Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə97/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   93   94   95   96   97   98   99   100   ...   113

 
309 
 
düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünya-
da və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi 
deyiləm!»  (19,  230);  əl-İsra,  35:  «Ölçəndə  ölçüdə  düz  olun, 
(çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və 
nəticə etibarilə daha yaxşıdır!» (19, 284); əş-Şuəra, 181: «Ölçüdə 
düz  olun,  (onu  əskildənlərdən  olmayın!)»  (19,  373);  əş-Şuəra, 
181:  “Düz  tərəzi  ilə  çəkin”  (19,  373);  əl-Mutəffifin,  1:  «Vay 
halına çəkidə və ölçüdə aldadanların!» (19, 587) və s. 
İbtidai insanların yaşadığı zamanlardan üzü bəri bəşəriyyətin 
müxtəlif inkişaf mərhələlərində zərurət kəsb edən sahələrdə ölçü 
vahidlərinin  tətbiqi,  həmçinin  elmi  biliklərin  də  müəyyən  qədər 
inkişaf etdiyini göstərir. Ona görə ki, ölçü sistemi bütövlükdə ri-
yazi biliklərin formalaşaraq mövcud olduğunu müəyyənləşdirmə-
yə  əsas  verir.  Say  dediyimiz  ədədlər  və  rəqəmlər  də  bir  ölçünü, 
miqdar  və  kəmiyyəti  bildirir.  Saat  özü  də  vaxt  ölçüsü  kimi  əhə-
miyyət kəsb edirdi. Bununla yanaşı, astronomiyaya dair biliklərin 
olması və üstürlabın yaradılması ölçünün nə kimi əhəmiyyət kəsb 
etdiyini bir daha əks etdirir. 
İlkin ölçülər insanların özlərinin bədənlərindəki hissələrə uy-
ğun olaraq barmaq, qarış, addım, dirsək, əl, ovuc, qulac və s. ad-
lanmışdır. Heyvandarlığın inkişafı ilə onların  sayını neçə baş  ol-
duğuna  görə  müəyyənləşdirmişlər  ki,  indi  də  bu  belədir.  Zaman 
keçdikcə  ölçü  vahidlərində  də  müəyyən  dəyişikliklər  baş  ver-
mişdir. Lakin adlarını çəkdiyimiz bu ölçülərə orta əsrlərdə də rast 
gəlirik.     
XII-XV  yüzilliklər  Azərbaycandakı  ölçü  vasitələri  çox  müx-
təlif mənbələr əsasında öyrənilir. Buraya həmin dövrün dövlət sə-
nədləri  və  pul  vahidləri,  Azərbaycanda  olmuş  səyyah  və  diplo-
matların məlumatları, şair və mütəfəkkirlərin əsərləri, şifahi xalq 
ədəbiyyatı  nümunələri,  eləcə  də  ölkəmiz  ərazisində  aparılmış 
arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş  maddi  mədəniyyət 
əşyaları  daxildir.  Nəzərə  almaq  lazımdır  ki,  ümumiyyətlə  etno-
qrafik baxımdan az işlənmiş sahələrdən biri də metrologiyadır. 
Əhalinin həyatında mühüm rol oynayan təsərrüfat, maddi mə-
dəniyyət  elementləri  və  bir  çox  digər  sahələr  ölçü  vahidlərinin 


 
310 
 
olmasını  təbii  olaraq  şərtləndirir.  Məlum  məsələdir  ki,  «həcmi 
dəqiqləşdirmək, hər hansı bir fərdi götürülmüş bir əşyanın qədə-
rini və kəmiyyətini düzgün hesablamaq, onları fərqləndirən xüsu-
siyyətləri  önə  çıxarmaq,  yəni  başqalarından  dəyişik  mahiyyətə 
malik  olduğunu  göstərmək  ölçünün  əsas  meyarı  olmuşdur.  Onu 
hər sahəyə tətbiq etmək mümkündür. Hətta rabitə saxlamaq üçün 
də zəruri amil olduğu ortaya çıxır» (20, 177-178).  
Bütövlükdə  araşdırdığımız  dövrü  elmi  baxımdan  xarakterizə 
etsək,  XII-XV  əsrlərdə  Azərbaycanda  ölçü  vasitələrinin  inkişa-
fına təsir edən amilləri aşağıdakı kimi sıralamaq olar : 
 
1.
 
Ölkənin  təsərrüfat  həyatının  və  məhsuldar  qüvvələrin  in-
kişafı  ilə  əlaqədar  olaraq  vahid  ölçü  sisteminə  tələbatın 
artması. 
2.
 
Daxili  və  xarici  ticarətin  inkişafı  nəticəsində  daha  mü-
kəmməl  və  sərhədləri  aşa  bilən  ölçü  vasitələrinin  yaran-
ması və tətbiqi. 
3.
 
Ortaq islam və türk mədəni iqtisadi həyatının tərkib hissə-
si olmaq etibarilə  qazanılan və tətbiq edilən yeni ölçü va-
sitələri. 
4.
 
Stabil  dövlət  qurumlarının  ölkənin  əyalətləri  arasında  
mövcud  ölçü  qarmaqarışıqlığının  aradan  qaldırılmasına 
göstərilən cəhdlər. 
5.
 
Elm  və  mədəniyyətin  inkişafı  nəticəsində  tətbiq  edilən 
ölçü vasitələri. 
 
Araşdırılan  dövrdə  Azərbaycanın  tarixi  ərazilərinin  böyük 
hissəsini əhatə edən güclü Atabəylər dövlətinin (1136-1225-ci il-
lər)  və  ölkənin  Şimal-şərq  əyalətlərini  əhatə  edən  Şirvanşahlar 
dövlətinin, eləcə də monqol işğallarından sonra yaranan Hülakilər 
dövlətinin mövcudluğu əvvəl Marağa, sonra isə Təbriz şəhərlərini 
mərkəz  olaraq  seçməsi  ölkəmizin  təsərrüfat-mədəni  həyatının 
inkişafına, o cümlədən də ölçü vasitələrinin vahid sisteminin ya-
ranmasına  və  tətbiqinə  gətirib  çıxardı.  Bu  məsələdə  Təbriz 


 
311 
 
şəhərinin ölçü və çəki vasitələrinin  etalon kimi qəbul olunmasına 
toxunan  tarixçi  alim  S.  Onullahi  qeyd  edir  ki,  «Qazan  xanın 
fərmanı  ilə  çəki  və  ölçü  vahidlərinin  Təbriz  çəki  və  ölçü  vahidi 
əsasında  tarazlaşdırılması  Təbrizin  o  dövrdəki  sənətkarlıq  və 
ticarət sahəsində bir iqtisadi mərkəz kimi nə dərəcədə mühüm rol 
oynadığını əks etdirir» (21, 56).  
Aydın məsələdir ki, güclü və stabil dövlətlərin olması həm də 
iqtisadi-mədəni  həyatın  bir  sıra  sahələri  ilə  yanaşı,  ticarətin  də 
inkişafına  ciddi  təsir  göstərirdi.  Digər  tərəfdən,  Azərbaycanın 
mərkəzi  ticarət  yolları  üzərində  yerləşməsi  və  mühüm  strateji 
əhəmiyyət kəsb etməsi burada ticarətin çiçəklənməsinə şərait ya-
radan amillərdəndir. Bu məsələyə toxunan görkəmli alim S. Aşur-
bəyli yazır: «Şərq ölkələrini Qərblə bağlayan qədim dünya ticarə-
tinin  beynəlxalq  tranzit  yolu  Abşeron  yarımadasının  yaxınlığın-
dan  keçirdi.  XI-XII  əsrlərdə  və  sonralar  Azərbaycanı  Hindistan 
və Çinlə bağlayan dünya ticarəti - Orta Asiyadan İrana və Azər-
baycanın Cənub vilayətlərinə keçən Cənub quru magistralı və Xə-
zər  dənizinin  sahilləri  boyunca  Dərbənd  keçidinə  və  daha  sonra 
Xəzər ölkəsinə keçən Şimal yolu ilə həyata keçirilirdi» (22, 98).  
Müxtəlif  mənbələrə  əsaslanan  S.  Aşurbəyli  orta  əsrlərdə 
tarixi  Azərbaycanın  Şimal  əraziləri  olan  Şirvanşahlar  dövlətində 
ticarətin inkişafını təsdiqləyərək yazır: «Şamaxı, Bakı, Beyləqan, 
Dərbənd  Şərqdə  məşhur  olan  mühüm  sənətkarlıq  və  ticarət 
mərkəzlərinə  çevrildilər...  Artıq  XIII  əsrdən  Şirvan  ipəyi  böyük 
miqdarda  İtaliyaya  və  Fransaya  ixrac  olunurdu»  (18,  159).  Orta 
əsrlərdə Bərdə, Gəncə, Naxçıvan, Ərdəbil və Təbrizin ticarətdəki 
əhəmiyyətli rolu da şübhəsizdir. Belə orta əsr şəhərlərinin adlarını 
çox  sadalamaq  olar.  Bunu  qeyd  etməkdə  məqsədimiz  odur  ki, 
XII-XV  əsrlərdə  dünya  ticarəti  yollarının  qovşağında  yerləşən 
Azərbaycanın  ticarətdə  müəyyən  ölçü  vahidlərini  tətbiq  etdiyini  
təsdiqləyə bilək.  
Tədqiq olunan dövrdə adlarına rast gəldiyimiz ölçü vahidləri-
nin  miqdarının  çox  olması  Azərbaycanda  ticarətin  geniş  inkişaf 
etdiyini söyləməyə imkan verir. Tarixi mənbələrin məlumatları və 
arxeoloji  tədqiqatların  nəticələri  ticarətin  həm  ölkə  daxilində 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə