Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   83   84   85   86   87   88   89   90   ...   107

- 2 -
Faktlar gizlədilmiş Vətən oğullarının ünvanına təhqirlər yağdırılmışdı. Nəticədə
bu günkü Azərbaycan oxucusu rəsmi tarix ədəbiyyatı  əsasında 1918-1920-ci
illərdə baş vermiş gedişat haqqında obyektiv məlumat almaq imkanından
məhrum edilmişdir. 70 il millətin yaddaşı dəmir seyflərdə məhbəsdə saxlanıb
xalqdan gizlədilmişdi.
Yüzillik müstəmləkə zülmünün acısını dadmış Azərbaycan xalqı fevral
burcua-demokratik (1917) inqilabını imperiyanın bütün demokratik qüvvələri
kimi sevinclə qarşıladı. Qafqaz sərdarının Tiflisdəki sarayında toplanmış milli
şuranın 28 may tarixli iclasında Azərbaycanın müstəqilliyi haqqında istiqlal
bəyannaməsi elan edildi. Beləliklə, Azərbaycanın şimal hissəsində milli dövlətin
bərpa edildiyi, burada islam və türk dünyasında ilk demokratik idarə üsulunun
bərqərar olunduğu və Azərbaycan türklərinin də öz müqəddəratını özlərini təyin
etmək istəkləri dünyaya bildirildi.
90 illik çar əsarətindən sonra bütün müsəlman şərqində ilk demokratik
respublikası olan Azərbaycanın istiqlal ömrü 23 ay çəkdi. Bu dövr onun həyat
qabiliyyətini nümayiş etdirdi. «Azərbaycan Demokratik Respublikasının
süqutuna daxili faktlar yox, məhz xarici müdaxilə səbəb oldu, qısa ömründə gah
çar generalı Denikin, gah Qarabağ iddiasında olan daşnaklar, gah da XI ordu
tərəfindən təhdid edildi».
1
Yenə də qısa ömrünə baxmayaraq, bu respublikanın yaranışı
Azərbaycanın tarixinə  şanlı səhifələr yazdı, xalqın milli şüurunun oyanışına
güclü təkan verdi. Bu gün Azərbaycan xalqı öz milli oyanışının ikinci dövrünü
yaşayır.
İqtisadi həyat sahəsində diqqəti cəlb edən hadisələr içərisində xarici
kapitalın Azərbaycana axınının təşkil edilməsi oldu. Böyük Britaniyanın «Britiş
Petrolunun», ABŞ-ın «Amoko», «Penzoyl-Remko» kimi iri şirkətləri ilə
qarşılıqlı əlaqələrin qurulması müsbət hal kimi qeyd edilməlidir.
Müstəqilliyin ilk ilində keçmiş sovet respublikaları ilə iqtisadi əlaqələrin
qırılmasına doğru gedən sürətli proses əhalinin həyat səviyyəsinin aşağı
düşməsinə gətirib çıxardı. Bu isə sosial sahədə  əsaslı təcili tədbirlərin həyata


- 3 -
keçirilməsi zəruriliyini irəli sürdü. Azərbaycan Respublikası milli məclisinin
«Qiymətlərin və tariflərin liberallaşdırılması ilə  əlaqədar əhalinin sosial
müdafiəsi sahəsində ümdə tədbirlər haqqında 1991-ci il 31 dekabr tarixli qərarı
lazımınca qiymətləndirilməlidir».
Lakin bu illərdə öz milli müstəqilliyini yenicə qazanan Azərbaycan
tarixin son dərəcə sərt sınaqları ilə üzləşdi. Keçid dövrünün obyektiv iqtisadi-
siyasi çətinlikləri ilə yanaşı, bir sıra aparıcı dünya dövlətlətinin regionda
geosiyasi maraqları, güdülən strateci niyyətlər son illər Azərbaycanda gedən
proseslərə təsirsiz qalmamışdır. Siyasi sahədə həyata keçirilən tədbirlər xüsusilə
qeyd edilməlidir. Bu sahədə atılan addımlar cəmiyyətdə fikir müxtəlifliyinin,
azadlığın və demokratiyanın bərqərar olmasına kömək edəcəkdir. Azərbaycan
Respublikası milli məclisində «Siyasi partiyalar haqqında», «Dini etiqad
azadlığı haqqında», «Mətbuat və kütləvi informasiya vasitələri haqqında»,
«İctimai birliklər haqqında» qanunların və «Vətəndaşlıq hüquqları və siyasi
hüquqlar haqqında beynəlxalq pakta qoşulmaq haqqında» qərar qəbul edilməsi
Azərbaycan Cəmiyyətinin tədricən demokratikləşdiyini göstərir. Seçki haqqında
qanunun qəbul edilməsi də müsbət əhəmiyyət daşıyır. Bu qanunlar içərisində
1992-ci il 3 iyunda qəbul edilən «Siyasi partiyalar haqqında» qanundan istifadə
edərək cəmiyyətdə qarışıqlıq yaratmaq və Azərbaycanı parçalamaq istəyən
millətçi yönümlü partiyalar yaradılması cəhdləri normal hesab edilə bilməz.
Ərazisi Ermənistanın təcavüzünə məruz qalan Azərbaycan dövlətinin
hərbi sahədə tədbirlər görməsi və müvafiq sənədlər qəbul etməsi başa
düşülməlidir. Bu sahədə görülən bəzi tədbirlərin sadalanması çox şey deyir.
1991-ci il noyabrın 28-də «Azərbaycan Respublikasının dövlət sərhəddi
haqqında», dekabrın 25-də Milli Məclis «Ümumi əsgəri vəzifə haqqında»
qanunlar qəbul etdi. Milli məclisin 27 oktyabrda keçirilən iclasında hər il
noyabrın 9-nun Azərbaycan ordusunun günü kimi bayram edilməsi haqqında
qərar qəbul olundu.
Müstəqilliyimizin möhkəmləndirilməsinə yönələn qanun və qərarlar
1993-1994-cü illərdə də qəbul edildi və onların həyata keçirilməsi üçün praktik


- 4 -
addımlar atıldı. Bir tərəfdən torpaqlarımızın Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı, digər tərəfdən isə daxildə gedən xalqın və dövlətin mənafeyinə
zidd fəaliyyəti uzunmüddətli hakimiyyət böhranına səbəb olmuş, ölkədə onsuz
da ağır olan ictimai-siyasi durumu daha da gərginləşdirmişdir. Bütün bu müddət
ərzində belə böhranlı vəziyyətdə daim maraqlı olan antiazərbaycan daxili və
xarici qüvvələr müxtəlif planlar və təxribatlarla xalqımızın tarixi haqqı olan
milli azadlığına, dövlət müstəqilliyinə mane olmağa çalışmışlar. Lakin iftixarla
qeyd olunmalıdır ki, xalqımız ən çətin tarixi sınaq anlarında müdriklik və
uzaqgörənlik nümayiş etdirərək öz haqq sözünü deyə bilmişdir. Belə tarixi
məqamlardan biri də 1993-cü ildə ölkənin real parçalanma və məhvolma
təhlükəsi qarşısında qaldığı bir vaxtda böyük dövlət xadimi və müdrik siyasətçi
Heydər Əliyevin xalqın yekdil rəyi ilə hakimiyyətə qayıdışı idi. 1993-cü ilin
yayından etibarən Azərbaycan milli dövlət quruculuğu, demokratik islahatlar və
dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi mərhələsinə qədəm qoydu.
Səriştəli daxili-xarici siyasət xətti, dönməz və ardıcıl milli müstəqillik kursu,
ictimai-siyasi həyatda beynəlxalq standartlara uyğun demokratik islahatlar
aparılması gənc Azərbaycan Respublikasının dünya birliyində mövqelərinin
möhkəmlənməsinə, dünya dövlətlərinin ölkəmizə inam və etimadının
qaytarılmasına önəmli təsir göstərdi.
Qarabağ münaqişəsinin sülh və siyasi danışıqlar yolu ilə aradan
qaldırılması, zəbt edilmiş torpaqlarımızın azad olunması yönündə fəal xarici
siyasət  yeridilmiş, cəbhə bölgələrində uzunmüddətli atəşkəsə nail olunmuş,
1994-cü ilin dekabrında Budapeşt zirvə görüşündə münaqişənin siyasi yolla həlli
üçün ATƏT-in çoxmillətli beynəlxalq sülhü mühafizə qüvvələrinin yaradılması
haqqında mühüm qərar qəbul edilmişdir.
Son illər ölkə həyatının demokratikləşməsi, hüquq dövlət quruculuğu
istiqamətində inamlı addımlar atılmışdır. Bazar iqtisadiyyatına keçid sahəsində
mühüm qanunlar qəbul edilmiş, müstəqil Azərbaycan Respublikasının ilk
demokratik Konstitusiyasının qəbul edilməsi seçki qanununun hazırlanması
sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə