Xülasə Tədqiqatın məqsədi xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsinin tədqiqi


 Azərbaycanda xarici borcların əsas mənbələri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix04.06.2022
ölçüsü0,49 Mb.
#88736
növüXülasə
1   2   3   4   5   6   7
arastirmax-xarici-borclarin-iqtisadi-thluksizlik-baximindan-qiymtlndirilmsi

3. Azərbaycanda xarici borcların əsas mənbələri
Ölkənin maliyyə-kredit sisteminin sabitliyini və möhkəmliyini xarakterizə edən
göstəricilərdən biri olan dövlət borcları Azərbaycanda “Dövlət borcu haqqında”
Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənir. Bu qanunda “Xarici dövlət
borcu - Azərbaycan Respublikasının dövlət borcunun tərkib hissəsi olmaqla”, “Azər-
baycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə
bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc” kimi müəyyən edilir [3].
Azərbaycanın indiyədək cəlb etdiyi kreditləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Birbaşa dövlətə verilən kreditlər. Bu kreditlər əsasən beynəlxalq maliyyə-
kredit təşkilatlarından hökumətin iqtisadi islahatları dəstəkləməsi üçün aldığı
kreditlərdir. Məsələn, BVF-dən alınmış Stend-by, STF, ESAF və dirgər reabi-
litasiya kreditləri birbaşa dövlətə verilən kreditlərdir.
2) Dövlət təminatlı borclar. Bu borclara beynəlxalq maliyyə-kredit təşkilatların-
dan investisiya layihələrinin maliyyələşdirilməsi üçün alınmış güzəştli kre-
ditlər. Məsələn, Beynəlxalq İnkişaf Agentliyindən alınmış neft sektoruna
texniki yardım, Bakının su təchizatı, ərazilərin bərpa edilməsi üzrə pilot layihə
və.s. üzrə alınan kreditlər bu təyinatlı kreditlərdir.
3) Kommersiya kreditlər. Bu cür borclara müxtəlif təşkilatlardan investisiya
layihələrinin maliyyələşdirilməsi üçün kommersiya şərtləri ilə alınmış kreditlər


80
F.Qənbərov. Xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsi
aiddir. Bu Yaponiya Eksimbankı, kommersiya banklarının müxtəlif maliyyə
təşkilatlarından aldığı kreditləri misal gətirmək olar.
4) MDB dövlətlərinə olan borclar. Bura Türkmənistana və Özbəkistana olan
borclar aiddir. 
Azərbaycanın xarici dövlət borcunun həcmi 2008-2009-cu illər ərzində 41,0 faiz
artaraq 3,44 mlrd. ABŞ dollarına, adambaşına düşən xarici dövlət borcunun məbləği
isə əksinə, 283,9 ABŞ dollarından 381,3 ABŞ dollarınadək və ya 34,3 faiz artıb. [4.
s. 11, 5] 2010-cu ilin sonuna dövlət xarici borcunun həcmi 3857,3 mln ABŞ dolları,
əhalinin hər nəfərinə düşən xarici borcun həcmi isə 428,7 mln ABŞ dolları təşkil
edib [5]. Adambaşına düşən xarici borcların xüsusi çəkisinə görə Azərbaycan MDB
ölkələri içərisində Özbəkistan istisna olmaqla, digər ölkələrdən xeyli aşağıdadır.
Xarici borcun ÜDM-ə nisbəti 2009-2010-cu illər ərzində 8 faizdən 7,42 faizə düşüb
[6]. 2009-cu il ərzində hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kre-
ditlərin 90,9 faizə yaxını investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı olmuş-
dur. İnvestisiya layihələri üçün götürülən 3094,9 mln. ABŞ dolları məbləğində
kreditin 39,7 faizi elektroenergetikanın, 25,9 faizi yol tikintisi və nəqliyyatın, 3,7
faiz i kənd təsərrüfatının, 4,5 faizi sosial sahənin və 6,1 faizi neft-qaz sektorunun
payına düşür. İqtisadi islahatlar üçün cəlb edilən kreditlərin məbləği 344,9 mln. ABŞ
dolları təşkil edib. Bu məbləğin 266 mln. ABŞ dolları Dünya Bankı, 78,9 mln. ABŞ
dolları isə Beynəlxalq Valyuta Fondunun kreditlərinin payına düşür [5]. Azərbay-
canda xüsusi sektorun cəlb etdiyi dövlət təminatı olmayan kreditlərin məbləği o
qədər də yüksək deyil. Dünya Bankının statistik məlumatına görə, Azərbaycanda bu
tip kreditlərin ümumi xarici borcda xüsusi çəkisi cəmi 12 faiz təşkil edir [6]. Azər-
baycan bankları yaxın iki ildə xarici maliyyə qurumlarına təxminən 3,4 mlrd. ABŞ
dollar kredit borcu ödəyəcəkdir. Müqayisə üçün qeyd edək ki, 2009-cu ilin sonuna
Qazaxıstanın bütün özəl sektorunun ümumi xarici borcu 98 mlrd. ABŞ dollarıdır ki,
bu da ümumi xarici borcun 89,8 faizinə bərabərdir. Rusiyada bu göstərici 65,7 faiz
, Ermənistanda və Gürcüstanda müvafiq olaraq 29,6 faiz və 12,2 faiz təşkil edib [6].

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə