Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə98/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

 
312 
 
inkişaf etdiyini təsdiq edir, həm də Azərbaycanın dünya ticarətin-
də  əhəmiyyətli  strateji  mövqeyini  təsdiqləyir.  Araşdırmalar  və 
tədqiqatlar təsdiq edir ki, orta əsrlərdə Roma, Bizans, Hindistan, 
Çin,  Misir,  Şimali  Qafqaz  kimi  ərazilərlə  ticarət  əlaqələri 
saxlanılmışdır (23, 110).  
Bildiyimiz  kimi,  orta  əsrlərin  tədqiq  olunan  dövründə  yam 
sistemi  (rabitə  məqsədli  dayanacaq  məntəqələri)  mövcud  olmuş-
dur. Tarixdən məlumdur ki,  «Qazan xana kimi  yam sistemi bər-
bad vəziyyətdə idi. Bu sahədə keçirilən islahat onun nisbətən can-
lanmasına  səbəb  oldu.  Qazan  xanın  göstərişi  ilə  əsas  yollarda  3 
fərsəngdən (təxminən 20 – 21 km-dən) bir yam təşkil olundu, hər 
birinə 150-yə qədər minik atı verildi, yam əmiri təyin olundu, on-
lara xüsusi torpaq sahəsi ayrıldı və s.» (24, 343). Bu da həm təh-
lükəsizliyin  təminatı,  həm  də  şəhərlər  və  bölgələr  arasındakı 
məsafələrin dəqiqləşdirilməsi üçün zəruri şərt idi.  
Azərbaycanın Bərdə şəhəri haqqında qeydlərində hətta Bala-
zuri  əvvəlki  dövrlərdə  ticarətdə  istifadə  edilən  çəki  daşları  və 
tərəzilər haqqında məlumat vermişdir (25, 16). Azərbaycan şəhər-
ləri içərisində orta əsrlərdə ticarətdə mühüm rol oynayan Bərdədə 
beynəlxalq ticarətin rolu müxtəlif mənbələrlə təsdiq olunur. Say-
sız-hesabsız  sikkələrin  aşkar  olunması  da  deyilənlərə  sübutdur. 
Şəhər xüsusən «Kürki» adlı bazarı ilə məşhur olmuşdur.  
Ticarət  bu  işlə  məşğul  olan,  qarşılıqlı  mənfəət  əlaqələrini 
möhkəmlədən tacirlərin əlində cəmləşmişdi. Dükanların və bazar-
ların  olması,  əhalinin  gündəlik  tələbat  malları  ilə  təminatı,  yar-
markaların təşkil edilməsi, bütün bunlar ticarətin inkişafına dəla-
lət edir. Aydındır ki, ticarətin və sənətkarlığın inkişaf etdiyi yer-
lərdə də müxtəlif çəki vahidlərindən istifadə olunması labüddür.  
Azərbaycanın  ölçu  vahidləri  haqqında  danışmazdan  əvvəl 
onun  müəyyən  olunmuş  təsnifatını  vermək  yerinə  düşər.  Bu  xü-
susda H.Quliyev Azərbaycanda xalq ölçü vahidlərinin bölgüsünü 
belə  verir:  həcm,  sahə,  uzunluq,  maye,  sənətkarlıq  və  qiymət 
vahidləri (26, 74).  
Çoxsaylı orta əsr mənbələrinin məlumatlarına əsaslanaraq de-
yə bilərik ki, tədqiq olunan dövrdə adları çəkilən ölçü vahidləri-


 
313 
 
nin  ən  əsasları  bunlardan  ibarət  olmuşdur:  fərsəng,  xalvar,  gəz, 
misqal, çanaq, tağar, batman, arpa, mən, arşın, mil, ağac, addım, 
mənzil və s. Belə mənbələr içərisində Ə. Q.  Fərəcovun da haqlı 
olaraq qeyd etdiyi kimi, Azərbaycanın XII əsr ictimai-iqtisadi və-
ziyyəti  haqqındakı  ən  qiymətli  materialı  xalqın  həyat  və  yaşayı-
şını özünün «Xəmsə»sində əks etdirən Nizami Gəncəvidən alırıq 
(27,  13).  Dahi  şair  «Nizaminin  əsərlərində  tez-tez  adları  çəkilən 
ölçü vahidləri bunlardır: çanaq, arşın, addım, batman, misqal, xal-
var, ağac, mil, mənzil, arpa, mən və s. Bunlar həm məsafə, həm 
də çəki ölçüləridir» (14, 145). Tədqiqatçı Ş. Bünyadova göstərir 
ki,  həmin  ölçü  vahidlərindən  demək  olar  ki,  böyük  əksəriyyəti 
sonrakı dövrlərdə də istifadədə olmuş və XIX əsrin axırları, eləcə 
də XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb etmişdir (14, 145).  
Tarixi  Azərbaycan  əraziləri  barədə  məlumat  verən  orta  əsr 
(XII-XV  yüzilliklərin)  müəllifləri  burada  tətbiq  olunan  ölçülər 
barədə  də  yazmağı  unutmamışlar.  Onlardan  orta  əsr  müəllifi 
Yaqut Həməvi öz məlumatlarında fərsəngin adını çəkmişdir (28, 
7). Əbu Bəkr əl–Oütbi əl-Əhəri də fərsəngdən söz açmışdır (29, 
56).  Nizami  Gəncəvi  isə  «yüz  fərsəng  məsafəyə  ləl  və  almaz 
saçır» – deyir (30, 292).  
Bəzi  mənbələrdə  (məsələn,  Nizaməddin  Şaminin  əsərində) 
fərsəngin adı fərsah (6-7 km) kimi verilmişdir (31, 36). Hələ IX 
əsrdə  fərsəngin  adına  (fərsah  kimi)  İbn  Xordadbeh  tərəfindən 
yazılan «Yollar və ölkələr haqqında kitab»da rast gəlinir (32, 25). 
Bu,  həmin  uzunluq  ölçüsünün  daha  əvvəlki  dövrlərdən  tətbiq 
olunduğunu göstərir.  
Mənbələrdə  gəzin  adı  çəkilir.  Məsələn,  Əfzələddin  Xaqani 
gəzdən bəhs etmişdir (2, 233). Bununla bərabər, Sadiq bəy Əfşar 
da  uzunluq  ölçüsü  gəz  və  vəzn  ölçüsü  mən  haqqında  yazmışdır 
(33, 22-23). 
Nizami yazır :  
 
Nizəsi düz otuz ərəş idi (34, 95). 
 


 
314 
 
Ərəş  uzunluq  ölçüsü  dedikdə,  əsasən  əlin  orta  barmağından 
dirsəyə qədər olan hissəsi nəzərdə tutulur. Nizami yazır: 
 
Beləliklə, hər mənzil başında bəxşişlər verdi (34, 32). 
 
Mənzil  məsafə  ölçüsüdür.  Nizami  milin  də  adını  çəkmişdir 
(35, 27). Bu da bəllidir ki, «mil – qədim yollarda hər min addım-
dan bir yerə sancılmış konusşəkilli sütun, təqribən bir kilometr»-
dir və həmin məsafənin ölçü vahididir (35, 191).  
Daha sonra Nizami yazır : 
 
Bu kəhrəbanın cövhərinin hər misqalı 
Bir batman iksirə dəyər (35, 87). 
 
Qeyd etmək lazımdır ki, orta əsrlər dövründə Yaxın Şərq öl-
kələrinin əksəriyyətində eyni adlı ölçü vahidləri işlənmişdir. Qə-
dim türk ölçü vahidləri içərisində barmaq, xətt, nöqtə, qulac, qara 
mili,  fərsah,  berid  (mənzil),  mərhələ,  rubu,  kirah,  əndazə,  arşın, 
dönüm, ayaq (addım), dirsək, urup və s. göstərmək olar (36). Hə-
min  adların  əksəriyyətinə  orta  əsr  mənbələrində  rast  gəlinir.  Bu 
bir daha Şərqin ayrı-ayrı ölkələrinin ölçü vahidlərində oxşarlığın, 
yaxınlığın  olduğunu  göstərir.  Maraqlıdır  ki,  Strabonun  əsərində 
də dirsək (444.0 mm), mil (1480 m) və dirhəm (341 q) kimi ölçü 
və çəki vahidlərinin adları sadalanır (37, 836). Deməli, adları çə-
kilən  ölçü  və  çəki  vahidləri  daha  qədim  zamanlardan  məlum 
olmuşdur. 
Məşhur «Oğuznamə» əsərində də ölçü ilə əlaqədar olaraq yer 
alan  bəzi  mövcud  məqamları  qeyd  etmək  yerinə  düşər.  Əsərdə 
aqça, qiymət anlamına gələn bəha, ölçü və çəki vahidi olan dəng 
haqqında bəhs edilir (38, 214, 216). Bununla bərabər, əsərdə mə-
zad kəlməsi də işlənir ki, bu, satılması üçün mala qoyulan qiymət 
və  yaxud  başqa  sözlə  desək,  hərraca  qoyulma  anlamı  verir. 
«Oğuznamə» əsərində eyni zamanda ölçü mənasını verən şar kəl-
məsi də işlənmişdir (38, 219, 222).  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə