Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə38/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

 
119 
 
Musiqi  alətlərində  (rübab,  çəng,  bərbət  və  s.)  ifa  edilərsə.  3)  Si-
manın sözlərində söyüş, həcv və din əhlinə təhqir olarsa. 4) Sima-
nı eşidən cavandırsa və şəhvət ona qalib gəlib, Allahın yolundan 
döndərərsə. 5) Avam camaat simanı özünə peşə edib, əyləncə və 
eyş-işrət vasitəsinə çevirərsə (59). 
 
Sufilərdə səma mərasimi 
 
 
Səma məsələsində də dövrün ilahiyyatçıları və sufilərin özləri 
arasında  ciddi  fikir  ayrılıqları  olmuşdur.  Bu  barədə  Əbu  Həfs 
Sührəverdinin fikirləri maraqlıdır. O, səmada şişirtmələrin və if-


 
120 
 
rata  varmaların  əleyhinə  çıxaraq  yazırdı:  “Bu  mövzuda  olduqca 
çox söz söylənmiş və bir-birindən fərqli hal və yanaşmalar ortaya 
çıxmışdı. Bəziləri onu inkar edərək günah saymış, ifrat düşkünlər 
də bunun halal bir iş olduğunu irəli sürmüşlər. Hər iki tərəf ( bir-
birini inkar edən və ixtilafda olan) ifrat dərəcədə çəkişiblər” (33, 
221). O, hesab edirdi ki, səmaya bir əyləncə kimi baxılmamalıdır, 
səmanın dərk edilməsi sufilik  yolunda  yetkinləşmiş arif adamlar 
üçün xeyirli ola bilər. “Deyilmişdir ki, səma ancaq (hal yolunda) 
təmkinli  arif  üçün  doğrudur,  mənəvi  yola  yeni  girən  müridlər 
üçün  məqbul  deyil”  (33,  238).  Şəbüstəri  “Gülşəni-raz“  əsərində 
sufilərin səma və vəcd halı ilə bağlı yazır:  
 
Gah sevgilisinin şövqü ilə səma edərək 
Çərxi-fələk (göy) fələk kimi əlsiz-ayaqsız olur.  
Çalğıçıdan eşitdiyi hər bir nəğmədən 
O aləmdən ona bir vəcd yetişir. 
Can  səması axı hərfdən, səsdən ibarət deyil,  
Onun  hər pərdəsində bir sirr gizlidir  (14, 147). 
 
Sufiliyi fərqləndirən cəhətlərdən biri də onların dünya malına 
etinazsız olması, öz nəfslərini qoruya bilməsi, yoxsulluq, mənəvi 
zənginlik    və  s.  kimi  keyfiyyətlərə  üstünlük  vermələri  idi.  İfrat 
yoxsulluq  sufiliyin  əsas  prinsiplərindən  biridir.  Onların  yoxsul-
luqla  bağlı  fikirlərinin  mənbəyinin  Qurandakı,  sünnədəki,  hədis-
lərdəki fikirlər  təşkil edirdi. Quranın Ali-İmran surəsinin 14 –cü 
ayəsində  nəfslə  bağlı  gözəl  görünən  şeylərin  keçici  olduğu  vur-
ğulanaraq deyilir: «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı 
cins  atlar,  mal-qara  və  əkin  yerləri  kimi  nəfsin  istədiyi  və  arzu-
ladığı  şeylər  insanlara  gözəl  göstərilmişdir.  Lakin  bütün  bunlar 
dünya həyatının keçici zövqüdür, gözəl dönüş  yeri isə Allah  ya-
nındadır»  (51,  603).  Orta  yüzilliklərdə  fəqirlik,  yoxsulluq  sufi 
dərvişlərin  həyat  tərzinə  çevrildiyindən  dərvişə  verilən  adlardan 
biri də fakir (yoxsul, kasıb) adlanırdı (83, 185). 
Nizami Gəncəvi nəfs haqqında deyirdi:  
 


 
121 
 
Nəfs sənin buyruğuna bir anda itaət etsə,  
Ayaqqabını geyin, behişt sənindir (44, 116). 
    
Xaqani  fəqirlik  konsepsiyasına  sadiq  qalan  sufilərin  saf 
əməllərinə işarə edərək yazırdı:  
 
“Yoxsulluq üz verdikdə sufilərə yaxınlaş, 
Yoxsulluqdan şad olurlar, varlıqdansa peşiman. 
Get, onlardan xəbər tut, yoxsulluq gör nə şeydir,  
Əsəri ki, ən yaxşı müəllif edə bəyan. 
Yoxsulluqda taparsan əbədilik nəqşini  
Ondan başqa nə varsa, dünyada puçdur inan!” 
(60, 168). 
 
Başqa bir şeirində Xəqani göstərirdi: 
 
“Deyil dərviş o kəs ki, şah tacına ola məftun,  
Gərək dərviş bir gözdə görə dərvişlə sultanı. 
Könül sultanı dərvişlər sifətində xas yer tutmuş 
Ki, şah tacından üstündür ona dərvişin astanı. 
Bütün dərvişlərin şahı olubdur  Əhmədi-Mürsəl 
Ki, “Nun-vəlqələm” Quranda səbt etmiş bu fərmanı”  
(60, 69). 
 
Dərvişlər  üçün  dərvişlə  sultanın  bir  gözlə  görünməsinin, 
bərabər tutulmasının vacibliyini vurğulayan şair, dərvişləri könül 
sultanı  adlandır  və  bildirir  ki,  dərvişin  astanı  şah  tacından  üs-
tündür. Şair burada həmçinin göstərir ki, Məhəmməd peyğəmbər 
(Əhmədi-Mürsəl  Məhəmməd  peyğəmbərin  adlarından  biridir) 
dərvişlərin şahı və ən böyüyü olub kasıbların tərəfdarıdır. O, elə-
cə də Quranın  “Nun-vəlqələm” (68-ci surə) surəsinə işarə edərək 
bildirir ki, varlılar kasıblara, fəqirlərə kömək göstərməlidirlər.  
Mövlana Rumi məsnəvilərinin birində deyirdi ki, “Hər şeyin 
sonunu  görmək  ağlın  xüsusiyyətidir.  Aqibəti  görünməyən  isə 
nəfsdir. Bir ağıl nəfsə məğlub olursa, o da nəfs olur” (54, 184). 


 
122 
 
Təsəvvüf düşüncə adamları “seyri sülük”ün özünü kamilləş-
dirmə yolunda nəfsi cilovlamağın yolları və mərtəbələri haqqında 
geniş  izahlar  vermişlər.  Bu  mərtəbələr  təxminən  aşağıdakı 
kimidir. 
1.
 
Nəfsi  əmmarə  (öz  əmirlərinə  uyan  nəfs):  salik  yəni  yola 
çıxan  mürid  hələ  tamamilə  heyvani  və  şəhvani  istəklərin 
əsiri durumundadır. 
2.
 
Həfsi ləvvamə (özünü qınayan): Bu mərhələdə salikin ru-
hunda pisliklərdən yaxşılığa doğru dönüş arzusu doğur və 
əvvəlki pis əməllərə görə özü-özünü qınamağa başlayır. 
3.
 
Nəfsi  mülhimə  (Allahdan  ilham  alan  nəfs):  salik  əməl 
etdiyi  zikr,  riyazət  və  mücahidə  nəticəsində  bir  mərhələ 
daha yüksələrək, davam etdiyi zikr və ibadətdən zövq alır 
və  qəlbində  ilahi  eşq  atəşi  yanmağa  başlayır.  Bu  mərhə-
lədə o ührəvi (dünyəvi) mükafatlardan vaz keçir və sadəcə 
Allah sevgisi ilə məşğul olur. 
4.
 
Nəfsi  mutmainnə  (arxayın  nəfs,  arxayınlıq  tapmış  nəfs): 
Bu mərhələdə salikin qəlbində İlahi eşq yerləşmiş, dünya-
nı  və  orada  olan  hər  şeyi  qəlbindən  çıxarmış,  hər  şeydə 
Haqqın  gerçəkliklərini  müşahidə  edir  hala  gəlmiş  olur. 
Allahdan  başqa  heç  bir  şeyə  dəyər  vermədiyi  üçün,  bu 
yolun  yolçusu son dərəcədə səxavətli olur. Bu mərhələdə 
o,  öz  Şeyxi  ilə  hər  cür  hallarını  bölüşməli  və  hər  cür 
məsələləri Şeyxinə xəbər verməlidir, yoxsa ayağı sürüşər, 
mən oldum deyərkən yenə də nəfs və şeytanın əsiri olur.    
5.
 
Nəfsi  raziyə  (razı  nəfs):  bu  mərhələdə  bu  yolun  yolçusu 
olan  salik  Allahdan  razıdır.  Nəfsi  raziyə  Allahdan  razı 
olanların  məqamıdır.  Bu  mərhələdəki  salik  Allahdan 
başqa hər şeyi tərk edər, məxluqata - bütün yaradılmışlara 
lütf və gözəlliklərə xidmət edər. Bu məqama çatan kamil 
kişi əşyanın həqiqət və sirlərinə vaqif olur. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə