Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   87   88   89   90   91   92   93   94   ...   107

- 14 -
oynayan dövlətlər hər hansı formada fundamentalizmin ekstremizmin
əleyhinədirlər. Lakin burada da mənafelər məsələsi ön cəbhəyə çıxır.
1993-cü ilin dekabrın əvvəllərində Azərbaycan Respublikası ali
sovetinin sədri P.Quliyev İran İslam Respublikasının parlamentinin başçısı
cənab Natiq Nurinin dəvəti ilə ölkəyə qısa rəsmi səfər etdi. Səfər zamanı iki ölkə
arasında geniş münasibətlər müzakirə edildi, bəlkə də sülh və təhlükəsizliyi
qorumağın, problemləri dinc siyasi vasitələrlə həll etməyin vacibliyi göstərildi.
1994-cü ildə Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasındakı
münasibətlərin normallaşmasına şərait yaratdı.
Ərəb ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin diqqət
mərkəzində durub. Suriya Ərəb Respublikası ilə  əlaqələrdə 1992-ci il martın
sonunda bu ölkənin xarici işlər naziri Fərrux Əli-Şaranın səfəri əsaslı rol oynadı.
Səfər zamanı iki ölkə arasında diplomatik münasibətlərin yaradılması və iqtisadi
əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması  əhəmiyyətli rol oynadı.
Ərəb dünyasının siyasi və dini cəhətdən qüdrətil dövlətləri olan Misir, Səudiyyə
Ərəbistanı və başqa ölkələrlə əlaqələr də bu baxımdan diqqətəlayiqdir.
Çinlə  əlaqələrin qurulmasında 1992-ci il aprelin əvvəlində ÇXR
nümayəndə heyətinin Azərbaycana səfəri özünəməxsus rol oynadı. Çinlə
Azərbaycan arasında normal münasibətlər hər iki tərəfə faydalıdır. 1994-cü ilin
yazında Azərbaycan prezidentinin Çinə rəsmi səfəri və imzalanmış sənədlər
münasibətlərin rəvan və səmərəli inkişafına təkan verdi.
İsraillə  əlaqələrin qurulması və inkişaf etdirilməsi dünyəvi demokratik
Azərbaycan dövlətinin xarici siyasətinin dini təsirlərindən asılı olmadığını bir
daha göstərir. 1992-ci il aprelin 5-7-də müxtəlif səviyyəli İsrail nümayəndə
heyətinin Azərbaycana səfəri zamanı iki ölkə arasında diplomatik
münasibətlərin qurulması mütləq qeyd edilməlidir. Bu ölkə ilə ictimai-siyasi,
mədəni və humanitar əlaqələrin dinamizmi respublikamızda, eləcə də  İsarilə
dünya siyasətində kömək edə bilər.


- 15 -
1994-cü ilin fevral-martında İsraildə keçirilən dördüncü beynəlxalq
biznes məclisində Azərbaycan nümayəndə heyətinin iştirak etməsi və orada
keçirilən görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verdi.
 Müstəqil Azərbaycanın xarici siyasətinin və diplomatik fəaliyyətinin
mühüm istiqamətlərindən biri keçmiş Sovet respublikaları, indi üç müstəqil olan
dövlətlərlə münasibətlərdir. Sovet imperiyası dağıldıqdan sonra öz
müstəqilliklərini elan etmiş və ya bərpa etmiş dövlətlərə Azərbaycan
Respublikasının diqqət yetirdiyi ölkələr içərisində Rusiya özünəməxsus yer
tutur. Qeyd etmək lazımdır ki, Rusiyaya münasibətdə Azərbaycandakı ictimai
fikirdə yekdillik olmadığı kimi, Azərbaycana münasibətdə də Rusiyada yekdil
fikir yoxdur. Konkret desək Moskvada Azərbaycana müstəqil dövlət kimi deyil,
əyalət kimi baxıldığı kimi Azərbaycanda da Rusiyaya həm də imperiya kimi
baxıb ondan uzaqlaşmaq istəyənlər vardır. Əlbəttə, belə münasibət qətiyyən
normal hal hesab edilə bilməz. Fikrimcə, yeni hakimiyyətin Rusiya siyasətində
meydan əhval-ruhiyyəsindən uzaqlaşması və mehriban qonşuluğa üstünlük
verməsi diplomatiyamızın və xarici siyasətimizin uğuru hesab edilməlidir.
Keçmiş sovet respublikalarından Qazaxıstan, Ukrayna, Türkmənsitan,
Tacikistan, Moldova və Estoniya ilə Azərbaycan Respublikasının diplomatik
əlaqələr  yaratması və bəziləri ilə dövlətlərarası münasibətlərin prinsipləri
haqqında müqavilələrin imzalanması müsbət haldır.
Belarus, Özbəkstan, Qırğıstan, Gürcüstan, Latviya və Litva ilə belə
münasibətlərin qurulması sahəsində atılan addımlar müsbət qiymətləndiril-
məlidir.
Müstəqil Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri
nüfuzlu beynəlxalq və məhəlli təşkilatların işində iştirak etməkdir. Bu
təşkilatların sırasında Birləşmiş Millətlər Təşkilatında fəaliyyət diqqəti xüsusi
cəlb edir. 1992-ci il martın 2-də BMT üzvlüyünə qəbul olunmaqla Azərbaycan
Respublikası beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilib və dünya
siyasətinə, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına öz töhfəsini verməyə
başlayıb.


- 16 -
BMT və onun təşkilatlarında Azərbaycanın iştirakının zirvə nöqtəsi
1992-ci ilin  noyabrında Baş Məclisin 47-ci sessiyasında və 1994-cü ilin
sentyabrında 49-cu sessiyasında Azərbaycan Respublikası nümayəndə  heyətinin
iştirakı və görüşləri oldu. Bu səfər Azərbaycan haqqında həqiqətin dünyaya
çatdırılmasında əsaslı rol oynadı.
BMT-nin müxtəlif yönümlü təşkilatlarının işində Azərbaycanın iştirakı
da müsbət qiymətləndirilmişdir. Azərbaycan nümayəndə heyətinin 1992-ci il
oktyabrın 5-dən 9-dək Cenevrədə (İsveçrə) BMT-nin qaçqınlar problemləri üzrə
Ali komissarlığının iclasında iştirakı respublikamız üçün böyük bəlaya çevrilmiş
qaçqınlar problemi barədə dünya ölkələrində məlumat yayılmasına kömək etdi.
Ölkə prezientinin 1994-cü ilin sentyabrında BMT-nin Misir paytaxtı
Qahirədə insan problemlərinə həsr edilmiş konfransında, oktyabr ayında Nyu-
Yorkda BMT-nin illik sessiyasında iştirak etmək və keçirdiyi görüşlər xarici
siyasətimizdə BMT-nin necə yer tutmasını göstərən amillərdən biri ola bilər.
Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və  əməkdaşlıq
məsələlərinə dair müşavirənin iştirakçısı olması, 1992-ci il iyulun 10-da onun
yekun sənədlərini imzalanması və onun işində iştirak etməsi diplomatiyamızın
uğurlarından hesab edilmişdir.
Azərbacan parlamentin nümayəndə heyətinin 1993-cü ilin iyulunda
ATƏT-in Vyanada keçirilən sessiyasında iştirakı bu təşkilata verilən diqqətin
nümunəsi ola bilər.
Azərbaycan Respublikası NATO ilə əlaqələri də diqqəti cəlb edir. Belə
əlaqələrin qurulmasında Türkiyənin xeyirxah vasitəçilik rolunu da mütləq qeyd
etmək lazımdır. Qarabağ münaqişəsində NATO-nun mövqeyi də bütünlüklə
Azərbaycan dövlətinin artan nüfuzuna dəlalət edir və belə vəziyyətdən
diplomatiyamız məharətlə istifadə etməlidir.
1994-cü ilin iyulunda NATO-nun Türkiyədə keçirilən görüşündə
Azərbaycan prezidentinin keçirdiyi söhbətlər və İstambul bəyyanaməsinin qəbul
edilməsi və xüsusən 15-ci maddə xarici siyasətimizin uğuru hesab edilməlidir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə