Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə29/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

 
90 
 
müşayiət edilir. Mərifət prosesinin sonunda həqiqət məqamı gəlir, 
sufi  axtardığın  tapır  -  özünün,  dünyanın  və  Allahın  həqiqətinə 
vasil  olur,  onların  vəhdətini  və  bir-birində  təzahürünü  dərk  edir 
və artıq sufi rəmzlərinə müvafiq Vəhdəti - Aşiq və Məşuq - mikro 
və makro-kosmosun, cüzv və bütövün, damla və bəhrin, mümkün 
varlıqların (mümkün əl-vücudun) və vacib Varlığın (Vacib əl-Vü-
cudun) vəhdəti kimi görür. O,  insan varlıq sisteminin vəhdətində 
mərifət yolu ilə özünün kainat və Allahla birliyini dərk edir“ (29). 
Nəsimi qəzəllərinin birində bu barədə yazırdı:  
 
Səndən məni kimdir ayıran, sən 
Zahirdə vü batinimdə sənsən. 
 
Həqq vahidi- la – şərikü – ləhdir,  
Sənlik aradan götürür ki, mənsən. 
 
Ey aşiqi sadiq, eylə bil ki,  
Məşuqə rəvanü sən bədənsən. 
 
Çün zahirü batin  oldu vahid
Həm cövhəri-canü eyni tənsən (43, 164).  
  
İnsanın Allahla vəhdətdə olması fikri ən qısa şəkildə "Ən-əl-
həqq"  formulu  ilə  ifadə  olunur.  Bistami,  Həllac  ve  s."La  ilahə 
illəllah"( Allahdan başqa Allah yoxdur) dəyişdirib "Səndən başqa 
sən yoxdur", "Məndən başqa mən yoxdur" şəklinə saldilar. "Ən-
əl-həqq" (Mən Həqqəm,  yəni  Allaham)  deməklə insanla Allahin 
qovuşduğunu  gostərdilər.  Hətta  Bistami  "Sübhanallahı“  dəyişdi-
rib  “Sübhani!”  (Mənə  şükür)  etdi.  "Ən-əl-həqq"  ideyasının  
Azərbaycanda  tərəfdarları  hürufilik  təriqətinin  əsasını  qoymuş 
Fəzlüllah Nəimi və onun qatı tərəfdarı İmadəddin Nəsimi idi. Bu 
barədə Nəsimi  qəzəllərinin birində yazırdı: 
 
Mənsur kimi məndən əgər gəldi ənəlhəq
Bu xacə, itab eyləmə uş darımı buldum. 


 
91 
 
Canı nedərəm, neylərəm axır bu cahanı,  
Çün təfriqəsiz yari-vəfadarımı buldum (46, 106). 
 
Şair burada demək istəyir ki, özündə haqqı tapdandıqdan son-
ra  ona  öz  canı  və  maddi  dünya  gərək  deyildir.  Yəni  o  öz  içə-
risində İlahinin təcəllasına tapınmaqla Allaha qovuşubdur. 
Nəsimi „Mən mülki-cahan, cahan mənəm mən!“  başlıqlı baş-
qa bir qəzəlində bu ideyanı inkişaf etdirərək yazırdı:  
 
Mən mülki- cahan, cahan mənəm mən! 
Mən həqqə məkan, məkan mənəm mən! 
 
Mən surəti- mənidə Həqqəm həq, 
Mən həqqi əyan, əyan mənəm mən! 
 
Mən atəşi-nuri-eşqi-həqqəm, 
Musaya zəban, zənban mənəm mən!  
 
Mən cümlə cahanü kainatəm, 
Mən dəhrü zəman, zəşan mənəm mən! (43, 337). 
 
Ömər Sührəverdi və bir çox digər sufi mütəfəkkirləri dövrü-
nün  ifrat sufiləri kimi düşünmür və  bildirirdilər ki, „...onlar bu 
fikirləri söyləyərkən özlərini deyil, təkcə Allahı nəzərdə tuturdu-
lar“ (47, 121  ). Bu barədə Ö.Sührəverdi  yazırdı:  „Yenə bu kim-
sələr bəzi hal sahibi vəlilərin istiğraq (yüksək ilahi eşq mərhələsi- 
Ə.Ə.)  və  mənəvi  sərxoşluq  halındakı  söylədikləri  sözlərində, 
özlərinin  düşündüyü  kimi,  Allahın  onların  daxilində  olduğunu 
zənn edirlər“ (33. 100). Sonra o, fikrinə davam edərək qeyd edir-
di:  „Belə  kimsənin  bu  cür  sözləri  söyləməyə  cəsarət  etməsinin 
səbəbi  təsdiq  olunmuş,  gerçək  hal  sahibi  kimsələrdən  aldıqları 
mənəvi  xitab  və  söhbətlərdi.  Halbuki  bu  mənəvi  söhbətlər  əhli 
olanlarda  çox  uzun  zahiri  və  batini  mübarizədən,  sufilərin  yolu-
nun təməl əsasları olan təkva (nəfsdən uzaq), sədaqət və dünyaya 
qarşı  son  dərəcə  zühd  sahibi  olmaq  kimi  prinsiplərə  sıx  sarıl-


 
92 
 
dıqdan sonra meydana gəlmiş, onlara ilham vermişdi” (33. 100).  
"Ən-əl-həqq" formulu və onun yozumu barədə Şeyx əl-İşraq adı 
ilə  məşhur  olan  Şihabəddin  Yəha  Sührəverdinin  „İşıq  Hekayə-
ləri“ əsərində söylədiyi fikir də maraqlıdır: „Adamlardan bir qrup 
onun  qeyri-cismaniliyini  anladıqda  Onun  Yaradıcı-Təala  oldu-
ğunu güman etmiş, çox yanlışdır. Allah vahiddir“ (48, 24). Şəms 
Təbrizi  bu  haqda  yazırdı:  «Mənsura  hələ  Ruh  bütün  camalını 
göstərməmişdi.  Yoxsa  «Ənə-l-Həqq»  («Haqq  mənəm!»)  deyər-
dimi?  Haqq  hara,  mən  hara?  Bu  «mən»  nədir?  Söz  nədir?  Əgər 
Ruh aləmində qərq olsaydın, sözə sığardınmı?» (49).     
Nizami Gəncəvi isə yazırdı: 
 
 Eşq pərdə arxasında olarkən kəramət dərəcəsinə çatar
 Oradan eşiyə çıxarsa, xarabata (meyxanaya) yollanaır. 
 Bu düyünü din sapıyla bağlayıblar, 
 Həllacın pambığını buna görə diddilər (44, 174). 
 
 Şair burda demək istəyir ki, eşq, istək gizli, pərdə arxasında 
olanda  kəramət  dərəcəsinə  yüksəlir,  o,  aşkarlananda,  adiləşəndə 
isə onun yeri meyxanələr olur. Eşq kisəsinin ağzı din sapı ilə bağ-
lanıb  və onun  yeri qəlbdə olmalıdır. Həllac isə  sirlərini aşkar et-
diyi  üçün „hər  yerdə „mən həqqəm“  – deyə qışqırdığı  üçün onu 
daradığı  pambıq  kimi  didib,  sonra  həmin  pambıqdan  kəndir 
hazırlayıb asdılar“ (44, 234). 
Sufilikdə  „Fəna“  və  „Bəqa“ anlayışları.
  Sufilikdə  fəna 
insanın  öz  şəxsi  xassəsini  itirməsi  və  ilahi  keyfiyyətlər  əldə 
etməsinə  deyilir.  Bəqa  isə  sona  yetmək  kimi  tərcümə  olunur  və 
insanın  „ilahiyə  qovuşmasi“  və  „ilahidə  olma“sı  kimi  başa 
düşülür. 1-ci fəna, sonra bəqa gelir. Quranın „Rəhman“  surəsinin 
26-27 –ci ayələrindən bəhrələndiyi güman edilir (39, 148).  
55-ci Əl Rəhman surəsinin 26 ayəsində deyilir: „Yer üzündə 
olan hər kəs  fanidir  (ölümə məhkumdur)“,   yenə həmən surənin 
27-  ci  ayəsi:  „Ancaq  əzəmət  və  kərəm  sahibi  olan  Rəbbinin  zatı 
baqidir“ (51, 531). Bu anlayışların sufilikdəki qavramı ilə  kitab 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə