Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə102/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

 
324 
 
ritual və ayinlərlin çoxluğu və rəngarəngliyi ilə diqqəti çəkən su-
fizm  mühüm əhəmiyyət kəsb edirdi. Bu araşdırmanı aktual edən 
məsələlərdən biri də sufiliklə bağlı məsələlərin etnoqrafik cəhət-
dən zəif araşdırılmasıdır. Azərbaycan islam mədəniyyət tarixin də 
sufi  sührəverdilik,  zahidilik,  səfəvilik,  hürufilik,  xəlvətilik  və 
xəlvətiliyin  qolları  hesab  edilən  rövşənilik  və  gülşənilik  təri-
qətlərinin vətəni kimi tanınmışdır.   
XII-XV əsrlərdə Azərbaycanda mənəvi mədəniyyətin mühüm 
ünsürləri  kimi  elmin  və  təhsilin  inkişafı  da  mühüm  əhəmiyyət 
kəsb edirdi. 
Hər bir dövrün inkişaf səviyyəsini müəyyənləşdirən amillərin 
başında elmi biliklər durur. Orta əsrlərdə, o cümlədən araşdırdığı-
mız XII-XV yüzillərdə  Azərbaycanda islam dininin elmə müsbət 
münasibəti, vaxtaşırı böyük resursların cəlb olunduğu müharibə-
lərin  aparılması  (elmi  yeniliklər güc, üstünlük  demək idi), güclü 
siyasi  birliklərin  yaranması,  təsərrüfat-mədəni  həyatın  müxtəlif 
sahələrindəki yeniliklərə tələbat və s. elmin inkişafını stimullaşdı-
ran və onun yüksəlişinə səbəb olan başlıca amillər idi. Araşdırdı-
ğımız dövrdə tədricən müstəqil elm  sahələrinə çevrilən astrono-
miya, fəlsəfə, riyaziyyat, tibb və s. sahəsində Azərbaycan alimləri 
elmi əhəmiyyətli kəşflərin və yeniliklərin müəllifləridir. Bu dövr-
də Azərbaycan poetik məktəbi Nizami Gəncəvi, Məhsəti Gəncə-
vi, Xaqani Şirvani, Zülfüqar Şirvani, Hüman Təbrizi, Arif Ərdə-
bili,  Mahmud  Şəbüstəri,  İzzəddin  Həsənoğlu,  Marağalı  Əhvədi, 
Əssar Təbrizi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi və başqaları 
kimi dühaları yetişdirmişdi. 
XII-XV  yüzilliklərdə  Azərbaycanda  təhsil  özünün  yüksəliş 
dövrünü yaşayırdı. Ölkənin həyatındakı iqtisadi-mədəni yüksəliş-
lə bağlı sosial-siyasi və təsərrüfat-mədəni həyatın müxtəlif sahə-
lərində  savadlı  adamlara  ehtiyacın  yaranması  təhsilin  inkişafını 
şərtləndirən başlıca amil idi. Bu dövrdə təhsilin xarakterik cəhət-
lərindən  biri  dünyəvi  elmlərin  də  tədris  olunduğu  məktəb,  məz-
hər, mədrəsə kimi təhsil formalarının daha geniş yayılması idi   
Mənəvi mədəniyyətin tərkib hissələrindən biri kimi Azərbay-
can xalq musiqisi XII-XV əsrlərdə yüksək inkişafı, rəngarəngliyi, 


 
325 
 
kaloritliyi  və  janr  müxtəlifliyi  ilə  fərqlənirdi.  Dövrün  təsərrüfat-
mədəni və məişət həyatının izləri xalq musiqisində bu və ya digər 
formada öz əksini tapmışdır. Eyni zamanda bu xüsusiyyət ictimai 
motivlərinə, məzmun və xarakterinə görə müxtəlif xalq mahnıları 
janrlarının meydana gəlməsinə səbəb olmuşdur. Bütövlükdə, XII-
XV  əsrlərdə  musiqi  öz  janr  müxtəlifliyini  qoruyub  saxlayaraq 
daha  da  inkişaf  etmişdir.  Musiqi  bu  dövrlərdə  də  insanların 
mənəvi  tələbatlarının  ödənilməsinə  xidmət  etmiş  və  ruha  qida 
verən “xeyirlər”dən hesab edilmişdir. 
Azərbaycan  xalqının  mənəvi  mədəniyyətində  müəyyən  yer 
tutan  oyun  və  əyləncələr  orta  əsrlərdə  xalqın  həyatında  mühüm 
əhəmiyyət  kəsb  etmişdir.  Belə  ki,  onlar  orta  əsrlərdə  xalqın 
məişətinin  bir  parçasına  çevrilmiş,  toy  və  bayramların  əvəz-
olunmaz tərkib hissəsi olmuşdur. 
XII-XV  əsrlərdə  Azərbaycan  ərazisində  işlədilən  ölçü  va-
hidləri, ortaq islam-türk məkanında işlənən həm özündən əvvəlki 
dövrün  ölçü  ənənələrini  saxlamaqla,  həm  də  bu  dövrdə  Azər-
baycana  olan  xarici  basqınlar  nəticəsində  gətirilən  yeni  ölçü  va-
sitələri, eləcə də təsərrüfat-mədəni həyatın tələbatının ödənilməsi 
baxımından  get-gedə  standartlaşan,  vahidləşən  bir  ölçü  sistemi 
xarakterini  alırdı.  Biz  ölçü  vasitələrinin  tarixini  öyrənməklə 
konkret bir dövrün  təsərrüfat durumu, əhalinin tələbatları və on-
ların təmin edilməsi yolları, görülmüş işlərin həcmi və qiymətləri, 
eləcə  də  ərzağın  qiymətlərinin  müəyyənləşdirilməsi  haqqında  
daha ətraflı  fikir yürüdə bilərik. 
 Beləliklə,  bu  monoqrafiyada  XII-XV  yüzilliklərdə  Azərbay-
can  xalqının  mənəvi  mədəniyyətinə  dair  bir  sıra  məsələlər 
tədqiqata cəlb olunmuş və geniş surətdə şərh edilmişdir.  
 
 
 
 
 
 
 


 
326 
 
İSTİFADƏ  OLUNMUŞ  ƏDƏBİYYAT  VƏ QEYDLƏR 
Ön söz 
1.
 
Р.Ф.Итс.  Введение  в  этнографию.  Ленингдрад,  изд. 
Ленинградского Университета. 1974, c.
 
2.
 
Ю.В.Бромлей. Этнос и этнография. М., Наука, 1973.
 
3.
 
Azərbaycan  tarixi.  Ən  qədim  zamanlardan  XX  əsrin 
əvvəllərinə qədər. Bakı 1993.
 
4.
 
Azərbaycan tarixi. Bakı, «Elm», 1993.
 
5.
 
К  истории  Кавказских  стран  и  народов  (по  ближне-
восточным  источникам).  Опыт  истории  Ширванша-
хов.  составил  Бернгард  Дорн.  1947.  Перевод  Д.  Джа-
фаров. АМ ЕА Тарих институтунун елми архиви 1741.
 
6.
 
Azərbaycan  tarixi.  Yeddi  cilddə.  Üçüncü  cild  (XIII  - 
XVIII əsrlər). B. Elm, 1999.
 
7.
 
Nəcəfli  T.H.  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin 
tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000.
 
8.
 
Mahmudov  Y.M.  Azərbaycan:  qısa  dövlətçilik  tarixi. 
Bakı, ''Təhsil'', 2005.
 
I. Dini və xalq bayramları 
1.
 
Xəlilova F. Adət və ənənələr. B: Gənclik, 1986. 
2.
 
Kafalı M. "Türk Kültüründe Nevruz Ve Takvim", Türk 
Kültüründe Nevruz, Uluslararası Bilgi Şöleni (Sempoz-
yumu)  Bildirileri,  (Ankara,  20-22  Mart  1995),  (Yayına 
Haz. Sadık Tural), Ankara, 1995.  
3.
 
Abdulhaluk.  M.Çay.  Türk  ergenekon  bayramı  Nevruz 
(ilaveli beçinci baskı). Ankara, Levent Ofset Matbaacı-
lık ve Yayıncılık Ticaret Ltd. Şti., 1993. 
4.
 
Fərzəliyev  T.  Azərbaycan  folklorunda  xalq  dram  və 
oyun  tamaşaları.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatına 
dair tədqiqlər. VII kitab. B.: Elm, 1987 s. 3 – 39. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə