____________________Milli Kitabxana______________________
Nə ġamda, var, nə Hələbdə,
Nə əcəmdə, nə ərəbdə.
Müxtəsər zülməti-Ģəbdə,
XurĢidi-ənvəri gördüm.
Demə, o sərvi-qaməti,
Qiyamında
qiyaməti,
Qiyamətdir əlaməti,
ġuriĢi-məhĢəri gördüm.
Ox kirpiyin, zülfün pürçin,
Acizin qanına rəngin,
Həmi bir alıcı laçin,
Həmi kəbki-dəri gördüm.
* * *
Haçanacan aman çəkim,
Bu zalım hicran əlindən.
Bu ev yıxan sitəmkarın
Aman, əlaman əlindən.
Qəm evində xəstə qaldım,
Bərgi-xəzantək saraldım,
Könlümü zülfündən aldım,
Qurtardım ilan əlindən.
Sevdim bir zülfi-kəməndi,
Olubdur könlümün bəndi,
Qocaldım, ömrüm tükəndi,
Bir tazə cavan əlindən.
Sevdim bir yari-bivəfa,
Sitəmi Acizə rəva,
YemiĢəm yüz tiri-cəfa,
Bu qaĢı kaman əlindən.
150
____________________Milli Kitabxana______________________
ƏBÜLQASİM NƏBATİ
Seyid Əbülqasim Nabati XIX əsr Azərbaycan ədəbiyyatın ın görkəmli
simalarındandır. Onun "Nəbati", "Xançobani", "Məcnun" və başqa
təxəllüslərlə yazdığı əsərlər hələ öz sağlığında əldən-ələ gəzir, eldən-elə
yayılırdı. Şairin bir çox şeirləri Azərbaycan sərhədlərini aşıb, İran, Türkiyə,
Orta Asiya ölkələrinə də gedib çatmışdır.
Nəbatinin doğum və ölüm illəri dəqiq müəyyənləşdirilməmişdir.
Tədqiqatçılardan F.Köçərli, B.Behcət və F. Qasımzadə onun 1812-ci ildə,
M.Tərbiyət XVIII əsrin sonlarında, Ə.Hüseyni isə XIX əsrin ilk illərində
doğulduğunu qeyd edirlər. Məlum həqiqət budur ki, Nəbati Cənubi Azə
rbaycanın Üştibin kəndində anadan olmuş, bir müddət Əhər şəhərində, sonra
Muğanda yaşamışd ır, Qoca yaşlarında doğma yurdu Üştibinə gayıtmış və
orada vəfat etmişdir.
Həm doğma Azərbaycan türkcəsində, həm də fars dilində yazıb -yaradan
Nəbatinin əsərləri pərakəndə olsa da, hələ öz sağ lığında divan şəklində
hazırlanınış, şairin ölümündən sonra bu divan Təbrizdə daşbasma üsulu ilə
çap olunmu şdur. 1935-ci ildən başlayaraq Nəbati irsi "Seçilmiş əsərlər" adı
ilə Bakıda bir neçə dəfə çap edilmişdir. XX əsrin 60-cı illərində Nəbatinin
"Əsərləri" müxtəlif əlyazma nüsxələri və çap kitabları əsasında tərtib
olunaraq nəşr edilmişdir (1968). Həmin kitab digər nəşrlərlə müqayisədə
daha mükəmməl olduğu üçün hazırkı antologiyada verilən nümunələr və şair
haqqında məlumat oradan götürülmüşdür.
QƏZƏLLƏR
Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva
Ki, görüm onda nagəh bir əcayib surəti-ziba.
Miisəlsəl zülf çiynində, mürəssə tövq boynunda,
Firəngi
ətləs əynində, baĢında məcəri-həmra.
Mələkmənzər, pəri-peykər, süxəngüstər, vəfapərvər,
Büti-məhru, güli-xəĢbu, sözü Ģəkkər, gözü Ģəhla.
Səmənrüxsar, müĢkinmu, Ģəlayin qaməti-dilcu,
Dağıldı əql baĢımdan, alıĢdı atəĢi-sevda.
151
____________________Milli Kitabxana______________________
PəriĢan oldu əhvalım, tükəndi səbrü aramım,
Giriban çak edib durdum yerimdən valehü Ģeyda.
Məni görcək bu halətdə o sərvi-baği-dilbəndi,
Gəlib yanımda əyləĢdi əlində sağəri-mina.
Kərəm qıldı mənə bir cam, alıb mərdanə nuĢ etdim,
Durub öpdüm ayağından, dedim: ey saniyi-Leyla!
Əgər görmək dilərsən surəti-Məcnuni-Ģeydanı,
Uzaq gəzmə, tamaĢa qıl, budur ol aĢiqi-rüsva!
ġikəstəxatirü məhzun, sözü aĢüftə, dig ərgun, Tutub
nəqĢi-rəhi-Məcnun, gəzər vəhĢi kimi səhra.
Nəbati, həmd qıl Allahə, min Ģükrü səna eylə
Ki, Məcnunun məqamatın sənə ruzi edib mövla.
* * *
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!
O cami-ləlfam ilə bu xamı bir xumar eylə!
Ġrəm bağın tamaĢa eylədim deyri-müğan içrə,
O darül-eyĢi sən, yarəb, həmiĢə laləzar eylə!
Vərə vaxtı deyil, zahid, bu təsbihi qoy əldən bir.
Gətir səccadəni, ver meyfüruĢə bir qərar eylə!
Ləbi-meyguni-saqi, sağər ilə həlqeyi-rindan,
Bu cəmin içrə, yarəb, sən məni bir meygüsar eylə.
Qüruri-ruzə xüĢk etmiĢ səni, zahid, nə qafilsən,
Bu təzviri riyadən keç, xudadan bircə ar eylə.
Bihəmdillah, gözün var, kor deyilsən, cənnət istərsən,
Qədəm qoy bir xərabətə səhərdən, bir nahar eylə.
Nəbati, aĢiqəm mən rindlər bəzmindəki halə,
Bəli, billah, bu qövmün itlərinə can nisar eylə.
152