Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   80   81   82   83   84   85   86   87   ...   107

10
Sovet hakimiyyəti Azərbaycanın ərazisində bütün xalqların sosial və mill
azadlığını elan etdi. Azərbaycan ərazisinə, əsasən müxtəlif vaxtlarda köçürülmüş
ermənilər ölkədəki Milli azlıqlar arasında faiz hesabilə çoxluq təşkil edirdi.
Sovet Azərbaycanının hökuməti Qarabağda, onun dağlıq hissəsində
sosial-iqtisadi vəziyyətə xüsusi diqqət yetiridi.
Ermənistanın daşnak təcəvvüzkarlığının azğınlığın regiondan «ərazi
mübahisələrini» özlərinin qərəzli mənafeləri üçün hiyləgərliklə istifadə edən
həm qərb imperalistlərinin, həm də Moskva siyasətçilərinin ikili siyasəti ilə izah
etmək olar.
1920-ci il avqustun 10-da Yervanda RSFSR ilə daşnak hökuməti arasında
bağlanmış müqaviləyə  əsasən Sovet Rusiyası Ermənistanın istiqlaliyyətini və
müstəqilliyini tanıdı. Müqavildə Qarabağ, Zəngəzur və Naxçıvan «mübahisəli
vilayətlər» elan olunur və göstərilirdi ki, «sovet qoşunlarının mübahisəli
əraziləri tutması ilə Ermənistan respublikasının və ya Azərbaycan SSR-in həmin
ərazilərə hüquqları haqqında məsələləri başdan həll edilmişdir».
Beləliklə, Qarabağ və Zəngəzur müxtəlif partiya qüvvələri və siyasi
qüvvələr arasında mübarizə meydanına çevridi ki, bu da ilk növbədə bir-biri ilə
iqtisadi tellərlə bağlı olan erməni və azərbaycanlı  əhalinin həyatı mənafelərinə
zidd idi.
Azərbaycan ərazisinin daşnak quldarlarından və  İrəvan emissarlarından
təmizlənməsi ilə Qarabağın ermənilər və azərbaycanlılar yaşayan hissələrinin
siyasi və iqtisadi vahidliyə çevrilməsi prosesi baş Verdi.
Zaqafqaziyada sovet hakimiyyəti qurulduqdan sonra üç sovet
respublikasının ərazi məsələləri ilə yaxından məşğul olmaq mümkün oldu. 1921-
ci ilin may ayında RK(b) MK Qafqaz bürosu Zaqafqaziya respublikaları
arasında sərhədləri müəyyənləşdirmək üçün S.M.Kirovun sədrliyi ilə bu
respublikaların nümayəndələrindən ibarət komissiya yaratmağı qərara aldı.
1921-cii ilin iyununda, ərazi məsələlərinin yüksək səviyyədə müzakirəsi
ərəfəsində daşnaklar Ermənistan və Azərbaycanın bir sıra sərhədyanı


11
rayonlarında, xüsusən Zəngəzurda, Qarabağın dağlıq hissəsində qiyam təşkil
edərək «qərbi Ermənistan» qaçqınlarını da ona cəlb etdilər. Erməni qoşunları
«Yaşasın Ermənistanın ayılmaz hissəsi olan Sovet Zəngəzuru!» Şüarı ilə guya
Sovet hakimiyyətini möhkəmləndirmək uğrunda mübarizə adı altında
Zəngəzurun içərilərinə soxularaq çoxlu kəndi ələ keçirdilər. Bu təcəvüzkar
əməllər nəticəsində Qarabağın dağlıq hissəsində çox ağır vəziyyət yaranmışdır.
1921-ci martın 7-də Azərbaycan İnqilab Komitəsinin plenumunda
N.Nərimanov o vaxt Qarabağ məsələsini Azərbaycan İnqilab Komitəsində
aşağıdakı qaydada həll etməyi təşkil etdi: – «Azərbaycan İnqilab Komitəsi bu
cəbhəni ləğv etməyi zəruri sayır və hərbi komissarlığa əmr verilir ki, bu
istiqamətdə tədbirlər görsün.
1921-ci  il iyunun 25-27-də Tiflisdə komissiyasının iclası keçirildi. İlk
iclasda Ermənistanın nümayəndəsi Benzadyan «Zaqafqaziyanın inzibati
bölgüsünün» ədalətsiz olduğunu vurğuladı.
Azərbaycan və Gürcüstan nümayəndələri hər hansı  ərazi güzəştlərinin
yolverilməz olması barədə əks təklifdə çıxış etdilər. S.M.Kirov onları dəstəklədi.
1921-ci il iyulun 4-də RK(b) MK Qafqaz bürosu plenumunun iclasında
Qafqaz məsələsi müzakirə olunarkən plenum qərara aldı: «Dağlıq Qarabağ
Ermənistan SSR-in tərkibinə daxil edilsin rəy sorğusu yalnız Dağlıq Qarabağda
keçirilsin». Belə olan halda N.Nərimanov bəyanatla çıxış etdi: «Qarabağ
məsələsi Azərbaycanın mühüm məsələsi olduğuna görə, onun qəti həllini RKP
MK-ya çıxarılmasını zəruri sayıram».
Qafqaz bürosunun plenumu bəyanatı nəzərə alaraq yeni qərar qəbul etdi.
N.Nərimanovun möhkəm prinsipial mövqeyi həlledici rol oynamışdır.
1921-ci il iyulun 19-da Azərbaycan MİK-nin Rəyasət heyəti
N.Nərimanovun Tiflisə səfəri haqqında məruzəsini dinlədi. O, Azərbaycan
MİK-ə təklif etdiki, əhaliyə geniş məlumat versinlər: «Dağlıq Qarabağ Sovet
Konstitusi yası çərçivəsində başda icraiyyə komitəsi olmaqla, daxili özünüidarə
hüququ verilməklə Sovet Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır».


12
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar
Azərbaycan heç də hər yerində və ictimaiyyətin nümayəndələrinin hamısı
tərəfindən razılıqla qarşılanmadı.
1921-ci il avqustun 8-də AK(b)P MK-nın Siyasi təşkilat bürosu
Ə.H.Qarayevi Qarabağ üzrə fövqəladə müvəkkil təsdiq etdi. Sentyabrın 26-da
isə səs çoxluğu qərara alında: «Qafqaz bürosundan xahiş edilsin ki, Dağlıq
Qarabağa müxtariyyət verilməsi haqqında qərarına yenidən baxsın! Həmin
vaxtadək muxtariyyət elan edilməsin.
Ona görə də Qarabğ məsələsinə dair yeni materialları cəlb etməklə
məsələni bundan sonra da öyrənmək üçün Ə.H.Qarayev, S.M.Əfəndiyev və
D.X.Bünyadzadədən ibarət xüsusi komissiya yaratmaq qərara alındı.
Komissiyanın uzun müddət işləməsindən və Dağlıq Qarabağın vəziyyəti
haqqında müxtəlif məsələlərin dəfələrlə müzakirəsindən sonra, 1922-ci il
oktyabr ayının 30-daAK (b)P MK-nın Rəyasət heyəti Qarabağın muxtariyyəti
haqqında məsələnin işlənib hazırlanması üzrə komissiyanın
S.A.Ağamalıoğlunun sədrliyi ilə tərkibini təsdiq etdi.
Dağlıq Qarabağın muxtariyyəti haqqında məsələ 1922-ci ilin noyabrında
AK(b)P MK-nın və Bakı Komitəsinin plenumunda məsul işçilərin iştirakı ilə
müzakirə olundu. Daha sonra Qarabağ haqqında məsələ 1922-ci il dekabrın
əvvəlində RK(b)P Zaqafqaziya Ölkə Komitəsində müzakirə edildi.
1922-ci il dekabrın ayının 15-də AK(b)P MK-nın Rəyasət heyəti və Xalq
Komissarları Soveti Dağlıq Qarabağ haqqında Azərbaycan MİK və XKS-nin
qərar layihəsini təsdiq etdi.
Qarabağ probleminin iqtisadi, sosial-siyasi və mədəni cəhətlərinə
mürəkkəbləyini nəzərə alaraq Dağlıq Qarabağ Muxtar vilayəti yaradılması
məsələsinin qəti həlliin 1923-cü ilin yayındakı uzanması təsadüfi deyildi. 1923-
cü ilin may ayında Qarabağ məsələsinin həllinə dair aşağıdakı təkliflərdən ibarət
layihə irəli sürüldü: Dörd qəza ləğv edilib iki inzibati vahid – Şuşa mərkəz
olmaqla Kürdüstanla birlikdə Dağlıq Qarabağ və Ağdam mərkəz olmaqla Düzən


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə