Xülasə Tədqiqatın məqsədi xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsinin tədqiqi


Qrafik: Xarici borc servisini və ÜDM-in dəyişmə templəri arasındakı əlaqə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix04.06.2022
ölçüsü0,49 Mb.
#88736
növüXülasə
1   2   3   4   5   6   7
arastirmax-xarici-borclarin-iqtisadi-thluksizlik-baximindan-qiymtlndirilmsi

Qrafik: Xarici borc servisini və ÜDM-in dəyişmə templəri arasındakı əlaqə
Mənbə: Dünya Bankının saytı- http://databank.worldbank.org/, Azərbaycan Dövlət Statistika
Komitəsinin saytı - http://www.azstat.org/


muşdur. Yəni 1995-ci ildən 2009-cu ilə qədər respublikada adambaşına düşən xarici
borc 504,8 ABŞ dolları və ya təxminən 13 dəfə artmışdır. Bu göstərici üzrə Azər-
baycanın vəziyyəti digər MDB dövlətləri ilə müqayisədə qənaətbəxş sayılır. Belə
ki, 2009-cu ilin sonuna olan məlumata görə, əhalinin hər nəfərinə düşən xarici borc
Qazaxıstanda 24387 ABŞ dolları, Ermənistanda 1600, Gürcüstanda 993 və Rusiyada
780 ABŞ dolları təşkil edib [6].
4. Nəticə
Qeyd edək ki, müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan cəlb edilən xarici
borcların alınması prosesi qədər onların qaytarılmasının da dəqiq planlaşdırılması
mühüm əhəmiyyət kəsb edir. Xarici borclara xidmət göstərilməsi ilə bağlı az olsa
belə, problemin yaranması ölkənin kredit reytinqi üçün təhlükə yarada bilər. Azər-
baycanın hələ ki, bu sahədə yaxın vaxtlarda problemi görünmür. 2012-ci ilin sonuna
Azərbaycan xarici güclü suveren kreditorlardan birinə çevrilə bilər. Bu barədə
beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in məlumatında deyilir. 2011-ci ilin
mayın 17-də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüd-
dətli yerli və xarici valyutada reytinqini “BBB” investisiya səviyyəsində saxlayaraq,
reytinq üzrə proqnozun “Sabit”dən “Pozitiv”ə dəyişdirilməsi barədə qərar qəbul
edib. Digər beynəlxalq maliyyə qurumları da ölkəmizin maliyyə siyasəti barədə belə
müsbət rəydədir. Ancaq buna baxmayaraq, bir sıra problemlər mövcuddur ki, bun-
ların aradan qaldırılması zəruridir. Bütövlükdə, Azərbaycanda xarici borcların idarə
edilməsi prinsipləri təkmilləşdirilməlidir. Korporativ idarəetməyə gedilməli və
“Dövlət borcu haqqında” Qanunda göstərildiyi kimi dövlət zəmanəti ilə alınan
borclar mümkün qədər az olmalıdır. Azərbaycanın hazırda problemli borcları olmasa
da, açıq qalmış borclar var ki, bu borcların bağlanması vacibdir. Maliyyə sahəsində
hüquqi ekspertiza təkmilləşdirilməli və cəlb edilmiş ekspertlər dünya arbitraj
məhkəmələrində mübahisəli borclar probleminə aydınlıq gətirməlidirlər ki, borc mə-
suliyyəti hansı halda dövlətə, hansı halda ayrı-ayrı şirkətlərə məxsusdur.
Əgər iqtisadi artımın maliyyələşdirilməsi xarici mənbələr hesabına həyata keçi-
rilirsə, o zaman gələcəkdə ölkənin maliyyə resursları dünya konyunkturundan asılı
ola bilər. Məhz buna görə də, strateji baxımdan maliyyələşdiriləcək sahələrdə milli
iqtisadi subyektlərin hökmran mövqe tutması üçün xüsusi mühit və şərait yaradıl-
malıdır.
Dünya təcrübəsinə görə xarici borcların belə səviyyəsi o qədər də təhlükəli olmasa
da, ölkəyə kreditlər əvəzinə birbaşa investisiya cəlb edilməsinə üstünlük verilməlidir.
Həm də götürülmüş kreditlərdən daha səmərəli, eyni zamanda, təyinatı üzrə istifadə
olunmasına nail olunmalıdır.
Həmçinin Azərbaycan iqtisadiyyatının neftdən asılı olması gələcəkdə problemlər
yarada bilər. Neft konyunkturdan asılıdır və 2008-ci ilin sonlarından başlayaraq,
84
F.Qənbərov. Xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsi


neftin qiyməti düşməyə başlayıb. Kifayət qədər ciddi hesablamalar aparılmalıdır ki,
neft ehtiyatları tükəndikdən sonra böyük məbləğdə məcburi borclanmaya getməyə
ehtiyac yaranmasın. Digər tərəfindən, borcların böyük bir qismi dövlətə məxsus təbii
inhisarçılar tərəfindən idarə olunur. Gələcəkdə dövlət zəmanəti ilə alınan kreditlər
məhdudlaşdırılmalıdır. 
Qeyd edək ki, xarici borcun idarə edilməsi ölkənin əsas funksiyalarından biridir.
Xarici borcun idarə edilməsi siyasətinin məqsədi xarici maliyyələşdirmə mən-
bələrindən maksimum mənfəətlə istifadə etmək və bu zaman büdcə və tədiyyə ba-
lansı ilə bağlı makroiqtisadi çətinliklərə və problemlərə yol verməməkdir.
Bu zaman əsas məsələlərdən biri xarici borcun idarə edilməsinin kompleks sis-
teminin formalaşdırılmasıdır. Bu sistem xarici kreditləri və borcları izləməyə, borc
vəziyyətinin təhlilini həyata keçirməyə imkan yaratmalıdır. Bu isə bir sıra dövlət
orqanlarının birgə fəaliyyətini nəzərdə tutur.
Xarici borclardan dövlət tənzimləməsinin əsas aləti kimi istifadə etmək dövlətdən
borcların idarə edilməsi üzrə strategiyanın formalaşmasını tələb edir.
Xarici borcların idarə edilməsi aşağıdakıları əhatə edir:

xarici borc üzrə dövlət siyasətinin formalaşması;

dövlətin borclanma səbəblərinin müəyyən edilməsi;

makro və mikro səviyyədə iqtisadiyyata təsir imkanlarının öyrənilməsi.
Xarici borcların idarə edilməsində ən əsas məsələ ölkənin idarə edə biləcək borc
yükünün müəyyən edilməsi və borc qalıqlarının nəzarətdə saxlana bilinməsi və dəqiq
borclanma metodlarının müəyyən edilməsidir. Xarici borcların mənbələri, sektorlar
üzrə bölgüsü, xüsusi sektorun borclanma yükü, cəlb edilmiş xarici borcların səmərəli
istifadə edilməsi, risklərin qiymətləndirilməsi və xarici borc qalığının digər
makroiqtisadi göstəricilərə uyğunluğu xarici borcların idarə edilməsində mühüm
amildir. Xarici borcların idarə edilməsi ümumi maliyyə siyasətinin tərkib hissəsi ol-
maqla tədiyyə balansı, pul-kredit sistemi və valyuta ehtiyatları ilə uyğunluğu daimi
olaraq nəzarətdə saxlanmalıdır. Uzunmüddətli iqtisadi artım ssenariləri ilə xarici
borc stokunda dəyişmələrin proqnozlaşdırılması davamlı olaraq həyata keçirilməli,
hökumət bu sahədəki riskləri dəqiq qiymətləndirməlidir. Burada əsas məsələlərdən
biri ölkədə pul-kredit siyasəti həyata keçirən Mərkəzi Bank və xarici borcların idarə
edilməsi ilə birbaşa məşğul olan Maliyyə Nazirliyi arasında koordinasiyanın güclü
olması və bu sferada səlahiyyətlərin dəqiq müəyyən edilməsidir. Xarici borcları idarə
edilməsində xarici borc statistikasının dəqiq müəyyən edilməsidir. Burada əsas
məsələ mövcud xarici borc yükü və gələcəkdə xarici borcların cəlb edilməsinin
mümkün ehtimallarının müəyyən edilməsi, xarici borcların hansı valyutada alındığı
və gələcəkdə borc servisinin hansı valyutada aparılacağının proqnozlaşdırılması da
əhəmiyyətlidir.
85
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə