Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   86   87   88   89   90   91   92   93   ...   107

- 11 -
bağlı olduğu Türkiyə Respublikasına verib. Azərbaycan Respublikasının dövlət
müsətəqilliyini ilk tanıyan  Türkiyə ilə siyasi iqtisadi, elmi-texniki, mədəni və
humanitar əlaqələrin inkişaf perspektivləri barədə çox şey deyir.
Türkiyə Respublikasının prezidenti T.Ozalın, baş nazir S.Dəmirəlin,
xarici işlər naziri H.Çetinin və digər rəsmi şəxslərin Azərbaycana səfərləri,
Azərbaycan Respublikası prezidenti Ə.Elçibəyin başçılığı ilə nümayəndə
heyətinin Ali Sovetinin sədri İ.Qəmbərin, 1993-1994-cü illərdə isə Prezident
H.Əliyevin və parlamentin spikeri R.Quliyevin Türkiyəyə, Türkiyənin xarici
işlər naziri Mümtaz Soysalın 1994-cü ilin sentyabrında Azərbaycana qarşılıqlı
səfərləri, imzalanan sənədlər münasibətlərin tənzimlənməsi və inkişafında əsaslı
addımlar hesab edilə bilər.
«Yurdda sülh, cahanda sülh» prinsipinə sadiq qalan Türkiyə ilə
münasibətlər regionda təhlükəsizliyə və  əməkdaşlığa xidmət edir, bu əlaqələrə
«pantürkizm» və «panislamizm» damğası vurmağın heç bir əsası yoxdur.
Heç şübhəsiz, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki
tərəf maraqlıdır. Türkiyə  Azərbaycan üçün beynəlxalq aləmdə etibarlı strateci
müttəfiq və dayaqdırsa, Azərbaycanın güclü dövlət olması Türkiyənin dünya
siyasətində gücünün və rolunun artması deməkdir. Azərbaycan Türkiyənin və
digər dövlətlərin Rusiya və orta Asiya ölkələri ilə münasibətlərində etibarlı
körpü rolunu oynaya bilər. Ona görə də bu iki dövlət arasında münasibətlərin
bərabərlik və qarşılıqlı fayda əsasında gələcəkdə inkişafı da qarşısı alınmaz
prosesdir. Lakin Azərbaycan xarici siyasətində yalnız Türkiyəyə arxalanmalı,
eyni zamanda dövlətimizin və millətimizin mənafeyi baxımından digər
qanunları ilə də tarazlaşdırılmış siyasət yeritməlidir.
Uzun tərəddüdlərdən sonra 1991-ci il dekabrın 25-də Azərbaycan
Respublikasının müsətəqilliyini tanıyan İranla münasibətlər müstəqilliyin ilk
illərində Azərbaycanın xarici siyasətinin ən mübahisəli məsələlərindən birinə
çevrildi. Əslində bu məsələyə münasibətdə Azərbaycanda iki xətt mövcuddur.
Birincisi, Cənubi Azərbaycandakı azərbaycanlıların vəziyyətini və bölünmüş
Azərbaycan faktını əsas götürərək İrana qarşı kəskin xətt yeritməyin tərəfdarları.


- 12 -
İkincisi, Azərbaycanın indiki şəraitdə düşdüyü real vəziyyətdən çıxış
edərək İranla mehriban qonşuluq və  əməkdaşlıq tərəfdarları. Bizcə vətənimizin
Cənub parçasında yaşayan 30 milyondan çox soydaşlarımızın vəziyyəti iki ölkə
arasındakı münasibətlərə bu və ya başqa dərəcədə təsir göstərsə də konkret
olaraq Ermənistanın təcavüzkarlığının geniş miqyas aldığı indiki şəraitdə İranla
dövlətlərarası münasibətlər dinc yanaşı yaşamağa, qarşılıqlı faydalı əməkdaşlığa
və bərabərliyə əsaslanmalıdır.
İran-Azərbaycan münasibətlərinin normal  inkişaf etdirilməsində hər iki
tərəf  maraqlı olmalıdır. Əhalisi 330 min nəfərdən çox olan Naxçıvanın
Ermənistan tərəfindən blokadaya alınması ucbatından dəmiryolunun işləməməsi
eyni zamanda İrana da ziyan gətirir. Avropadan İrana gətirilən yüklərin
Azərbaycandan keçməsi faktını unutmasaq Azərbaycanla İran arasındakı
münasibətlərdə tərəflərin necə maraqlı olmasını sübut etməyə ehtiyac qalmaz.
İranın Qarabağ məsələsini dinc siyasi yollarla həll etmək uğrunda
nəticəsiz qalan səyləri də diqqət tələb edir.
Ə.Ə.Həşimi Rəfsəncaninin 1993-cü il oktyabrın 26-28-də Azərbaycanda
səfərdə olması, siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar
əlaqələrə dair 14 saziş, protokol və memorandumun imzalanması iki ölkə
arasındakı münasibətlərdə  əvvəlki illərdə yol verilmiş soyuqluğun aradan
qaldırılmasında, münasibətlərin normal inkişaf etdirilməsi üçün zəmin
yaradılmasında əsaslı rol oynadı. İran prezidenti Azərbaycan Respublikasının
prezidenti ilə görüşdü. İmzalanan sənədlər aşağıdakılar idi.
İran İslam Respublikasının mədəniyyət mərkəzi ilə Azərbaycan Elmlər
Akademiyası arasında elm sahəsində  əməkdaşlıq haqqında saziş, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə  İran İslam Respublikasının sənaye
nazirliyi arasında protokolu. İki ölkənin Ticarət Nazirlikləri arasında niyyət
protokolu. Azərbaycan Respublikası ilə İran prezidenti arasında qarşılıqlı ticarət
haqqında saziş, Azərbaycan Milli Bankı ilə İran İslam Respublikasının Mərkəzi
Bankı arasında bank ödəniş sazişi, Azərbaycan Respublikası ilə  İran İslam


- 13 -
Respublikası arasında tranzit haqqında saziş, Azərbaycan Respublikası ilə  İran
İslam Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında niyyət protokolu və s.
Səfər zamanı iki dövlət xarici işlər Nazirləri Azərbaycan Respublikası
ilə  İran İslam Respublikası arasında adı xarici pasportlarla gediş-gəlişin
asanlaşdırılmasına dair memorandum, Azərbaycan Respublikası ilə  İran İslam
Respublikası arasında siyasi məsləhətləşmələr haqqında protokol imzaladılar.
İki ölkənin prezidenti isə Azərbaycan Respublikası ilə  İran İslam
Respublikası arasında dostluq və  əməkdaşlıq münasibətlərinin prinsipləri
haqqında memorandum imzaladılar.
Səfər göstərdi ki, İran İslam Respublikası qonşu müsəlman ölkələrinə
İslam fundamentalizmi ideyaları deyil, geniş  əməkdaşlıq təklif edir.
Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq müharibəsinin dayandırıl-
masında  İrana ümid bəsləyənlərin mülahizələrinin reallığa uyğun gəlib-
gəlməməsini öyrənməkdən ötrü bir sıra məsələləri təhlil etmək və nəticələr
çıxarmaq lazımdır.
Əvvəla, Ermənistanın hərbi təcavüzkarlığına qarşı mübarizə məsələsinə
diqqət yetirərkən İranın müsəlman ölkələri arasında tutduğu yeri, mövqeyini,
imkanlarını və artıq dünyada həll olunmayan münasibətlərdə özünü necə
apardığını araşdırmaq və qiymətləndirmək vacibdir.
İkincisi, əvvəlki illərdə bu münaqişələrdə  İranın vasitəçilərinin
səylərinin nə ilə nəticələnəcəyini təhlil etmək zəruridir. Yaddan çıxarmaq olmaz
ki, Ermənistan İranın vasitəçiliyini heç vaxt tam ciddiliyi və səmimiliyi ilə qəbul
etmir. Qərbin bəzi dövlətlərinin gözü onunçun meyardır.
Üçüncüsü, Ermənistan-Azərbaycan münasibətlərinə və münaqişəyə dini
don geyindirməyə çalışanlar İranın roluna məhz bu baxımdan yanaşırlar.
Fikrimcə, bu addım Qərb ölkələri ilə onsuz da yaxın olan Ermənistana daha da
yaxınlaşdırar.
Dördüncüsü, indi dünya inkişafının baş xətti azad bazar
iqtisadiyyatından, demokratikləşdirmədən keçir. Dünyanın taleyində  əsaslı rol


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə