Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə91/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   87   88   89   90   91   92   93   94   ...   113

 
286 
 
Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində Xosrovun musiqi 
məclisindən  bəhs edərkən bir sıra musiqi alətləri ilə birlikdə udu 
da vəsf edir: 
 
Ürək ahı ilə uduna düyün vururdu
Udu Davudun üstünə qışqırdırdı. 
Nəğməsinin cingiltisi beyinə düşəndə, 
İsanın nəfəsi kimi təsir edirdi. 
Sanki ürəkləri manqala doldurub
Ud çalanda ud əvəzinə yandırırdı (18, 275- 276). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ud 
 
Orta əsrlərdə bu musiqi alətinin geniş yayılmasını təsdiqləyən 
faktlardan  biri  də  musiqi  məclisləri  ilə  bağlı  miniatür  sənəti 
nümunələrinin əksəriyyətində udun təsvirinə rast gəlinməsidir. 
Bərbət.  Orta  əsr  şairlərimizin  əsərlərinə  əsasən  deyə  bilərik 
ki,  araşdırdığımız  dövrdə  Azərbaycanda  geniş  yayılan  musiqi 
alətlərindən biri də bərbətdir. 


 
287 
 
Tarixi mənbələrdən, eləcə də Nizami yaradıcılığından məlum 
olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqiçisi, mahir 
ifaçı  Barbəd  olmuşdur.  Nizami  Gəncəvi  "Xosrov  və  Şirin" 
poemasında  saray  musiqiçisi  Barbədi  bərbətlə  bərabər  belə  tərif 
edir: 
 
Barbəd əlində bərbət əyləşib, 
Cahanı fələk kimi cızıqlayırdı. 
Əlləri ilə dostlara (qızıl) kisəsi bağışlayırdı, 
Mizrabla könül yaralarına şəfa verirdi (18, 275). 
 
                                                
                                                              
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bərbət 
 
S. Abdullayeva məhz Xaqaninin şeirlərinə əsaslanaraq bərbə-
tin  səkkiz  simli  və  baş  tərəfinin  düzbucaqlı  olduğunu,  üst  və  alt 
taxtalarını isə dörd səs ucaldan gözün bəzədiyini  söyləyir (39, 8). 
Bu  isə  bizə  musiqi  alətlərinin  quruluşu  barədə  fikir  söyləməyə 
imkan verir.  
Şeirlərinin birində Xaqanı barbəd haqqında deyir: 


 
288 
 
Məryəm tək olcaq hamilə
Doğmaq havasilə belə 
Bərbəd, budur, gəlmiş dilə, 
Eylər dəmadəm ahü zar (16, 104). 
 
Qazi  Bürhanəddinin  şeirlərində  də  biz  bərbədin  adına  rast 
gəlirik: 
 
Sənin Bərbəd sazın var, qoy tütək çalsın çoban (20, 169). 
 
Rübab.  Rübab  mizrabla  çalınan  simli-dartımlı  musiqi  aləti 
olub, orta əsrlərdə Şərq ölkələrində, o cümlədən də  Azərbaycan-
da  geniş  istifadə  edilmişdir.  Orta  Asiya  mənşəli  türk  və  islam 
dünyasının böyük alimi əl Fərabi rübabı qədim mənşəli Şərq mu-
siqi aləti kimi dəyərləndirir" (9, 235).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rübab 
 
Orta  əsr  şairlərinin  əsərlərində  rübab  haqqında  məlumatlar 
vardır. 
Nizami  “Yeddi  gözəl”  poemasında  digər  musiqi  alətləri  ilə 
birlikdə rübabın da adını çəkir: 
 
Çalğıçıların ney, cəng və rübabı 
Gurların və heyvanların sümükləri imiş. 


 
289 
 
Gövhər saçılmış o (ipək) pərdələr, 
Dabbaqlanmış üfunətli dərilər imiş (37, 217). 
 
Xaqani musiqi alətlərini təsvir etdiyi şerində rübabı vəsf edir: 
 
Mey eşqinə düşmüş rübab
Qolunda çox vardır tənab. 
Çəkmiş bu yolda min əzab, 
Quru qamış tək çox damar (16, 104). 
 
Musiqi  araşdırıcısı  S.  Abdullayeva  klassiklərin  əsərlərinə 
istinad edərək bildirir ki, Nizami və Xaqani yaradıcılığında təsvir 
olunan rübab qaşqar rübabıdır (39, 12). Qeyd edək ki, növlərinə 
görə  rübab  əfqan  (tacik)  rübabı  və  kaşqar  rübabına  bölünür. 
Rübabın həm mizrabla, həm də kamanla çalınan növləri vardır. 
Ümumiyyətlə,  orta  əsrlərdə  yuxarıda  təsvirini  vermədiyimiz 
setar,  çahartar,  şeştar,  pandur,  santur,  kamança  və  s.  kimi  simli 
musiqi alətləri də mövcud olmuşdur. 
Klassiklərimizin  əsərlərində  də  bu  alətlərin  bir  çoxuna  dair 
məlumatlar  yer alır. Məsələn, Xaqani  öz  yaradıcılığında   setarın 
adını çəkir: 
 
Biz az da bir sədalı, hər səsli nəğmə çal sən, 
Qaçıram üç sədalı setarın nəğmələrindən (16, 155). 
  
Yeri  gəlmişkən söyləmək lazımdır ki,  bir sıra simli alətlərin 
çalınmasında  təzənədən  istifadə  olunur.  Təzənə  saz,  tar,  tənbur 
kimi  alətlərdə  istifadə  olunan  mizrabdır  ki,  o  da  albalı  ağacının 
qabığından düzəldilir. 
Mizrabla çalınan musiqi aləti tar, Qətran Təbrizi, Füzuli kimi 
şairlərin də əsərlərində tərənnüm olunur. Qeyd edək ki, qədim tar 
5  simi  olmuşdur.  Bu  baxımdan  da  müasir  tara  nisbətən  məhdud 
səs imkanına malik olmasını söyləmək olar.  
Nəfəs musiqi alətləriTütək. Azərbaycan xalqının ən qədim 
zamanlardan istifadə etdiyi və sevdiyi nəfəsli musiqi alətlərindən 


 
290 
 
biri tütəkdir. Tədqiqatçılar tütəyi ən qədim nəfəsli musiqi aləti he-
sab  edir  və  güman  edirlər  ki,  tütəyi  çobanlar  icad  etmişdir  (9, 
242).  
 Xaqani  şeirlərində tütəkdən bəhs edir: 
 
Bir körpə zəncidir tütək, on dayəsi var ağ, qəşəng, 
Doqquz gözüysə şux-şəng, yüz gözə heyran onda gör  
(16, 97).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tütək 
 
Başqa  bir  şeirində  isə  şair  çobanın  tütək  çalmasına  işarə 
edərək yazır: 
 
Şahlıq tacın verirkən nə lazım həsir papaq,  
Sənin Barbüd sazın var, qoy tütək çalsın çoban  
(16, 169). 
 
Ney.  Ən  qədim  tarixə  malik  musiqi  alətlərindən  biri  də 
neydir. Ney öz quruluşuna, ifa tərzinə görə tütəyə çox bənzəyir. 
Ney sarı rəngli qurumuş, sərt və sıx lifli qamışdan hazırlanır. Ney 
orta əsr təsəvvüf musiqisində də ən çox istifadə olunan iki musiqi 
alətlərindən (tənbur və ney) biridir.  
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə