Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə101/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

 
321 
 
SON 
«XII-XV əsrlərdə Azərbaycan xalqının mənəvi mədəniyyəti» 
adlı  mövzunun  etnoqrafik  tədqiqat  obyekti  kimi  seçilməsi  XII-
XV  əsrlər  Azərbaycan  xalqının  mənəvi  mədəniyyətinin  öyrənil-
məsi  baxımından  əhəmiyyətlidir.  Çünki,  orta  əsrlərin  bu  dövrü-
nün etnoqrafik cəhətdən araşdırılması Azərbaycan xalqının mənə-
vi  mədəniyyətində  baş  verən  dəyişiklikləri  və  dinamikanı 
izləməyə imkan yaradır. 
Araşdırdığımız  XII-XV  yüzillərdə  Azərbaycan  mədəniyyəti-
nin  inkişaf  xüsusiyyətlərini  xarakterizə  etsək,  belə  nəticəyə  gəl-
mək  olar  ki,  Azərbaycan  mədəniyyəti  ümumən  yüksələn  xətlə 
inkişaf  etmişdir.  Baxmayaraq  ki,  monqol  basqınları  və  talanları 
mədəniyyətə də ağır zərbələr vurmuşdu. Bu, inkişafı şərtləndirən 
əsas amillərdən biri Azərbaycanda “Atabəylər” və “Şirvanşahlar”  
kimi  möhkəm  siyasi  təsisatların  yaranması,  eləcə  də  Azərbay-
canın Hülakilər dövlətinin siyasi-inzibati mərkəzinə çevrilməsi ilə 
bağlı idi. Bu siyasi təsisatların yaranması təsərrüfat-mədəni həya-
tın  inkişafına  təkan  verməklə  yanaşı,  böyük  dağıntılara  səbəb 
olan ara müharibələrinin aradan qaldırılmasına, şəhərlərin dirçəli-
şinə  və  yüksəlişinə  səbəb  oldu.  Nəticədə  Azərbaycan    mədəniy-
yətinin hərtərəfli inkişafı üçün əlverişli şərait yaranmış oldu. 
XII-XV əsrlərdə Azərbaycan mədəniyyətinin, o cümlədən də 
mənəvi  mədəniyyətinin  inkişafını şərtləndirən amillərdən biri də 
Azərbaycanın  böyük  islam  dünyasının  tərkib  hissəsi  olmaqla 
bərabər,  yüksəlişdə  olan  islam  mədəniyyətinin  nailiyyətlərindən 
yararlana bilməsində idi. İslam mədəniyyətinin təsiri ilə Azərbay-
can memarlığında, ədəbiyyatında, miniatür sənətində, musiqisin-
də, fəlsəfəsində və s. yeni ənənələr, cərəyanlar və janrlar  yarandı. 
İslam özü ilə bərabər  yeni  düşüncə tərzi,  yeni  mənəvi  norma və 
ideallar,  yeni  psixologiya,  yeni  ictimai  təsisatlar,  yeni  davranış 
modelləri və s. gətirdi. 
XII-XV  əsrlərdə  Azərbaycan  mədəniyyətini  zənginləşdirən 
amillərdən  biri  də  Azərbaycan  mədəniyyəti  üçün  qonşu  və  daha 
uzaq  ölkələrlə  qarşılıqlı  əlaqələrin  əhəmiyyətli  dərəcədə 


 
322 
 
genişlənməsi  ilə  bağlıdır.  Bu,  bir  tərəfdən  Azərbaycanın  Şərqlə 
Qərbi,  Şimalla  Cənubu  birləşdirən  mərkəzi  ticarət  yollarının 
qovşağında yerləşməsi ilə bağlı idisə, digər tərəfdən Səlcuqlardan  
başlayan  və  monqol-tatar  basqınları  ilə  davam  edən  müxtəlif 
xarakterli  miqrasiyalar  və  yerdəyişmələr  və  onların  gətirdikləri  
yeniliklərlə də bağlı idi. 
Araşdırdığımız dövrdə Azərbaycan mədəniyyətinin zənginlə-
şməsinə səbəb olan amillərdən biri də, ayrı-ayrı hökmdarların elm 
və  mədəniyyəti  himayə  etməsi  ilə  bağlı  idi.  Müxtəlif  xarakterli 
mədəniyyət  nümunələrinin  hökmdarlar  tərəfindən  dəyərləndiril-
məsi  müəlliflərə  stimullaşdırıcı  təsir  göstərərək,  yeni  daha  yaxşı 
əsərlərin  meydana  çıxmasını  şərtləndirirdi.  Digər  tərəfdən  yeni 
təhsil  müəssisələrinin  açılması  və  onların  saxlama  xərclərinin 
hökmdarlar  tərəfindən  çəkilməsi  savadlı  adamların  sayının 
artmasına səbəb olurdu. 
Dövrün  intellektuallarını  daha  yaxşı  əsərlər  yaratmağa  sövq 
edən amillərdən biri də, bu əsərlərə cəmiyyətdə tələbatın arması, 
eyni  zamanda  xalq  tərəfindən  həmin  əsərlərin  dəyərləndirilməsi 
və  intellektuallara yüksək hörmət göstərməsi ilə bağlı idi. 
Mədəniyyətin  inkişafını  şərtləndirən  amillərdən  biri  də  cə-
miyyətin  elmi-mədəni  yeniliklərə  olan  tələbatı  ilə  bağlı  idi.  Bir 
tərəfdən  ictimai-iqtisadi  və  hərbi  sahədə  yüksəliş  birbaşa  elmi 
yeniliklərin tətbiqini tələb edirdi. Digər tərəfdən, cəmiyyət inkişaf 
etdikcə, onların mədəni səviyyəsi yüksəldikcə, maddi və mənəvi 
tələbatlarının ödənilməsi üçün yeni və daha keyfiyyətli  məhsullar 
tələb olunurdu. 
Təqdim  olunan  monoqrafiyada  XII-XV  əsrlərə  aid  mənəvi 
mədəniyyət məsələləri öz əksini tapmışdır. Burada təqdim olunan 
geniş  materiallarda  xalqımızın  çoxəsrlik  mənəvi  mədəniyyət 
məsələləri tədqiqata cəlb olunaraq araşdırılmışdır. Bununla yana-
şı,  tədqiqatda  etnoqrafiya  elminin  nailiyyətlərinə  də  geniş  yer 
verilmiş,  onun tədqiqat  obyektinə daxil olan mühüm  məsələlərin 
əks olunduğu mənbələr araşdırılmışdır.   
Dövrün  bir  sıra  yenilikləri  özünü  müxtəlif  sahələrdə  büruzə 
verirdi ki, bütün bunlar da tədqiqat boyunca araşdırılmışdır. 


 
323 
 
Problem məsələlər üzrə tədqiqatın gedişində nəticələr əsasən 
aşağıdakılardan ibarətdir: 
Təqdim olunan monoqrafiyada xalq  bayramları ətraflı tədqi-
qata  cəlb  olunaraq  XII-XV  əsrlər  mənbələri  əsasında  araşdırılır. 
Burada Novruz bayramının, eləcə də Orucluq və Qurban bayram-
larının  XII-XV  əsrlərdə  xalqımız  tərəfindən  necə  keçirilməsi, 
bayramda  hansı  ayin  və  adətlərdən  istifadə  olunması  məsələləri 
və  s.  tədqiqat  işində  öz  əksini  tapır.  Ümumiyyətlə,  qeyd  etmək 
lazımdır ki,  bütün  bayramlar, o cümlədən də tədqiqata cəlb  olu-
nan bayramlar insanların mənəvi sərvətlərinin məişətdə təntənəli 
şəkildə  inikası  olub,  onların  mənəvi  tələbatlarının  ödənməsi  va-
sitələrindən  biridir.  Bu,  bayramlar  insanlarda  xeyirxah  duyğu-
ların, təmizlik, dostluq, əmin-amanlıq kimi ülvi hisslərin təntənə-
sini  təmin  edir.  Eyni  zamanda,  xalq  bayramları  əsrlərin  uzun 
məsafəsini  qət  edərək  zəmanəmizə  qədər  gəlib  çatan  müxtəlif 
adətlərin icrasını zəruri etmişdir.  
Mənəvi  mədəniyyət  elementlərindən  biri  kimi  din  insanların 
həyatında  mühüm  yer  tutur.  Araşdırdığımız  dövrdə  islam  dini 
Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynamaqla yana-
şı, demək olar ki, ictimai həyatın bütün sferalarına nüfuz edə bil-
mişdi. Hətta, əxlaq və hüquq normaları da dini prinsiplər əsasında 
tənzimlənirdi. Şəriət qaydalarına əməl etmək birgəyaşayış və dav-
ranış  normalarının  meyarına  çevrilmişdi.  Təbii  ki,  islamın  azər-
baycanlıların  həyatında  bu  cür  möhkəmlənməsi  xalqın  mədəniy-
yətində də dərin iz buraxmışdı. İslamın VIII yüzillikdən başlayan 
mədəni  yüksəliş  dövrü  XII-XIII  əsrlərdə  özünün  daha  yüksək 
mərhələsinə qədəm  qoymuşdu. Bu dövrlərdə bəşər mədəniyyəti-
nin inkişafında ön mövqelərə çıxmış islam mədəniyyətinin Azər-
baycan xalqının  mədəni  yüksəlişində də mühüm  rol oynamışdır. 
Ancaq  özünün  çiçəklənən  dövrünü  yaşayan  Azərbaycan  mədə-
niyyəti  də  öz  növbəsində  islam  mədəniyyətinin  zənginləşməsinə 
çox dəyərli töhfələr vermişdi. XII-XV əsrlərdə Azərbaycanda dini 
münasibətlərin etnoqrafik cəhətdən araşdırılmasında orta yüzillik-
lərdə  islam  aləmində,  o  cümlədən  Azərbaycanda  geniş  yayılmış 
dini  cərəyanlardan  biri  ideya-nəzəri  baxımdan  zəngin,  eləcə  də 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə