275
Eyni zamanda, islamda musiqinin
lehinə də dinşünas alimlər
tərəfindən maraqlı fikirlər irəli sürülmüşdür. İbn Ravəndi, əl-
Fərabi, əl-Kindi, əl-Qəzali, Ömər Sührəverdi, Makdisi, əl-
Münbici, Cəlaləddin Rumi, Şəms Təbrizi, İbn Sina və digər də-
yərli din alimləri öz əsərlərində musiqinin islama zidd olmadığını
və insanlar üçün vacib əməllərdən hesab etmişlər.
Məhəmməd əl-Münbici əl-Hənbəlinin “Risalə fis-Sema ver-
Raks” adlı əsərində İbn Teymiyə və başqalarının musiqi əleyhinə
irəli sürdükləri arqumentləri inkar edərək musiqinin vacibliyini
sübut edən mülahizələr irəli sürür. Bunlardan bəzilər aşağıdakı
kimidir:
1. Musiqi, şirin və xoşdur. Onunla ruhlar, zövq alar və təskin
olar. Onun şirin səsiylə körpələr, ninni söyləyərək yatırdılar.
Musiqi dəvələri bir səfərin çətinliyinə dözümlü və yüklərin
ağırlığına dayanıqlı edər.
2. Gözəl səs, Allahın təqdir etdiyi və məxluqatına hədiyyə
etdiyi çox gözəl bir xüsusiyyətdir. Allah, Quran-ı Kərimdə belə
buyurar: "...Allah məxluqatda istədiyini artırar...” (29, 220).
“...Səsini qaldırma. Çünki ən çirkin səs uzunqulağın səsidir.„ (29,
411) ayətində Allah, eşşəklərin anqırmasından xoşlanmadığını
ifadə edər.
3. Allah cənnətdəki insanlar haqqında belə buyurar: "İman
gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc
içində qalacaqlar” (29, 404). Bundan ötəri musiqi, axirətdə halal
olarkən bu dünyada necə haram ola bilər?
4. Hz. Peyğəmbər, "Quranı gözəl səsinizlə bəzəyin." "Quranı
gözəl səslə oxumayan bizdən deyildir” buyurdu.
5.Səma, ağılın və düşüncənin sevgiliyə doğru istiqamətlən-
dirilmə səbəbidir. Əgər bu sevimli haram biridirsə səma, haram
olaraq ifadə edilər. Lakin sevgilinin Allah olması vəziyyətində
Ona yaxınlaşmaq mənasında səma, "qurbət" olaraq, Allaha
yaxınlaşma səbəbi olaraq qiymətləndirilməlidir. Yenə gözəl bir
səsdən qulağın aldığı ləzzət, gözəl bir mənzərə ilə gözün, gözəl
bir qoxu ilə burnun, gözəl bir dadla dilin aldığı ləzzət kimidir.
İndi əgər qulağın bir ləzzət qaynağı olan səma, haram olaraq