Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   81   82   83   84   85   86   87   88   ...   107

13
Qarabağ qəzaları yaradılsın: ümumi məsələlərin həlli və bütün Qarabağa ümumi
rəhbərlik etmək üçün quberniya icraiyyə komitələri hüququnda vilayət partiya
və sovet orqanları təşkil edilsin.
1923-cü il iyul ayının 7-də Azərbaycan SSR MİK «Dağlıq Qarabağ
Muxtar Vilayətinin təşkili haqqında» dekret Verdi. Dekretdə deyilirdi: «Hansı
formada təzahür edir etsin, Milli zülmün və Milli bərabərsizliyin aradan
qaldırılması, Milli düşmənçiliyin və nifrətin zəhmətkeşlərin beynəlmiləl
həmrəyliyi ilə vahid ittifaq dövlətində xalqların qardaşcasına əməkdaşlığı ilə
əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas
vəzifələrindən biridir».
Bu vəzifəni yerinə yeirmək üçün Azərbaycan Sovetlərinin Mərkəzi
İcraiyyə Komitəsi qərara aldı:
1. Dağlıq Qarabağ ermənilər yaşayan hissəsində Xankəndi mərkəz
olmaqla, Az SSR-in tərkib hissəsi kimi muxtar vilayət təşkil edilsin.
2. Muxtar Vilayəti idarəetmə orqanları Vilayət İcraiyyə Komitəsi yerli
sovetlərdir.
Beləliklə, 1923-cü il iyul ayının 7-də Azərbaycan MİK-in denziti ilə
Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayayəti yaradıldığı
elan edildi.
Bu «Xəyanətkar səxavətlilik» Azərbaycan millətinin mənafeyinə, Vətənin
gələcəyinə cili, ağır ziyan vuran bağışlanmaz cinayət idi.
1920-ci illərdə gündəlikdə duran çox vacib məsələlərdən biri də
Naxçıvanın statusu məsələsi idi. Naxçıvan məsələsinin Azərbaycan xeyrinə həll
edilməsində Türkiyənin böyük rlu oldu. 1924-cü il fevral ayının 29-da
Azərbaycanın tərkibində Naxçıvan MSSR yaradıldı. Beləliklə, Azərbaycan
elinin əzəli və  əbədi torpağı olan qədim Naxçıvanın muxtar respublika kimi
Aərbaycanın tərkibində qalması təmin olundu.


14
Naxçıvan muxtariyyətinin yaradılması diyarın özünəməxsus coğrafi
mövqeyi ilə də bağlı idi. O, Şimal və  Şərqdən Ermənistanla, Cənub və Cənubi
Qərbdən İran və Türkiyəilə həmsərhəddir.
Naxçıvanın Azərbaycanın himayəsi altında müxtar ərazis statusu SRFMR
iştirakı ilə, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci il
13 oktyabrında Qarsda bağlanmış 20 maddədən ibarət dostluq müqaviləsində
təsbit edildi.
***
20-ci illərin sonu 30-cu illərin əvvəllərində sosial-iqtisadi inkişafın
obyektiv gedişi bu problemi gündəlik məsələ kimi qarşıya qoymuşdu.
Xırda, fərdi kəndli təsərrüfatı, əmək məhsuldarlığının aşağı səviyyəsi
primitiv əl əməyinin mövcudluğuna əsaslanan təsərrüfat ümumi iqtisadi
inkişafın mne olurdu. Ölkənin vəziyyəti təsərrüfatın bütün sahələrinin əlaqəli
inkişafını tələb edirdi. Azərbaycanda da xalq təsərrüfatının bütün sahələrinin
sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Sənayeləşdirmə,
kollektivləşdirilmə, mədəni quruculuq, idarəçilikdə sərt mərkəzləşmə
kommunist partiyasının ağalığının bərqərar edilməsi yendənqurmanın başlıca
istiqamətləri idi.
Sənayeləşmə  əməli olaraq 1925-ci ilin dekabrında ərəli sürüldü.
Azərbaycandakı sənayeləşdirmənin Rusiyadakından fərqi o idi ki, əgər Rusiyada
maşıqayırmaya, ağır və hərbi sənayeyə ümtünlük verirdisə, Azərbaycanda neft
sənayesi və elektrik enercisi istehsalı xüsusi yer tuturdu.
Azərbyacnda 20-ci illərdə yüngül sənaye müəsisələrinin və ilkin xammal
emalı müəssisələrinin yaradılması sənayeləşmənin tərkib hissəsindən biri idi.
Azərbaycanda sənayelədirmə illərində-Bakıda neftmaşınqayırma
zavodları, Gəncə, Ucar, Yevlax pambıqtəmizləmə zavodları, Lənkəranda,
Ordubaddda konserv zavodları tikildi. SSRİ-nin neft istehsalı üzrə dünyada
ikinci yerə çıxasında Bakı neftçilərinin çox mühüm rolu oldu. 1937-ci ildə
SSRİ-də istehsal olunan neftin 76 faizini Azərbaycan verirdi. Bu dövrdə SSRİ-


15
nin yeganə duru-yanacaq neft bazası olan Bakı Sovet sənayeləşirilməsində
mühüm yer tuturdu. SSRİ-də ilk  elektrikləşdirilmiş dəmir yolu 1926-cı ildə
Bakıda-şəhərlə neft zavodları arasında salınmışdır.
Kənd təsərrüfatının sosialistcəsinə yenidən qurulması – kollektivləşdirmə
Azərbaycanın 20-30-cu illər tarixinin ən dəhşətli səhifələrindəndir.
Azərbaycanda ilk kollektiv təsərrüfatlar hələ erkən 1920-ci ilin yayından
yaradılmağa başlanmışdı.
Azərbaycanda kollektivləşməni 1933-cü ildən nəzərdə tuturdusa, ancaq
rəhbərlik elliklə kollektivləşməni 1930-cu ilin yayına kimi başa çatdırmağı
qərara aldı. 1928-ci ildə taxıl məhsullarının azalması təhlükəli vəziyyət yaratdı,
ölkənin iqtisadi vəziyyətinin pisləşməsinə səbəb oldu, şəhərdə və kənddə sosial
vəziyyət daha da pisləşdi.
1929-cu ilin yazında taxıl tədarükü ilə bağlı axtarışlar başlandı, həbslər,
məhkumlar həcddini açdı. Kollektivləşmədə ağırlarımız və düşünülməmiş artım
surəti götürülmüşdü. Ölkənin vilayətləri və regionları tam kollektivləşməni daha
tez həyata keçirməyi uğrunda yarışa girişmişdi.
1929-cu ilin payızında qolçomaq ailələrinin kolxozlara daxil edilməsinin
qadağan edilməsi kənddə vəziyyəti xeyli kəskinləşdirdi. Qoçomaqlara qarşı bu
siyasət bəzi hallarda ortabablara da şamil edilirdi. 1929-cu ili 27 dekabrda
qoçomaqların bir sinif kimi qəğvi siyasətinə keçi delan etdi.
1931-ci ilin sentyabrında qolçomaq təsərrüfatının ləğvinin yeni geniş
mərhələsi başladı. 1932-ci ilin martına qədər bu prossesdə xeyli represiyaya yol
verildi. Hədsiz dərəcədə ailələr sürgün edilirdi.
Bütün ölkədə olduğu kimi Azərbaycanda da kollektivləşmədə ciddi, çox
kobud səhvlərə yol verilmiş və qoçomaqlara qarşı daha çox qəddarlıq  edilmişdi.
1930-cu ilin fevralında hələ Azərbaycan K(b)P MK fərdi təsərrüfatlardan
75 min baş iş heyvanı 100 min baş qaramal, 250 min baş qoyun və keçi
ictimailəşdirilmişdi. Bu isə o qədər ədalətsizcəsinə ararılırdı ki, az vaxt ərzində
çox böyük narazılığa səbəb oldu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə