Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   75   76   77   78   79   80   81   82   ...   107

- 11 -
etmişdir: «Bir halda ki, siz əksini iddia edirsiniz, onda gələrik, yerindəcə
təhqiqat aparıb müvafiq qərar qəbul edərik».
1918-ci il noyabr ayının 17-də qoşunlar Bakı limanına daxil olduğu
zaman general Tomson limanında İngiltərə, ABŞ, Fransa, İtaliya bayraqları ilə
yanaşı ADR bayrağını gördükdə onu götürməyi əmr etmişdi.
M.Ə.Rəsulzadə xatirələrində yazırdı: «17 noyabrda iki Bakı var idi: -
Kədərli müsəlman Bakısı və xoşbəxt xristian Bakısı». İki gündən sonra
komandanlıq müsəlman əhalisini kədərləndirən belə bir bəyanat verir: «…qalib
Antanta ordusu öz ölkəsinə qayıtmazdan əvvəl ümumi qələbənin qazanılmasına
belə böyük kömək göstərmiş cəsur rus xalqı qarşısında öz borcunu yerinə
yetirəcəkdir, o, Rusiyadan qoparılmış Qafqazı düşmən qüvvələrdən
təmizləyəcək. Onlar elə bu məqsədlə də Ufada təşkil olunmuş rus hökumətinin
razılığı ilə buraya gəldilər.
Yeni Azərbaycan hökumətinin təşkili ilə əlaqədar olaraq general Tomson
dekabrın 28-də bəyanat verdi.
Xoyski hökumətinin general Tomson tərəfindən Azərbaycanda yeganə
qanuni hakimiyət kimi tanınması «vahid və bölünməz Rusiya» bayrağı altında
çıxış edən qüvvələrə bir qədər ayıldıcı təsir göstərsə də onların Azərbaycan
hökumətini devirmək fikrindən daşındırmadı. 1919-cu il yanvar ayının
əvvəllərində «Qafqaz-Kaspi» hökuməti deyilən bir oyuncaq qurum yaratdılar.
1919-cu ilin yanvar ayının 22-də Bakıya gəlmiş Zaqafqaziyadakı müttəfiq
qanunlarının baş komandanı Milton Nazirlər Şurasının sədri F.X.Xoyski ilə
görüşündə bildirdi ki, Azərbaycan hökumətini leqal hakimiyyət kimi qəbul edir
və Zaqafqaziya dövlətlərinin daxili işlərinə qarışmır.
Miltonun bu bəyanatı L.Biçeraxov «hökuməti»nin taleyini faktiki olaraq
həll etmiş oldu.
Azərbaycan hökuməti müttəfiq komandanlığına fevralın 28-də nota
təqdim etdi.


- 12 -
Bakıda asayişin bərqərar edilməsinə maneçilik törədən Biçeraxovun
qoşunları şəhərdən çıxarılsın və erməni silahlı birləşmələri tərk-silah edilsin. Bu
tələbdən sonra 24 saat ərzində Biçeraxovun qoşunları Bakıdan çıxarıldı. Erməni
dəstələri isə tərk-silah olundu.
Azərbaycan hökumətinin mövqeyi möhkəmləndikdən sonra general
Tomsonun tutduğu Bakı general-qubernatorluğu vəzifəsi ləğv olundu.
Tomsonun noyabr bəyannaməsinə əsasən Azərbaycan hökumətinə Bakıda
ordu saxlamaq qadağan edilmişdi.
Buna görə də 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək
respublikanın hərbi nazirliyi Gəncədə fəaliyyət göstərməli oldu.
1919-cu ilin aprelində Azərbaycan qoşunları təntənəli surətdə Bakıya
daxil oldular. 1919-cu il aprelin 14-də parlamentdə yeni yaradılmış hökumət
barədə məlumat verildi. Çünki mart ayında hökumət böhranı nəticəsində
F.X.Xoyski kabineti istefa vermişdir.
Parlament üzvləri qarşısında çıxış edən N.Yusifbəyov bəyannaməsini elan
etli. İstiqlal prinsipini xüsusi qeyd edən baş nazir onun kabinetinin həll etməli
olduğu əsas məsələləri təhlil etdi. Bu məsələlərin başlıcası Azərbaycanın ərazi
bütövlüyü idi.
Xarici siyasət sahəsində Dağlılar Respublikasının müdafiə olunması və
Denikinə qarşı mübarizədə ittifaq yaratmaq qərara alındı.
1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi, maliyyə və  ərazi
mübahisələrini həll etmək üçün Zaqafqaziya dövlətlərinin konfransı açıldı.
Konfransın işində xarici işlər naziri M.Cəfərov, parlament üzvləri F.Xoyski və
Xəlil bəy Xasməmmədov iştirak edirdilər. Konfrans hər üç respublikaların ilk
növbədə ərazi məsələlərinin həll edilməsinə toxunurdu. Bu məsələni ilk növbədə
Ermənistan tələb edirdi.
Denikin Ordusunun Dağıstan və Gürcüstan üzərinə hücumunun
başlanması ilə  əlaqədar konfransın işi yarımçıq qaldı. Denikin qoşunlarının
Petrovski (Mahaçqala) və Dərbəndi işğal etməsi Azərbaycanın müstəqilliyi üçün


- 13 -
real təhlükə yaratmış oldu. 1919-cu il may ayının 26-da parlament iclasında
Azərbaycan üçün təhlükə törədən Denikin Ordusunun hərəkətləri barədə
Musavat fraksiyasının hökumətə sorğusu müzakirə edildi. Başqa fraksiyalardan
olan deputatlar musavatı müdafiə etdilər və Azərbaycan Demokratik
Partiyasının istiqlaliyyətini qorumaq üçün hazır olduqlarını bildirdilər.
Parlament hökumətinin tədbirlərini bəyəndi və ona tam yardım edəcəyinə
söz verdi. 1919-cu ilin iyun ayının 19-da dövlət müdafiə komitəsi Azərbaycanın
bütün ərazisində hərbi vəziyyət elan etdi. Sərhədləri möhkəmləndirmək üçün
parlament 1919-cu il iyulun 27-də Azərbaycanla Gürcüstan arasında
respublikaların hüquqlarını və  ərazi bütövlüklərini birgə müdafiə etmək üçün
bağlanmış müqaviləni bir səslə qəbul və təsdiq etdi.
Zaqafqaziya respublikalarının birgə mübarizəsi işinə daşnak Ermənistanı
böyük ziyan verdi. O, müqaviləni imzalamır, əksinə regionda Denikinin işğalına
kömək edirdi. Türkmənçay müqaviləsinin 8-ci bəndini bəhanə edən Denikin
Azərbaycan donanmasının milli dövlət bayrağı altında Xəzər dənizində
üzməsinin qarşısını almağa cəhd etdi. Azərbaycanın xarici işlər naziri
M.Y.Cəfərov Denikinə göndərdiyi notada bu əsassız tələbi rədd etdi. Notada
deyilirdi: «1828-ci il Türkmənçay müqaviləsi Rusiya ilə  İran arasında
bağlanmışdı və Azərbaycan üçün heç bir qüvvəyə malik deyildir. Nəzərinizə
çatdırmağı lazım bilirəm ki, Azərbaycan donanması indiyə qədər olduğu kimi
bundan sonra da öz milli bayrağı altında üzəcəkdir».
Azərbaycan xalqı istiqlaliyyətinin birinci ildönümünü belə həyəcanlı bir
şəraitdə faktiki olaraq Denikinlə mübarizə vəziyyətində qarşılamalı olduq.
İstiqlal günü 1919-cu il may ayının 28-də Paris sülh konfransındakı
Azərbaycanın nümayəndə heyətinə ABŞ prezidenti Vidro Vilson qəbul etdi.
Vilsona təqdim olunmuş memorandumda Azərbaycan Respublikasının yaranma
tarixi və bir ildə keçdiyi inkişaf yolundan bəhs edilirdi. Həmin vəzifələr:
– Azərbaycanın istiqlaliyyətinin tanınması;
– Azərbaycanın millətlər cəmiyyətinə daxil olması;


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə