufilər  əsasən  iki  tip  -  mərasim  duası  və  sərbəst 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə