Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə100/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

 
318 
 
Müəllif sözlərinə onu da əlavə edir ki, Katmerə görə, tağar mon-
qollarda indi də mövcuddur və 80 funta bərabər olan düyü kisəsi 
deməkdir. Nadir hallarda bu sözün önünə sar (baş) kəlməsi əlavə 
olunur  ki,  bu  isə  (sar  tağar)  məlum  olduğu  kimi  monqolların 
hakimiyyəti zamanı vergi olaraq bütün əhalidən alınırdı (47, 230).  
Məlumdur  ki,  orta  əsrlərin  hər  dövründə  dövlətin  apardığı 
vergi siyasətinə əsasən əhalidən gəlir vergisi alınırdı. Tarixi mən-
bələr göstərir ki, əhalidən müxtəlif adlarda vergilər toplanırdı. Bu 
vergilərin  yığılmasında  da  müəyyən  çəki  vahidlərindən  istifadə 
olunuduğu şübhə doğurmur. 
Orta  əsr  mənbələrində  pərgarın  adına  rast  gəlinir.  Pərgar  da 
ölçüdə istifadə olunan vasitədir. Xaqani kimi Nizami də pərgarın 
adını çəkmişdir (34, 506). 
Şifahi xalq ədəbiyyatı nümunələrində, o cümlədən atalar söz-
ləri və məsəllərdə də misqal, batman, arşın və s. kimi ölçü vahid-
lərinin adına rast gəlinir. Məsələn, «Dərd gələndə xalvarla gələr, 
çıxanda misqal ilə»” (48, 10) və ya, «Yüz ölç, bir biç» (48, 40); 
«Ey fələk, batmanı elədin çərək, hamıya verdin qovun-qarpız, bi-
zə  verdin  yelpənək”.»  (48,  61);  «Öz  arşını  ilə  ölçür»  (48,  78); 
«Ağıra batman da yükdür» (48, 134) və s. Bundan əlavə «Hazar-
dastan bülbülü»  adlı nağılda da Padşah oz oğullarını  3 nəsnənin 
dalınca göndərdiyinə aid olan səhnədə mənzil adlı uzunluq ölçü-
sünün adı çəkilir (49, 166). Nağıllarımızda ağac ölçü vahidinin də 
adı çəkilir (50, 52).  
Bildiyimiz kimi, ölçünün əsas vasitələri tərəzilər və çəki daş-
ları olmuşdur. Bu xüsusda orta əsr müəllifi Əl-Qərnatinin verdiyi 
məlumat  maraq  doğurur.  O,  Bakı  yaxınlığındakı  ada  haqqında 
verdiyi məlumatlarında göstərir ki, «bu su ilə birlikdə əla keyfiy-
yətli  bürüncə  oxşayan  xırda,  dördkünc  daşlar  da  çıxır.  Adamlar 
bunlardan tərəzidə  çəki  daşı  (misqal)  yerinə işlətmək üçün  götü-
rürlər» (56, 150). Deməli, orta əsrlərdə təbiətdə mövcud olan adi 
daşlardan  çəkidə  istifadə  olunmuşdur.  Məlumdur  ki,  «tərəzilər 
yüksək dəqiqliklə ölçmək üçün tətbiq edilir. Hər hansı bir əşyanın 
müəyyən çərçivəyə daxil olduğunu bildirmək üçün ölçü lazımdır. 
Bu iş bilavasitə çəkməklə aparılır. Oeyd etməliyik ki, tərəzilərin 


 
319 
 
müxtəlif  növləri  vardır.  Onlar  müxtəlif  şəkildə  düzəldilir.  Kiçik 
çəkiyə  malik  tərəzilərdən  tutmuş  ağırlarına  qədər  olan  böyük 
tərəzilər hesablamaq üçün olduqca zəruridir» (20, 237).  
Azərbaycan  xalqının  məişətində  ağac  tərəzilərdən  istifadə 
edilmişdir. Bu xüsusda S. İbrahimov Azərbaycan tarixi muzeyin-
də saxlanılan ağac tərəzinin adını çəkmişdir (51, 25). Düzdür, bu 
cür  məişət  əşyaları  orta  çağın  XII  –  XIV  əsrlərinə  aid  deyildir. 
Onlar  əsasən  sonrakı  dövrlərə  məxsusdur.  Çünki  ağac  məmu-
latları  tez  xarab  olduğuna  görə  zəmanəmizə  gəlib  çıxmamışdır. 
Lakin bu dəlilin özü orta əsrlərdə də ağac tərəzilərdən istifadənin 
mümkünlüyünü ehtimal etməyə imkan verir. 
Arxeoloji  qazıntılar zamanı ölçü vasitələrinə dair dəyərli nü-
munələr  əldə  edilmişdir.  Belə  ki,  «Sərkərtəpə”  yaşayış  yerindən 
tapılmış  tərəzi  gözləri  yarımkürəvi  formada  olub  ağızlarının 
kənarlarında ip keçirmək üçün üç deşik var. Mis lövhədən döymə 
üsulu  ilə  hazırlanmış  bu  tərəzi  gözləri  güclü  korroziyaya  uğ-
ramışdır. Oxşar formalı tərəzi gözləri Bakı, Beyləqan, Qəbələ və 
Bilyar  orta  əsr  şəhərlərinin  arxeoloji  qazıntılarından  məlumdur. 
Şabran  şəhər  yerindən  tapılmış  kvadrat  formalı,  yastı  tunc  çəki 
daşı da ticarət ilə bağlı olmuş, kiçik çəkili malların çəkilməsində 
istifadə  olunmuşdur»  (52,  136  –  137).  Beyləqan  və  Qəbələdən 
arxeoloji  tədqiqatlar  zamanı  tapılmış  «mis  təbəqədən  döymə 
texnikası  ilə  düzəldilən  bu  tərəzi  gözləri  də  Bakınınkına  oxşar 
olub XII – XIII əsrlərə aid edilir» (53, 37). Bundan əlavə,  «Şab-
ran şəhərini bütün dünyada məşhurlaşdıran, qızılın əyarını müəy-
yən  etmək  üçün  işlədilən  məhək  daşları  da  arxeoloji  qazıntılar 
zamanı  tapılmışdır»  (54,  144-145).  Müqayisə  üçün  qeyd  etmək 
vacibdir ki, arxeoloji qazıntılar zamanı orta əsrlərin III – VIII əsr-
lərinə  aid  edilən  dövrə  məxsus  əhəng  və  çay  daşlarından  hazır-
lanmış  pərsəng  və  çəki  daşları  da  tapılmışdır.  Onlar  «ərzaq  və 
digər  məhsulların  kütləsinin  müəyyənləşdirilməsi  üçün  istifadə 
olunmuşdur.  Pərsəng  daşının  səthində  üç  deşik  açılmışdır.  Çəki 
daşı dairəvi formadadır» (55, 92).  
 Məlumdur ki, orta əsrlərdə və hətta lap əvvəllərdən müəyyən 
həcmə malik qiymətli metallardan pul kimi istifadə olunmuşdur. 


 
320 
 
Pulun dəyərliliyi metalın keyfiyyətindən-əyarından və həcmindən 
asılı idi. Orta əsrlərdə, o cümlədən də araşdırdığımız dövrdə əsa-
sən ayrı-ayrı hökmdarların  adına  qızıl, gümüş və mis kimi  qiy-
mətli  metallardan  kəsilmiş  pul  vahidlərindən  istifadə  olunurdu. 
Bu dövrdə işlənən tümən, dinar, fəls, aqça və dirhəm kimi pul va-
hidlərinin adlarına mənbələrdə daha çox rast gəlmək olur. Məsə-
lən, Yusif Məddah aqçanın  adını çəkmişdir. (7, 177) Qeyd edək 
ki, 1 tümən 10 min dinara bərabər idi. 1 gümüş dinar o zaman 6 
gümüş dirhəmə bərabər tutulurdu. Tümən sözü orta əsr qaynaqla-
rında, həmçinin, vilayət mənasında işlənir. Məs. Həmdullah Qəz-
vini “Hüzhətül-ülub” əsərinin Azərbaycan ölkəsinin təsviri  böl-
məsində  yazır ki, “Azərbaycanın tərkibində 9 tümən və 27 şəhər 
vardır ” (45, 169).  
Beləliklə,  XII-XV  əsrlərdə  Azərbaycan  ərazisində  işlədilən 
ölçü vahidləri, ortaq islam-türk məkanında işlənən həm özündən 
əvvəlki  dövrün  ölçü  ənənələrini  saxlamaqla,  həm  də  bu  dövrdə 
Azərbaycana olan xarici basqınlar nəticəsində gətirilən yeni ölçü 
vasitələri,  eləcə  də  təsərrüfat–mədəni  həyatın  tələbatının  ödənil-
məsi baxımından get-gedə standartlaşan, vahidləşən bir ölçü sis-
temi xarakterini alırdı. Biz, ölçü vasitələrinin tarixini öyrənməklə 
konkret bir dövrün  təsərrüfat durumu, əhalinin tələbatları və on-
ların təmin edilməsi yolları, görülmüş işlərin həcmi və qiymətləri, 
eləcə  də  ərzağın  qiymətlərinin  müəyyənləşdirilməsi  haqqında  
daha ətraflı  fikir yürüdə bilərik. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə