Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   78   79   80   81   82   83   84   85   ...   107

4
Azərbaycan iqtisadi baxımdan əsasən geridə qalmış kəndli ölkəsi idi.
Azərbaycan əhalisinin təqribən yarıdan çoxunu kəndlilər təşkil edirdi. Ölkə
əhalisinin 90 faizi savadsız idi. Xüsusən kənddə mədəni həyat səviyyəsi aşağı
idi.
Azərbaycanın Milli, etnik qurupları özlərinin tarixi keçmişinə, dilinə və
dini etiqadına, məişətinə və adətlərinə, mədəni və siyasi inkişaf dərəcəsinə görə
bir-birindən xeyli fərqlənirdilər.
Belə bir şəraitdə sovet hakimiyyəti özünün iqtisadi siyasətini həyata
keçirməyə başladı. Azərbaycan kəndliləri tam müflislik həddində olduqlarına
görə RSFSR tərəfindən kömək xüsusilə zəruri idi. Gənc respulikanın vəziyyətini
yüngülləşdirmək məqsədilə ona yardım göstərmək üçün bir sıra tədbirlər
görüldü. İlk növbədə Azərbaycan kəndlilərinə ehtiyatla yanaşmaq nəzərdə
tutulurdu və Azərbaycanda ərzaq siyasəti bir qədər yumşaldıldı.
Hökumət ciddi surədə xəbərdarlıq etmişdi ki, Azərbaycan əhalisi arasında
adi hal sayılan, muzdlu əməkdən istifadə etmədən öz iş qüvvəsi hesabına
saxladıqları geniş təsərrüfata malik olan böyük ailələri qolçomaqlar sırasına aid
etməsinlər. Lənkəran və Quba qərarlarından başqa, Azərbaycanın bütün
ərazisində hər cür taxıl tədarükü dayandırılmışdır.
Azərbaycanın özünəməxsus şəraiti nəzərə alınmaqla burada iqtisadi
siyasətin, o cümlədən ərzaq siyasətinin həyata keçirilməsi rəsmi iadərəlr və
ictimaiyyət tərfindən geniş müzakirə olunurdu.
Sovet Rusiyasından fərqli olaraq, sovet Azərbaycanında proletariatla
yoxsul kəndlilərin ittifaqını mhkəmləndirmək və inkişaf etdirmək üçün torpaq
məsələsinin düzgün qoyulamsı və tənzimlənməsi birinci dərəcəli əhəmiyyət kəsb
edirdi. Ərzaq məsələsinin həlli də əsasən bundan asılı idi.
Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini həyata
keçiərkən, onun konkret sosial-siyasi şəraitini və ehtiyaclarını nəzərə alsa da, bu
zamani lk növbədə mərkəzin ümumi maraqlarını  əsas götüür, Azərbaycan


5
iqtisadiyyatının vaxtı çatmış bütün məsələlərini Sovet Rusiyasının siyasətindən
asılı olaraq həll edirdi.
Azərbaycan SSR-in elan edilməsi qonşu ölkə və xalqların inqilabi, liberal-
demokratik, ictimai-siyasi təşkilatlar tərəfindən birmənalı qarşılanmadı. Yaxın
və Oria Şərqin sərhəddində sovet respublikasının yaranmasına Qərb
dövlətlərinin paytaxtlarında düşmənçilik bəslənilir, imperialist dairələri ciddi
narahatlıq keçirir və bu mühüm strateci regionda «sovethakimiyyətinin»
möhkəmlənməsinə hər vəclə Mane olmağa çalışırdılar. Qərb imperialistləri
həmişə olduğu kimi, indi də bu məqsədlə daşnak Ermənistanından istifadə
edərək onu sovet Azərbaycana qarşı müharibəyə təhrik etdilər.
Sovet hakimiyyətinin elə lik günlərindən etibarən nizami daşnak hissələri
Qazax qəzasında, Qarabağda, Zəngəzurda peyda oldular.
1920-ci il aprelin 28-də isə menşevik Gürcüstanın qoşunları Ağstafaya
doğru irəlilədilər və  Şıxlı kəndini atəşə tutmağa başladılar. Gürcüstanda
azərbaycanlılara qarşı təqiblər başlandı. Azərbaycan SSR hökuməti daşak
Ermənistan və menşevik Gürcüstanıa münasibətdə sülh siyasəti yeridirdi. Buna
məhəl qoymayan daşnak agentləri Gəncə qəzasında erməniləri və müsəlmanları
qanlı qırğına təhrik etməyə çalışırdılar. İmperialistlər sınaqdan çıxdıqları fitnə-
fəsad və ayrı-ayrı xalqları bir-birinə qarşı qaldırmaq sitemini Qafqaza tətbiq
etməyə çalıırdılar. Bu məqsədlə Qərb dövlətləri özlərinin agentlərini-erməni
daşnaklarını silahlandırır və lazım olan hər şeylə təchiz edirdilər.
RSFSR Xalq xarici İşlər Komissarlığı və daşnak Ermənistanı
nümayəndələri arasında danışıqlar zamanı Azərbaycanın bəzi ərazilərinin
mübahisəli elan edilməsi də  əhalinin Əhval-ruhiyyəsinin Sovet hakimiyyəti
əleyhinə dəyişməsində müəyyən rol oynamışdı. Qızıl ordu hissələrinin
bəzilərinin-nümayəndələrinin yerlərdə özlərini çox vaxt işğalçı kimi aparmalvrı
da əhalidə sovet hakimiyyətinə qarşı məyusluq doğururdu. Xalq kütləvi ərzaq və
malların zorla müsadirəsindən, Qızıl ordu komandanlığı xüsusi şöbəsi


6
nümayəndələrinin özbaşnalığından hiddətləndiyini bildirdi. Fanatiklər qırğın
antisovet fəaliyyətə başlayaraq əhalini silahlı çıxışlara səsləyirdilər.
Üsyançıların təşəbbüsçüləri Gəncədəki Milli qüvvələr oldu. Onlar may
ayının 25-də sovet hakimiyyətinə və qızıl ordu nümayəndələri ilə  əvəz olunması
ona gətirib çıxardı ki, 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-a keçən
gecə üsyan qaldırdı və  şəhərin müsəlman  yaşayan hissəsini tutdu. Üsyanın
yatırılmasında bir neçə gün ərzində minlərlə üsyançı həlak oldu. Onların
arasında görkəmli itimai-siyasi xadimlər var idi. Generallar, yüksək rütbəli
zabitlər, o cümlədən general-mayor Məmməd Mirzə Qacar, general-mayor
Cavad bəy Şıxlınski, polkovnik Cahangir bəy Kazımbəyovu qətlə yetirdilər, bir
çoxları isə Nargin adasına sürgün edilib orada güllələndi. Həbs edilmiş məşhur
generallar Ə.Şıxlınski və s. Mehmandarov N.Nərimanovun təkidi sayəsində
azad edildilər və onun Leninə məktubu ilə hərbi  xidmətdə istifadə olunmaq
üçün Moskvaya göndərildilər.
General Nuru paşanın rəhbərliyi ilə Qarabağda başlayan üsyan Şuşa,
Ağdam və Bərdəni əhatə etmişdi. Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala
dairəsində üsyan qalxdı. Üsyana mola Hafiz Əfəndi başçılıq edirdi. Üsyan
amansızlıqla yatırıldı. Zəngəzur mahalında Sultan bəy, General Səlimov
Naxçıvanda, sovet hakimiyyətinə qarşı fəaliyyətə başlamışdı.
1920-ci ilin iyununda XI Qızıl ordunun qoşun hissələri Azərbaycan
əzazisi, xüsusən Qutqaşen-Nuxa-Qax-Zaqatala və Qarabağ marşurutu ilə
döyüşə-döyüşə, silahlı hissələri tək-islah edərək, əhalinin bir hissəsinin
müqavimətini qıraraq irəliləyirdi.
XI Qızıl ordu komandanlığının Zaqafqaziyanın üç respublikasındakı
vəziyyət haqqında 1921-ci il 25 mart tarixli gizli təlimnaməsində etiraf
olunurdu ki, kommunistlərin keçirdikləri uğursuz təcrübələr, batalyon
komandirlərinin səhvləri, torpaq siyasətindəki əyintilər, «kəndlilərin dini
mərasimlərinə qayğı ilə yanaşılmaması onların etirazlarına, bütün Azərbaycanı
bürüyən üsyanlara səbəb olmuşdur».


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə