Xülasə Cari tədqiqat iĢinin əsas məqsədi kredit təĢkilatlarının tənzimlənməsi təcrübəsinin



Yüklə 160,3 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü160,3 Kb.
#13426


73 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Makro və mikroprudensial tənzimləmə siyasəti: 

məqsəd və alətlər 

Asim Zülfüqarov 


74 

 

Xülasə 

Cari tədqiqat iĢinin əsas məqsədi kredit təĢkilatlarının tənzimlənməsi təcrübəsinin 

icmallaĢdırılması,  sistem  risklərinin  tənzimlənməsi  üzrə  mikro  və  makroprudensial 

siyasət  alətləri  və  komponentlərdən  istifadənin  təhlili  və  Azərbaycan  kontekstində  bu 

təcrübədən faydalanma imkanlarının qiymətləndirilməsindən ibarətdir.  

Aparılan  tədqiqatlar  göstərir  ki,  mikro  və  makroprudensial  siyasət  və  alətlər 

preventiv  rol  oynayaraq  maliyyə  sisteminin  ümumi  stabilliyinin  qorunmasına  xidmət 

edir.  Eyni  zamanda  stress  testləĢdirmə  və  erkən  xəbərdarlıq  kimi  analitik  üsulların 

istifadəsi  isə  bütün  sistemin  maliyyə  vəziyyətini  daha  dolğun  qiymətləndirməyə  imkan 

verir.  

Bununla  belə,  mikro  və  makroprudensial  siyasətin  ölkə  iqtisadiyyatına  və  yerli 

bank sektoruna uyğunlaĢdırmaqla istifadəsi zəruridir. 

 

 



 

 

Abstract 

The  aim  of  this  research  is  to  survey  the  practices  for  regulation  of  lending 

institutions,  to  review  the  micro and  macroprudential policy  tools  and  components  that 

are  used  for  regulation  of  systematic  risks  and  to  assess  the  possibility  to  apply  this 

experience in Azerbaijan.  

Recent academic research shows that micro and macroprudential policy should be 

applied in tandem. These kind of tools and policies play a preventive role and ensure the 

stability of the financial system. Application of such analytical tools as stress-testing and 

early warning system will ensure more in depth and broad assessment of the situation in 

financial markets. 

Moreover, micro and macroprudential policy should be applied with caution to be 

fine-tuned to the specifics of the local economic system and banking sector. 



 

Açar sözlər:  mikroprudensial, makroprudensial, sistem riskləri 

Key words: microprudential, macroprudential, sistem risks 

Müəllifin e-mail ünvanı: 



Asim_Zulfuqarov@cbar.a

 


75 

 

  

 

 

MÜNDƏRİCAT 



GiriĢ  …………………………………………………………………………………76 

1.

 



Makroprudensial siyasət çərçivəsi: xarici təcrübə  ………………………......76 

2.

 



Makro və mikroprudensial siyasət fərqləri 

………………......…………….77 

3.

 

Sistem riskləri 



……………………………………………………………80 

4.

 



Makroprudensial siyasətin analitik üsulları: metodologiya………………….  81 

5.

 



Qiymətləndirmə ……………………………………………………………..  83 

Nəticə 


…………………………………………………………………………86 

Ədəbiyyat  …………………………………………………………………………..87 



 

 

 



 

 

 



 

 

 



 

 



76 

 

GİRİŞ 

Müasir  dövrdə  kredit  təĢkilatlarının  tənzimlənməsi  siyasəti  beynəlxalq  aləmdə 

geniĢ müzakirə edilir. 2006-2008-ci illərdə baĢ vermiĢ qlobal maliyyə böhranı prudensial 

tənzimlənmə siyasətinin diqqətlə nəzərdən keçirilməsinin zəruriliyini artırmıĢdır. ĠnkiĢaf 

etməkdə  olan  ölkələrdə  də  makroprudensial  siyasət  alətlərindən  istifadə  aktualdır. Belə 

ki,  bu  ölkələrdə  fəaliyyət  göstərən  kredit  təĢkilatları  likvidlik  və  bazar  risklərinə  daha 

həssasdırlar.  Bu  baxımdan  makro  və  mikro  alətlərin  detallı  qiymətləndirilməsi  mühüm 

əhəmiyyət kəsb edir.   

Makroprudensial  siyasət  sistem  risklərinin  minimallaĢdırılması  üzrə  preventiv 

tədbirlər kompleksi olmaqla maliyyə sisteminin ümumi sabitliyinin qiymətləndirilməsini 

əhatə  edir.  Bu  siyasət  çərçivəsində  bank  sisteminin  üzləĢdiyi  risklərin  təhlili  və 

qiymətləndirilməsi həyata keçirilir, makroiqtisadi nəticələr müəyyən edilir.   

Makroprudensial  siyasətə  alternativ  mikroprudensial  siyasətdir.  Bu  siyasət 

çərçivəsi  ayrı-ayrı  bankların  və  ya  bank  portfellərinin  mikro  səviyyədə 

qiymətləndirilməsinə  imkan  verir.  Makroprudensial  siyasət  çərçivəsində  bütün  maliyyə 

sisteminin  qiymətləndirilməsi  mümkün  olduğu  halda,  mikroprudensial  təhlil  zamanı 

ancaq sistemin üzvü olan ayrı-ayrı maliyyə təĢkilatları qiymətləndirilir.  

Makro  və  mikroprudensial  siyasətin  birlikdə  istifadəsi  sistem  risklərinin 

tənzimlənməsinə,  böhranın  qarĢısının  alınmasına  və  maliyyə  sabitliyinin  qorunmasına 

xidmət edir.  

1.

 

Makroprudensial siyasət çərçivəsi: xarici təcrübə 

Makroprudensial siyasət çərçivəsi ilk dəfə 1970-ci ildə Beynəlxalq HesablaĢmalar 

Bankının  (BHB)  təĢəbbüsü  ilə  qurulmuĢdur.  Maliyyə  sistemi  üzrə  idarəetmə  və  bank 

nəzarəti çərçivəsinin makroiqtisadi vəziyyət ilə əlaqələri də məhz bu siyasətə əsaslanır.  

Qeyd  edək  ki,  2000-ci  ilin  əvvəllərində  BHB  tərəfindən  maliyyə  idarəetməsi  və 

nəzarətinin həyata keçirilməsi məqsədilə makroprudensial siyasət çərçivəsindən istifadə 

edilməsi tövsiyyə olunmuĢdur. Bu tövsiyyələrdə risklərin idarə olunmasında və maliyyə 

sabitliyinin qorunmasında makroprudensial siyasətin əhəmiyyətli rola malik olması qeyd 

olunmuĢdur. Bank nəzarətinin yalnız bir banka və ya bank qrupuna yönəlməsinin böyük 

risklər yarada biləcəyi xüsusi vurğulanmıĢdır.   

2000-ci ildən baĢlayaraq bir sıra inkiĢaf etmiĢ ölkələrin mərkəzi bankları maliyyə 

sabitliyi məsələlərini gündəmə gətirmiĢ və hesabatlar hazırlamağa baĢlamıĢlar. Lakin, bu 

ölkələrin bir çoxunda qanunvericiliyə dəyiĢiklik edilməmiĢ və maliyyə sabitliyi məsələsi 



77 

 

ilkin məqsəd kimi müəyyən edilməmiĢdir.   



XX  əsrdə  mərkəzi  banklar  tərəfindən  monetar  siyasət  üzrə  transmissiya 

mexanizmi çərçivəsinin təhlil edilməsi və makroiqtisadi siyasətin həyata keçrilməsi üzrə 

konsensusun əldə olunması  mərkəzi banklarda institusional dəyiĢikliklərin yaranmasına 

gətirib  çıxarmıĢdır.  Ġnstitusional  dəyiĢiklik  əsasən  mərkəzi  bankların  müstəqilliyi, 

qiymət  sabitliyinin  ilkin  məqsəd  olaraq  seçilməsi,  əsas  alət  kimi  qısamüddətli  faiz 

dərəcələrinin  istifadəsini  əhatə  edir

9

.  Maliyyə  sabitliyinin  təhlili  üçün  nəzəri  çərçivənin 



müəyyən  olunması  məqsədilə  isə  konsensus  əldə  edilməmiĢdir.  Makroprudensial 

siyasətlə  bağlı  tədqiqat  iĢlərinə  əsasən  son  qlobal  maliyyə  böhranından  sonra 

baĢlanılmıĢdır  (Borio  (2009),  Clement  (2010),  Shirakawa  (2009),  Nijathaworn  (2009), 

Tumpel-Gugerell (2009) Bini-Smaghi (2009), Kohn (2009), Brouwer (2010) və s.). 



2.

 

Makro və mikroprudensial siyasət fərqləri 

Makroprudensial  siyasət  maliyyə  sisteminin  protsiklikliyini  nəzarətə  almaq  və 

maliyyə sabitliyinin qorunmasını təmin etmək məqsədlərini özündə birləĢdirir. Risklərin 

müəyyən səviyyədə limitlənməsi makro və mikroprudensal idarəetmənin oxĢar cəhətləri 

hesab edilir.  

Lakin makroprudensial siyasət üzrə təhlillərdə bütün maliyyə sistemini əhatə edən 

risklər qiymətləndirildiyi halda, mikroprudensial siyasət üzrə təhlil metodunda yalnız bu 

və  ya  digər  maliyyə  təĢkilatında  riskin  qiymətləndirilməsi  həyata  keçirilir. Əgər  birinci 

siyasətin  istifadə  edilməsi  nəticəsində  ölkə  iqtisadiyyatına,  son  nəticədə  ÜDM-ə  təsir 

qiymətləndirilirsə,  mikroprudensial  siyasət  istifadə  edilərkən  istehlakçılara,  investor  və 

əmanət sahiblərinə olan təsir qiymətləndirilir.  

Konsultativ “Otuzluq qrupu” 2010-cu ilin oktyabr ayında makroprudensial siyasət 

üzrə  qısa  tövsiyyələr  nəĢr  etmiĢdir

10

.  Bu  sənəddə  əsas  dörd  xarakteristika  verilmiĢdir: 



maliyyə  sabitliyinin  davamlılıq  məsuliyyəti,  sistem  risklərinin  azaldılması,  xüsusi 

alətlərdən  istifadə  və  hökümətin  makroiqtisadi  siyasətini  həyata  keçirən  idarələr 

arasında  qarşılıqlı  əlaqələrin  qurulması.  Makroprudensial  siyasətin  obyektini  isə 

maliyyə  vasitəçiləri  və  bazarları  arasında  əlaqələr,  maliyyə  sistemi  və  real  sektor 

arasında münasibətlər təĢkil edir.   

Makro və mikroprudensial siyasət arasında olan fundamental fərqlər Cədvəl 1-də 

                                                           

9

 C.A.E. Goodhart, “Analysis of Financial Stability”, University of Oxford , 2008, London UK. 



 

10

 Enhansing Financial Stability and Resilience: Macroprudential Policy, Tools, and Systems for the Future. Group of 



Thirty, October 2010. 


78 

 

göstərilmiĢdir. 



Cədvəl 1. Makroprudensial və mikroprudensial siyasət arasında fundamental 

fərqlər 

 

Makroprudensial 

Mikroprudensial 

Bənzər məqsədlər 

Bütün maliyyə sistemini 

əhatə edən riskin 

limitlənməsi 

Bu və ya digər maliyyə təĢkilatının 

riskinin limitlənməsi 



Fərqli məqsədlər 

ÜDM-ə təsirin azaldılması 

Ġstehlakçının  (investor/əmanət sahibi) 

qorunması 



Riskin xarakteristikası 

Endogen amil olaraq birgə 

və ya bir-birindən asılı 

Ģəkildə dəyiĢmə 

Ekzogen amil olaraq fərdi və ya bir-

birindən asılı olmayan Ģəkildə dəyiĢmə 



Maliyyə institutları arasında 

korrelyasiyalar və bağlılıqlar 

vacibdir 

vacib deyildir 

Prudensial nəzarətin istifadəsi 

Bütün sistemi əhatə edən 

riskləri özündə birləĢdirir 

(top-down) 

Bu və ya digər maliyyə təĢkilatını əhatə 

edən riskləri özündə birləĢdirir (bottom 

up) 

Mənbə:  Banque  de  France,  Financial  Stability  Review,  The  future  of  financial  regulation,  Financial 



Stability Departament, Banque de France, Paris 2009;  

Borio  C.,  “Towards  a  macroprudential  framework  for  financial  supervision  and  regulation”,  BIS 

Working Papers N 128, February 2003.  

Makroprudensial  siyasət  vasitəsilə  endogen  amil  kimi  birgə  və  ya  bir-birindən 

asılı  dəyiĢənlər  və  maliyyə  institutlarının  birgə  fəaliyyətləri  qiymətləndirilir.  Birgə 

fəaliyyət  zamanı  maliyyə  təĢkilatları  maliyyə  aktivlərinin  qiymətlərinə,  bu  isə  öz 

növbəsində ölkə iqtisadiyyatına təsir edir. 

Mikroprudensial  siyasət  isə  ekzogen  amil  kimi  fərdi  və  ya  bir-birindən  asılı 

olmayan  dəyiĢənləri  əhatə  edir,  bu  isə  öz  növbəsində  risk  səviyyəsini  artırır  və  ölkə 

iqtisadiyyatına təsir səviyyəsi qiymətləndirilmir. 

Makroiqtisadi siyasət çərçivəsindən istifadə zamanı qaydaları və sərbəst seçim hüququnu 

fərqləndirmək lazımdır. Burada iki müxtəlif yanaĢma vardır

11



-



 

Birinci  yanaĢmada  maliyyə  təĢkilatlarının  fəaliyyət  istiqamətinə  və  maliyyə 

vəziyyətinə  uyğun  olaraq  makroiqtisadi  nəzarət  “avtomatlaĢmıĢ  stabilizatorlar” 

tərəfindən  həyata  keçirilir.  Buna  misal  olaraq,  “kontrtsiklik”  kapital  tələblərini, 

                                                           

11

 Banque de France and the Toulouse School of Economics (TSE). "Bubbles and macro prudential supervision". In D. G.-P. 



Landau (Ed.), Joint conference on “The Future of Financial Regulation”, Paris, 2009. 


79 

 

“dinamik”  ehtiyatlanmanı  göstərə  bilərik.  Kapital  tələbləri  və  dinamik 



ehtiyatlanma maliyyə təĢkilatlarının üzləĢdiyi risk səviyyəsinə uyğun olmalıdır.    

-

 



Ġkinci  yanaĢma  fərdi  əsasda,  makroiqtisadi təhlillər aparan təĢkilatlar  tərəfindən 

yuxarıdan  aĢağıya  doğru  müəyyən  edilir.    Prudensial  nəzarət  orqanları  maliyyə 

sabitliyinin  pisləĢdiyi,  maliyyə  sistemində  risklərin  artması  qənaətinə  gəldiyi 

zaman bu yanaĢmadan istifadə edirlər.  

Hər  iki  yanaĢmanın  istifadəsi  zamanı  qərarların  hansı  orqan  və  ya  təĢkilat 

tərəfindən  veriləcəyi  vacib  məsələlərdəndir.  Bu  orqan  və  ya  təĢkilatın  qərarvermə 

prosesində  sərbəst  olub-olmaması  məsələsi  də  aktualdır.  Təcrübəyə  əsaslanaraq  bu  iĢin 

mərkəzi banklar tərəfindən həyata keçirildiyini qeyd edə bilərik.  

Son  qlobal  böhran  təsdiq  edir  ki,  qiymətlərin  sabitliyi  baĢlıca  mandat  olsa  da, 

maliyyə  sabitliyi  və  köpüklərin  qarĢısının  alınması  mühüm  məqsədə  keçirilməlidir. 

Lakin,  makroprudensial  siyasətin  həyata  keçirilməsində  mərkəzi  bankla  digər  hökümət 

orqanları,  əsasən  fiskal,  monetar  və  mikroprudensial  rejimlərə  nəzarət  edən  orqanlarla 

koordinasiya olunmuĢ idarəetmə təĢkil edilməlidir

12

.  



Beləliklə,  makropridensial  siyasətin  həyata  keçirilməsi  üzrə  komponentləri 

(sistematik və makroprudensial) və iki yanaĢmanı (maliyyə vəziyyətinə uyğun və sərbəst 

yanaĢma) aĢağıdakı kimi ümumiləĢdirmək olar (cədvəl 2) .   

Cədvəl 2. Makroprudensial siyasət çərçivəsində tənzimlənmənin həyata keçirilməsi 

üzrə komponenti 

                  Məqsəd                           

 

Mexanizm 

Sistem riski 

Makroiqtisadi vəziyyətə 

düzəlişlər 

Avtomatik 

Buferlər (kapital və ya likvidlik) 

Kredit/Təminat nisbəti 

Mühasibat çərçivəsi  

Kapital əmsallarının zamanla 

dəyiĢməsi 

Dinamik ehtiyatlanma 

Sərbəst 

Stress testlər 

Bazel II standartı 

Kapital nisbətlərinə sərbəst 

düzəliĢlər 

Ehtiyat tələbi 

Mənbə: Banque de France and the Toulouse School of Economics (TSE), 2009. 

                                                           

12

 Bank of England, “The role of macroprudential policy”, London, UK, 2009.



 


80 

 

3.



 

Sistem riskləri 

Sistem  riskinin  yaranmasının  iki  əsas  səbəbi  vardır:  maliyyə  bazarlarında 

gözlənilməz  Ģok  hadisəsi-böhran  və  ya  sistemdə  böyük  həcmli  iĢtirakçının  olması. 

Birinci səbəbə misal olaraq likvidlik riskini göstərə bilərik. Bir maliyyə təĢkilatında baĢ 

vermiĢ  likvidlik  çatıĢmazlığının  digər  maliyyə  təĢkilatlarına  yayılmasının  ehtimalı 

yüksəkdir. Böyük həcmli iĢtirakçının böhran vəziyyəti ilə üzləĢməsinin ehtimalı az olsa 

da,  bu  iĢtirakçıda  çətinliklərin  yaranması  zamanı  bütün  sistem  böhranla  üzləĢə  bilər. 

Sistem riskinin təhlili məqsədilə iki metoddan istifadə edilir: 

-

 

Bunlardan  birincisi  ənənəvi  təhlil  metodudur  (mikroprudensial  bank  nəzarəti, 



maliyyə təĢkilatlarında fəaliyyətin Ģəffaflığının təmin olunması), 

-

 



Ġkinci  yanaĢma  makroprudensial  təhlil  metodudur.  Bu  yanaĢma  bütün  sistemin 

üzləĢdiyi  riskləri  əhatə  edir.  Makroprudensial təhlilin  həyata  keçirilməsində  əsas 

alət maliyyə vasitəçilərinin kapitala olan tələblərinin müəyyən edilməsidir.  

Kapital  tələblərinin  isə  ikili  funksiyası  vardır.  Kapital  depozit  sahibləri  və 

səhmdarlar  üçün  bufer  və  stimul  rolunu  oynayır.  Belə  ki,  kapital  depozit  sahiblərinin 

banka etibarını qoruyur və depozit qaçıĢı riskini azaldır. Tənzimlənmənin bu iki funksiya 

ilə  birgə  həyata  keçirilməsi  isə  asan  deyil.  Nəzəriyyədə  bu,  vergi  siyasəti,  gəlirlərin 

artırılması və resursların bölüĢdürülməsi vasitəsilə həyata keçirilsə də, təcrübədə bunun 

həyata keçirilməsi mürəkkəbdir.   

Aktivlərin  və  gəlirliyin  artması  zamanı  banklar  üçün  kapitalı  artırmaq  çətin 

deyildir.  Əksinə,  iqtisadiyyatda  tənəzzül,  aktiv  və  gəlirliyin  azaldığı  zamanlarda 

kapitallaĢma  daha  da  çətinləĢir.  Bu  halda  kontrtsiklik  kapital  tələblərinin  həyata 

keçirilməsi özünü doğruldur. Beləliklə, bir tərəfdən bank kapitalı banklarda aktivlərin və 

gəlirlərin  artmasını  stimullaĢdırdığı  halda,  digər  tərəfdən  risklərin  düzgün  idarə 

olunmaması nəticəsində maliyyə sabitliyinin pozulmasına səbəb ola bilər. 

Makroprudensial  baxımdan  maliyyə  sabitliyinin  pozulması  zamanı  portfelini 

yüksək  diversifikasiya  edən  ayrı-ayrı  maliyyə  təĢkilatlarında  dayanıqlı  vəziyyət 

müĢahidə  edilir

13

.  Belə  ki,  diversifikasiya  bir  sektorda  baĢ  vermiĢ  böhranın  bütün 



portfelə  zərər  yetirməsinin  qarĢısını  alır.  Sistem  daxilində  ayrı-ayrı  banklar  maliyyə 

dayanıqlığı  problemi  ilə  üzləĢsə  də,  makroprudensial  idarəetmə  çərçivəsindən  istifadə 

nəticəsində  ümumilikdə  sistemin  maliyyə  vəziyyəti  yaxĢı  görünə  bilər.  Bu  isə 

makroprudensial idarəetmə çərçivəsinin effektivliyini Ģübhə altında qoyur.  

 

                                                           



13

 V. V. Acharya, London Business School, “A Theory of Systemic Risk and Design of Prudential Bank Regulation”, 2009. 




81 

 

 



 

 

Şəkil 1. İqtisadi tsikl və makroprudensial alətlər 

 

 

 



 

 

 



 

 

 



Mənbə:  “Financial  stability,  systemic  risk  and  macroprudential  policy”,  Czech  National  Bank  /  Financial  Stability  Report 

2010/2011. 

ġəkil  1  iqtisadi  tsiklə  uyğun  olaraq  makroprudensial  alətlərin  istifadəsini  əks 

etdirir. Ġqtisadi tsikldə hərarətlənmə davam etdikcə, leverec əmsalı artır. Lakin, iqtisadi 

hərarətlənmənin müəyyən həddində böhran yaranır. Böhrandan sonra isə leverec əmsalı 

yenidən  azalmağa  baĢlayır  və  bu  proses  illərlə  davam  edə  bilər.  Bəzən  isə  leverecin 

səviyyəsi böhrandan əvvəlki səviyyədən belə aĢağı olur.  

Böhran nöqtəsində leverecin yüksək olmasına baxmayaraq, hər iki tərəfdə iqtisadi 

vəziyyət fərqlidir. Böhrandan  əvvəlki optimist dövrdə iqtisadi və maliyyə bumu davam 

edir.  Böhrandan  sonrakı  dövrdə  isə  iqtisadi  tənəzzül  və  maliyyə  sektorunda  stress 

müəyyən  müddət  davam  edir.  Beləliklə,  iqtisadi  artım  dövründə  leverecin  müəyyən 

həddində artıq makroprudensial idarəetmə alətlərinin aktivləĢdirilməsinə baĢlanılmalıdır. 

Bununla belə yalnız böhran tam bitdikdən və leverecin azalma tendensiyası dəyiĢdikdən 

sonra həmin alətlər deaktivləĢdirilməlidir.   



4.

 

Makroprudensial siyasətin analitik üsulları: metodologiya 

Makro  və  mikroprudensial  idarəetmə  çərçivəsindən  bərabər  istifadə  bank 

tənzimlənməsi  və  risklərin  idarə  edilməsi  baxımından  daha  effektiv  olacaqdır. 

Leverec 

 

Normal leverec 



Zaman 

“Yaxşı zamanlar” 

sistem risklərinin 

toplanması  

“Pis zamanlar” 

sistem risklərinin 

həyata keçməsi  

DönüĢ nöqtəsi, 

böhran 

Makroprudensial alətin 



aktivləĢdirilməsi siqnalı 

(kredit artım limiti, 

daĢınmaz əmlak və s.) 

Maliyyə sabitliyi 

riski (kredit artım 

spredi, likvidlik 

indikatorları və s.) 

Makroprudensial alətin 

deaktivləĢdirilməsi 

siqnalı (ehtiyatlanma, 

borclanma Ģərtləri və s.) 



82 

 

Makroprudensial siyasətin əsas analitik üsullarına aĢağıdakılar aid edilir: 



 

Maliyyə dayanıqlığı göstəricilərinin monitorinqi 



 

Erkən  xəbərdarlıq  sistemi  (indikatorlar  əsasında  böhran  haqqında  əvvəlcədən 



siqnal verə bilən) 

 



Bankların stress-testləĢdirilməsi (verilmiĢ makroiqtisadi ssenarilər əsasında)

14



Bu  kimi  analitik  üsullardan  istifadə  bütün  sistemin  maliyyə  vəziyyətini  daha 

dolğun qiymətləndirməyə imkan verir. Belə ki, hər iki çərçivə fərqli prudensial alətlərə 

malikdir. Bu alətlərin (cədvəl 3) analitik üsullarla birlikdə istifadəsi maliyyə sabitliyinin 

qorunması baxımından daha effektivdir. Alətlər arasında əsas fərq ehtiyatlanma və digər 

tələblərin  tsiklik  olaraq  müəyyən  ediməsindən  ibarətdir.  Belə  ki,  bu  alətlər 

mikroprudensial  siyasət  aləti  kimi  statistik,  makroprudensial  alət  kimi  isə  dinamik 

Ģəkildə istifadə edilir.  

Cədvəl 3. Makro və mikroprudensial siyasət alətləri 

 

Mənbə: IMF, April 5, 2011, “Managing Capital Inflows: What Tools to Use?” 

Ġqtisadiyyatda  hərarətlənmə  zamanı  makroprudensial  alət  kimi  kredit  artımına 

limit və ehtiyatlara yüksək tələb müəyyən edilir. Təcrübədə kredit artımının limitlənməsi 

alətindən  Xorvatiyada  2008-ci  ildən  baĢlayaraq  istifadə  edilmiĢdir

15

.  Kredit  portfelinin 



artımı kəskin olan banklar üçün isə yüksək kapital tələbi tətbiq edilir. Qaydalara əsasən, 

bankın  kredit  portfeli  hesablanmıĢ  məbləğdən  yuxarı  olduqda,  həmin  bank  kapital 

                                                           

14

 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Maliyyə sabitliyi icmalı I rüb 2011”, Bakı 2011. 



15

  Evan  Kraft,  Xorvatiya  Mərkəzi  Bankının  Sədrinin  məsləhətçisi,  Bank  of  England  üçün  hazırladığı  “The  Croatian 



Experience with Macroprudential Policies” təqdimatı, Noyabr 2010. 

Mikroprudensial siyasət alətləri

•Gözlənilən itkilərə qarĢı əvvəlcədən 

ehtiyatlanma 

•Aktivlərin bazar dəyərinin dəyiĢməsi riskinə 

uyğun olaraq ehtiyatlanma 

•LTV/minimal təminat həddi 

•Spesifik maliyyə risklərinin daha yüksək risk 

dərəcəsi ilə qiymətləndirilməsi 

•Daha yüksək kapital keyfiyyəti də daxil 

olmaqla minimal kapital tələbləri (Basel III) 

•Leverec əmsalı 

•Kapital buferi (Basel III) 

•Likvid aktivlər buferi (Basel III) 

•Valyuta və ödəmə müddəti uyğunsuzluqlarına 

limitlər (Basel III) 

Makroprudensial siyasət alətləri

• Tsiklik dəyiĢən ehtiyatlanma tələbləri 

• Tsiklik dəyiĢən təminat/kredit nisbəti 

(LTV) 


• Kontr-tsiklik kapital buferi (Basel III) 

• Maliyyə bazarının sistem əhəmiyyətli 

iĢtirakçılarına daha sərt tələblərin (kapital, 

likvidlik) tətbiq edilməsi 

• Volatil maliyyə mənbələrinə vergilər 

• Kredit artımının limitlənməsi 

• Yüksək ehtiyat tələbləri 



83 

 

adekvatlıq  əmsalını  artırmalıdır.  Bu  alətin  tətbiq  olunması  qeyri-stabil  maliyyələĢmə 



mənbələrini  də  müəyyən  limitdə  saxlayır.  Kreditin  ehtimal  olunan  maksimal  artımı 

qeyri-stabil  fondların  ümumi  öhdəliklərdə  payı  ilə  faktiki    kapital  adekvatlıq  əmsalının 

hasili əsasında müəyyən edilir. Tətbiq edilən düstur isə aĢağıdakı Ģəkildədir: 

Max (KA) = (73.4/QSF)*(12+(KAƏ-12)/1.5)

16

      (1) 

Burada: KA – еhtimal olunan maksimal kredit artımı, QSF - qeyri-stabil fondların ümumi öhdəliklərdə 

payı, KAƏ – faktiki   kapital adekvatlıq əmsalıdır.  

Еhtimalla  tələb  olunan  minimal  kapital  adekvatlıq  əmsalı  kapitalın  normativ 

səviyyəsi və cari kapital adekvatlığının qeyri-stabil fondların ümumi öhdəliklərdə payına 

olan  hasillərinin  (optimal  səviyyəyə  korrektə  edilmiĢ)  cəminə  bərabərdir.  Minimal 

kapital adekvatlığı səviyyəsi isə aĢağıdakı kimi hesablanır:  

Min (KAƏ) = 12 + 1.5*(KA*QSF/73.4)-12)  (2) 

Burada: KAƏ – ehtimalla tələb olunan minimal kapital adekvatlıq əmsalı,QSF - qeyri-stabil fondların  

ümumi öhdəliklərdə payı, KA – faktiki  kredit artımidır.  

Qeyd edək ki, qiymətləndirmələr əsasən hər bir bank üzrə fərdi qaydada və Bazel 

II standartlarına uyğun aparılır. 

5.

 

Qiymətləndirmə 

Analoji  metodologiyadan  istifadə  etməklə  Azərbaycan  bank  sistemi  üçün 

qiymətləndirmə  aparılmıĢdır.  Bu  illərdə  kommersiya  bankları  tərəfindən  maliyyə 

sektorundan  alınmıĢ  kreditlər  və  depozitlərin  cəmi  öhdəliklərə  orta  rüblük  payı  16.8% 

təĢkil etmiĢdir (cədvəl 4). 

Cədvəl 4. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları haqqında bəzi məlumatlar (mln. AzN) 

 

Müştərilərə 

verilmiş 

kreditlər 

Maliyyə 

sektorundan 

alınmış 

kreditlər və 

depozitlər 

Kapital 

adekvatlığı 

Kapital 

Cəmi 

Passivlər 

Cəmi 

öhdəliklər 

Maliyyə 

sektorundan 

alınmış 

kreditlər və 

depozitlər / 

Cəmi 

öhdəliklər, 

01.01.2005 

802.7 

194.66 


19.9 

288.9 


1674.8 

1385.9 


14 

01.04.2005 

883.0 

195.1 


20.1 

303.0 


1640.6 

1337.6 


15 

01.07.2005 

932.0 

222.7 


19.7 

323.2 


1846.8 

1523.6 


15 

01.10.2005 

1088.3 

296.3 


19.6 

343.3 


2104.7 

1761.4 


17 

01.01.2006 

1268.9 

315.8 


20.8 

388.3 


2251.9 

1863.7 


17 

01.04.2006 

1210.8 

356.5 


20.0 

413.1 


2444.6 

2031.5 


18 

                                                           

16

 

73.4-  sistem  üzrə  qeyri-stabil  fondların  orta  göstəricisi,  12%  -  kapital  adekvat  normativi,  1.5  –  normadan 



yuxarı (qeyri-effektiv) optimallaĢma əmsalıdır.

 



84 

 

01.07.2006 



1465.9 

401.0 


19.1 

473.5 


2806.5 

2333.0 


17 

01.10.2006 

1585.7 

403.0 


17.4 

492.4 


2895.1 

2402.8 


17 

01.01.2007 

2002.5 

562.2 


18.7 

533.9 


3362.1 

2828.2 


20 

01.04.2007 

2621.8 

763.0 


18.3 

669.9 


4068.9 

3399.1 


22 

01.07.2007 

3196.1 

1253.0 


20.4 

841.7 


5048.4 

4206.8 


30 

01.10.2007 

3491.2 

1388.6 


19.7 

959.7 


5821.4 

4861.7 


29 

01.01.2008 

4393.9 

1720.2 


19.9 

1098.1 


6725.7 

5627.6 


31 

01.04.2008 

4643.7 

1905.4 


18.8 

1169.3 


7415.9 

6246.6 


31 

01.07.2008 

5915.1 

2338.5 


18.5 

1393.9 


8744.6 

7350.7 


32 

01.10.2008 

6304.4 

3122.7 


17.7 

1556.6 


9913.8 

8357.2 


37 

01.01.2009 

6816.9 

3265.4 


19.6 

1704.7 


10273.4 

8568.8 


38 

01.04.2009 

5832.9 

2928.5 


19.2 

1787.2 


8814.9 

7027.7 


42 

01.07.2009 

6066.3 

3037.5 


19.5 

1859.7 


9191.8 

7332.2 


41 

01.10.2009 

7346.2 

3930.4 


19.4 

1952.3 


10769.7 

8817.4 


45 

01.01.2010 

7963.7 

4477.9 


17.8 

2004.9 


11665.2 

9660.2 


46 

01.04.2010 

8004.9 

4774.4 


17.3 

1994.8 


12030.0 

10035.3 


48 

01.07.2010 

8348.4 

4898.9 


17.2 

2058.3 


12180.8 

10122.5 


48 

01.10.2011 

8416.9 

4903.4 


17.0 

2135.2 


12350.5 

10215.2 


48 

01.01.2011 

8574.3 

5141.5 


16.9 

2169.1 


13290.8 

11121.7 


46 

01.04.2011 

7763.4 

4282.8 


16.6 

2205.6 


12631.8 

10426.2 


41 

01.07.2011 

8328.8 

4370.4 


16.3 

2269.2 


13141.1 

   10871.9 

40 

01.10.2011 



8755.4 

4385.3 


16.1 

2345.0 


13567.7 

11222.7 


 39 

01.01.2012 

8851.8 

4352.0 


16.7 

2118.5 


13946.8 

11828.3 


37 

01.04.2012 

9118.4 

4554.2 


15.4 

2163.9 


14685.9 

12522.0 


36 

01.07.2012 

9642.4 

4539.9 


14.2 

2223.2 


14778.8 

12555.6 


36 

01.10.2012 

10130.4 

4755.8 


15.2 

2340.6 


15998.8 

13658.2 


35 

01.01.2013 

10681.3 

5172.4 


16.9 

2555.3 


17643.5 

15088.2 


34 

01.04.2013 

11304.0 

5316.6 


16.8 

2667.7 


17311.8 

14644.1 


36 

01.07.2013 

12551.7 

5876.3 


16.7 

2856.9 


18176.3 

15319.4 


38 

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı, Statistik bülleten 2005-2013, Maliyyə sabitliyi icmalı 

2009-2013. 

Xorvatiya  Mərkəzi  Bankı  tərəfindən  istifadə  edilən  düstura  uyğun  olaraq 

Azərbaycan bank sistemi üçün aĢağıdakı düstur əldə etmiĢ olarıq:   

Max (KA) = (16.8/MSAKD)*(12+(KAƏ-12)/1.5)

17

     (3) 

Burada:  KA  –  еhtimal  olunan  maksimal  kredit  artımı  (rüb),  MSAKD  -  maliyyə  sektorundan  alınmış 

kreditlər və depozitlərin cəmi öhdəliklərdə payı, KAƏ – faktiki  kapital adekvatlıq əmsalıdır.  

ġəkil  2-dən  göründüyü  kimi,  2007-ci  ildən  baĢlayaraq  kredit  artımının 

limitlənməsi  alətindən  istifadə  Azərbaycan  bank  sistemidə  kredit  portfelinin daha  aĢağı 

artımına  səbəb  olardı.  Bu  alətdən  istifadə  əslində  daha  uzun  müddətin 

qiymətləndirilməsini tələb edir. 

                                                           

17

  16.8  -  sistem  üzrə  qeyri-stabil  fondların



 

(maliyyə  sektorundan  alınmıĢ  kreditlər  və  depozitlər)  orta  rüblük 

(2005-2006)  göstəricisini,  12%  -  kapital  adekvat  normativini  göstərir,  1.5-normadan  yuxarı  (qeyri-effektiv) 

optimallaĢma əmsalını göstərir. 

 



85 

 

Şəkil 2. Faktiki və ehtimal olunan maksimal kredit artımı 

 

 

Mənbə: Müəllif tərəfindən hesablanmıĢdır.  



Bunun  əsas  səbəbi  belə  alətlərdən  iqtisadi  tsiklə  uyğun  istifadə  edilməsidir. 

Ġqtisadi tsiklin müəyyən edilməsi isə daha uzunmüddət tələb edir. Bundan əlavə, bu kimi 

alətdən istifadə kredit portfelinin həcmini azaldaraq ölkədə maliyyə dərinliyinin və real 

sektorun inkiĢafını ləngidə bilər.     

 

 

Digər  tərəfədən,  belə  alətlərin  təsiri  qısamüddətlidir.  Bazar  iĢtirakçıları  qoyulan 



limitlərdən  qaçmaq  məqsədilə  bir  sıra  vasitələrdən  istifadə  edirlər.  Belə  ki,  təcrübədə 

banklara xarici borclanmaya görə ehtiyat norması tətbiq edildikdə, banklar vəsaiti lizinq 

və  ya  birbaĢa  investiyalara  yönəldirlər.  Nəticədə  xarici  borclanma  ehtiyat  normasından 

yayındırılır. Bu səbəbdən kredit artımını müəyyən edən zaman bank kreditləri ilə yanaĢı  

lizinq və birbaĢa xarici borclanmanın da nəzərə alınmasına zərurət yaranır.  

Bazar standartlarına uyğun olaraq, tələb edilən minimal kapital adekvatlıq tələbi 

isə aĢağıdakı kimi olacaqdır: 

Min (KAƏ) = 12 + 1.5*(KA* MSAKD /16.8)-12)

18

  (4) 

Burada:  KA  –  faktiki  kredit  artımı,  MSAKD  -  maliyyə  sektorundan  alınmıĢ  kreditlər  və  depozitlərin 

cəmi öhdəliklərdə payı, KAƏ – ehtimalla tələb olunan minimal kapital adekvatlıq əmsalıdır.  

Azərbaycan bank sistemi üçün kapital adekvatlığı üzrə hesablanmıĢ nəticələr ġəkil 

3-də göstərilmiĢdir.

  

 



 

                                                           

18

 

16.8 rəqəmi sistem üzrə  qeyri-stabil fondların (maliyyə sektorundan alınmıĢ kreditlər və  depozitlər) 



orta rüblük (2005-2006) göstəricisini, 12% isə kapital adekvat normativini, 1.5-normadan yuxarı (qeyri-

effektiv) optimallaĢma əmsalını göstərir.

 

-20%


-10%

0%

10%



20%

30%


40%

01.0


1.20

05

01.0



4.20

05

01.0



7.20

05

01.1



0.20

05

01.0



1.20

06

01.0



4.20

06

01.0



7.20

06

01.1



0.20

06

01.0



1.20

07

01.0



4.20

07

01.0



7.20

07

01.1



0.20

07

01.0



1.20

08

01.0



4.20

08

01.0



7.20

08

01.1



0.20

08

01.0



1.20

09

01.0



4.20

09

01.0



7.20

09

01.1



0.20

09

01.0



1.20

10

01.0



4.20

10

01.0



7.20

10

01.1



0.20

10

01.0



1.20

11

01.0



4.20

11

01.0



7.20

11

01.1



0.20

11

01.0



1.20

12

01.0



4.20

12

01.0



7.20

12

01.1



0.20

12

01.0



1.20

13

01.0



4.20

13

01.0



7.20

13

Faktiki Kredit artımı



Ehtimal olunan maksimal kredit artımı 

Kredit artımı limitlənməsi alətinin istifadəsi 

 



86 

 

Şəkil 3. Kapital adekvatlığı üzrə hesablanmış nəticələr, %-lə 

 

Qeyd: Müəllif tərəfindən hesablanmıĢdır.   



Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  Ġdarə    Heyətinin  10  dekabr  2003-cü  il 

tarixli  qərarı  ilə  qəbul  edilmiĢ  “Bank  kapitalının  və  onun  adekvatlığının  hesablanması 

qaydaları”na  uyğun  olaraq  banklar  məcmu  kapitalın  adekvatlıq  əmsalını  12%-dən  az 

olmayan səviyyədə saxlamalıdırlar.   

Kredit artımına uyğun olaraq hesablanmıĢ və minimal səviyyə qəbul edilən kapital 

adekvatlığı bəzi dövrlərdə 12%-dən yüksək olsa da, əhəmiyyətli fərq nümayiĢ etdirmir. 

Buna  səbəb  Azərbaycan  bank  sisteminin  kapitallaĢma  səviyyəsinin  yüksək  olması  və 

sistem risklərinin düzgün tənzimlənməsidir.  

Eyni  zamanda,  kreditlərin  artım  tempinin  limitlənməsi  alətindən  istifadə 

dalğalanmaların  qarĢısını  ala  və  banklara  kredit  portfelini  düzgün  proqnozlaĢdırmağa 

imkan  verər.  Perspektivdə  kredit  portfelinin  artım  templəri  yüksəldikdə  bu  alətin 

istifadəsi kredit riskinin düzgün idarə olunması və sistem riskinə çevrilməsinin qarĢısını 

almağa imkan verəcəkdir. 

 

NƏTİCƏ 

Beləliklə, makroprudensial siyasət  alətləri  sistem  risklərinin  azalmasında  mühüm 

rola  malikdir.  Belə  ki,  preventiv  tədbirlərin  həyata  keçirilməsi  maliyyə  sisteminin 

ümumi  stabilliyinin  qorunmasına  xidmət  edir.  Stress  test  və  erkən  xəbərdarlıq  kimi 

analitik  üsullardan  istifadə  isə  bütün  sistemin  maliyyə  vəziyyətini  daha  dolğun 

qiymətləndirməyə imkan verir. 

10

12



14

16

18



20

22

Ehtimalla tələb olunan 



minimal kapital 

adekvatlıq əmsalı

Faktiki kapital adekvatlıq 

əmsalı


Mərkəzi Bankın normativ 

tələbi



87 

 

Bununla belə, makroprudensial siyasət alətləri bankların fəaliyyət istiqamətinə və 



maliyyə vəziyyətinə uyğun olaraq həyata keçirilməli, maliyyə təĢkilatının üzləĢdiyi risk 

səviyyəsini  qarĢılaya  bilməlidir.  Hər  bir  prudensial  nəzarət  orqanı  makroprudensial 

alətləri  ölkə  iqtisadiyyatına  və  milli  bank  sektoruna  uyğunlaĢdırmaqla  istifadə  etməli, 

sistem əhəmiyyətli banklara qarĢı xüsusi tələblər müəyyən etməlidir.    



Ədəbiyyat  

1.

 



Banque de France, Financial Stability Review, The future of financial regulation, Financial 

Stability Departament, Banque de France, Paris 2009;  

2.

 

Banque  de  France  and  the  Toulouse  School  of  Economics  (TSE).  "Bubbles  and  macro 



prudential  supervision".  In  D.  G.-P.  Landau  (Ed.),  Joint  conference  on  “The  Future  of 

Financial Regulation”, Paris, 2009 

3.

 

Bank of England, “The role of macroprudential policy”, London, UK, 2009. 



4.

 

Bini  Smaghi,  L  (2009)  “Macro-prudential  supervision”.  Speech  at  the  CEPR/ESI  13th 



Annual  Conf.  on  "Fin.l  Supervision  in  an  Uncertain  World",  European  Banking  Center  at 

Venice Intern. University, Venice, 25-26 Sept. 2009 

5.

 

Brouwer,  H  (2010)  “Challenges  in  the  design  of  macroprudential  tools”.  Introductory 



speech at the workshop on “Concrete macroprudential tools” hosted by DNB, the IMF and 

the Duisenberg School of Finance, Amsterdam, 13 January 2010 

6.

 

Borio C., “Towards a macroprudential framework for financial supervision and regulation”, 



BIS Working Papers N 128, February 2003.  

7.

 



Borio C (2009), “The macroprudential approach to regulation and supervision, What? How 

Why?”  presentation  to  the  Banque  de  France  and  Toulouse  School  of  Economics 

Conference on “the future of financial regulation”, 28 January 2009  

8.

 



C.A.E.  Goodhart,  “Analysis  of  Financial  Stability”,  University  of  Oxford  ,  2008,  London 

UK. 


9.

 

Clement,  P.  (2010):  The  Term  “Macroprudential”:  Origins  and  Evolution,  BIS  Quarterly 



Review, March. 

10.


 

Czech  National  Bank,    “Financial  stability,  systemic  risk  and  macroprudential  policy”, 

Financial Stability Report 2010/2011. 

11.


 

Enhancing  Financial Stability and Resilience: Macroprudential  Policy,  Tools,  and Systems 

for the Future. Group of Thirty, October 2010.  

12.


 

Nijathaworn, B (2009) “Rethinking procyclicality – what is it now and what can be done?”. 

Presentation by Mr Bandid Nijathaworn, Deputy Governor of the Bank of Thailand, at the 

BIS/FSI-EMEAP High Level Meeting on “Lessons Learned from the Financial Crisis – An 



International and Asian Perspective”, Tokyo, 30 November 2009  

 

Yüklə 160,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə