Xülasə Tədqiqatın məqsədi xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsinin tədqiqi


 Xarici borcları xarakterizə edən əsas göstəricilər



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix04.06.2022
ölçüsü0,49 Mb.
#88736
növüXülasə
1   2   3   4   5   6   7
arastirmax-xarici-borclarin-iqtisadi-thluksizlik-baximindan-qiymtlndirilmsi

3. Xarici borcları xarakterizə edən əsas göstəricilər
Ümumiyyətlə, xarici borclar ölkənin iqtisadi təhlükəsizliyi baxımından
qiymətləndirilmək üçün bir sıra göstəricilərdən istifadə edilir. Azərbaycan Respub-
likasının xarici borcunun makroiqtisadi təhlilinə dair cədvəldə (
bax: Cədvəl 1
) Azər-
baycanın 1995-2009-cu illər arasındakı xarici borcu üzrə müxtəlif göstəricilərin
dinamikası verilmişdir.
Ən əsas göstərici xarici borcların ÜDM-də xüsusi çəkisidir. Paris klubu üzvləri
və beynəlxalq reytinq təşkilatları xarici borcun səviyyəsini qiymətləndirmək üçün
bu göstəricidən geniş istifadə edirlər. Bu göstərici ölkə iqtisadiyyatının borc yükünün
səviyyəsini göstərir və maksimum olaraq 50 faizə qədər olmalıdır. Azərbaycanda bu


Göstəricilər
1995
2000
2005
2006
2008
2009
Maksi-
mum
hədd
(
faizlə
)
Xarici borcun məbləği
(mln ABŞ dolları)
321,0
1 328,0 2 042,8
2 586,0
4 314,5
4 864,9
x
ÜDM 
(mln ABŞ dolları)
3 052,5 5 272,6 13 245,4 20 982,3
46 258,2
43 019,4
x
Xarici borcun ÜDM-də
xüsusi çəkisi 
(%)
10,5
25,2
15,4
12,3
9,3
11,3
50
Mal və xidmətlərin
ixracının həcmi 
(mln ABŞ dolları)
851,7
2 058,5 8 336,2
13 954,5
32 133,9
22 583,0
x
Xarici borcun ixracda
xüsusi çəkisi 
(%)
37,7
64,5
24,5
18,5
13,4
21,5
200
Büdcə gəlirləri
(mln ABŞ dolları)
358,7
785,3
2 233,9
4 333,8
13 099,7
12846,4
x
Xarici borcun büdcə
gəlirlərində xüsusi 
çəkisi 
(%)
89,5
169,1
91,4
59,7
32,9
37,9
250
Xarici borc servisi 
(mln
ABŞ dolları)
10,1
129,9
233,5
270,8
292,4
397,5
x
Xarici borc servisinin
ixracda xüsusi çəkisi 
(%)
1,2
6,3
2,8
1,9
0,9
1,8
30
Qısa müddətli xarici
borcların ümumi xarici
borc qalığında xüsusi
çəkisi 
(%)
4,4
11,8
9,1
20,1
27,1
16,6
50
Valyuta ehtiyatları 
(mln
ABŞ dolları)
250,0
691,4
1 800,0
4 369,0
18 555,4
20 263,8
x
Valyuta ehtiyatlarının
xarici borcda xüsusi
çəkisi 
(%)
77,9
52,1
88,1
168,9
430,1
416,5
10
Əhalinin sayı 
(mln nəfər)
7,6
8,0
8,4
8,6
8,8
8,9
x
Adambaşına düşən xarici
borc 
(ABŞ dolları)
42,0
165,3
241,8
302,4
491,4
546.8
x
Cədvəl 1. Azərbaycan Respublikası xarici borcunun makroiqtisadi təhlili
(
mln. $
)
Mənbə: Dünya Bankının saytı- http://databank.worldbank.org/, Azərbaycan Dövlət Statistika
Komitəsinin saytı - http://www.azstat.org/, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin saytı-
www.maliyye.gov.az, Azərbaycan Mərkəzi Bankının saytı- www.nba.az məlumatları əsasında müəllif
tərəfindən hesablanmış və tərtib edilmişdir.
81
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.


82
F.Qənbərov. Xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsi
göstərici son 3 ildə bir qədər artsa da (
2009-cu ilin sonuna 11,3 faiz
), 2000-ci illə
müqayisədə təxminən 2,23 dəfə azdır və beynəlxalq təcrübədə qəbul edilən maksi-
mum həddən dəfələrlə aşağıdır. Müqayisə üçün qeyd edək ki, bu göstərici Qazaxıs-
tanda 3,3 dəfə Ermənistanda 56,6 faiz, Gürcüstanda 39,4 faiz, Rusiyada 8,9 faiz
təşkil edir [6].
Xarici borc səviyyəsini qiymətləndirən digər bir göstərici xarici borcların mal və
xidmətlərin illik ixracının həcminə nisbətidir ki, bununla da ölkənin illik cari
borclarını ödəmək qabiliyyəti ölçülür. Dünya Bankı bu göstəricidən debitor ölkələrin
təsnifləşdirilməsi zamanı istifadə edir. Bu göstəricinin 220 faizdən çox olması xarici
borcların kritik, 132-220 faiz olduqda normal və 132 faizdən aşağı olduqda isə op-
timal səviyyədə olduğu ehtimal edilir. Ölkənin ödəmə qabiliyyəti reytinqi üçün əsas
təhlükə bu göstəricinin il ərzində 25 faiz artmasıdır. Cədvəldən göründüyü kimi,
Azərbaycanda bu göstərici 2008-ci ildə 13,4 faiz, 2009-ci ildə isə 21,5 faiz olmuşdur.
Qeyd edək ki, 2000-ci illə müqayisədə bu göstərici 3,6 dəfə azalmışdır ki, bunun da
əsas səbəbi neft ixracının artması hesabına ümumi ixrac olunan malların kəskin art-
masıdır [6].
Xarici borcların səviyyəsini qiymətləndirən digər bir göstərici xarici borcların
məbləğinin dövlət gəlirlərinə olan nisbətidir. Bu göstəricinin 2,5 dəfə çox olması
ölkənin iqtisadi təhlükəsizliyi üçün təhlükəlidir. Azərbaycanda bu göstərici də,
əvvəlki illərlə müqayisədə dəfələrlə azalaraq 2009-cu ilin sonuna 37,9 faiz təşkil
edib. Xarici borc riskini qiymətləndirən göstəricilərdən biri də, xarici borc servisinin
ixraca nisbətidir. Dünya Bankı və BVF-nin qiymətləndirməsinə görə, bu göstəricinin
30 faizdən çox olması halında xarici borcların cəlb edilməsi məhdudlaşdırılmalıdır.
Digər tərəfdən, əgər xarici borcların il ərzində qaytarılan məbləği büdcə gəlirlərindən
10 faiz çoxdursa, onda bu təhlükəlidir [7. s. 31]. 2009-cu ildə Azərbaycanda bu
göstərici cəmi 1,8 faiz təşkil edib. Qeyd edək ki, 2009-cu il ərzində xarici borca xid-
mətlə əlaqədar xərclər 287,7 milyon manat olmuşdur. Bu göstərici son bir il ərzində
67,9 faiz artıb və onun 1/4 hissəsi borclar üzrə faizlərin ödənilməsinə sərf olunub.
Dövlət büdcəsi vəsaitləri hesabına xarici borcun ödənilməsinə 117,9 mln. dollar xərc-
lənib [6. s. 7]. Bu göstərici üzrə Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya ölkələri
arasında birinci yerdədir. 
Müstəqil kredit reytinqini müəyyən etmək üçün isə ölkənin valyuta ehtiyatlarının
illik xarici borc ödənişlərinə nisbəti göstəricisindən istifadə edilir. Bu göstərici 10
faiz olduqda kritik sayılır. Bu göstəricinin illər üzrə artması təhlükəli hesab edilir
[7. s. 31]. Ümumiyyətlə, 2000-ci ildən başlayaraq Azərbaycanın qaytardığı xarici
borcların məbləği ilbəil artmaqdadır. Əgər 1999-cu ilə qədər əsasən faiz borcları
ödənirdisə, sonradan əsas borclar da qaytarılmağa başlanılıb. Məsələn, 2005-ci ildə
Azərbaycan xarici borc öhdəlikləri üzrə 97,2 mln. ABŞ dolları əsas borc və 39,0
mln. ABŞ dolları faiz borcu qaytardığı halda, 2009-cu ildə rəqəmlər artaraq müvafiq
surətdə - 130,5 və 46,8 mln. ABŞ dolları təşkil etmişdir [9].


Xarici borcların cəlb edilməsində ən mühüm məsələ borcun səmərəli istifadə
edilməsi və nəticədə əldə edilən gəlirin xarici borclara görə ödənəcək faizdən çox
olmasını təmin etməkdir. Bu göstəricinin hesablanması üçün adətən il ərzində ÜDM-
in artım faizi ilə xarici borc servisinin artım faizi müqayisə edilir.
Aşağıda 1996-2009-cu illər üzrə Xarici borc servisi və ÜDM-in dəyişmə templəri
arasındakı əlaqəni əks etdirən qrafik verilib:
Qrafikdən göründüyü kimi 2008-ci ildən başlayaraq bu göstərici pisləşməyə
başlayıb. Digər əsas göstəricilərdən biri il ərzində xarici borcların artan məbləğinin
tədiyyə balansı kəsirindən çox və ya az olmasıdır. Xüsusilə 1997-ci ildə Latın
Amerikasında baş vermiş maliyyə böhranı göstərdi ki, əgər il ərzində tədiyyə ba-
lansının kəsirindən çox xarici borclanma çox hallarda alınan borcun səmərəli istifadə
edilmədiyinin əsas göstəricisidir. Bu göstəricinin hesablanması üçün tədiyyə balansı
kəsiri və ya cari hesablar balansı kəsirinin il ərzində dəyişmə faizi ilə ümumi xarici
borc qalığının dəyişmə faizi müqayisə edilir. Xarici borcların müddəti də önəm
daşıyır. Əgər ümumi xarici borc qalığında qısa müddətli borcları xüsusi çəkisi uzun-
müddətli borcların xüsusi çəkisindən çoxdursa ölkəni gələcəkdə borcların qaytarıl-
ması problemi ilə üzləşmə ehtimalı daha çoxdur. Azərbaycanın cəlb etdiyi xarici
borcların müddətlərinə görə təhlili də göstərir ki, bu amil üzrə vəziyyət əlverişlidir.
Cəlb edilən kreditlərin 52,7 faizdən çoxu 20 ildən daha çox müddətə və çox aşağı
faizlərlə alınıb. Təxminən 31,9 faizi isə 10 ildən 20 ilə qədərdir. Çox kiçik bir hissə
- 4,7 faizinin orta müddəti 5-10 il arasında, 6,1 faizi isə 5 ilə qədər qaytarılacaq [9].
Beynəlxalq müqayisədə əhalinin hər nəfərinə düşən xarici borcun da hesablan-
ması mühüm əhəmiyyətlidir. Adambaşına düşən xarici borcun həcmi 1995-ci ildə
42,0, 2000-ci ildə 165,3, 2005-ci ildə 241,8, 2009-cu ildə isə 546,8 ABŞ dolları ol-
83
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə